Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə49/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   45   46   47   48   49   50   51   52   ...   140

C əfər kişi  d a lın d a  b ir kisə  un daxil  olur.  Ş ahzam an  kisəni  on u n  d alın d an  alıb  yerə  qoyur.

Ş a h z a m a n .   Baba,  niyə  mənə  demədin  gedib  gətirəydim.  Sən  qoca  kişi  bu 

ağır kisəni necə  götürdün?

C ə f ə r   k i ş i .   Oğul,  onsuz  da  sənin yanm da xəciləm.  Bu  sənə  mənim  işimin 

hepsini  sən görmüsən.  Gör buğdamdan nə  ağ un çıxıbdır?

G östərir.

B  u  1  q  e  y  s.  Baba,  mən  də  bu  ağ  undan  yaxşı  çörək  bişirəcəyəm.  Əyləşin, 

xörəyi verim,  acsmız.

Ə y ləşirlər n ah ar y em əy ə  m əşğul  olurlar.

C ə f ə r   k i ş i .   Oğlum Zaman,  ağa dərviş çoxdan bəridir bizə  qonaq gəlməgyir. 

Görəsən bir qəziyyə üz verməyib ki?

Ş a h z a m a n .   Baba,  ağa  derviş  bu  gün  gələcəkdir  və  özü  ilə  bir neçə  qonaq 

gətirəcəkdir.  Odur gəlirlər.

Ş əm səd d in ,  C əm aləd d in ,  Şeyx  İb rah im  və A b d u lla  daxil  olurlar.

Ş ah zam an a təzim  edirlər.

C ə f ə r   k i ş i .   Buyurunuz,  əyleşin, bizim ilə  allah verenden yeyiniz.

A  b  d  u  1  1  a.  Cəfər  baba,  bu  əşxas  sizin  xörəyinizə  adət  etməmişlər.  Bunlarm 

yeməkləri başqadır.

C ə f ə r   k i ş i .   Doğru  deyirsiniz.  Bu  şəxslər  çox  böyük  adamlara  oxşayırlar. 

M ən fəqir kəndlinin çörəyini bəyənməzlər.

Ş ə m s ə d d i n .   Kəndli baba,  ən böyük şəxs yanm da əyləşibdir.

C ə f ə r k i ş i .   Kim?  Zamanmı?

Ş ə m s ə d d i n .   Bəli.

C ə f ə r k i ş i .   Z am annəçidir?

Ş ə m s ə d d i n .   M əmləkətimizin şahı,  cümləmizin qibleyi-aləmi.

C ə f ə r   k i ş i .   Oğlum, bunlar nə  söyləyirlər?  Sən doğrudanmı  şahsan?

Ş a h z a m a n .   Baba, bir il bundan irəli m ən şah idim.  Amma indi yox.

C ə m a l ə d d i n .   Qibleyi-aləm,  sizi təxtinizdən kim xələl edə bilər?

Ş a h z a m a n .   Cəmaləddin, mən özüm etmişəm.



Ş e y x İ b r a h i m .   Qibleyi-aləm  əgər  bizlərdən  narazısmız  tənbeh  ediniz. 

Fəqət bu  söz ilə bizləri məyus etməyiniz.

Ş ə m s ə d d i n .   Qibleyi-aləm, bir sənə bundan əqdəm hökumət işlərini, bu ağır 

vəzifəni  aciz  bəndələrinizə  tapşırıb  xəstəliyinizi  müalicə  etmək  üçün  bura 

gəlmişsiniz.  M in  şükürlər  olsun  indi  sağalmışsmız,  buyurunuz  gedək.  Sahibsiz 

qalmış  tac-taxtmız,  gözəl  saraymız  sizi  gözləyir.  Tam bir  sənədir ki,  rəiyyətləriniz 

yas tutub, üzləri  gülməyir.  Sizin  gəlməyiniz onları nəhayət şad edəcəkdir.

Ş a h z a m a n .   Kəs,  yalançı  vəzir!  Rəiyyətimin  üzü  bir  sənə  deyil,  illər  ilə 

gülməyir.  Bizim  zülm  və  sitəmimizdən  müdam  göz  yaşı  tökür.  Nə  vaxt 

soruşmuşam,  rəiyyətim  nə  tövr  dolanır?  Cavab  vermisiniz  ki,  mərhəmətləriniz 

sayəsində  şad  və  xürrəm  yaşayıb  ömr  şərəfinizə  duaku  vardırlar.  Yalan!  M ən  bu 

səyahət  ilə  rəiyyətimin  nə  tövr  əziyyətlə  dolandığmı  öz  gözlərimlə  gördüm. 

Ziqiym ət-libaslanm m   qanlı  göz  yaşı  ilə  toxunduğunu  gördüm.  Yediyim  ləziz 

xörəklərin  necə  göz  yaşı  ilə  əmələ  gəldiyini  gördüm.  Gümüş  və  qızıl  qapılarımm 

nə  zəhmət  ilə  əmələ  gəldiyini  gördüm,  hərəmxanamda  işsiz  yeyib-içən 

kənizlərimin boynundakı  mirvarıları  dənizlərdən  çıxaran zaman yüzlərlə  qərq  olan 

işçiləri  gördüm.

Ş ə m s ə d d i n .   Qibleyi-aləm!  Allah-təala  həzrətləri  onları  zəhmət  üçün 

yaratmışlar.  Sizi də onlara padşahlıq etməyə.

Ş a h z a m a n .   Ey  mənə  çocuq  ikən  qəsdən  öylə  yanlış  tərbiyə  verən  ixtiyar 

vəzir.  Yenə  də  məni  elə  çocuq  sanırsan?  Xeyr,  m ən  səadət  yolumu  tapdım.  Məni 

saraya,  o  zindana,  o  zülm  yuvasm a  çağırma.  M ən  bu  dəyirmanı  min  elə  saraylara 

dəyişməm.  M ən  öz  əlimin  zəhmətilə  becərdiyim  bu  bağçanı,  bu  bostanı  saraym 

başqaları  zəhməti  ilə  əmələ  gəlmiş  cənnət-misal  gülüstanma  verməm.  Bax,  bu 

sadə,  öz  zəhmətim  m əhsulundan  təamı  oranm  (sarayın)  növbənöv  xörəklərinə 

dəyişməm.  Şəmsəddin  bilmirsən  dünyada  ən  böyük  səadət  nədir?  Zəhmətdə  bunu 

anlamış  Şahzamanı heç bir vəchlə burdan  apara bilməz.

Ş e y x   İ b r a h i m .   Qibleyi-aləmi  yoldan  çıxardıb  sizləri  şahsız  qoyan  bu 

dərviş oldu.

Ş a h z a m a n .   Bəli,  mənə  həqiqi  səadəti  anladan  və  insanm  müqəddəs 

vəzifəsini  zəhmətlə  bildirən  ağa  dərviş  oldu.  Siz  məni  yenə  dəvət  edirsiniz.  Daha 

bitdi.  Cümləniz  azadsmız.



Pərdə


İKİ YOL

Faciə  bir pərdədə 

İŞTİRAK EDƏNLƏR

M i r   K a z ı m a ğ a  -  şəhərin  axu n d u ,  65  yaşında.

T ü k ə z b a n  -  o n u n  arvadı, 4 0  yaşında.

M  ə  m  m  ə  d  -  on u n  oğlu , 2 2  y aşın d a,

G  ü 1  s  ü  m  -  on u n   qızı,  17 yaşında.

M o l l a   F ə t t a h  -  m əhəllə  m ollası,  T ü k əzb an m   qardaşı,  60 yaşında.

Q  o  n ç  a -  on u n   qızı, M əm m əd in   nişan lısı,  18 yaşında.

S əhnə  M ir  K azım   ağ an ın   o tağını  göstərir.  O taq   Ş ərq   səliq əsilə  b əzən m iş,  p ən cərələr 

qalın  p ə rd ələr  ilə  örtü lm ü ş,  D iv an   üstə  şal  m ütəkkələr.  İki  b ö y ü k   div ar  aynası.  G ü lsü m  

ay n an ın   ön ü n d ə  d urub  ö zü n a  b əzək   verir.  T ezə  paltarın a  baxır.  O ru -b u rasın ı  d üzəldir.  B u  

v axt anası  daxil  olur.

G ü 1  s ü m.  Ana, donum  gen tikilmiş,  daraltmaq lazımdır.

T  ü k ə z b a n .   Qızım,  gen  olmağm  zərəri  yoxdur,  təki  dar  olmasm.  Həmişə 

belə zəif olmayacaqsan ki,  ətə-qana gəlib dolacaqsan.

G  ü  1  s  ü  m.  Ay  ana,  nə  deyirsən?  Libas  mənə  tikilmiş,  ya  mən  libasa?  M ən 

haçana  kimi  gözləyim  ki,  ətə-qana  gəlim,  libas  bədənimə  görə  olsun?  Bəlkə,  heç 

kökəlməyəcəyəm.

T ü k ə z b a n .   Nə  üçün  kökəlməyəcəksən?  Allaha  şükür  yemək-içməyimiz 

boldur.  Ağanm  müridləri  evimizi  heç  bir  zaddan  kəm -kəsir  qoymur.  Hər  bir 

yeyəcəyimizi  yığıb  verirlər.  Burada  heç  bir  ehtiyacımız  yoxdur.  Qəssab  Səfər  də 

hər gün ət payımızı  göndərir.  Atanm da nəziri yüz-yüz  gəlir.

G  ü  1  s  ü  m.  Ana  can,  dediklərin  hamısı  doğrudur,  amma  mən  yenə  də  hala 

gəlmirəm.  Bilirsənmi buna səbəb kimdir?

T  ü k ə z b a n .   Kim  olacaq?  Sən  özün,  sənin tərsliyin.  Nə  qədər yalvarıram ki, 

qızım ye,  iç,  hala  gəl.  Həkim  də  buyurmuşdur ki,  çoxlu  süd  və  bal,  yum urta yesin. 

Amma sən bunlarm heç birinə  əməl etmirsən.

G  ü  1  s  ü  m.  Xeyr,  ana,  mənim  belə  zəif  düşməyimə  səbəb  bunlar  deyil,  siz 

atam-anamsmız!  Quşu qəfəsə  salan kimi, məni də bu otağa



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə