R i z v a n. Bu şeytan icadı konyakdır. Bunu içib məst olanları və nə halda, nə
cür pis işlər tutduqlarmı görmüşsünüz.
S a d ı q k i ş i. Hə, adamı qızmış aslana döndərdiyini anladım.
R i z v a n. Bu da tiryəkdir. Həbbini atanları nə hala salır, onu da görmüşsünüz.
A s 1 a n. Ey hərif, bizi bunlarla aldadırdm?
R i z v a n. Bu da əsrardır. Bunu çəkən adam bir hala duşür ki, at ləpiri kimi su,
onun gözündə bir böyük çay görünür. Paltarmı soyunur ki, o çayı üzüb keçsin.
G ülüşürlər.
T e y m u r. Vay sənə lənət, hərif gör bizi nəyə öyrədirmiş?
A s 1 a n. Teymur, deyəsən o bizi aldadan şəxsə oxşayır.
R i z v a n. Onun özüdür, ancaq libasmı dəyişdirmiş. Bir az bundan irəli başqa
surətdə qızlarmızı aldadıb dağlara aparmaq istəyirdi, mən qoymamışam.
Q a r a H ü s e y n . Bəs nə üçün bunu tutub həbsə almırsmız?
R i z v a n. Tutulacaqdır və cəzasmı da alacaqdır. Qoyun görək kimdir.
H ə s ə n q u l u . Kim olacaqdır? Şərir fəsadçmm biri.
Ş e y t a n. Rütbəmi azaltma.
R i z v a n. Bəs sən kimsən?
Ş e y t a n (üst libasını atır.) Şeytan.
C ü m 1 ə s i. Şeytan!
Ş e y t a n.
Ey vay, bu nə aləm, bu nə dövran, bu nə halət?
Nərdən yetib insanlara boylə mələkiyyət?
Bu bəndələrim-qullarım hər an mənə tabe,
Olsunmu o zəhmətlərim indi hamı zayə?
Qan yağdıraram fitnə ilə ərzə səmadən,
Qorxmam nə bəşərdən, nə mələkdən, nə qəzadən:
Beş guşəli yıldız məni məğlub edir ey vah,
Mənsə yenə öz qüvvəmi-naçizimə gümrah.
Qaçmaq, bunlarm əmri olubdur mənə mükül,
Etmək gərək ol Asiyadə fitnəni təşkil.
Ha, ha, ha!
Pərdə
EŞQ VƏ ENTİQAM
Beş pərdəli, yeddi şəkildə faciə
İŞTİRAK EDƏNLƏR
Ə l i m ə r d a n - q uldur dəstəsin in atam anı.
İ b a d - on u n yoldaşı.
P i r i b a b a - o v çu m eşə qarovulçusu.
Y a s ə m ə n - Ə lim ərd an ın arvadı.
X a l i s ə n ə n ə - P iri b ab an ın arvadı.
Ç i n g i z - su rətən Ə lim ərd an ın oğlu,
Q ə m ə r - Ə lim ərd an ın qızı.
C ə b i - Ə lim ərd an ın nökəri.
Ş a h b a z b ə y - m ü lk əd ar bəy.
H ə c ə r x a n ı m - on u n arvadı.
Ş ə m s i b ə y - on u n oğlu
Z ö h r ə x a n ı m - on u n qızı.
S ə f i b ə y - q əza naziri.
X a v ə r - x idm ətci qız.
H e y d ə r q u l u -
}nökərlər
S ə f a
P r i s t a v.
S t r a j n i k l ə r .
BİRİNCİ PƏRDƏ
S əhnə m eşə için d ə ağac ç əp ərlə hasarlan m ış bir h əy ət göstərir. H ə y ətin sağ tərə fın d ə Piri
b ab an ın k o m ası, sol tərəfd ə m eşə sahibi H ə sə n q u lu ağ an ın ik im ərtəbəli evi g ö rünür,
H əy ətd e n eçə y erdə sk am y alar qoyulm uşdur. Y asəm ən k o m an ın on ü n d ə o turub ö z ü n ü günə
verir. Y an ın d a bir beşik. P ə rd ə qalx d ıq d a P iri baba çiy n in d ə tü fən g , əlində qırqovul daxil
olur.
P i r i b a b a. Yasəmən, gör sənə nə kök qırqovul ovlamışam.
Y a s ə m ə n. Ah, nə gözəl qırqovuldur.
P i r i b a b a. Qızım, gərək bu gün də durmayaydm. Özünü gözlə, yoxsa
üzülərsən.
Y a s ə m ə n. Baba, doğrudur, m ən şəhərdə tərbiyə almışam, amma əslim
kürddür. Bizim arvadlar köç üstündə atdan düşüb, doğarlar, yenə
atı minib köçdən qalmazlar. Üç gün yatdığım kifayət edər. Ürəyim darıxdı, çıxdım
ki, özümü bir az havaya verim.
P i r i b a b a. Bəs, Xalisə haradadır?
Y a s ə m ə n. Xalisə nənə bulaqdan su gətirməyə, həm də çağanm əsgilərini
yum ağa gedibdir.
P i r i b a b a. Topal gəlib çıxdımı?
Y a s ə m ə n. Xeyr.
P i r i b a b a. Görəsən, nə qəziyyə üz verdi ki, bu üç günün ərzində gəlib çıxa
bilmədi. (Tüfəngi ağacdan asıb Yasəmənin yanm da oturur.) Yasəmən, Əlimərdanm
sədası bizim torpaqdan gəlir, görünür İrandan bu tərəfə keçmişdir.
Y a s ə m ə n. Ah, baba, bu nə ömürdür ki, mən sürürəm. Bu gün tamam yeddi
aydır ki, Əlimərdan məni burada qoyub özü qaçaq olmuşdur. Bu uzun müddətdə nə
gecə, nə gündüz xəyalımdan, ürəyimdən sevgili ərim çıxmır. (Ağlayır.)
P i r i b a b a. Yasəmən, səbir et, naşükür olma. Allaha dua et, ürəyin təsəlli
tapsm. Bu bəlalar, bu cəfalar ki, sən çəkirsən, hamısı Əlimərdanm ucundandır.
Rəhmətlik qardaşımm cəmi xasiyyəti oğlu Əlimərdana keçmişdir. Atası kimi
təkəbbürlü, kinli, höcət, qoçaq bir dəliqanlıdır. Hansı bir rəiyyət qızınm irz-
namusuna ağaları toxunmamışdır?
Ya s ə m ə n. Allah o ağaları dünya üzündən m əhv edəydi, ta bizlər də rahat
gün görəydik.
P i r i b a b a. Nə etməli, qızım, dünya belə gəlib, belə də gedəcəkdir. Qüvvətli
zəifi basacaq, əzəcək, zalım məzlumu incidəcək, m əhv edəcək, dövlətli kasıbı
sıxacaq, boğacaqdır. Qızım, bunlar tək insanda deyil, heyvanda da belədir. Tamam
qırx ildir ki, m ən bu meşədə ömür sürürəm. Bu bağlarda ov edirəm. Hər bir
heyvanm, quşun, həşəratm yaşayışm a diqqət etmişəm. B ir də görürsən, bir tərlan
kəklik ovlayıb qaya başm da yeməyə məşğuldur. Qəflətən ondan qüvvətli bir şahin
ildırım kimi şığıdı, onun əlindən aldı, havaya qalxdı. Bax, böcəkləri qurbağalar,
onlan ilanlar, ilanları da kirpilər yeyib tələf edirlər.
Y a s ə m ə n. Baba, onlar heyvandır, anlamır, ağılları yoxdur. Bəs bu insanlar
nə üçün bir-birlərini qınrlar?
P i r i b a b a. Qızım, biri dövlət üstə, biri şöhrət üstə, biri tamah üstə, səbəbləri
çoxdur. M ənim qardaşım oğlu Əlimərdan da qeyrət, namus üstə. Mənim
nəsihətimə qulaq asmadı, dedi gərək Şahbaz