Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə36/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   32   33   34   35   36   37   38   39   ...   140

M i r z ə   F ə r ə c .   Adə,  sən  get pinəçiliyini  elə!  Belə  şeyləri bilməzsən.  M olla 

əmi,  sən ona qulaq asma,  mən deyənə bax.

Q  a  f   a  r.  M irzə  Fərəc,  bir  mənə  qulaq  ver.  Kişi,  bu  yeni  dildə  "kom",  "sov", 

"nar"  sözləri  çox  işlənir.  M ən  bunlarm  mənasmı  bilmirəm.  Bunu boynum a  alıram. 

Ancaq  onu  bilirəm  ki,  "nar"  böyüklük  göstərir.  Hansı  komun  başma  qonursa  onu 

böyük edir.  İndi  anladmmı?

M o l l a   N ə s r ə d d i n .   A  Şahsənəm,  deyəsən bunlarm  heç  biri  bu təzə  dili 

yaxşı bilməyir.

Ş a h s ə n ə m .   M olla  əmi,  yaxşı  başa  düşmüsən.  Bunları  qoyasan  oylə 

mübahisə edələr.  M ən də,  Gülpəri də bunlarm sözləşməsindən təngə  gəlmişik.  Kişi, 

belə  söyüşməyə,  davaya çıxırlar.  Həftələrlə küs baxılırlar.

M i r z ə   F ə r ə c .   A  M olla  əmi,  sən  özün  bizə  həkəm  ol.  M ən  deyirəm  bu 

"dankom  sözü  bizim  "dam"  sözündəndir.  Qafar  deyir  xeyr,  urusun  "dom" 

sözündəndir.  Hansımız düz deyirik?

M o   11  a  N ə s r ə d d i n .   Hansmız düz deyirsiniz mən də bilmirəm.  Ancaq bu 

gün  məni  bəlaya  salan  o  "dom"  sözü  oldu.  Oylə  ki,  o  matışkaya  dedim:  -  madam, 

bacalıska poydom domoy  - mənim üstümə  qışqırıb  rayona  apardı.  O  dostum böyük 

idarələrin  adlarmı  dedi  m ən  də  bu  dəftərimə  yazdım.  Hə,  tapdım  "sovnarkom" 

gördünüz ki,  ikiniz də  qələt deyirsiniz.

Q  a f  a r.  M olla əmi,  sənin dostun səhv edir.  Kişi,  "nar"  gərək başda dursun.

Ş a h s ə n ə m .   Aley,  kül  sənin  o  höcət başma.  O  hökumət  adamı  bilmədi,  sən 

Pinəçi  Qafar bildin?

M o l l a N ə s r ə d d i n .   Burada  ən  böyük  idarənin  admı  yazmışam,  amma 

özüm də oxuya bilmirəm.  Tərs kimi zirzəbərin də  qoymamışam.

Q  a f  a r.  M olla əmi,  sən ora-burasmdan de,  m ən düzəldərəm.

M o l l a   N ə s r ə d d i n .   Baş kəlməni  aydm oxuyuram.  "Az"tsik...

Q  a f  a r.  Hə, Aztsika.

M o l l a   N ə s r ə d d i n .   Yox,  Qafar,  sən də  düz  demirsən.  Qoy  qalsm.  Bu dili 

yaxşı biləndən  öyrənərik.  Ay  uşaqlar,  dil  bəlasmı  çəkdiyimiz zaman  ortalığa  əlifba 

bəlası  gəldi.  Deyəsən, bu ərəb  əlifbasmm dəyişilmək zamanı  gəlib çatmışdır.

M i r z ə   F ə r ə c .   Kişi, nə danışırsan?

M o l l a   N ə s r ə d d i n .   İran durur,  sən durursan.




Ş a h s ə n ə m .   M olla əmi,  izin ver süfrəni  salım.

M o l l a   N ə s r ə d d i n .   Çox gözəl olar.

Ş a h s ə n ə m i l ə G ü l p ə r i   süfrə  salmağa məşğul olurlar.

M i r z ə   F ə r ə c .   M olla  əmi,  bolşeviklər  hər  şeyə  əl  atırlar.  Qorxuram,  sən 

demiş, bu əlifbaya əl  atalar.

M o l l a   N ə s r ə d d i n .   M irzə Fərəc,  əlifba məsələsi  çoxdandır.  Dəyişilməsi 

əski  hökumətlərə  sərfə  deyil  idi.  Onun  üçün  də  qoymayırdılar.  İndi  Şura hökuməti 

latm hərflərinə keçəcəklər.

Q  a  f   a  r.  M olla  əmi,  bu  bədbəxt  heç  indikini  yaxşı  bilməyir.  O  təzəni  necə 

öyrənəcəkdir?

M i r z ə   F ə r ə c .   Qafar!  Sən pinəçi  adamsan, nə üçün aləm işinə  qarışırsan?

Ş a h s ə n ə m .   M olla əmi,  süfrə hazırdır.  Buyur.

Q alxıb  süfrə tərəfə  gedirlər.

M olla əmi,  gəl irəli.

Şahsənəmin can pitisi 

Gör nə pişib  lap yeməli 

Dərdinə dərman pitisi.

Pərdə



ÇƏRXİ-FƏLƏK

Iki pərdəli,  dörd şəkilli pyes.

İŞTİRAK EDƏNLƏR

P  i  r i  -  F  a n i  -uzun,  ağsaqqallı  və  saçlı  bir  qoca.  L ibası  uzu n   ağ  ləb b ad ə, ü std ən   qurşaq.

V  ə  1  i  a ğ  a -  m ülkədarbəy.

A ğ a   S a l e h  - zav o d   sahibi.

A   ğ  a  Ş  i  r ə  1  i  -  m ülkədar.

M u s a   b ə y  - A ğ a   S aleh in  zavod  m ü d iri,  m ühəndis.

B   a h  a d  ı  r - g əcə  bir işçi.

Q ə h r ə m a n

F  ə  r m  a n 

}  B a h ad ırın  y oldaşları

N  a d  i  r

Q u r b a n ə l i   -  kəndli.

G ü l s ə n ə m  -  on u n  arvadı.

Q  a f  a r -  pinəçi.

S  a n d  r o  -  resto ran  xid m ətçisi  (lakey).

L  i  d  a 

Z  i  n a

M a r u s y a  

}  çən g ilər

M  a r  q o

A   11  a h  q u  1  u  -  işçi.

B ir n eçə  işçi  arv ad   və  kişilər.

BİRİNCİPƏRDƏ

BİRİNCİ  ŞƏKİL

Səhnə  pərdə  ilə  iki  hissəy ə  b ö lünür.  B ir  h issəsi  resto ran   o tağ ın ı  və  d ig ər  hissəsi  P iri- 

F an in in   kom asını  və  həyətini  göstərir.  K o m a n ın   y a n ın d a   b ir  qurum uş  ağac  kötüyü;  h ər  iki 

m ən zilə  qapılar  açılır.  P ə rd ə   q a lx d ıq d a  P iri-F an i  k o m an ın   a ğ zın d a  otu rm u ş  və  bir  carx 

hərək ət  h a lın d a   görünür.  Ç arx ın   pərləri  h əm   o taq d a,  h əm   də  həy ətd ə  görünür.  Q urbanəli  və 

G ü lsən əm  P iri-F a n in in   həyətinə  daxil  olurlar.

Q u r b a n ə l i .   Ey  pir,  daha  səbrim  tükənmiş,  bir  ilimin  zəhmətini  bir  gündə 

itirdim.  Qan-tər içində əkib becərdiyim m əhsulu Vəli  ağa



zor ilə  əlimdən aldı.  Uşaqlarımı ruzisiz  qoydu.  Bu  qış  günündə  gözləri yaşlı çöllərə 

saldı.  (Ağlayır.)

G ü l s ə n ə m .   A kişi,  qızıl inəyi demədin.

Q u r b a n ə l i .   Onu da sən söylə, mənim danışmağa taqətim yoxdur.

G ü 1  s  ə  n ə  m.  Ay  pir baba,  belə  sənə bu  Gülsənəmin  canı  qurban olsun.  Mal- 

qaradan  təkcə  bir  inəyimiz  qalmışdı.  İnək  demə,  bir  maral,  buynuzları  göylə 

gedirdi,  yelini yer ilə  sürünürdü.  Kənddə  qızıl  inəyin tərifi  dillərdə  söylənilirdi.  Üç 

gün  bundan  irəli  ağanm  naxırçısı  inəyimi  damğalayıb  bəyin  naxırma  qatmış. 

Səbəbi  guya  qızıl  inək  ağanm  qoruğuna  girmiş.  Ey  pir  baba,  o  ağaya  biz  nə  edə 

bilərik?  Səndən başqa bizim imdadımıza yetən yoxdur.  Bizə bir çarə qıl.

P i r i  - F  a n i.  Əyləşin,  cavabmızı  alarsmız.

Ə yləşirlər.  P in əçi  Q afar daxil  olur,  p irə təzim  edib  ərz  eləyir.

Q  a  f   a  r.  Ey  pir,  bu  qabarmış  əllərimin  zəhməti  ilə  Ağa  Şirəlinin 

karvansarasmm  qarşısmda  pinəçilik  edib  yeddi  baş  külfət  ruzisini  bir  tövr  ilə 

qazanıram.  Bu  gün  xozeyindən  əmr  çıxmış  ki,  Pinəçi  Qafar  ya  tutduğu  yerə  kirə 

versin,  ya  da  tutduğu  yeri  azad  etsin.  H ər  iki  hal  mənim  üçün  müşküldür.  Bu  qış 

zamanı  m ən  haraya  gedim?  Nə  qazanıram  ki,  uşaqlarımm  boğazmdan  kəsib  ona 

kirayə  verim?  M əgər  sansız  evlərinin  kirayəsi  ona  kafi  deyil  ki,  m ən zavallı  kasıbı 

küçələrə buraxır.  Ey pir,  səndən İmdad istəyirəm.

P i r i  - F  a n i.  Əyləş,  cavabmı  alarsan.

A llah q u lu   və  bir n eçə  işçi  daxil  olur,  pirə təzim  edirlər.

A  1  1  a  h  q  u  1  u.  Ey  Piri-Fani,  Ağa  Saleh  xozeyin  bu  gün  bizləri  zavoddan 

çıxarıb, küçəyə  atdı.  İndi biz nə edək?  Arvad-uşaqlarımız  acmdan fəryad edirlər.

P  i r i-F  a n i.  Səbəb nə olmuş?

A  1  1  a  h  q  u  1  u.  Gündəlik  muzdumuz  çox  az  idi.  Aldığımız  pul  külfətimizi 

ödəmirdi.  Bir  qədər artm lm asm ı xozeyindən rica etdik,  qəbul  etməyib  dedi:  İndiyə 

kimi  gündə  on  saat  işləmisiniz,  bu  gündən  həmin  məbləğə  on  iki  saat 

işləyəcəksiniz.  Bu  şərtə biz razı olmadıq.

P i r i  - F  a n i.  Əyləşiniz,  cavabmızı  alarsmız.

Ə y ləşirlər,  b u   h ald a  B a h ad ır  qolları  çirm ək li,  d ö şü   və  başı  açıq,  d alın ea  Q əh rəm an , 

F ərm an   və  N a d ir daxil  olurlar.



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə