Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə53/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   49   50   51   52   53   54   55   56   ...   140

İKİNCİ  ŞƏKİL

S əhnə  dəm irçi  d ükanm ı  göstərir.  Ə li  k ö rü k  basır,  T ey m u r ilə A sla n   dəm ir döyürlər.

T  e y m u r.  Oğlum,  körüyü bas, yoxsa yorulmusan?

Ə 1 i.  Xeyr, babacığım yorulmamışam.

A  s  1  a  n.  Yorulma,  oğlum,  sən  zəhmətkeş  balasısan,  sən  işdən  qorxma,  qoy  iş 

səndən qorxsun.

Ş eytan  səy y ah  lib asın d a daxil  olur.

Ş  e y  t  a n.  Atəş...  cahanda varsa tərifə  layiq bir  şey,  o  da  sənsən,  Ey  yandırıcı 

od,  səni  gördükdə  qəlbim  şad  olur,  ruhum  rahat.  Ey  qırmızı  işıq,  səni  mən  çox 

sevirəm!


A s 1  a n.  Yoldaş,  sən kimsən?

T  e y m u r.  Nə  soruşursan?  Dediyindən görmürsənmi bu adam atəşpərəstdir.

Ş  e  y  t  a  n.  Doğru,  m ən  atəşpərəstəm,  çünki  xamırım  oddan  yoğrulmuş,  odu 

mən çox sevirəm.

A  s  1  a  n.  Yoldaş,  bizim  torpaq  azadə  bir  yerdir.  H ər  kəs  nəyə  sitayiş  edirsə 

etsin.  Burada  din,  məzhəb  üstə  qovğa  yoxdur,  müsəlman,  xristiyan,  büdpərəst, 

atəşpərəst, hamısı insandır, bizə  qardaşdır.

Ş  e  y  t  a  n.  Pəh,  pəh,  nə  gözəl  məslək!  Ey  azərbaycanlılar  m ən  səyyaham, 

dünyanı  seyr edərək,  buraya  gəldim,  belə  səadətlə yaşayan  insanlar  görmədim.  Siz 

çox bəxtiyarsmız...  Əfsus ki...  qonşu düşmənləriniz bunu puç  edəcəklər...

R izv an  daxil  olu r,  Ş eytan o n u  görm ür.

T  e y m u r.  Kimlər?

Ş e y t a n.  Gürcülər ilə ermənilər.

A s 1  a n.  Səhv edirsən, yoldaş,  onlar bizim dostlarımızdır.  Köhnə ədavət, köhnə 

hökumətlə  getdi.

Ş  e  y  t  a  n.  Ha-ha-ha.  Ey  sadədil  azərbaycanlılar!  Siz  qəflətdəsiniz,  ermənilər, 

gürcülər gecə-gündüz yatmayıb yeni hərb üçün  silah hazırlayırlar.  İntiqam,  intiqam 

deyərək,  müharibə üçün plan çəkirlər.  İndi burada siz nə  qayınrsmız?

A s 1  a n.  Kəndli  qardaşlanm ız üçün əkin aləti  qayırırıq.



Ş  e  y  t  a  n.  Bu  işləri  buraxmız,  gecə-gündüz  siz  də  onlar  kimi  qılmclar, 

xəncərlər  qayırmız,  fürsəti  fövtə  verən  aqil  deyil,  divanədir.  Keçmişinizi  yada 

salm.  Siz eyş-işrətə məşğul olduqda,  onlar top, tüfəng yığıb hazırlaşırdılar.

T  e y m u r.  Sən kimsən?  Bunu haradan düzəltmisən?

Ş e y t a n.  O zaman mən burada idim.

R izv an   p u sq u d an  çıxıb  irəli  gəlir.

R  i  z  v  a  n.  Doğrudur,  o  zaman  sən  burada  imişsən.  Buna  şəkkim  yoxdur. 

Yoldaşlar,  bayaqdan  bəri  m ən  bu  hərifi  diniəyirəm.  Bunun  kim  olduğunu 

anlayırsmızmı?

A  s  1  a  n.  Kim  olduğunu  bilmirəm,  lakin  sözlərindən,  gözlərindən  şərarət  odu 

yağır.  M ən bunu  görürəm.

R i  z v  a n.  Doğrudur,  yoldaşlar,  insanı bir-birilə vuruşduranlar belə həriflərdir. 

Bunlara  provakator  deyərlər.  Bunlarm  əsil  adları  Şeytandır.  Yoldaşlar,  bunlara 

aldanmaymız,  gürcü,  erməni  zəhmətkeşləri  bizə  düşmən  deyillər.  (Şeytan  yox 



olur.)  O nlan  bizlərlə  toqquşduranlar  belə  şeytanlar  idi.  Harada  belə  araqarışdıran 

adam  gördünüz,  tutub  bizə  veriniz.  (Dönüb  baxır.)  Bax,  hərif giriz  vermiş.  Hərgah 

düz  adam idi, nə üçün qaçdı?

T  e  y  m  u  r.  Yoldaş  Rizvan,  qorxmaym.  Belə  fitnələrə  aldanmarıq. 

Qonşularımız ilə  qardaşlığı pozmarıq.

R i z v a n.  Elə də lazımdır,  indi iş dalmca.  (Çıxır.)

A s 1  a n.  Oğlum,  Əli, körüyü bas!

Pərdə

ÜÇÜNCÜ  ŞƏKİL

Səhnə  Sadıq  kişinin  komasmı  göstərir,  həyətdə  Nazpəri  corab  hörür,  Gülpəri 

paltar və  Şahpəri  də  köynək tikirlər.  Şeytan  səyyah  libasmda,  qoltuğun  da bir  qutu 

həyətə daxil olur.

Ş  e y t  a n  (qızları  başıaşağı  işləyən  halda gördükdə  öz-özünə).  Nə  gözəl fürsət! 

Bu  Həvva  övladlarmı  aldadıb  buradan  aparmalı.  Sonra,  qızlarmızı  düşmənlər 

aparmış,  deyə fitnə  salmalı...  (Q ızlara.)  Ya rəb,




bunlar nə  gözəl qızlardır.  Sanki  göydən enmiş pərilərdir.  İsminiz nədir, mələklər?

G ü 1 p  ə r i.  M ənimki  Gülpəri.

N  a z p  ə r i.  M ənimki Nazpəri.

Ş  a h p  ə r i.  Mənimki də  Şahpəri.

Ş  e  y  t  a  n.  Demədimmi  siz  pərisiniz?  Simalarmız  buna  şahiddir.  Siz  kimi 

pərilərə  belə  işlər  yaraşarmı?  Toxda,  gözəlim.  (Nazpərinin  əlini  əlinə  alıb.)  Bu 

şümşad kimi barmaqlara nə yaraşar,  gözəlim?

G ü 1 p  ə r i.  Xm a yaxmaq.

G ülüşürlər.

Ş  e  y  t  a  n.  Bunlarm  nə  gözəl  səsləri  var?  Sanki  səma  musiqisidir,  bu  sədalar. 



(B irya q u t üzük Nazpərinin  barmağına taxır.) İndi baxmız.

G  ü  1  p  ə  r  i.  Ah,  nə  gözəldir?  Necə  parlaqdır?  Kaş  mənim  elə  bir  üzüyüm 

olaydı!

Ş  e  y  t  a  n.  Səbir  et,  gözəlim,  sənin barmağma başqa  bir  qaş  yaraşar,  bax,  o  da 



bu!  (Alm az üzüyü onun  barmağına taxır.)

Ş  a h p  ə r i.  Doğrudanda nə yaraşıqlıdır!

Ş  e  y  t  a  n.  Mənim  qutumda  sizlərə  layiq  şeylər  çoxdur.  (Rəngbə-rəng  şüşə 

muncuqları göstərir.)

G ü 1 p  ə r i.  Ah, nə  gözəl  şeylərdir!

Ş e y t a n.  İndi  siz pərilərə nə  lazımdır?

Ş a h p ə r i .   O  şey  ki,  bizim  kəndli  atalarımızda  yoxdur.  Pul  lazımdır  ki,  bu 

şeyləri  sizdən alaq.

N  a z p  ə r i.  Şahpəri düz deyir.  Bizim atalarımız kasıbdır.

G ü 1 p  ə r i.  Kaş bu şeyləri bizə  göstərməyəydin, baba!

Ş  e  y  t  a  n.  Gözəl  şey  görmək  savabdır. Görürəm  bunları  almağa sizdə  pul

yoxdur,  lakin  mən  də  sizin  köməyinizə  möhtacam. Hərgah  mənim  təklifimi qəbul

edərsinizsə, bu üzükləri  sizə bağışlaram.

G ü 1 p  ə r i.  M ən qəbul edərəm.

N  a z p  ə r i.  M ən də.

Ş  e  y  t  a  n.  Çox  sağ  olun!  İndi  dediyimə  yaxşı  fikir  veriniz.  M ən  böyük 

təbibəm.  Qədim  bir  tibb  kitabm da  oxumuşam  ki,  sizin  bu  dağlarda  bir  növ  çiçək 

bitir.  Bu çiçək indiyə kimi müalicəsi tapılmayan vərəm xəstəliyinə dərmandır.  M ən 

bu  məqsədlə  uzaq vətənimdən buraya  gəlmişəm.  Bu  daşları  da  satıb  özümə  yemək 

və yol xərci düzəldirəm.



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə