Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə47/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   43   44   45   46   47   48   49   50   ...   140

dünyadan  götür,  gör  yerdə  nə  qalır.  Şərabm  nəhyi  biz  ürəfa  üçün  deyil,  avam 

üçündür.


Ş  i  r  ə  1  i.  Kişi  haqq  söz  deyir.  Şərab,  qadm,  fəqət  şərab  Kərbəlaymm  şərabı 

kimi köhnə və  qadm da onun zövcəsi kimi on yaşm da olmalıdır.

M  o  11  a  R ə h i m.  Sağ ol!

İçirlər.


K ə r b ə l a y ı   N ə b i .   (oxuyur.)

Zahid,  çox eyləmə məni təklifi-cənnətə,

M ən qoymaram behiştə  qədəm nazlı yarsız.

M  o  11  a  R ə h i m.

Saqi kərəm eylə cam  gəzdir,

Durma,  qədəhi müdam  gəzdir.

Dövrana çox etibar qılma.

Gəzdir qədəhi,  qərar qılma.

Ş i r ə 1 i.  Belə mənim başım üstə.

P iy alələri  doldurur.

M ə ş ə d i   S ə f d ə r q u l u .   Bu  piyaləni  içək  bizim  Şirəlinin  sağlığma  və 

təvəqqə edək ki, bir az bizim üçün çalsm.

Ş i r ə 1 i.  Ancaq bu şərt ilə ki, mən çalım, M olla Rəhim də oynasm.

M   o  1  1  a  R  ə  h  i  m.  Xeyr,  xeyr,  m ən  bacarmaram.  O,  kərbəlaymm  işidir,  eşq 

başma vermuş.  Sən çalsan o davam etməyəcəkdir.

P ərica h an la   Ş ö v k ət daxil  olur.

P ə r i c a h a n .   Gəl,  gəl  vallah  mən  də  oynayacağam.  İstəyirsən  mən  qabaqca 

oynayım.


Ş  ö  v  k  ə  t.  Vay  dədə,  vay,  burada  çaxır  içirlər.  Yox,  m ən  istəmirəm,  m ən 

gedirəm.


K ə r b ə l a y ı   N ə b i .   Gəl  mənim  gözəlim,  mənim  məzəlim.  Bu  çaxır  deyil, 

qırmızı  şərbətdir.  Görmürsən, M olla Rəhim də içir.  M olla




da  heç  çaxır  içərmi?  (Ayaq  üstə  qalxır,  pyan  kimi  yırğalanır.)  Gəl  mənimlə 

oynayaq,  gözəlim.

Ş ö v k ə t.  Sən piyansan, mən  sənnən oynamaram.

K ə r b ə l a y ı   N ə b i .   Düzdür,  m ən  piyanam,  ancaq  çaxırdan  yox,  sənin 

eşqindən,  mənim  gözlərim.  Adə  Şirəli,  çal.  (Şirəli  çalır.)  Ay  qız  Pəricahan,  gəl 

mənnən oynayaq,  Şövkət baxsm.

O y n ay ırlar,  ç ırtıq  çalır, K ərb əlay ı N əb i  Şövkəti  q ucaqlayıb  çəkir,  Ş ö v k ət  qışqırır.

Ş  ö  v k  ə  t.  Burax məni,  burax məni,  sən piyansan,  səndən  qorxuram.  B u halda 

Maral xanım,  Qızxanım,  Əli və iki milis nəfəri daxil olur.

H a m ı.  Vaxsey.

Ş ö v k ə t.  M aral xanım,  məni bunlarm əlindən al.

M   a  r  a  1.  Qorxma  qızım,  qorxma,  ay  alçaqlar,  ay  sitəmkarlar,  bu  məsumə 

qızcığazm başma nə iş  gətirirsiniz.  Söylə,  qoca məlun!

K ə r b ə l a y ı   N ə b i .   B iz b irb a la c ak e fe d ird ik .

M  a r a 1.  Bəli, bir balaca, yetim qızı da aldadıb  özünə  gəlin gətirmisən,  eləmi?

K ə r b ə l a y ı   N ə b i .   Biz  onu  aldatmamışıq.  Öz  ixtiyarı  ilə  mənə  gəlibdir. 

Bunlar da şahiddir.  Kəbini də bu M olla Rəhim kəsibdir.

Ş  ö v k ə t.  M aral bacı,  vallah yalan deyirlər, bunlar məni  aldatdılar ki,  sənə dua

oxuyuruq ki, üzü açıq kərbəlaymm yanm a  girib-çıxa biləsən.

M  a r a 1.  Bilirəm,  qızım, hamısmı bilirəm,  mənə bu Qızxanım  söyləyibdir.

M ə ş ə d i   S ə f d ə r q u l u .   A  gorbagorun  qızı,  gör  sənin  başma  nə  iş 

getirəcəyəm?

M   a r  a  1.  Sus,  alçaq!  Sənin  cəzan bunlann  hamısmdan  artıq olacaqdır.  Gör,  öz 

zəhmətilə  sən binamus əri  saxlayanı nə hala salıbsan?

Q ı z x a n ı m.  Başma dönüm,  M aral bacı, məni bu əjdahanm əlindən al.

M   a r a 1.  Qorxma,  bacım,  bu  əjdahaları m ən bir hala  salacağam ki,  sən özün də 

əhsən deyəsən.

M   o  1  1  a  R  ə  h  i  m.  Başma  dönüm,  M aral  xanım, 

bu işdə  mənim  təqsirim

yoxdur.  Bu şahidlərin şəhadəti ilə,  şəriət üzrə mən kəbin




kəsmişəm.  Hərgah indi  qız inkar edir, burada da mənim təqsirim  yoxdur.

Ş  ö  v  k  ə  t.  M ən  haçan  sənə  izin  verdim  ki,  mənə  kəbin  kəsəsən,  m ən  siğə 

oxumağa razı oldum.

M   a  r  a  1.  Ay  alçaqlar,  görmürsünüz  ki,  bu  məsumə  qızcığaz  heç  siğə  nə 

olduğunu da anlamır.  Onu aldadanm biri də bu Pəricahan olubdur.

P ə r i c a h a n .   Cəmi taqsır bu  qoca kaftardadır.  Məni yoldan  çıxardan o  oldu. 

Deyir, m ən  Şövkətə  aşiq olmuşam.  Onun eşqindən dəli olmuşam.

M   a  r  a  1.  Onu  ağla  gətirərlər.  Ay  alçaq  binamuslar,  siz  unutmaymız  ki,  indi 

Şura hökumətidir.  İndi  qadmlar azaddır.  İxtiyarları öz əllərindədir.  (M ilislərə.) Alın 

bunları.


P ə r i c a h a n .   Məni də?

M  a r a 1.  Səni də, haydı.

H a m ı.  Vay,  atamızm evi yıxıldı.

Pərdə



SƏADƏT ZƏHMƏTDƏDİR

B ir pərdədə,  üç şəkil 

ƏFRADİ  ƏHLİ MƏCLİS

Ş a h z a m a n  -şah.

Ş ə m s ə d d i n  -vəzir.

C ə m a l ə d d i n  -vəkil.

Ş e y x   İ b r a h i m  -alim .

D  u  d  a n -  əcnəbi  b ir təbib.

M  ə  n  s  u r - xidm ətçi.

B   u  1  q  e y  s  -kəniz.

C e f e r   k i ş i   -  ixtiyar  bir kəndli,

A   b  d  u 11  a -dərviş.

BİRİNCİ  ŞƏKİL

S əhnə  Ş ahzam anın  sarayını  göstərir.  Ş əm səd d in ,  C əm aləd d in   Şeyx 

İb rah im  m əsləh ət ü çü n  cəm  olublar.

Ş ə m s ə d d i n .   Ey  məmləkətimizin  əyanları!  Tam bir aydır ki,  cavan  şahimiz 

bu  mərəzi-bidərmana  düçar  olmuş.  Vilayətimizdə  bir  alim,  bir  təbib  qalmamış  ki, 

ona  müalicə  etməmiş  ola.  Fəqət  indiyə  kimi  bir  səmərə  verməmiş.  İndi  əcnəbi 

ölkədən Dudan  namində  bir  alim  biəvəz,  təbibi-binəzir  çağırılmış  ki,  şaha  müalicə 

etsin.  Hərgah bu da bir şey bacarmazsa, ümidimizi ondan üzməliyik.

Dudan məyus bir halda şahm xabıgahm dan1  cıxıb  gəlir.

C ə m a l ə d d i n .   Həkim,  sizi  məyus  görürüz,  şahm  sağlamlığma  ümid 

yoxmu?


D  u  d  a  n.  Təbabətdə  ümdə  şərt  mərəzi  tapmaqdır,  müalicəsi  asandır.  M ən 

Şahzaman  həzrətlərinin  mərəzin  tapmadım.  Zahiri  və  batili  əzalələri  sağlam,  əqli 

yerində,  huşu  özündə.  Boylə  olan  surətdə  xörəkdən  kəsilməsi  nə  illətdəndir? 

Anlaya bilmirəm.

1

 X abıgah  - yataq yeri.




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə