Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə59/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   55   56   57   58   59   60   61   62   ...   140

H ə c ə r   x a n ı m .   Piri  baba,  Xalisə  nənə,  xudahafiz,  Yasəmən,  oğlunu  gətir 

baxım.


S ə f  i  b ə y.  Həcər xanım,  düşmənin ailəsinə mərhəmət etmək caizmidir?

H ə c ə r   x a n ı m .   Siz  bilirsiniz  ki,  Yasəmən  mənim  sevgili  xidmətçim 

olmuşdur.  Onun  və  bu  məsum  uşağm  nə  günahı  var?  (Yasəməndən  uşağı  alıb 

öpür.)  Yasəmən,  səni və bunu bir allaha tapşırıram.

T üfəng  səsi  gəlir.

S ə f  i b  ə y.  Həcər xanım,  gedək.

H ə c ə r   x a n ı m .   Xudahafiz.  (Gözlərini silir,  gedirlər.)

Y a s ə m ə n.  Ey  uca tanrı,  mən də  sevgili ərimi  sənə tapşırıram.

Pərdə

İKİNCİ PƏRDƏ 

B irinci  p ərd ən in   m ənzərəsi.  B irin ci  p ərd əd ən  iyirm i  il  keçibdir.

P  i r i  b  a b  a.  Ey  vəfalı  silahım,  sahibin tək  sən  də  köhnəlmisən,  paslanmısan. 

Keçmişdə  sənin  güllən  heç  puça  çıxmazdı.  Ağzmdan  od  parladıqda  ovu  yerdə 

görmüşəm.  İndi  sinnim həştada çatmış,  gözlərimin nuru  getmiş,  qollarımm  qüvvəti 

azalmış.  İndi  səni  qaldırıb  qırqovulu  nişana  aldıqda  qaqqıltı  ilə  uçub  uzaqlaşır.  O, 

qaqqıltı  ilə  sanki  deyir,  ey  piri-natəvan,  nə  vaxta kimi bizləri  ovlayacaqsan?  Çəkil, 

rahat  ol,  daha  vaxtm  keçmiş.  Bəli  keçmiş...  (Yasəmən  samovarı  gətirib  süfrəyə 

qoyur.)  Y asəmən Qəmər durubdurmu?

Y a s ə m ə n.  Qəmər sübh tezdən durub meşəyə  gedibdir.

P  i r  i  b  a  b  a.  Erkən  durm aq yaxşı  şeydir,  bədəni  saflaşdırar.  Ancaq  o  zaman 

meşə rütubətdir,  gəzməsin,  dağa çıxsm, təmiz hava udsun.

Y  a  s  ə  m  ə  n.  Qəmər  şəhərdə  o  qədər  darıxıb,  sıxılıbdır  ki,  buraya  gələndən 

bəri  evdə  oturmaq  istəmir.  Deyir:  Ana  can,  doqquz  ay  dərs  zamanı  günlərimi 

sanamışam  ki,  yay  fəsli  haçan  gələcəkdir  ki,  Piri  babama  qonaq  gedəm,  doyunca 

meşəni,  dağı,  çəməni gəzəm.

P  i  r  i  b  a  b  a.  Qoy  gəzsin,  yesin,  içsin,  hala  gəlsin.  Ancaq  gəzməyə  yoldaşı 

yoxdur.  M əni tutur ki, Piri baba dur gəzməyə  gedək.  Deyirəm,




ay  qızım,  babam n nə  gücü  qalmışdır ki,  sənə yoldaşlıq etsin,  sənin  iti  ayaqlarm  ilə 

yeriş  etsin.  Deyirəm,  səbir  et,  qardaşm  Çingiz  gəlsin  o  zaman  ürəyiniz  istədikcə 

gəziniz.

Y asəm ən  çay tö küb P iri  b ab ay a  verir.

Y  a  s  ə  m ə  n.  Piri baba,  Qəmər ilə  Çingizi  görəndə  elə bil ki,  dünya mənimdir. 

Necə  mehriban  bacı-qardaşdırlar.  Necə  məni  sevib  ehtiramımı  saxlayırlar.  Çingiz 

ona atalıq edir.  Bax nə  sənə baxdı, nə mənə, bacısmı oxutdu.

P  i r i  b  a b  a.  Çingiz çox ağıllı, kamallı cavandır.

Y a s ə m ə n.  Allah sevgili ərimi  əlimdən aldısa da, yerində belə oğul  qoydu.

Q əm ər  q u cağ ın d a çiçək  və  əlin d ə d əsm al  b ağlısı  daxil  olur.

Q ə m ə r.  Baba,  sabahm xeyir.

P i r i  b  a b  a.  Qızım,  aqibətin xeyir.

Q ə m ə r.  Baba, tap  görüm,  mənim bu dəsmalımdakı nədir?

P i r i  b  a b  a.  Qızım, kirpidir.

Q ə m ə r.  Vay, baba nədən bildin?

P i r i  b  a b  a.  Dəsm ahna bax,  özün bilərsən.

Q ə m ə r (baxır.) Hə, kirpinin tikanlan  dəsmalı dəlib çıxıbdır.

P i r i  b  a b  a.  Bu kirpini nə edəcəksən?

Q ə m ə r.  Sənin bostanm a buraxacağam.

Y a s ə m ə n.  Qızım, bu heyvan bostanı tərk edər.

Q ə m ə r.  Piri baba, beləmi?

P  i  r  i  b  a  b  a.  Yox,  ağıllı  qızım,  fikrini  anlayıram.  Kirpi  bostanm  qurdlarmı 

yeyib tələf edər,  onu salamat  saxlar.

Y a s ə m ə n.  Qızım, bunu sən haradan bilirsən?

Q  ə m  ə r.  M ən kitabda oxumuşam.  Piri  baba da təbiətin içində yaşayıb,  görüb- 

gütürübdür.  Baba, təzə  qoruqçunu aparım bostanma buraxım.  (Gedir.)

P i r i  b  a b  a.  Yasəmən,  görürsən oxumaq nə  gözəl  şeydir.

Y  a  s  ə  m  ə  n.  Baba,  doğru  deyirsən,  ancaq oxuyub  elmli  olandan  sonra,  bizim 

kəndli  qızlan  öz ayağı çarıqlılarma ərə  getmirlər.

P  i  r  i  b  a  b  a.  Nə  üçün  getmirlər?  Ürək  elmə-zada  baxmaz.  Səni  bəyzadələr 

istəyirdilər, bəs nə üçün getmədin?



Y  a  s  ə  m  ə  n.  Çünki  Əlimərdanı  sevirdim.  Biz  m üsəlmanca  oxumuşuq.  Onlar 

kimi elmimiz yoxdur.  (Qəmər daxil olur.)  Qızım,  gəl otur,  çaym  soyuyur.

Q ə m ə r (çay içərkən).  Baba,  indi tap  görüm, bu çiçəkləri nə edəcəyəm?

P i r i  b  a b  a.  Dəstə tutub  otağma qoyacaqsan.

Q  ə  m  ə  r.  Yox,  baba,  bilmədin.  Bunlardan  tac  hörüb  sənin  başma  qoyacağam. 

Səni bu meşənin, bu bağlarm sultanı edəcəyəm.

G ülüşürlər.

P  i r  i  b  a b  a.  A  qızım,  mənim  bu  qoca  qulaqlarıma  gahdan  bir  gəlib  çatır ki, 

rəiyyətlər  üsyan  edib  padşahlarmı  taxtdan  salırlar.  Sən  də  təzədən  mənim  başıma 

tac  qoymaq istəyirsən.

Q  ə m  ə r.  Onlar öz rəiyyətlərilə  ədalətlə rəftar etməyiblər,  onlara zülm ediblər, 

onun  üçün  də  taclarmı  itiriblər.  Fəqət  sən  öz  vəzifəni  çox  yaxşı  ifa  etmisən.  Ona 

görə  də  meşə  əhli  məni  öz  tərəflərindən  vəkil  seçib  hüzurunuza  göndəriblər ki,  bu 

tacı  qəbul edib  onlara sultan olasan.

G ülüşürlər.

P  i  r  i 

b  a  b  a.  Qızım,  bu  gətirdiyin  vəkalətnaməyə  tülkülər,  dovşanlar, 

kəkliklər,  qırqovullar da qol çəkirlərmi?

Q  ə  m  ə  r.  Onlar  tərəfindən  bir  qədər  narazılıq  oldu,  fəqət  əksəriyyət  səni 

özlərinə  sultan  seçdilər.

P  i r i  b  a b  a.  Qızım,  bu meşənin  sultanlığım  qəbul  edirəm,  bu  şərtlə ki,  sən də 

mənə vəliəhd olasan.

G ülüşürlər.

Q ə m ə r.  M ən qəbul edirəm.  (Qapı  döyülür.) Birdən Çingiz ola.

G edib  qapını  açır.  H ə cə r x an ım , Z ö h rə  xanım ,  Şəm si  bəy  daxil  olurlar.

H ə c ə r   x a n ı m .   Qəmər, nə  gözəl, nə  göyçək qız olmusan.  (Onu öpür.)

Y  a  s  ə  m  ə  n.  Ah,  nə  əziz  qonaqlarım  gəlmiş.  (Həcər xanım  ilə  görüşürlər.) 

Buyurunuz, buyurunuz, Piri baba çox şad olacaqdır.




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə