Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə58/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   54   55   56   57   58   59   60   61   ...   140

P i r i  b  a b  a.  Əlimərdan, bu işdən  əl çək, su sənəyi  axırda suda smar.

Ə 1 i m ə r d  a n.  Əmi,  insan üçün də ölüm bir dəfə olacaqdır.

İ  b  a  d.  Piri  baba,  biqeyrət  olub  uzun  ömür  sürməkdənsə,  namus  üstə  cavan 

ölmək daha əfzəldir.

P  i  r  i  b  a  b  a.  Ay  dəliqanlılar,  aqibətinizi  çox  pis  görürəm.  Gəlin,  mən  qoca 

babanızm nəsihətinə  qulaq asm.

Ə  1  i  m  ə  r  d  a  n.  Əmi,  ac  qonaqları  nəsihət  ilə  doydurmaq  olmaz,  nəyin  varsa 

əmr et gətirsinlər, yeyək.

Y a s ə m ə n.  Bir azca səbir ediniz, bu saat hazır edim.

Ə 1 i m ə r d  a n.  İbad, xörək hazır olunca biz də bir az rahat olaq.

O tağa tə r ə f  yönəlirlər.  Y asəm ən  o n ların   qabağım   kəsib.

Y a s ə m ə n.  Ay,  oraya getməyiniz.

Ə 1 i m ə r d  a n.  Nə üçün?

P i r i  b  a b  a.  Orada Xalisə çimir.

Ə 1 i m ə r d  a n.  Ha-ha-ha...  Ay  qoca əmi.  Dinc durmursan ha.

İ b  a d.  Piri baba bizim kimi cavanları yarı yolda qoyub keçər.

Ə 1 i m ə r d  a n.  Kürd  qızı, buraya palaz  sal oturaq.

Yasəmən  palaz  salır,  Əlimərdan  və  İbad  tüfəngləri  ağacdan  asıb  otururlar.  Bu 

halda qapı döyülür,  Əlimərdan cəld ayağa qalxıb.

Ə 1 i m ə r d  a n.  Kim ola?

P  i r i b  a b  a.  Təşvişə düşmə, yəqin Topaldır.  (Qapını açır.)

Ə 1 i m ə r d  a n.  Topal?

C  ə b i.  Sahib.

Ə 1 i m ə r d a n.  Haradan gəlirsən?

C  ə b i.  Bulaqdan,  sahib.

Ə 1 i m ə r d a n.  Ətrafda qaraltı-zad  görünürmü?

C  ə b i.  Uzaqdan atlı dəstəsi  görünür,  çaparlara oxşayır.

Ə 1 i m ə r d a n.  Get pusquda dur,  şübhəli  adamlar olsa cəld gəlib xəbər ver.

C  ə b i.  Baş üstə,  sahib.  (Gedir.)

İ  b  a  d.  Təzə  uyezdni  naçalnik  Səfi  bəy  bizim  müqabilimizə  çıxmaq  ilə 

qubematordan malades  almaq istəyir.

Ə  1  i  m  ə  r  d  a  n.  Eybi  yoxdur,  buyursun,  onu  daknyaz  Vaçinadzenin  gününə 

salaram.



P  i  r  i  b  a  b  a.  Bir  neçə  vaxtdan  bəri  meşədə  strajniklər  görünür.  Birinə  rast 

gəlib  soruşdum:  burada  nə  qayırırsmız?  Cavab  verdi  ki,  Səfi  bəyin  əmrinə  görə 

yolları  qaçaqlardan mühafizə edirik.

İ  b  a  d.  Ha-ha-ha...  Piri  baba  çox  yaxşı  mühafizə  edirlər,  allah  onları 

bədnəzərdən  saxlasm.  Üç  gün bundan  irəli  iki yoldaşımız,  Xaspolad və  Qarabəkir, 

Razyonnı  poçt  üstə  düşürlər,  bir-iki  güllə  atan  kimi  igid  çaparlar  qoyub  qaçırlar. 

Yoldaşlanmız da xəzinəni  qulluğumuza gətirdilər.

Ə  1  i  m  ə  r  d  a  n.  Əmi,  mənim  qorxumdan  hökum ət  qulluqçuları  cürət  edib 

kəndliləri  incidə  bilmirlər.  M ənim  üç  düşmənim  var:  hökumət,  bəylər,  tacirlər  də 

pulları  ilə mənə tövçü verirlər.  M ən kəndliləri onlarm zülmündən saxlayıram.

Yasəmən  xörək  gətirib  süfrəyə  qoyur,  bu  halda  meşədən  tüfəng  səsi  gəlir. 

Əlimərdan və İbad cəld qalxıb tüfənglərini  götürürlər.

Ə  1  i  m  ə  r  d  a  n.  Əmi,  xudahafiz.  Kürd  qızı,  Çingizdən  muğayat  ol.  Bir  igid, 

qoçaq oğlan m eydana çıxarmağı  səndən tələb  edirəm.

Y a s ə m ə n (onların  qabağım kəsib).  Qoymaram,  sizi öldürərlər.

Ə 1 i m ə r d a n.  Məni öldürərlər, yerimdə oğlum Çingiz  qalar.

G edirlər.

Y  a  s  ə m  ə n.  Xudaya,  dəxi  səbir edə bilmirəm,  məni  öldür,  bu əzabdan  qurtar. 

Yeddi  ay həsrətini çəkdiyim sevgili ərim ilə belə  görüşdük.  (Ağlayır.)

P i r i  b  a b  a.  Yasəmən,  səbir et,  göz yaşı tökm ədən nə çıxar?

Y a s ə m ə n.  Ondan başqa mənə nə  qalıbdır,  onadamı mane olacaqsan.

X a l i s ə   n ə n ə   (gəlir.)Ə limərdan  getdimi?  Vay,  qızım,  ağlayırsan?

Y  a  s  ə  m  ə  n.  Xalisə  nənə,  necə  ağlamayım,  bu birəhm fələk m ən zavallmı  elə 

tilsimə  satıbdır  ki,  sevgili  ərimin  gəlməsi  mənim  üçün  qorxu,  getməsi  bəla. 

(Ağlayır.)

X a l i s ə   n ə n ə .   Qızım,  yenə  də  səbir etmək  lazımdır,  hər bir  qara  günün bir 

ağ günü də var.

B u   h ald a  Səfı  bəy,  p ristav  v ə  ü cstrajn ik  daxil  olurlar.

S ə f  i  b ə y.  Tərpənməyin!  Piri kişi,  Əlimərdanm yerini de.



P i r i  b  a b  a.  Səfi bəy,  Əlimərdan burada yoxdur.

S  ə f  i b  ə y.  Yalan deyirsən,  quldurbaşı  qardaşm oğlunu ələ vermək istəmirsən. 

Fəqət mən  sənə dedirdərəm.  Bunları  almız.

S trajn ik lər onları  əhatə  edirlər.

P  i r i b  a b  a.  Səfi bəy,  arvadları nə üçün  qorxudursan,  mənə inanmırsan,  buyur 

axtar.


S  ə  f   i  b  ə  y.  M ən  dedim  ki,  sən  özün  yerlərini  göstərəsən,  təki  həm  bu 

arvadları,  həm  də  özünü  Sibir  sürgünündən  xilas  edəsən.  İndi  Əlimərdan  buradan 

çıxsa,  tənbehin  böyük  olacaqdır.  Tüfənglərinizi  bunlarm   döşlərinə  tutun. 

(Strajnikiər  tuturlar.)  Belə  hazırda  durarsmız,  üzərinizə  tüfəng  açılsa,  üçünü  də 

güllələyib yerə yıxarsmız.  Sən,  İsrafil bəy,  dalımca gəl.

K o m ay a girirlər.  B ir azd an   so n ra cıxırlar.

P r i s t a v.  Səfi bəy, yəqin o evdə  gizlənmişlər,  oranı  axtarmalı.

S ə f  i  b ə y.  Doğru.

Bu halda H ə c ə r xanım otaqdan çıxıb  qaçaraq gəlir.

H ə c ə r   x a n ı m .   Səfi bəy, toxda, bunları nə üçün  güllələyirsiniz?

S ə f  i  b ə y.  Çünki  Əlimərdanı burada gizlədib yerini demək istəmirlər.

H ə c ə r   x a n ı m .   İndi  sizə məlum oldu ki,  Əlimərdan burada ola bilməz.

S  ə f  i  b  ə y.  Bəli,  Şahbaz  bəyin  arvadı  olan yerdə  Əlimərdan ola bilməz.  (Piri 



babagilə.) Azadsmız, H əcər xanım siz burada nə  qayırırsmız?

H ə c ə r   x a n ı m .   Şəhərə  gedirdim,  buraya  döndüm  ki,  Züleyxa  xalamm 

sifarişini Piri babaya yetirəm.

S ə f  i b  ə y.  O yolda duran fayton sizinkidirmi?

H ə c ə r   x a n ı m .   Bəli.

S  ə  f  i  b  ə y.  Həcər xanım,  heç  bilirsinizmi  sizi  nə  böyük bəladan xilas  edirəm. 

Əlimərdanm  quldur  dəstəsi  meşədədir.  M ən  onu  əhatə  etmişəm.  Bu  gün  dayım 

İlyas  bəyin  intiqammı  ondan  alacağam.  Buyurunuz  gedək,  adam  qoşum  sizi 

xalanızgilə  aparsmlar.  Şəhərə  getmək mümkün deyil.



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə