Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə33/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   29   30   31   32   33   34   35   36   ...   140

V  ə  1  i  b  ə  y.  Hey,  get  ey  fələk,  hey!  Keçmişdə  o  hadim  vaxtımda  bir 

axşamçağı  küçə  ilə  gedirdim.  Qəflətən  bir  şey  partladı.  Dedim yəqin  məni  atdılar. 

O vaxtı  düşmənlərim çox idi.  Baxıb  gördüm ki,  bir həmşəri  şahbalut partıltısı  imiş. 

Şahbalutu  ayağımla  vurub  küçə  ilə  bir  elədim.  İndi  qəzanm  işinə  bax  ki,  özüm 

şahbalut  qavurub  satıram.  Hanı  keçmiş  dövran!  Dəm lər  o  dəmlər  idi,  zaman  o 

zaman id i!

A ğ  a  Ş  i r ə  1  i.  Vəli bəy,  mən də keçmişdə,  o  gözəl vaxtda bir  gecə restoranda 

yoldaşlarımla  (indiki  yoldaşlarımı  demirəm  ha)  kef  edirdim.  H ər  cür  içki  içib 

sərxoş  olan  zaman  həmin  indi  bu  halva  satan  dostumuz  Ağa  Saleh  gəlib  çıxdı. 

Dedi:  sizin  hamımızı  ştraf edəcəyəm,  nə  üçün  mənsiz  kef edirsiniz.  Gərək  bu  saat 

stol  təzələnə!  Konyak,  vodka  meydana  gələ.  Qavurmaçı  M ehrinin  də  adı  yaman, 

özü dadlı  qavurması  da burada hazır ola.  Ağa  Salehin də bir sözü iki olmazdı.  Bəli, 

qavurma hazır oldu.  Biz  də təzədən lül  qənbərqulu  olduq.  Ah,  dəmlər o  dəmlər idi, 

zaman o zaman idi!

A  ğ  a  S  a  1  e  h.  Düzdür,  dəmlər  o  dəmlər idi.  Fəqət  biz  də  müdəm  məst  olub, 

bizə  dərin  quyu  qazan  bolşeviklərə  köm ək  edən  molla nəsrəddinləri  vaxtmda  tələf 

etmədik.

V  ə  1  i  b  ə  y.  Bunu  Ağa  Saleh  doğru  deyir.  M olla  Nəsrəddinin  jum ahndan 

kəndli-fəhlə məsələsi düşməyirdi.

A  ğ  a  Ş  i  r  ə  1  i.  Onda  mənim  də  yanığım  var.  Ah!  Bir  gəlib  buraya  çıxaydı, 

onun o uzun hənalı  saqqalmda bir tük qoymazdım!

V  ə  1  i  b  ə  y.  M ən  də  onun  ala-bula  əmmaməsini  bu  saca  salıb  şahbulat  kimi 

qavurardım.

A ğ a  Ş  i r ə 1 i.  Aman!  Ya rəbb!  Odur, M olla Nəsrəddin gəlir.

M o lla   N əsrəd d in   daxil  olu r, o n lara d iq q ətlə  baxır.

M o l l a   N ə s r ə d d i n .   Səlaməleyküm,  ey  sabiq  ağalar,  xozeyinlər,  indi 

qavurma, halva satan füqərayi-kasibo!

A  ğ  a  S  a  1  e  h.  Əleyküməssəlam,  ey  bizləri  bu  günə  qoyan  fitnə  fücur  Xacə 

Nəsir,  qoca Nəsir!

M o l l a   N ə s r ə d d i n .   Hə!  İndi m ən deyənə  gəlmisiniz!

V ə 1  i  b  ə y.  Oylə ki,  sən biz bəylərə külüng vururdun,  axırda bu  günə  düşəcək 

idik.  Müdam biz m ülkədarlann əleyhinə yazdm:

Bağm,  əkinin xeyrini bəylər görəcəkmiş,

Toxum əkməyə dehqanlan neylərdin,  ilahi,




İş rəncbərin,  güc öküzün, yer özününkü,

Bəyzadələri, xanlan neylərdin,  ilahi.

A ğ a  S  a 1 e h.  Fəhlələri də bizim üstümüzə  qaldırmağa yazırdm:

Fəhlə,  Özünü sən də bir insanmı  sanırsan?

Pulsuz kişi,  insanlığı  asanmı  sanırsan?

O qədər belə yazdm ki,  axırda onlar da üsyan edib bizləri bu  günə  saldılar.

M o l l a N ə s r ə d d i n .   Hə,  başa  düşürəm.  Siz  ağa  xozeyinlər  mənə  sud 

qurmuşsunuz.  Onda mən müqəssirin də danışmağa haqqı varmı?

A ğ a  Ş i r ə 1 i.  Var,  söylə  görək nə deyəcəksən?

M o l l a   N ə s r ə d d i n .   Ağa  Şirəli,  mən  siz  dövlətlilərə  belə  nəsihət 

etmədimmi?

Dövlətli,  amandır!  Özünü salma bəlaya

Fəhlə  sözü haqq olsa da, baxma o  sədayə.

A ğ a   S a l e h .   A hiyləbaz molla,  sənin bu kələyini biz də  duymuşduq.  Fəhlədə 

sənin  sözlərini tərsinə  anlamaq lazımdır.

M o l l a   N ə s r ə d d i n   (kənara).  Doğrudan  da,  kələyimi  duymuşlar.  Görüm 

bunlarm əlindən necə xilas oluram?  (Onlara.) indi mənim barəmdə fikriniz nədir?

V ə  1  i  b  ə y.  M ən  əhd  eləmişəm ki,  sənin  o  əmmaməni  bu  şahbalut  qazanmda 

yandıram.

A  ğ  a  Ş  i  r  ə  1  i.  M ən  də  səni  xurd-xəşil  edib  bu  qavurma  qazanmda  M olla 

Nəsrəddin qavurması bişirəm.

A ğ a  S  a 1 e h.  M ən də M olla Nəsrəddin halvası yoğuram.

V əli  bəy  şabalıd  çö m çəsin i,  A ğ a   Şirəli  q ovurm a  çö m cəsin i, A ğ a   S aleh  h alv a  bıçağım  

götürüb  M o lla  N ə srə d d in in  ü zərin ə  h ü cu m  edirlər.

M o l l a   N ə s r ə d d i n .   Qaradavoy,  qaradavoy!

V  ə  1  i  b  ə  y.  Sizlərin  dövlətindən  köhnə  hökumət  öz  qaradavoyları  ilə  təşrif 

apardılar...

M o l l a   N ə s r ə d d i n   (qoltuğundan  Qafar verdiyi  kağızı  çıxarıb göstərir.) 

Məni  döymək  olmaz!  Bu  möhürlü  kağızı  görürsünüzmü?  Hünəriniz  var  mənə  bir 

çırtma vurun, hammızı tutub  çekaya salarlar.




A ğ a  S  a 1 e h.  M olla əmi, biz  sənlə zarafat edirdik.

V ə l i   b ə y v ə A ğ a   Ş i r ə l i .   Buyurunuz  bizə  qonaq  olunuz.  M olla 

Nəsrəddin.  Görürəm  mənim  gəlməyimdən  ovqatmız  təlx  olubdur.  Çox  şadıq. 

Keçmiş  günahlanmızı boynumuza alırıq.

A ğ a  Ş i r ə 1 i.  Xeyr,  xeyr.  (Oxuyurlar.)

Söylədik aldatmıyalım fəhləni, fəhləni,

Əldə də oynatmayalım fəhləni, fəhləni.

Yer verin azad eliyək kəndlini, kəndlini 

Dəhridə dilşad eliyək kəndlini, kəndlini 

Biz vəli bunlara qulaq vermədik, vermədik 

Bu gələcək işləri biz  görmədik,  görmədik.

Pərdə

ÜÇÜNCÜ  ŞƏKİL

Səhnə  bir  küçə  g östərir,  M o lla   N ə srə d d in   sabiq  ağ aların   əlin d ən   xilas  o ld u q d an   sonra 

ko m m u n x o z  id arəsin ə  g etm ək   istəyir.  L ak in   o  sözü  un u d u b   k ü çəd ən   g ed ən   ad am lard an  

soruşm aq istəyir.  R əeəb   ilə  C avadı  d ay an d ırıb   soruşur.

M o l l a   N ə s r ə d d i n .   A  yoldaşlar,  bircə  dayanm,  sizdən  bir  soruşmalım

var.

R ə c ə b. Bizim molla ilə yoldaşlığımız tutmaz.  Bizim sənətimiz başqa şeydir.



C  a  v  a  d.  Rəcəb,  qoy  kişi  sözünü  desin.  Kim  bilir,  bəlkə  yoldaşlığımız  tutdu. 

Görmürsən ki, bura adamma oxşamır.  Bəlkə molla libasmda...  o  söz.

R  ə  c  ə  b.  Doğru  deyirsən.  M olla  əmi,  buyur  görək,  bizdən  nə  soruşmaq 

istəyirsən?

M o l l a   N ə s r ə d d i n .   Sizdən bir söz  soruşmaq istəyirəm.  Ancaq yadımdan 

çıxıbdır.  Nə  edim,  qoca  kişiyəm,  hafizəm  yoxdur.  Pinəçi  Qafar  ilə  M irzə  Fərəc 

öyrətdilər, yenə də unutdum.  Belə  qozdur, xozdur, buna oxşayan bir sözdür.

C  a v a d.  M olla dayı, bizdən çəkinmə,  malıym əsil  admı de.

R  ə  c  ə  b.  M olla  əmi,  biz  də  aramızda  sövdə  edəndə  guya  qoz  alırıq,  kişmiş 

satırıq, deyirik.  Lakin əsil  alış-verişimiz başqa şeydir...  o  söz.




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə