Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə46/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   42   43   44   45   46   47   48   49   ...   140

M ə ş ə d i   S ə f d ə r q u l u .   H a-ha-ha...

K ə r b ə l a y ı   N ə b i .   Ədə,  a bic, nəyə  gülürsən?

M ə ş ə d i   S ə f d ə r q u l u .   Kərbəlayı,  o  da  lotudur,  sən  öləsən  şərabm 

küpünə  girir.

K ə r b ə l a y ı   N ə b i .   A  kişi,  nə  danışırsan?  Vay  sənin  zatma  lənət,  a  bele 

molla.


Ş ö v k ət daxil  olur.

Ş ö v k ə t.  Ağa!

K ə r b ə l a y ı   N ə b i .   Belə can, nə buyurursan mənim gözəlim, məzəlim?

Ş  ö v k ə t.  Pəricahan deyir ki,  o  sənə  siğə  olanda çalğıçı  gətirmişdin.  İndi mənə 

də  gətirsənə.  Axı mən də oynamaq istəyirəm.

K ə r b ə l a y ı   N ə b i .   Belə mənim bu  gözlərim üstə,  mənim nazlı balam.  Get 

Pəricahana de ki,  Şirəlini buraya çağırsm.  Tarmı da  gətirsin.

Ş ö v k ət gedir.

M ə ş ə d i   S ə f d ə r q u l u .   Kərbəlayı,  qız ilə  aranı yam an sazlamısan,  ha.

K ə r b ə l a y ı   N ə b i .   Sən  öləsən  məşədi,  özümü  on  səkkiz  yaşm da  cavan 

kimi hiss edirəm.

M ə ş ə d i   S ə f d ə r q u l u .   Şərabdan da vurub  qızmış şirə  dönəcəksən.

K ə r b ə l a y ı   N ə b i .   Ədə,  məşədi,  gərək  qızm  yanm da  içməyəm.  Yoxsa 

məndən ürküb  qaçar.

M ə ş ə d i   S ə f d ə r q u l u .   A kişi,  sənin toruna düşən haraya qaça bilər?

K ə r b ə l a y ı   N ə b i .   Əlbəttə, küçələrdə dilənçilik edən bir qızı  gətirib  özümə 

arvad etmişəm.  Daha niyə öz vəliyyinemətinə  şıllaq atsm?

Ş  i  r  ə  1  i  (əlində  tar  daxil  olur.)  Salamünəleyküm  kərbəlayı,  toyun  mübarək 

olsun.

K ə r b ə l a y ı   N ə b i .   Əleyküməssəlam  Şirəli,  səndən çox razıyam,  mənim bu 



işimdə çox zəhmət çəkmisən.

Ş i r ə 1 i.  A kişi, təki  sən belə toylardan tez-tez edəsən,  mən də  gələm.

G ülüsürlər.



M ə ş ə d i   S ə f d ə r q u l u .   Ədə,  Şirəli,o  gorbagorun qızı evə  qayıtdı?

Ş i r ə 1 i.  Qızxanımm qol-qıçmı elə  smdırmamısan ki, bir də xarabana qayıtsm.

M ə ş ə d i   S ə f d ə r q u l u .   Hələ ona o  da azdır.

Ş i r ə 1 i.  Kərbəlayı,  süfrə ziynətini  stolda görmürəm.

K ə r b ə l a y ı   N ə b i .   Bu  piyaniskələr məni  lar təngə  getirdilər.  (Şkqfi  açıb 

şərab  çıxardır.) Ala bu biri, bu da biri, bu da biri.

M ə ş ə d i   S ə f d ə r q u l u .   Kərbəlayı, bundan Fatıya tuman olmaz.

K ə r b ə l a y ı   N ə b i .   Ədə,  sən doymaz oğlu doymazsan.

M ə ş ə d i   S ə f d ə r q u l u .   Kərbəlayı,  bunun biri  mənim,  biri  sənin,  biri  bu 

cənabm.  Bəs  mollanm  payı?  Siz  öləsiniz  m ən  öz  payımdan  bir  damcı  da  ona 

verməyəcəyəm, zalım oğlu il uzunu mənim xərcimə içir.

Ş  i  r  ə  1  i.  Aşna,  kişinin  haqqmda  böhtan  deyirsən.  M ən  insafımdan  keçə 

bilmərəm,  pul o yazığmkı  olur,  içmək də  sənlə mənim.  Ona da bir tula payı  veririk. 

Dinə de bilmir,  çünki  qorxur ki, paxırmı  açaq.

K ə r b ə l a y ı   N ə b i .   Görürəm,  siz  yaxşı  sirr  saxlayırsmız.  Yəqin  mənim 

içməyimi də ona söyləmisiniz.

G ülüşürlər.

M ə ş ə d i   S ə f d ə r q u l u .   Əlbəttə,  sizin  içinizdə  kişi  bir  özümü  görürəm. 

Apaçıq içirəm.  Heç kəsdən gizlətmirəm.

Ş i r ə 1 i.  Kərbəlayı, yenə  gözləyəcək adamm var?

K ə r b ə l a y ı   N ə b i .   Xeyr, bircə M olla Rəhim qalıbdır.

M ə ş ə d i   S ə f d ə r q u l u .   O,  şərabm  qülqüləsini  eşidən  kimi  burada hazır 

olacaqdır.

K ə r b ə l a y ı   N ə b i .   Onda buyurunuz başlayaq.  (Əyləşirlər, fıncanları  şərab 

ilə doldururlar.)

Ş  i  r  ə  1  i.  Bu  piyaləni  kərbəlaymm  sağlığma  içək  və  arzu  edək  ki,  belə 

siğələrdən çox etsin və biz dostları da unutmasm.

M ə ş ə d i   S ə f d ə r q u l u .   Sağol,  kərbəlayı,  bugecəki  kefini  allah  ömrünə 

hesab etsin.

K ə r b ə l a y ı   N ə b i .   Sağ olun,  əziz dostlarım.

İçirlər.

M ə ş ə d i   S ə f d ə r q u l u .   A kişi,  gör mürtəd qızı mürtəd nə deyir.  Kərbəlayı 

qocadır.  İş  sinndə deyil, ürək cavan olsun.



M ə ş ə d i   S ə f d ə r q u l u .   A kişi,  gəldə, kərbəlaymm xeyir işində də içməyib 

haçan içəcəksən?

M  o  11  a  R ə h i m.  Adə, məni kərbəlaymm yanm da biabır etmə.

Ş i r ə 1 i.  A kişi, kərbəlayı əhli-ruhdur,  işlərdən baxəbərdir, buyur.

M o lla  R ə h im  əyləşir.

M ə ş ə d i   S ə f d ə r q u l u .   İndi mollanm paymı meydana çıxar.

K ə r b ə l a y ı   N ə b i .   Ədə,  bəs  nə  fikir  edirsən?  Nə  qədər  içirsən,  iç,  dalı 

bağlıdır.

M ə ş ə d i   S ə f d ə r q u l u .   Ha,  belə  de,  mən  də  gülə-gülə  içim.  Şirəli, 

mollanm piyaləsini doldur.

Şirəli  doldurur.

M ə ş ə d i   S ə f d ə r q u l u .   Bu piyaləni də içək o  gözəl xanımm  sağlığma.

K ə r b ə l a y ı   N ə b i .   Şair  bu  sözləri  yəqin  mənim  məzəlicə  gözəlimə 

deyibdir:

Əzizim,  gözlərim,  canım, üzün göstərgilən ayə,

O düşsün torpağa, merac elə  sən ərşi-əlayə.

M  o  11  a  R ə h i m.  Əhsən,  əhsən.

İçirlər.


Ş i r ə 1 i.  Kərbəlayı,  şərab, nə  şərab,  adama ruh verir.  Sağ ol.

K ə r b ə l a y ı   N ə b i .   Nuşican.

P iy alələri  doldururlar.

M ə ş ə d i   S ə f d ə r q u l u .   Bu piyaləni  də  dostumuz  əhli-ruh M olla Rəhimin 

sağlığma içək,  arzu edək ki,  belə-belə hiləyi-şərdən çox düzəltsin və belə keflərdən 

də bizi məhrum etməsin.

M  o  11  a  R ə h i m.  Əzizlərim,  dünyanm ləzzəti  iki  şeydir:  biri bu  şərabdır,  biri 

də zənən.  Əbəs yerə  şair bunları tərif etmir, bu iki  şeyi




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə