Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə43/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   39   40   41   42   43   44   45   46   ...   140

K ə r b ə l a y ı   N ə b i .   O d a  sənin səfehliyin.  M üsəlman qızı  elə ki,  doqquz-on 

yaşma çatdı, ver getsin ərə.

P ə r i c a h a n .   Ağa,  sənin fikrin odur ki,  elə bu gecə kəbin kəsilsin?

K ə r b ə l a y ı   N ə b i .   Bəli.

P ə r i c a h a n .   Axı mənim vəkilim yoxdur.

K ə r b ə l a y ı   N ə b i .   Sən vəkili neylirsən?

P ə r i c a h a n .   Bəs qız tərəfindən vəkil lazım deyilmi?

K ə r b ə l a y ı   N ə b i . A   səfeh  qızı  səfeh,  nə  danışırsan?  M əgər  m ən  səni 

alıram?

P ə r i c a h a n .   Bəs kimi alırsan?  M ən elə bilirəm məni  alırsan.



K ə r b ə l a y ı   N ə b i .   Səni?  Ha-ha-ha...  Dünyanm  çopuru  elə mənə  qalmışdı. 

Sən  elə  çopursan ki,  başmdan bir çuval  darı  töksən,  bir dənəsi  de yerə  düşməz.  Bir 

Pəricahana bax,  kül  olsun o  cahanm başma ki,  sənin kimi pərisi var.  A kişilər,  mən 

bu  ad  qoyan  ata-anaya  lap  məəttəl  qalmışam.  Görürsən  m eymuna  oxşayan  qızlara 

ad qoyurlar:  Düm isə, M ələkmənzər, Mahtaban.

P ə r i c a h a n .   Yaxşı, məni almırsan, bəs kimi alırsan?

K ə r b ə l a y ı   N ə b i .   Belə  gözəlini, məzəlini.

P ə r i c a h a n .   M əzəli kimdir?

K ə r b ə l a y ı   N ə b i .   Belə  Şövkət,  mənim canım ona qurban olsun.

P ə r i c a h a n .   Vaxsey,  gör bu  qoca kaftar nə  fikrə  düşübdür.  şövkətin heç  on 

b iry aşı tamam deyil,  o hələ  gəlin oynadır.

K ə r b ə l a y ı   N ə b i .   Elə  m ən  də  onun  ilə  gəlin-gəlin  oynayacağam.  B ir də 

baxıb  görəcəkdir  ki,  dünyaya  bir  bapbalaca  bəbə  gəlibdir.  Oynatsm  nə  qədər  kefi 

istəyir.


P ə r i c a h a n .   M ən bu işə heç vaxt razı ola bilmərəm.

K ə r b ə l a y ı   N ə b i .   Səfeh  qızı  səfeh,  sən  mənə  qəyyumsan  ki,  razılıq 

istəyim.  Elə  sən cəhənnəmə razı olma.

P ə r i c a h a n .   İndi ki, belə oldu, mən bu işi pozacağam.

K ə r b ə l a y ı   N ə b i .   Necə pozacaqsan?

P ə r i c a h a n .   O mənim işimdir.

K ə r b ə l a y ı   N  ə b  i.  Yenə bilək de...

P ə r i c a h a n .   Belə  Maral  xanıma  deyəcəyəm,  o  da  səni  bu  işin  üstə  tutub 

çekaya salacaqdır.

K ə r b ə l a y ı   N ə b i .   A  balam,  M aral  xanıma  nə  dəxli  var?  Şəriət  təriqilə 

evlənirəm.  Doğru  deyiblər ki,  arvadm heç  ağlı  olmaz,  öz  xeyrini  anlamaz.  Gəl,  sən 

mənim işimi düzəlt,  - mən də  sənin işini...  O




günü  M əmmədəli  mənim  yanım a  gəlmişdi,  mənə  başsağlığı  verəndən  sonra, 

dərdini  açıb  dedi:  kərbəlayı,  mən  Pəricahanı  bəyənmişəm,  izin  versən,  elçi 

göndərərəm.

P ə r i c a h a n .   Ay  ağa,  sən allah,  doğru deyirsən?

K ə r b ə l a y ı   N ə b i .   M əndən  heç  yalan  eşitmisən?  Gör  sənə  nə  cür  cehiz 

verəcəyəm?  Səni  istəyən  adam  bir  elə  gözəl  oğlandır  ki,  görən  kimi  eşq  mənim 

kimi topuğuna vuracaqdır.  İndi de  görüm razısanmı?

P ə r i c a h a n .   Əlbəttə, razıyam.

K ə r b ə l a y ı   N ə b i .   Onda  gedək,  sən  saqqalıma  xma  qoy,  m ən  də  nə 

edəcəyimi  söyləyim.

G edirlər,  S o n ra  Ş övkət ilə  Ə li  əllərin d ə  k ukla daxil  olurlar.

Ə 1 i.  Nə oynayacağıq?

Ş ö v k ə t.  Hələ  qoy,  laylay  çalım gəlinimiz yatsm,  sonra bacı-qardaş oynarıq,

Ə 1 i.  Yaxşı.

Ş ö v k ə t.

Laylay  dedim yatasan,

Qızıl  gülə batasan,

Qızıl  gül bağm olsun,

Gölgəsində yatasan.

Balam laylay,  a laylay,

Gülüm laylay,  a laylay.

Ə 1 i.  M ənim bəbəm  yatdı.

Ş  ö  v  k  ə  t.  Beşiyə  qoy,  üzunə  də  cuna  ört.  M ənim  bəbəm  hələ  yatmayıbdır. 

Qoy laylay  çalım,  o da yatsm:

Laylay  dedim yatmca,

Gözlərəm ay batmca,

Canım zinhara gəldi,

Sən hasilə çatmca,

Balam laylay,  a laylay,

Gülüm laylay,  a laylay.

İndi bu da yatdı.  Qoy,  ikisi də bir yerdə yatsm.  (Qoyur.)



Ə 1 i.  Gəl, indi bacı-qardaş oynayaq.

Ş ö v k ə t.  Yaxşı.

Ə 1 i.  A  Şövkət bacı, mənə bir nağıl  söylə.

Ş  ö  v  k  ə  t.  Yaxşı,  qardaşım  Əli,  m ən  sənə  bir  qəmgin  nağıl  söylərəm. 

Qardaşım, biri varmış, biri yoxmuş, bir  Səlim admda kənd müəllimi varmış.  Bunun 

Gövhər  admda  bir  arvadı,  yeddi  yaşmda  Əhməd  admda  bir  oğlu,  səkkiz  yaşmda 

Şövkət admda bir qızı varmış.

Ə 1 i.  Vay,  onun da adı  Şövkət imiş?

Ş  ö  v  k  ə  t.  O  vaxt  qırğm  düşür,  bunlann  kəndinə  düşmən  tökülür,  adamları 

qırılır.  Səlim  külfətini  götürüb  qaçır,  gecə  meşədə  onlarm  üstünə  tökülüb  gülləyə 

tuturlar.  Şövkət  qaçıb  ağaclarm  arasmda  gizlənir.  Səhər olanda  Şövkət  gəlib  görür 

ki,  atasmı,  anasmı  və  balaca  qardaşmı  öldürüblər.  Şövkət  özünü  onlarm  üstünə 

salır, zar-zar ağlayır.

Ə 1 i.  Bacım,  nə üçün ağlayırsan?  Sən allah ağlama, yoxsa,  mən də  ağlaram.

Ş  ö  v k  ə  t.  Necə  ağlamayım?  O  balaca  Şövkət mən  özüməm,  atasız-anasız  bir 

yetiməm.  M əni üç  il kəndli  Cəfər baba öz uşaqları  ilə bir yerdə  saxladı.  M ən onları 

çox istəyirdim,  onlar da məni.  Sonra məni Kərbəlayı Nəbi  qulluqçu  gətirdi.

Ə 1 i.  M ən elə bilirdim,  sən o  qoca kişinin nəvəsisən.

Ş  ö  v  k  ə  t.  Yox,  qulluqçusuyam.  Onun  arvadı  məni  çox  istəyirdi,  bir  aydır ki, 

ölübdür.


Ə 1 i.  Bacım,  mən belə nağıl istəmirəm.

Ş ö v k ə t.  Gəl tapmaca deyim,  sən də tap.

Ə 1 i.  Yaxşı.

Ş ö v k ə t.  Tap  görüm,  atdan hündür,  itdən alçaq.

Ə 1 i.  Yəhər.

Ş ö v k ə t.  Tapdm, bildin.  O yanı çəpər, bu yanı çəpər,  içində  atlı çapar?

Ə 1 i.  Onu bilmirəm.

Ş ö v k ə t.  Nehrə.

Ə  1 i.  İndi  sən tap  görüm, biri bizə yağıdır, biri  cənnət bağıdır, biri yığar gətirər, 

biri vurar dağıdar.

Ş ö v k ə t.  İlin fəsilləri.

Ə 1 i.  Bacım,  mənə o  günkü tapır-tupuru de.

Ş ö v k ə t.  Yaxşı.



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə