Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə60/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   56   57   58   59   60   61   62   63   ...   140

H ə c ə r   x a n ı m .   Qəmər,  bu mənim oğlum  Şəmsi bəy,  bu da  qızım Zöhrədir. 

Tanış olunuz.

Q əm ər o n lara  əl  v erir,  q o n aq lar P iri  b ab a tərəfə  gəlirlər.

P  i r i  b  a b  a.  Həcərxanım,  çox xoş  gəlmişsiniz,  səfa  gətirmişsiniz,  mən  qocanı 

yad etmisiniz, buyurun əyləşin.

O tururlar.

H ə c ə r   x a n ı m .   Züleyxa xalama qonaq gedirik,  dedim dönüb  sizlə  görüşüm. 

Çoxdan  bəridir  ki,  sizdən  xəbərim  yoxdur.  Yaxşı  oldu  ki,  Qəməri  də  gördüm, 

maşallah,  gözəl  qız olubdur.

Y  a s ə m ə n.  Qəmər on  gündür ki,  dərslərini  qurtarıb  gəlibdir.  Dedi  ana,  gedək 

bu yay  da Piri babaya qonaq olaq,  o da təkdir.

P  i  r  i  b  a  b  a.  Xalisə  vəfat  edəndən  bəri  burada  Topal  ilə  ikimiz  oluruq. 

Yasəmən  istədi  məni  də  kəndə  öz yanm a  aparsm,  razı  olmadım,  çünki  balıq  susuz 

yaşaya bilm əyən kimi, m ən də meşəsiz ömür sürə bilmərəm.

H ə c ə r   x a n ı m .   Çingizdən nə xəbər var?

Q  ə  m  ə  r.  Mənə yazmışdı  ki,  iki  gündən  sonra  çıxacağam,  gərək bu  gün-sabah 

gəlib  çıxsm.

Ş ə m s i  b ə y.  Çingiz həkimlikmi oxuyur?

Q ə m ə r.  Bəli.

Z ö h r ə   x a n ı m .   Yenə Kiyev şəhərində oxuyur?

Q ə m ə r.  Bəli,  orada oxuyur.

H ə c ə r   x a n ı m .   Uşaqlar,  durun gedin bir az meşədə  gəzin.

Y a s ə m ə n.  Qoyun çayı təzələyim,  içsinlər,  sonra gedərlər.

H ə c ə r   x a n ı m .   Zəhmət  çəkməyin,  bir  azdan  sonra  gedəcəyik.  Xalam  bizi 

gözləyir.

P  i  r i  b  a b  a.  Nə  tələsirsən?  Buradan Züleyxa xanımgilə yarım  saatlıq yoldur, 

bir  az  rahat  olub  çörək yeyərsiniz,  sonra  gedərsiniz.  Ona  kimi  də  cavanlar meşədə 

gəzərlər.  Qəmər  də  bu  gün  məni  meşə  sultanı  təyin  edibdir.  Təzə  sultanm  hökmü 

belədir,  gərək tabe olasmız.

G ülüşürlər.

Ş  ə  m  s  i  b  ə  y.  Meşə  sultanı  Piri  babadan  rica  edirəm  ki,  mənə  öz  ormanmda 

bir qədər ov etməyə izin versin.




P i r i  b  a b  a.  İzin verirəm,  ancaq mənim tüfəngim ilə çətin ov edə biləcəksən.

Ş  ə m s i b  ə y.  Öz tüfəngim odur faytonda,  sizinkinə  ehtiyac yoxdur.  Xanımlar, 

buyurunuz.

H ə c ə r   x a n ı m .   Şəmsi, Heydərquluya de ki,  atları  açıb rahat etsin, bir azdan 

sonra gedəcəyik.

Ş ə m s i b  ə y.  Yaxşı,  deyərəm.

G edirlər.

Y  a  s  ə  m ə  n.  Xudaya,  Çingizi  de bunlar ilə belə  mehriban  görsəydim  dünyada 

bir qəmim olmazdı.

H ə c ə r   x a n ı m .   Yasəmən,  iyirmi  ildir ki,  m ən  bədbəxt  ana,  oğlum  Çingiz 

üçün  göz  yaşı  tökmüşəm.  Sən  Yasəmənə  həsəd  aparmışam  ki,  Çingizi  bağrma 

basıb  əzizləmisən,  ona  süd  vermisən,  oğlum  demisən.  Amma  m ən  yad  kimi 

kənardan baxmışam.  Ah,  ana üçün dünyada bundan artıq əzab olarmı?

P  i r  i  b  a b  a.  H əcər xanım,  bugünə  kimi  səbir etmisiniz,  yenə  də  etməlisiniz. 

Yoxsa  cümlənizi  böyük  bəlaya  salarsmız.  İndiyə  kimi  sirr  açılmayıbdır,  bundan 

sonra da açılmamalıdır.

Y  a  s  ə  m  ə  n.  H əcər  xanım,  m ən  də  sizdən  rica  edirəm  ki,  məni  bəlaya 

salmayasmız, m əgər m ən Çingizə doğma ana kimi baxmamışam?

H ə c ə r   x a n ı m .   Dogru  deyirsən,  sən  Çingizə  həqiqi  analıq  etmisən.  Ölənə 

kimi  sənə  qul olsam, yenə də borcundan çıxa bilmərəm.

P  i  r  i  b  a b  a.  Həcər xanım,  indi  bizim  seyimiz  onda  olmalıdır ki,  ataları  kimi 

cavanlarm da arasma ədavət düşməsin.

H ə c ə r   x a n ı m .   Piri baba,  Çingizin burada olmasmm xətası  çoxdur,  Şahbaz 

bəyin  qohum-əqrəbası  dinc  durmayacaqdır.  Qorxuram onu da Əlimərdan kimi tələf 

edələr.

Y  a  s  ə  m  ə  n.  Nə  qədər ki,  Əlimərdan  tutulmamışdı,  sağdı,  onun  qorxusundan 



Çingizə əziyyət verə bilmirdilər,  amma indi mən də  qorxuram.

P i r i b  a b  a.  H əcər xanım,  Çingizin  gələcəyi üçün heç fikirləşmisinizmi?

H ə c ə r   x a n ı m .   Bəli,  o  barədə  xalam  ilə  danışmışam.  Onun  fikri  odur  ki, 

dayısı oğlu  Əli bəyin qızmı ona ala və cəmi mülkünü də




onlarm  adma  keçirə.  Əli  bəyin  qohum-əqrəbası  çoxdur,  ona  heç  kəs  bata  bilməz. 

Yasəmən,  sən bu fikrə nə deyirsən?

Y a s ə m ə n  .  M ən nə deyəcəyəm?  Çox  gözəl fikirdir.

Q əm ər, Z ö h rə  və  Şəm si  bəy daxil  olurlar.

Q ə m ə r.  Ha-ha-ha...

Z ö h r ə.  Ha-ha-ha...

H ə c ə r   x a n ı m .   A qızlar,  deyin  görüm, nəyə  gülürsünüz?

Q  ə  m  ə  r.  Piri  baba,  bu  saatdan  sən  sultanı  əzl  edib  yerinə  Şəmsi  bəyi  təyin 

edirəm.

P i r i  b  a b  a.  A qızım, buna səbəb nə olmuş?



Q ə m ə r.  Şəmsi bəyin bimisl ovçu olmağı.

Z ö h rə   gülür.

Ş  ə  m  s  i  b  ə  y.  Qəmər  bəyim,  rica  edirəm  məni  Piri  babanm  yanm da  xəcil 

etməyəsiniz.

Z ö h r ə   x a n ı m .   Xeyr,  gərək nağıl  oluna, yoxsa mən Piri babanm əzlinə razı 

deyiləm.


Ş ə m s i  b ə y.  Onda qoyun m ən özüm söyləyim.

Z ö h r ə   x a n ı m .   Xeyr, m ən razı deyiləm.  Qoy  Qəmər söyləsin.

Ş ə m s i  b ə y.  Nə etməli,  siz iki, m ən tək,  Qəmər bəyim,  söyləyiniz.

Q  ə  m  ə  r.  Piri  baba,  meşəyə  girdikdə  qarşımıza  dovşan  çıxdı.  Bunu  gördükdə 

Şəmsi  bəy,  bizim  ölkənin  birinci  ovçusu,  xeyli  nəzakət  ilə  qoşalüləsini  çiynindən 

çıxarıb...

P i r i  b  a b  a.  Ov etdikdə,  ovçunun tüfəngi əlində hazır olmalıdır.

Z ö h r ə   x a n ı m .   Buda onun özünə  arxaym olmasma bir sübut.

Q  ə  m  ə  r.  Dovşan  dayanıb  durmuşdu.  Şəmsi  bəyin  gülləsi  açıldı,  dovşan 

yerindən  tərpəndi.  Güllənin  biri  də  açıldı,  dovşan  yenə  qaçmadı.  Burada  Zöhrə 

xanım ilə inən elə  qəhqəhə etdik ki,  dovşan ildırım kimi  götürüldü.

G ülüşürlər.

P i r i  b  a b  a.  Görünür,  dovşan uzaqda durmuşmuş.

Z ö h r ə   x a n ı m .   Xeyr,  Piribaba,  sonar ölçdük,  bizim  ayağımız  ilə  dovşan on 

iki  addımda durmuşdu.



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə