Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə37/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   33   34   35   36   37   38   39   40   ...   140

P i r i  - F  a n i.  Şikayətəmi gəlmisiniz?

B  a  h  a  d  ı  r  (əllərini  belinə  qoyub.)  Xeyr,  siz  Piri-Faninin  bu  məzlumlara 

verəcəyi cavabı  gözləyirik.

P i r i  - F  a n i.  Əyləşiniz,  eşidərsiniz.

B a h ad ır yo ld aşların ı  başın a cəm  ed ib   ayrı  əyləşir.

P i r i - F   a n i .   Ta  cavablarmızı  almca  sükutda  olmalısımz.  Piri-Fani  başmı 

aşağı  salıb fikrə  gedir,  sairləri də  sakit,  ona müntəzir olurlar.

Pərdə

İKİNCİ  ŞƏKİL

S andro  o tağıtı  qapısım   açır.  V əli  ağa, A ğ a   S aleh, A ğ a   Şirəli  və M u sa bəy  daxil  olurlar.

V ə 1 i  a ğ a.  Sandro!

S  a n d r o.  Padano.

V ə 1 i  a ğ a.  Qatso!  Dünya nədən ibarətdir?

S  a n d r o.  Ağa,  şərabdan,  qızdan,  qruzinski düdükdən.

V  ə  1  i  a  ğ  a.  Malades,  Sandro,  keçmişləri  unutmamısan,  hanı  Tiflisdə  sizin 

qəsdində kef etdiyim  günlər?  Hanı  Tamara, hanı Marqo?..

S  a n d r o.  Ağa, Marqo dünən  Tiflisdən gəlmişdir.

Vəli  ağa.  Sandro,  bu  müjdə  iləməni  diriltdin.  Al.  (Pul  verir.)  Bu  sənin 

muştuluğun,  qoy başqa lakey padavat etsin.  Sən M arqonun dalmca get.

S  a n d r o.  Ağa, xəbər etmişəm,  gələcəkdir.

A ğ a  S  a 1 e h.  Sandro, bizim  qızlara da xəbər vermisənmi?

S  a n d r o.  Bəli, xozeyin,  vermişəm.

A ğ a  Ş i r ə 1 i.  Sandro,  stolu düzəlt, m ən acmdan ölürəm.

S  a n d r o.  Ağa, bu  saat.  (Ç ıxır.)

A ğ a  Ş i r ə 1 i.  Ağa  Saleh,  eşitdim bu gün raboçilərin zabastovka ediblər?

A ğ a  S  a 1 e h.  İstədilər muzdlarmı  artırsmlar,  öz yerlərini də itirdilər.

M   u  s  a  b  ə  y.  Xozeyin,  gərək  bir  qədər  artırıb  ağızlarmı  yumaydm.  Gündə  on 

iki  saat zəhmətə heç bir fəhlə dözməz.



A  ğ  a  S  a  1  e  h.  Niyə  dözməz,  qoy  bir-iki  gün  ac  qalsmlar,  hamısı  gəlib, 

ayaqlarıma yıxılıb yalvaracaqlar.  Allah onları bizlər üçün işləməyə yaradıbdır.

V ə 1 i  a ğ a.  Bizləri də  şampanski içməyə.

S andro  daxil  olur,  stola içki  və y em ək   qoyur.

A ğ a  Ş  i r ə 1 i.  Ay  sağ ol,  Sandro.  Şampanskini buza qoymusanmı?

S  a n d r o.  Bəli,  qoymuşam.

V ə 1 i  a ğ  a.  Sandro,  qızlar necə oldu?

S  a n d r o.  Ağa, bu saat gələrlər.

A ğ a  S  a 1 e h.  Vəli  ağa, tam ada vəzifəsi  siz ilədir.

V  ə  1  i  a  ğ  a.  Oğul  deyirəm,  bu  gün  mənimlə  içə  bilsin.  Hammızı  şəhid 

edəcəyəm.

B u   h ald a L id a, M aru sy a və Z in a  daxil  olurlar.

Q ı z 1  a r.  Ura!

X o z e y i n l ə r .   Ura!..

L  i d  a.  Şiroçka!  (Ağa Şirəlinin  üstəyüyürür.)

M  a r u s y  a.  Sali!  (Ağa Salehin  üstəyüyürür.)

Z i n a.  Musiçka!  Musiçka!  (Musa bəyin üstə yüyürür.)

V ə 1 i  a ğ a.  Sandro,  evimi yıxdm.  Marqo harada qaldı.  Məni xanımsız  qoydun. 

S  a n d r o.  Ağa, bu  saat  gedim gətirim.  (Gedir.)

A ğ a  S  a 1 e h,  Lamada, nə yatmısan?  Xanımlar yem ək istəyirlər.

V ə  1  i  a  ğ  a.  Bu  saat,  kim nə  içmək  istəyirsə  desin:  konyak var,  zubrovka var, 

benedektin var, nastoyaşşiy  smimovka var.

A ğ a  Ş i r ə 1 i.  M ən konyak içəcəyəm.  Ağa  Saleh, M ən də.

M  a r u s y  a.  M ən vodka içəcəyəm.

V ə 1 i  a ğ a.  Sağ olsun M aruska xanım,  m ən özüm də vodka içəcəyəm.

B u   h ald a M arqo  və  çalğ ıçılar daxil  olurlar.

M   a  r  q  o.  Valya!  Valiçka!  (İstəyir  Vəli  bəy  tərəfə  gəlsin.)  Vəli  ağa.  Marqo, 

yerində dur.  Ustalar çalmız!  Marqo,  oradan süzə-süzə  gəlib mənlə  görüşərsən.

Ç alğ ıçılar çalırlar.  M arq o   d a o y n ay a-o y n ay a  gəlib  V əli  ağa ilə  görüşür.



A ğ a  Ş i r ə 1 i.  Sağ olsun Marqo, nə  gözəl oynayır.

A  ğ  a  S  a  1  e  h.  Sağ  olsun  belə  Gürcüstan  tavadı.  Qospada,  Marqo  xanımm 

sağlığma içək.

İçirlər.


A ğ a  Ş i r ə 1 i.  Dövran bizimdir, bizim.

A ğ a  S  a 1 e h.  M ülki-Süleyman bizimdir, bizim.

V ə 1 i a ğ a.  M arqo xanım da mənimdir,  mənim.

A ğ a  Ş i r ə 1 i.  Çərxi-fələyi döndərən olmaz.

A ğ a  S  a 1 e h.  Biz  ağalan bu büsatdan endirən olmaz.

V ə 1 i a ğ a.  Sandro,  şampanski və meyvə  gətir.

S  a n d r o.  Bu saat,  ağa.  (Gedir.)

M  a r u s y  a.  Sali, pul var?

A ğ a  S  a 1 e h.  Var, var.

L  i d a.  Şiroçka,  ev var?

A ğ a  Ş i r ə 1 i.  Var, var.

M  a r q o.  Valiçka,  mülk var?

V ə 1 i  a ğ a.  Duşoçka, var, var.

Z i n a.  M usiçka, bəs sənin nəyin var?

M  u s  a  b  ə y.  M ənim də  səni  sevən ürəyim var.

Z i n a.  Fu!  O, hammalda da var.  Dilənçidə də var.

S  a  n  d  r  o  şampanski  və  meyvə  gətirir,  ağalar  yemək-içməyə  məşğul  olurlar, 

səssiz bir-birinin sağlığma içirlər,  söhbət edirlər.



Pərdə

İKİNCİ PƏRDƏ 

ÜÇÜNCÜ  ŞƏKİL 

Ə vvəlinci  səhnə.

P  i r i-F  a n i.  Ey  məndən dərdlərinə  çarə  istəyən füqarəyi-kasibə!  Siz  o  vaxt bu 

əziyyətdən,  bu  zillətdən  xilas  olarsmız  ki,  çərxi-fələk  sizə  çönə.  O  zaman  bu 

qurumuş  ağac  kötüyü  göyərər,  əlvan  çiçəklər  ilə  bəzənər,  yarpaqlanar,  bar  verər. 

Onun  çiçəkləri,  yarpaqları  və  meyvələri  adi  nəbatat kimi  olmaz.  H ər çiçəyin başqa 

bir rəngdə yarpaqlan və meyvəsi, həmçinin yer üzündə  gördüyünüz və eşitdiyiniz



cavahir,  qızıl  və  gümüş  kimi  ziqiym ət  daşlı  o  mədən  şeyləri  bu  ağacda  əmələ 

gəldikdə,  Simürq  admda bir  quş  uçub  gələr,  bu  ağacda  məskən  edər,  onu  qoruyar. 

Sizlərdən hər biriniz özünüz üçün nə istəsəniz  Simürq qağası ilə dərib  atar.

A 11  a h q u 1 u.  Ey pir baba,  sənə canım  qurban.  O zaman haçan olar?

P  i  r  i  -  F  a  n  i.  Onun  vaxtmı  bilmək  olmaz.  Fəqət  səbir  edib  zəhmətinizdə 

davam edərsinizsə,  elə nemətə nail olarsmız.

B a h ad ır u cad an   qəh q əh ə  ilə  gülür.

P i r i  - F  a n i.  Nəyə  gülürsən,  ey  cavan?

B  a  h  a  d  ı  r  (ayağa  qalxıb  ona  tə rə f gəlir.)  Sənin  belə  dediyin  əfsanəyə 

gülürəm.  Ey  ağlmı  qayib  etmiş  qoca,  nə  üçün  bu  avam  zavallıları  belə  xurafat  ilə 

aldadırsan.  Bu  qurumuş,  çürümüş,  qurtlanmış  kötük  yenidən  göyərərmi? 

Çiçəklənərmi?  Belə  əfsanə  ilə  məzlumları  aldatdığm  yetər.  Al!  (Ayağı  ilə  vurub 



ağac kötüyünü Sındırır.)

Hamı.  Ah...

P  i  r  i  -  F  a  n  i  (ayağa  qalxıb).  Nə  etdin!  Ey  dəli  qanlı?  Bu  biçarələrin  ümid 

çırağmı  söndürdün.

B  a h a d ı r.  Elə yalançı çıraqlar çoxdan sönməli idi.

P i r i  - F  a n i.  İndi nə etmək istəyirsən?

B  a h a d ı r.  İndi çarxı döndərmək istəyirəm.

P i r i  - F  a n i.  Bacarmazsan,  çoxları bu yolda fot olmuşlar.

B  a  h  a  d  ı  r.  Qəhrəman,  Fərman,  Nadir,  yoldaşlar,  heç  bir  fikir  dünyada 

qurbansız  yeriməmiş.  Hərgah  çarx  məni  vurub  fot  edərsə,  Qəhrəman  dalımca  sən 

gələrsən,  sonra  Fərman,  dalınca  N adir  ta  çarxı  saxlayıb  tərsə  çöndərməyincə  ol 

çəkməyin.  Haydı,  igid yoldaşlarım.

Q ə h r ə m a n .   Yoldaş  Bahadır,  toxda,  sən  bizim  rəhbərimizsən,  sənin  sağ 

qalmağm  bu  məzlumlara  lazımdır.  Əvvəl  m ən  qurban  olmaq  istəyirəm.  (Atılıb 



çarxın pərindən  tutur,  çarx onu kənara atır.)

H a m ı.  Ah, zavallı!  Öldü!

Q u rb an əli  ö zü n ü   atır,  carx  onu  d a vurur.

P  i  r  i  -  F  a  n  i.  Dayanm,  divanələr.  Bahadır  çarxdan  tutub  saxlayır.  Nadir 

kömək edir,  çarxı döndərirlər.

Pərdə



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə