Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə34/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   30   31   32   33   34   35   36   37   ...   140

M o l l a   N ə s r ə d d i n .   A balam, mən sizi başa düşə bilmirəm,  açıq danışm.

C  a  v  a  d.  Düzü,  biz  qızıl  alış-verişi  edirik.  Bizə  speklyant  deyərlər.  Sən, 

deyəsən,  İrandan gəlmişsən.  Qrandan,  lirədən,  dollardan nəyin var isə  qiymətini de, 

sövdəni başlayaq.

M o l l a   N ə s r ə d d i n .   Düzdür,  m ən  İrandan  gəlmişəm,  lakin  siz  deyən 

şeylər məndə yoxdur.

R  ə  c  ə  b.  Sənə  demədim  ki,  bizim  molla  ilə  yoldaşlığımız  tutmaz.  Onlardan 

kim xeyir görmüş ki, biz də  görək.

C  a v  a d.  Rəhmətliyin oğlu,  bizi  işdən,  gücdən  qoyubdur ki,  nə  var,  sizdən  söz 

soruşacağam.

R ə c ə b.  Gəl  gedək.  İndi malakan bağm da rəqiblərimiz işlərini düzəltdilər.

C  a v a d.  İndi  allah bilir, bu qoca kaftar bizə neçə milyon zərər vurdu!

G edirlər.

M o l l a   N ə s r ə d d i n .   Bolşeviklərin  də  möhtəkirliklərlə  bacarmadıqlarmı 

görürəm!  (Erməni keşişini görüb.) Axper, bir dayan!

K  e  ş  i  ş.  Kila  niyə  dayanmıram,  dayanaram.  Görürəm  sən  də  mən  dərdlisən. 

Gəl  iki  badbaxt  ürəyimizi  bir-birimizə  boşaldax.  Kila,  a  Molla!  Gördün  ki,  bu 

şeytan bolşeviklər biz ruhanilərin başma nə  gətirdilər?

M o l l a   N ə s r ə d d i n .   Nə gətirdilər,  axper?

K  e  ş  i  ş.  Daha  nə  gətirəcəklər?  Kila,  bu  evi  bərbad  olmuş  bolşeviklər 

çörəyimizi kəsdilər.

M o l l a   N ə s r ə d d i n .   Necə?

K  e  ş  i  ş.  İndi  heç  kəs  gəlib  bizə  kəbin  kəsdirmir.  Hamı  dindan,  masapdan 

çıxıbdır.  Kila,  indi  oğlan  qıza  deyir:  Bana  gələrsən?  Kila,  qız  da  oğlana  deyir, 

gələrəm.  İş bunla qurtarır.  Daha bizə işləri yoxdur.

M o l l a   N ə s r ə d d i n .   Axper, burada təqsir kimdədir?

K e  ş i  ş.  Kimdə olacaq?  Əlbəttə, bolşeviklərdədir.

M o l l a   N ə s r ə d d i n .   Xeyr,  axper,  bizdədir.  Biz  din,  məzhəbilə  alış-veriş 

edib  ciblərimizi  pul  ilə  doldururduq.  M olla  ilə  keşişin  cibinin  böyüklüyü  də  zərb- 

məsəl olmuşdur.

K  e  ş  i  ş.  Ban  elə  bildim  ki,  molladan  bolşevik  olmaz.  Sən,  kila,  bolşeviklərin 

atasısanmış.  Banım sənlə  söhbətim tutmaz.  Kila, xudahafis.  (Gedir.)




M o l l a   N ə s r ə d d i n .   Bizim m ollalara həqiqəti  söyləyəndə ya kafirsən,  ya 

da  babısan  deyərdilər.  İndi  onlarm  əvəzinə  bolşeviksən  deyirlər.  (Memar keçir.)  - 

Tovariş, bacaliska...

M   e  m  a  r.  Kakoy  çort  ya  tebe  tovariş.  Stolka  let  trudilsiya,  okonçil  vısşeye 

uçebnoye zavədeniye i vdruq tovariş kakomuto  staromu mulle!  (Gedir.)

M o l l a   N ə s r ə d d i n .   Mənə  acığı  tutdu.  Görünür  Qafar  deyən  həqiqi 

ruslardandır.  (Çörəkçi  başm da  çörəklə  dolu  tabaq  oxuya-oxuya  gəlir.)  A  çörəkçi 

qardaş,  bir dayan!

Ç  ö r e k ç  i.  Baş üstə!  (Tabağı  başından  endiribyerə  qoyur.) M olla əmi,  indicə 

təndirdən  çıxartmışam.  Gör  nə  ağ  çörəkdir.  Xalis  sarıbuğda  unundan  bişibdir. 

Deyəcəksən  girvənkəsi  otuz  min  manata  bahadır.  Vallahi,  kişi,  baha  deyil!  İndiki 

otuz min köhnə pul ilə üç köpik edir.  Bahadır?

M o l l a   N ə s r ə d d i n .   A balam,mən  çörək  alımram.  Səndən köhnə  dumun 

yolunu  soruşuram.  Oraya gedəcəyəm.

Ç  ö  r  ə  k  ç  i.  Rəhmətliyin  oğlu,  işdən-gücdən  avara  edibdir  ki,  mənə  köhnə 

dumun  yolunu  göstər.  Bilirəm  bizdən  şikayət  etmək  istəyirsiniz.  (Tabağı  başına 



qaldırır.)  Biz  çörəkçilərlə  nə  köhnə  dum,  nə  tazə  dum,  nə  sovnarkom,  nə 

kommunxoz,  nə  refkom,  nə  uçkom,  nə  domkom  heç  kəs  bacara  bilməz.  Çörəyi 

gündə beş min artıracayıq.  (Gedir.)

M o l l a   N ə s r ə d d i n .   O  dediyin  sözlərin  içində  m ən  axtaran  da  var  idi. 

Amma  zalım  oğlu  öylə  tez-tez  dedi  ki,  bir  kom,  komdan  başqa  heç  biri  yadımda 

qalmadı.  (Ivanova gəlir.) Bacaliska, madam.  Dom  mini bakacı, baydom domoy...

İ v  a n o  v  a.  Çto?  Ax tı  stany  çort!  M enya  domoy  priqlaşayeş?  Ya tebe  seyças 

pokaju.


M o l l a   N ə s r ə d d i n .   Bunun da acığı tutdu.

M o l l a   N ə s r ə d d i n .   Milisioner!

M ilisio n e r gəlir.

M  i 1 i  s i o n e r.  Çto  skajite tovariş?

İ v a n o v a.  Etot stany  çort priqlaşayet menya k sebe domoy.  Ponimayete.

M  i 1 i  s i o n e r.  Da ponimayu.

İ v a n o v a .   Tak vozmite yeqo v rayon.



M  i 1 i  s i o n e r.  Molla,  gedek!

M o l l a   N ə s r ə d d i n .   Haraya?

M  i 1 i  s i o n e r.  Rayona!

M o l l a   N ə s r ə d d i n .   N əüçün?

M  i 1 i  s i o n e r.  Sən bu arvada sataşmısan.

M o l l a   N ə s r ə d d i n .   M ən  ona  sataşmamışam.  Söz  soruşmuşam.  Görünür 

məni başa düşməmiş.

İ v a n o v a.  Çto yeqo  sluşayete?  Vozmite v rayon, tam  razberut.

M  i 1 i  s i o n e r.  Molla,  gedək,  orada məlum olar.

M o l l a   N ə s r ə d d i n .   A balam, vallah,  mənim təqsirim yoxdur.

M  i 1 i  s i o n e r.  Çox danışma.  Orada məlum olar.

Ü çü  d ə  gedir.



Pərdə

DÖRDÜNCÜ  ŞƏKİL

Səhnə Pinəçi  Qafarm otağmı  göstərir.  Otaq palaz  ilə  döşənmiş.  Divar içində  iki 

dolab.  Birisi  qab-qacaq  üçün.  O  biri  yorğan  döşək  üçün.  R əf  üstündə  stəkan, 

nəlbəki,  qəndqabı,  piyalə,  çaynik  və  qeyri.  Buxarı.  Onun  sağmda  M irzə  Fərəc, 

solunda  Qafar,  döşəkcə  üstə  oturmuşlar.  Pərdə  qalxdıqda  Gülpəri  ilə  Şahsənəm 

samovarm yanm da oturub biri  qənd doğrayır,  o biri  stəkan yuyur.

Q  a f  a r.  A M irzə Fərəc, M olla əmi  gəlib çıxmadı.  Görəsən, kişinin başma nə iş 

gəldi?

M i r z ə   F ə r ə c .   Adə  M əşədi  Qafar,  olmaya  ağalar  M olla  əmini  dolaşdırıb 



tutdurdular.  Kişinin başbileti də yoxdur.

Q  a f  a r.  Bəs mən verdiyim udastaverenni nədir?

M i r z ə   F ə r ə c .   O kağız  senin admadır,M olla əminin adma deyilki?

Q  a f  a r.  M olla əmi deyər ki, M əşədi  Qafar mən özüməm.

M i r z ə   F ə r ə c .   M olla  əmi  onu  deməz,  desədə  inanmazdılar.  Çünki  molla 

libasmda başı  əmmaməli pinəçi  olmaz.  M ənim udastaverennim olsaydı  inanardılar. 

Çünki o  da oxumuş  adamdır m ən də.  O da abalı,  qurşaqlıdır mən də.

Q  a  f   a  r.  A  M irzə  Fərəc,  yenə  oxumaqdan  dəm  vurursan?  M ən  sənin  kimi 

oxumuşlara  bir  qara  köpük  də  vermərəm.  Kişi  sən  düz  kağız  yazmağı  da 

bacarmırsan.




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə