Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə54/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   50   51   52   53   54   55   56   57   ...   140

M ən  sizin  bu  dağlarmıza  nabələdəm.  Gözlərim  də  siz  cavanlarmkı  kimi  iti  deyil. 

Əgər mənə kömək edib,  o  çiçəyi tapa bilsək,  göstərdiyim cavahirlərdən  sizə peşkəş 

verərəm  və  yazdığım  tibb  kitabm da  siz  pərilərin  adlarmı  da  qeyd  edərəm.  Görün, 

insanlara  nə  böyük  xidmət  edirsiniz?  A dlannız  da  min  illərcə  dillərdə  söylənər. 

Razı olursunuzmu?

C ü m 1 ə  s i.  Razıyıq.

G ü 1 p  ə r i.  Ancaq atalanm ızdan izin almaq lazımdır.

Ş e y t a n.  Yox,  onu etməyin.  Qorxuram  sizi  qoymayalar və bu sirr öz aramızda 

qalmalıdır.  Çox  gəzməyəcəyik.  Bəlkə,  bəxtimiz  gətirdi,  tez  tapdıq.  Gedək, 

qızlanm.


Q ı z 1  a r.  Gedək.

A y ağ a  qalxırlar.  B u   h ald a R izv an   daxil  olur.

Ş e y t a n.  Yenə bu şiş papaq nə pis vaxtda gəldi!

R i z v a n.  Bacılar,  işlərinizi  qurtardmızmı?

G ü 1 p  ə r i.  Xeyr, bir az  qalıbdır.

R i z v a n.  Yoldaşlar, tənbəllik etməyin.  Özünüz bilirsiniz ki,  alman proletarları 

acmdan  qırılırlar,  çılpaq  balaları  sizin  köməyinizə  möhtacdır.  B ir  saat 

gecikməyiniz  neçə  məsum  uşaqlarm  ölümünə  bais  olar.  Bu  barmaqlarmızdakı 

üzüklər haradandır?

Ş  a h p  ə r i.  Bu kişidən almışıq.

R izv an   d iq q ətlə  Ş eytana baxır.

R  i  z  v  a  n.  Hə,  tanıdım,  həmin  hərif.  Üzüklərinizə  baxım.  (Göstərirlər.  Şeytan 



qaçır.) Bunlar qiymətli daşlar deyil,  şüşədir.

G ü 1 p  ə r i.  Vay  sənə  lənət,  şeytan kişi!  Biz də elə bilirik ki,  qiymətli daşlardır. 

Nə yaxşı hələ pul verməmişik.

N  a z p  ə r i.  O çiçək axtarması da hiylədir.

R i z v a n.  Nə çiçək?

G  ü  1  p  ə  r  i.  Deyirdi  ki,  bizim  dağlarda  vərəm  naxoşluğuna  dərman  bir  çiçək 

bitir.  Bizi,  onu aramağa aparırdı.

R  i  z  v  a  n.  Onun  tələsindən  yaxşı  qurtardmız.  Bu  sizə  bir  dərs  olsun.  Bundan 

sonra  belə  şeytan  şəxslərə  aldanmaymız.  Bu  adam  dəmirçi  yoldaşları  da  aldatmaq 

istəyirdi.  Daha  durmaym,  iş  dalmca.  B ir  azdan  sonra  gələcəyəm,  ona  kimi  siz  də 

işlərinizi  qurtarmız.  Sadıq  babaya  deyin  ki,  ianə  şeylərini  buraya  toplasm,  gəlib 

siyahı edəcəyəm.  (Gedir.)




N   a  z  p  ə  r  i.  Gedək,  işlərimizi  qurtaraq.  Nazpəri  və  Şahpəri  kom aya  girirlər. 

Sadıq kişi həyətə daxil olur.

S  a d ı  q  k i  ş i.  Gülpəri, Rizvan gəlmişdimi?

G  ü  1  p  ə  r  i.  Bəli,  gəlmişdi.  İndicə  getdi,  dedi  ki,  bir  azdan  sonra  gələcəyəm, 

Sadıq baba şeyləri toplasm,  gəlib  siyahı edəcəyəm.

S  a d ı  q  k i  ş i.  Yaxşı,  get,  gələn adamlar üçün çörək hazırla.

G ü 1 p  ə r i.  Baş üstə.

K o m ay a girir.  Q ara H ü sey n  d a lın d a  b ir çuval  h əy ət q ap ısın d an  girir.

S  a d ı  q  k i  ş i.  Gətir,  oğlum,  gətir, ruzun bol olsun, bir əvəzinə min alasan.

Q a r a H ü s e y n .   Sadıq baba,  özün bilirsən ki, bu il taxılım  az  oldu.  Özümüzə 

çatmır.

S  a d ı  q  k i  ş i.  Bilirəm,  oğlum,  sən də  onu bil ki,  Almaniyadakı  qardaşlarımız 



acmdan  ələf  yeyirlər,  ağaclarm  qabağmı  gəmirirlər.  Allah  kərimdir.  Bizlər  bir- 

birimizə kömək edib təzə məhsula çıxarıq,  amma onlar acmdan tələf olurlar.

H ə sə n q u lu  d alın d a çuval  daxil  olur.

S  a  d  ı  q  k  i  ş  i.  Oğlum,  Həsənqulu,  sənin bu  ehsanm hamısmdan  qiymətlidir; 

çünki  sən kasıbsan,  el özü səni ianə ilə  saxlayır.

H ə s ə n q u l u .   Sadıq baba,  o  günü yoldaş Rizvan Almaniya  aclığmı  elə halda 

nağıl  etdi  ki,  nə  deyim?  O  vaxtdan  bəri  çörək  boğazımdan  getmir,  zibil  eşib  çörək 

arayan qardaşlanm ız  gözümün qabağmda dururlar.

Q a r a   H ü s e y n .   M ənim balaca  oğlum  da çörək yeyəndə  öz paymdan  ayırır 

ki, yığıb  ac uşaqlara göndərəcəyəm.

H ə s ə n q u l u .   Sadıq baba, bir şey yığa bilmisənmi?

S  a  d  ı  q  k  i  ş  i.  Allah  bərəkət  versin,  beş  yüz  puda  qədər  toplanmışdır.  Hər 

kənd bir belə yığsa,  aclarm imdadma çatanq.

A sla n  v ə  T eym ur daxil  olurlar.

A s 1  a n  .  Sabahmız xeyir.

S  a d ı  q  k i ş i.  Aqibətiniz xeyir.  Mənə  görə  qulluq?




T  e  y  m  u  r.  Sadıq  baba,  bizi  şəhərdən  göndəriblər  ki,  kəndli  qardaşlarımıza 

kömək edək.

A s 1  a n.  Dəmirçiyə möhtac nə işiniz var isə  qayıracağıq.

H ə s ə n q u l u .   M ənim baltam  smıbdır.

Q a r a   H ü s e y n .   Mənim də  dəhrəm və dəryazım.

T  e y m u r.  Yoldaşlar, hamısmı  qayıracağıq,  arxaym olunuz.

S  a  d  ı  q  k  i  ş  i.  Övladlarım,  m ən  bu  yaşa  çatmışam,  belə  qardaşlıq,  yoldaşlıq 

dövranı  görməmişəm.  Cümlə  insanlar birdir  -  deyən  çox  olmuş,  lakin  indiki  kimi, 

bolşeviklərdən savayı əmələ  gətirən olmamışdır.

Şeytan təb ib   lib asın d a,  qo ltu ğ u n d a b ir d av acat q u tu su  daxil  olur.

S  a d ı  q  k i  ş i.  Kimsən?  Sənətin nədir?

Ş e y t a n.  M ən təbibəm.

H ə s ə n q u l u .   Nə yaxşı vaxtda gəlmisən, mənim balaca qızım naxoşdur.

Q a r a H ü s e y n .   M ənim də  arvadım.

Ş e y t a n.  M ən  sağlara həkimlik edirəm.

T  e y m u r.  Qəribə təbibdir,  sağları  sağaldır...

Ş  e  y  t  a  n.  Bəli,  sağları  sağaldıram.  Sağ  m ən  o  şəxsə  deyirəm  ki,  bü  dünyada 

heç  bir  qəmi  və  qüssəsi  olmaya.  Hansmızm  dərdi  yoxdur?  Hərəniz  bir  dərdə 

mübtəlasmız.  M ən  ömrümü  sərf  edib  bu  dərmanları  icad  etmişəm.  Bunlarm  hər 

birində  başqa bir xasiyyət var.  (B ir şüşə göstərir.) B u  dərmandan  bir fincan  içənin 

bədəni  qızışıb  qüvvətə  gəlir.  Birin də içərsə,  qəm-qüssəsi  gedib  şad və xürrəm olar. 

Birisini  də  içərsə,  qızmış  şirə  dönüb  pəhləvan  tək  meydanda  mübariz  istər.  Bu 

dərman  da  yuxusuzlar  üçündür.  B ir həb  atsa,  şirin  yuxuya  gedib  rahat  olar.  Lakin 

dərmanlarımm şahı budur.

Bunu  qəlyanm  başma  qoyub  çəkəndə  adam  üçün  bir  başqa  aləm  açılır.  Onu 

tərif etməkdən  özüm  də  acizəm.  B ir  sözlə,  rəbbiniz  vəd  etdiyi  cənnəti  bu  dünyada 

görürsünüz.

R i z v a n (daxil olur.) M ən sən hərifi yenə də  görürəm.

Ş e y t a n.  Yenə bu şiş papaq!

R i z v  a n.  Yoldaşlar, bu hərifi əhatə ediniz.  Qaçmağa qoymaymız.

O n u n  ətrafını  alırlar.

R i z v  a n (qutudakı şüşəni əlinə alır.) Bilirsinizmi bu nədir?

H a m ı.  Xeyr.



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə