Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə39/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   35   36   37   38   39   40   41   42   ...   140

L  i-x  u  n-c  a  n  ğ.  Tanrı  ədalət,  səxavət  sahibi  olan  Daxnaş  həzrətlərinə  ömri- 

tulani1 baxş etsin.  Bizlərə öz evladı kimi nəzər yetirir.  Tiryəkimizi bol-bol verir.

U  1  u  ğ.  Ey  azadlığım,  irz-namusunu,  istiqbalmı  tiryəkə,  şəraba,  qızıla  satan 

qocalar!  Daha  yetər.  Çəkiliniz,  yoxsa,  sizi  də  bu  zalimlərə  qatıb  inqilaba  qurban 

ederəm.  Qubad,  Qasım, Xun-xuz, bunları tutunuz, həbs ediniz!

M arzav an ın   və  m əm u rların  ü stə  h ü cu m  edirlər.  Ç arp ışm a düşür.  M arzav an   və  bir  m əm ur 

qətlə yetir.  O  biri  m əm u r  qaçır.  Ə k b ər o n u n  d alın ca gedir.

Q o c  a 1  a r.  Vay bizim halımıza!

C  ə m ş i d.  Bu saat Daxnaşm  qoşunu buraya töküləcəkdir,  qaçmaq lazımdır.

Q o c  a 1  a r.  Qaçaq,  qaçaq.

G edirlər.

U 1 u ğ.  Yoldaşlar,  durmaymız.  Divlərin hörmüş olduğu bu dağları uçurdalım.

B alta,  k ü lü n g ,  sünbə,  çəkic  və  qeyri  götü rü b   dağı  sökm əyə  b aşlay ırlar,  Ə k b ər daxil  olur.

Ə k b  ə r.  Daxnaşm  qoşunu gəlir.

U  1  u  ğ.  Yoldaşlar,  hazır  olun!  K işilər  birinci  sırada,  qadmlar  ikinci  sırada 

durunuz!


U lu ğ   d əstən in  b aşın d a durub.  C urcan  bir taq ım   əcinnə  q o şu n u  ilə  daxil  olur.

C u r c  a n.  Yahu!  Sizsiniz inqilab  qaldıran?  Usyan edən?  Təslim olunuz!

U  1  u  ğ.  Siz  alçaqlara  təslim  olmarıq!  (Qılıncını  sıyırıb.)  M übariz  istəyirəm. 

Curcan,  cürətin var isə m eydana çıx!

C  u  r  c  a  n.  Ha...  ha...  ha...  Ey  yazıq  çocuq!  Gör  kimi  mübarizəyə  çağırırsan. 

Daxnaşm birinci pəhləvanı  Curcanı!

U 1 u ğ.  Qılmc meydanmda söz lazım deyil.  Buyur, meydan  açıqdır.

C u r c  a n.  Ay...  ay...  belə...  A1  gəldi!

U zun öm ür



U 1 u ğ.  Yoldaşlar,  indi iş dalmca olmalı.

İki  hissə  olub  dağı  u çu ru rlar,  dal  p ə rd əd ə   bir  sərdabə  görünür.  O n u n   üç  tərəfın d ə  üç 

b ö yük hərflə  yazılm ış:  E L M

Q  a s ı m.  Uluğ, yenə zülmət.  Bəs vəd etdiyin işıqlı dünya hanı?

F  i r ə n g i z.  Uluğ,  o  gözəl dünyanı ver.

Ə k b  ə r.  Uluğ,  səndən cavab  gözləyirik.

U  1  u  ğ.  Yoldaşlar,  şübhəyə  düşməyiniz.  Bizi  qaranlıqdan  işıqlığa  üç  şey 

çıxarar.  Qüvvət, zəhmət, bilik.  İkisini  əmələ  gətirmişik,  qalıbdır biri.  Zənnimcə,  bu 

sərdabə  zülmətdən  işığa  qapıdır.  Onu  açmaq  lazımdır.  Xun-xuz,  üst  qarmağı  aşağı 

çək.


X  u n-x u z ( E  hərfıni çəkir.) Açılmır.

U 1 u ğ.  Qasım,  sağ qarmağı çək.

Q a s ı m (L  hərfıni çəkir.) Açılmır.

U 1 u ğ.  Əkbər,  sol  qarmağı çək.

Ə k b  ə r (M  hərfıni çəkir.) Açılmır.

U 1 u ğ.  İndi kənara çəkilin!

Üç  hərfi  bir-birinə  yapışdırır.  Sərdabə  üzərində  qırmızı  işıq  ilə  böyük  bir 

"ELM"  yazılır.  Sərdabədən ağ işıq görünür.

C ü m 1 ə  s i.  Ah açıldı.

Z ey n əb lə  F irən g iz  öpüşürlər.

U  1  u  ğ.  Xun-xuz,  inanmayan  babalarımızı  çağır,  gəlib  görsünlər,  taki 

inansmlar.

X u n -x u z gedir.

Z e y n ə b.  Ah, ürəyim dözməyir.  İşıqlı dünyanı tez  görmək istəyirəm.

X u n -x u z daxil  olur.

F  i r ə n g i z.  Ah!  O dünyanı işıqlı edən günəşi bircə tez  görə idim.

Q o calar d an ışa-d an ışa gəlirlər.

C  ə m ş i d.  Elə  şey  ola bilməz.




L  i-x u n-c  a n ğ.  Heç vaxt inanmam.

B  a h a d ı r.  Elə  şey  mümkün deyil.

Ə b d ü s s ə l a m . O  müşkül işdir,  inanmam.

İşığı  görürlər.

C ü m 1 ə  s i.  Ah!  Doğru.  İşıq gəlir.

U 1 u ğ.  Ey  əhli-zülmət, hazır olun,  işıqlı dünyaya çıxırıq.

S əhnə  qaran lıq   olur.  H əzin -h əzin   m usiqi  səsi  gəlir.  D al  p ərd ə  qalxır.  M ən zərəli  dağlar, 

c içəklərlə  bəzən m iş  çəm ən   və  su lar  görünür.  B ir  taq ım   qız,  ç iy in lərin d ə  c ü rd ək   bu lağ ın  

b aşın a to p lasıb ,  kim i  su d o ld u ru r,  kim i  sö h b ət edir.  B u  h ald a d ağ ın  a rasın d an   cərgə  ilə  U luğ, 

Ə kbər, Z ey n əb ,  F irən g iz,  Q asım ,  Q u b ad , X u n -x u z çıxırlar.

Z e y n ə b.  Ah,  işıqlı dünya nə  gözəldir!

F  i r ə n g i z.  Ah, nə yüksək,  nə işıqlı  göylər!

Q  a s ı m.  Sənə baxdıqca göz doymayır,  ey çeşməli, həm yaşıl dağlar.

Q u b  a d. Nə xoş mənzərən var,  ey  çiçəkli çəmənlər.

Ə  k  b  ə  r.  Ey  göydə  süzən  azadə  şahin!  Məni  qaynağma  alıb  da  qaldır.  O 

yüksək səmada bir qədər seyr edim.  Bu təzə cahana doyunca baxım.

X  u n-x u z.  Ötünüz,  ey xoş  avazlı,  qəlbə zövq verən quşlar!

C ü m 1 ə  s i.  Əhsən  sənə,  əhsən sənə,  ey həqiqət işığı.

U 1 u ğ (al bayrağı  qaldırıb).  M əhv ol bu cahandan dəxi ey  dəhşətli-zülmət!

Pərdə



ŞAHSƏNƏM VƏ  GÜLPƏRİ

B ir pərdəli,  üç şəkilli pyes 

İŞTİRAK EDƏNLƏR

P i n ə ç i   Q a f a r .

Ş a h s ə n ə m   - onun arvadı.

M i r z ə F ə r ə  c-küçə məktub yazanı.

G ü 1 p  ə r i  -onun arvadı.

A x u n d   M o l l a Q a s ı m .

BİRİNCİ  ŞƏKİL

Pinəci  Qafarm  otağı.  Yoxsul,  zəhmətkeş  otağı  mənzərəsi.  Pinəçi  Qafar başm aq 

yamayarkən oxuyur,  Şahsənəm də tikiş tikir.

P in əçi  m ən əm ,  işləm əsəm ,  m əd arım  k eçm əz  m ənim .

B u   qışı  b u rd a q aşlam asam ,  m əd arım  k eçm əz  m ənim .

Ş a h s ə n ə m .   Qafar, bircə o oxumağı kəs, mənə  qulaq as.

Q a f  a r.  Buyur, kəsdim,  nə deyirsən?

Ş a h s ə n ə m .   Onu deyirəm ki, mən kimdən əskigəm?

Q a f  a r.  Arvad, nə demək istəyirsən? Başa düşmürəm.

Ş a h s ə n ə m .   Çox yaxşı başa düşürsən.  Ancaq özünü anlamazlığa qoymusan. 

Q a f  a r.  A nadürüst balası,  sən nə dedin ki,  mən də başa düşəm.

Ş a h s ə n ə m .   Deyirəm ki, kimdən əskigəm?

Q a f  a r.  Allahu əkbər,  a Tmtm Həsənin qızı,  Teleqraf Güllünün balası.  Axı  sən 

nə deyirsən ki, mən başa düşüm.

Ş a h s ə n ə m .   Bəli,  mən deyirəm ki, kimin arvadmdan əskigəm?

Q  a  f   a  r.  Əstəğfürullah.  Lənət  şeytana.  A  m ürtədin  qızı,  elə  tutuquşu  kimi 

təkrar  edirsən  ki,  mən  kim dən  əskigəm,  m ən  kim dən  əskigəm.  Bunu  keç,  bunu 

eşitdim,  sözünün dalmı  söylə.

Ş a h s ə n ə m .   Belə  sözümün dalı da budur,  qabağı da.  M ən kimdən əskigəm?




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə