Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə52/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   48   49   50   51   52   53   54   55   ...   140

T  ü k ə z b a n .   Qardaşım,  indi  qızmdan  özün  soruş,  gör  M əmmədə  getmək 

istəyir, ya yox?

M   ə  m  m  ə  d.  Qonçacığım,  hansı  zalımdan  qorxaraq  belə  çadraya  bürünüb 

gizlənmisən?  Yoxsa,  qələm  qaşlannda,  ahu  baxışlarmda,  şəhla  gözlərində  bir 

qüsurmu  görürsən?  Yetər, yetər,  gözəlim!  Səni kimi  qonça güllərin  açılmaq zamanı 

gəlmiş!  (C əldonun  başından çarşafı  çəkib atır.)

M i r   K a z ı m a ğ a .   Nadürüst, bihəya!

M o l l a   F ə t t a h .   Qızım,  görürsənmi?  Bu  dini-təriqətdən  dönmüş  seyid 

övladı,  əmmaməni  atıb,  lotu  libası  geyib  teatrda oyunbazlıq  etmək fikrindədir.  Sən 

bu kafirə, bu divanəyə  getmək istəyirsənmi?

Q  o  n  ç  a.  Ağa,  M əmməd  mənim  qəlbimin  şahıdır,  özünə  nə  vəzifə  seçərsə, 

mənə xoşdur.  M ən onun vəfalı bir quluyam.

M i r   K a z ı m a ğ a v ə M o l l a   F ə t t a h .   Va şəriəta,  va milləta!

M o l l a   F ə t t a h .   Sus,  bihəya!  O  sənin  qəlbinin  sultanı  isə  mən  də  sənin 

cisminin, həyatm m  sultanıyam.

T ü k ə z b a n .   Qardaş,  sənə yalvarıram, bu iki cavanm  göz yaşı tökməyinə bais 

olma,  qızmı bədbəxt etmə.

G ü 1  s ü m.  Dayı, m ən də yalvarıram,  Qonçanı M əmməddən  ayırma.

M o l l a F   ə t t a h .   Çəkilin,  siz  qadmlarm  məsləhətinə  qulaq  asıb  bu  dünyada 

biabır,  axirətdə də cəhənnəm oduna yanm aq istəmirəm.

M  ə m m ə d.  Ey mənim seyid  atam,  ey mənim axund dayım.

M i r   K a z ı m a ğ a .   Sus,  şeytani-məlun,  sən  dinsiz  daha  mənim  övladım 

deyilsən!  Çəkil, evimdən çıx!  Rədd ol!

M   ə  m  m  ə  d.  İndi  m ən  bağırıram:  vay  o  millətin  halına  ki,  sizin  kimi  yol 

göstərəni var!  (Getmək istəyir. )

Q o n ç  a.  Məmməd, məni bunlara buraxıb haraya gedirsən?!

G ü 1  s ü m.  Qardaşım, məni də özünlə  apar, burada qoyma.

M   ə  m m  ə  d.  Səbir ediniz,  ey  qonca  güllərim,  M əm m əd  sizləri,  bu zülmətdən, 

bu əziyyətdən, bu əzraillərin pəncəsindən xilas etmək üçün gedir.

Pərdə



ŞEYTAN

B ir pərdəli,  üç şəkilli pyes 

İŞTİRAK EDƏNLƏR

Ş e y t a n  -iblis libasmda.

M a r z a v a n  

C u r c  a n 

cinlər 


T  e y m u r - dəmirçi.

Ə 1 i - onun oğlu,  12 yasmda.

A s 1  a n -  Teymurun yoldası.

D ə m i r ç i.

R i z v a n -kommunist.

S  a d ı  q  k i  ş i  -  qoca kəndli,

H ü s e y n q u l u   - kəndli.

Q a r a   H ü s e y n   - kəndli.

G ü 1 p  ə r i

Ş  a h p  ə r i 

- kəndli  qızları

N  a z p  ə r i

BİRİNCİ  ŞƏKİL

S əhnə  bir dağı  göstərir.  Şeytan  bir daş  üstə  o turm uş,  h ü zu ru n d a M arzav an  durm uş.

Ş e y t a n.  Marzavan, Avropadan nə xəbər var?  Söylə.

M a r z a v a n .   Baba  can,  səpdiyin toxumlarm barmı  tez  görəcəksən.  Firənglər 

tərəfindən  qovulmuş  Əmir  Feyzəli  ingilislər  İraqi-ərəbə  sultan  təyin  etmişlər. 

İngilislərin  bu  siyasətindən  firənglər  rəncidə  olaraq  türklərlə  gizli  müahidənamə 

bağlamışlar.

Ş  e  y  t  a  n.  Ha-ha-ha,  Marzavan,  bu  işin  aqibətini  öz  gözünlə  görəcəksən. 

Şeytan babana əhsən deyəcəksən.

M a r z a v a n .   Yaxm  Şərq məsələsi  əski  Antantanı pozdu.  Yeni  Antanta Uzaq 

Şərqə əl atır.

Ş e y t a n.  Bu da iblis babanm insan qanı tökm ək üçün bir tələsidir. 

M a r z a v a n .   Almanlarm  ölmüş  cəsədindən  m üzəffər  firənglər  qorxurlar. 

Bilirsənmi,  onlar nə tədbir etmişlər?

Ş e y t a n  .  Söylə  görək.



M a r z a v a n .   Almaniyada  hərbə  lazım  nə  şey  varsa,  toplayıb  Firəngistana 

göndərirlər.

Ş e y t a n.  Türk-yunan müharibəsi nə haldadır?

M a r z a v a n .   Kral  Konstantin  əhd  etmiş  ki,  ta  İstambulu  alıb  yenidən başma 

tac  qoymaymca,  qılmcım  qmma satmasm.

C u rcan   daxil  olur.

Ş e y t a n.  Söylə  görüm, ulu  Qafqazda nə xəbər var,  Curcan?

C u r c  a n.  Səni  şad edəcək bir xəbər yox, baba can.

Ş e y t a n.  Söylə  görək.

C u r c  a n.  Ulu Qafqaz unutmuş tanrısmı...

Ş e y t a n.  Bu xəbər şad edir iblisini.

C u r c  a n.  Səni də yad edən yoxdur, baba can.

Ş  e  y  t  a  n.  Buna  mən  heç  inanmaram,  Curcan.  Bəşəriyyət  arasmda  olmaz  elə 

zaman ki,  şeytanı unutsun insan.

C u r c  a n.  Gördüyümü söyləyirəm, baba can.

Ş e y t a n.  Demək ki, ulu Qafqazda tökülmür daha qan?

C u r c  a n.  Xeyr, baba can.

Ş  e  y  t  a  n.  İnanmaram,  Curcan,  erməni,  gürcü,  azərbaycanlı  qan  tökməsinlər? 

Bu  nə  halət?  Bəs  bəylər,  xanlar,  knyazlar  necə  olmuşlar?  Qoçular,  burjuylar, 

qolçomaqlar nə edirlər?

C u r c  a n.  Cümləsini hökmdarlıqdan endirmişlər.

Ş e y t a n.  Kimlər?

C  u  r  c  a  n.  Kommunistlər.  Ulu  Qafqazda  başqa  bir  halət:  büxl,  həsəd,  kin, 

kədurət,  ədavət büsbütün yox olmuş.  Orada can deyib can eşidirlər.

Ş  e y  t  a n.  Nə  pis  xəbər  gətirmişsən,  Curcan!  Yerüzündə  sevgili  bir məskənim 

vardisə  o  da  Qafqazdı.  Kommunistlər onu məndən  ala bilməzlər.  Mənə  iblis,  mənə 

şeytan  deyərlər.  Erməni,  gürcü,  müsəlman  qardaş  olmuşlar?  Ha,  ha,  ha.  Rahat 

yaşayıb  can  deyib,  can  eşidirlər?  Ha,  ha,  ha.  (Ayağa  qalxıb.)  Curcan,  Marzavan, 

mən onlarm içərilərinə elə bir fitnə  salım ki, yenidən bir-birini  atəşə yaxsm,  çapsm, 

talasm,  qırsm,  oda  atsmlar.  Analar  bətnindən  balaları  çıxarıb  nizəyə  taxsmlar. 

Nəhrlər su yerinə  qanlar  axıtsm,  Bəhri-siyah  ilə  Xəzərin içləri  qızıl  qan  ilo  dolsun. 

Kəndlər,  şəhərlər, meşələr,  çöllər od alıb məşəl kimi yansm,  cəhənnəmə dönsün!

Ulu Qafqaz hazır ol!  Şeytan gəlir!

Pərdə



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə