Q a f a r. Lənət sənə, kor şeytan. Arvad, aydmca de görüm, məndən nə
istəyirsən? Səni başa düşə bilmirəm.
Ş a h s ə n ə m . Qafar, görürəm, əllərin qabar olan kimi, beynin də
qabarlayıbdır. Başma söz girmir.
Q a f a r. Axır sən mənə nə deyirsən ki, mənim də beynimə girməsin.
Ş a h s ə n ə m . Belə m ən onu deyirəm ki, mən kim dən əskigəm. M əşədi İbadm
arvadı Keçəl Püstədənmi? Kərbəlayı Qulamm arvadı Cızdalan Nabatdanmı? Yoxsa
dəllək Kərbəlayı Cəfərin arvadı ağzıəyri Fatmadanmı? Di cavab ver.
Q a f a r. Hə, beləcə, indi başa düşdüm. Sən mənnən paltar davası eləyirsən,
eləmi?
Ş a h s ə n ə m . O d a var. Amma indiki davam başqa şeydir.
Q a f a r. Onda başla gəlsin.
Ş a h s ə n ə m . Yaxşı, a Qafar, niyə məni "Şah İsmayıl", "Eşq və intiqam",
"Hacı Qara" ya aparmırsan?
Q a f a r. Ay rəhmətliyin qızı, barı ziyarətin birini de, m ən də görüm başıma nə
çarə qılıram. Bu kasadlıq vaxtda mən səni üç ziyarətə necə aparım, arvad, Şah
İsm ayıhn qəbri uzaq ölkədədir. O ki qaldı "Eşq və intiqam", "Hacı Qara"
ziyarətgahlanna, onlarm nə adlarmı eşitmişəm, nə də müqəddəs qəbir-şəriflərini
görmüşəm.
Ş a h s ə n ə m . Yaxşı, a Qafar, bəs bilmirsən, onda hər axşam sən də, dostun
M irzə Fərəc də evdən çıxıb bir də gecə yarısı gəlirsiniz. De görüm, haradan
gəlirsiniz?
Q a f a r. Arvad, sənə min dəfə demişəm, m inbir dəfə də deyirəm: biz hər gecə
M əşədi Əlibalanm çayçı dükanma yığışırıq. Orada dərviş baba şirin-şirin
hekayələr, maraqlı nağıllar söyləyir, biz də qulaq asırıq. Sonra da qəsidə oxuyur.
Dinləyib axirət üçün savab qazanırıq. İndi gecələr haradan gəldiyimizi bildinmi?
Ş a h s ə n ə m . Bu şirin dil ilə məni aldada bilməzsən. O günü m ən də, Gülpəri
də hamamda idik. Tratirdən (teatr.) söhbət açıldı. M əşədi İbadm arvadı Püstə
əllərini belinə qoyub bizə fors atırdı. Loğa-loğa danışıb deyirdi ki, ay yazıqlar,
allah sizi piti bişirməyə, cəhrə əyirməyə yaradıbdır. Siz evdə qalıb gecə-gündüz
işləyirsiniz, ərləriniz də tratirlarda kef çəkirlər. "Şah İsmayıl" oyununa getdim,
M irzə Fərəc ilə Usta Qafarı orada gördüm. "Eşq və intiqam", "Hacı Qara"
oyunlanna getdim, yenə də onları orada gördüm.
Q a f a r. O Püstə arvad xırp yalan deyir. Buna birinci və axırmcı sübut odur ki,
yalan dediyinə görə qurban olduğum imam Cəfər Sadıq onun ağzmı əyibdir. Bu
imam özü düz danışan adam olduğuna görə, yalan deyəni sevmir. O arvad görəsən,
kimi görübsə bizə oxşadıbdır.
Ş a h s ə n ə m . A Qafar, yəni sən bilmirsən ki, m ən haraya getmək istəyirəm?
Q a f a r. Ziyarətə.
Ş a h s ə n ə m . Hə, o ziyarəti də tratirdə göstərirlər?
Q a f a r. Nə mənə? Səni teatra aparım? Oyunbazxanaya? O möhtərəm axund-
mollalarımızm təqlidini çıxaran yerə?
Ş a h s ə n ə m . Hə, nə var? Nə üçün gözlərini bərəldirsən. Belə tratira getmək
istəyirəm.
Q a f a r. Arvad, görürəm ağlm çaşıbdır. Bu axşam vaxtı bizi günaha batırma.
Dur, ağzmı suya çək. Dur, lüleyin eşikdə doludur. Arvad nədir, teatra getdi nədir?
Arvadlar gərək evdə otursun, pitisini bişirsin, cəhrəsini əyirsin, vəssalam.
Ş a h s ə n ə m . Qafar, m ən özgə şey bilmirəm. Bu saat durub məni "Eşq və
intiqam" tratrina apararsan.
Q a f a r. Arvad, görürəm, sən dəli olmusan. M ən necə səni eşqbazlıq teatrma
aparım. Orada bacı qardaşa aşiq olur. Axırda da hər ikisi ölür... Onu görən gündən
bəri az qalmışam on yeddi rükət namaz əvəzinə, yüz on yeddi rükət qılam.
Ş a h s ə n ə m . Bax, Qafar, adamm boynuna beləcə qoyarlar ha. Bəs sən
deyirdin ki, oraya getmirəm. D ur bu saat dinməz-söyləməz məni tratiraya apar.
Q a f a r. Arvad, yaxşısı budur ki, sənin qol-qabırğanı smdırmamış buradan
gedim.
G eyinib gedir.
Ş a h s ə n ə m . Cəhənnəmə get, gora get. İndi mən də tratira gedəndə görüm
sən nə deyəcəksən.
G ülpəri daxil olur.
G ü 1 p ə r i. Salaməleyküm, ay Şahsənəm bacı. Şahsənəm. Əleyküməssəlam,
ay Gülpəri. Arvad, çarşafmı yerə qoy, otur, Qafardan söyləyəcəyəm.
G ü 1 p ə r i. Bəs özü hanı? Teatra getdi?
Ş a h s ə n ə m . Ay arvad, onu haradan bildin?
G ü 1 p ə r i. Dünən Qafar bizdəydi. M irzə Fərəc ilə söz qoydular ki, bu gecə
teatra getsinlər. M ənim kişim soruşdu ki, Qafar, hansı teatra gedək, o da dedi:
bulvarm yanmdakı... Şoqəribin adı yadımdan çıxdı. Hə, satır-alır.
Ş a h s ə n ə m . Ay qız, elə deyil. M ənim yaxşı yadım dadır ki, onda bir it sözü
də var. Hə, yadıma düşdü. Satır ağ it. (Satiragit).
G ü 1 p ə r i. Hə deyəsən, sən düz deyirsən. Dur ora gedək.
Ş a h s ə n ə m . Qafargil bizi görsələr necə olsun?
G ü 1 p ə r i. Çarşafa bürünərik, tanıya bilməzlər. Deyirlər o teatra çox arvad-
uşaq gəlir, onlarm içində bizi haradan tanıya bilərlər.
Ş a h s ə n ə m . İndi ki, belə oldu, qoy tanısmlar. Bəs başqa arvadlar nə üçün
gedirlər?
G ü 1 p ə r i. Doğru deyirsən. O günü Nabat deyirdi ki, ərim ilə oraya
getmişdim. Orada cinlər yerin içindən çıxıb şeytan ilə danışırlar.
Ş a h s ə n ə m . Ay arvad, nə əcəb qorxmamış?
G ü 1 p ə r i. Necə qorxmamış, bərk qorxubdur. Hətta istəyibdir durub qaçsm,
əri əlindən tutub saxlayıbdır. Deyibdir ki, qorxma, onlar cin deyil, adamlardır,
onlarm oyunlarmı çıxardırlar.
Ş a h s ə n ə m . Daha durma, vaxt keçir, gedək. Yoxsa oyunu başlarlar.
G ü 1 p ə r i. Gedək.
G edirlər.
Pərdə
İKİNCİ ŞƏKİL
Əhvalat Satiragit teatrm m zalmda vaqe olur. Teatrm səhnəsi pərdə ilə qapalı.
Sıralar teatra gələnlər ilə doludur. M irzə Fərəc dal sırada oturmuş. Qafar birinci
sırada baxa-baxa M irzə Fərəci axtanr.
Q a f a r. Adə, görəsən, mənim yoldaşım harada oturubdur. (Birdən gözü
arvadına sataşır.) Arvad, sənsən?
Dostları ilə paylaş: |