Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə67/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   63   64   65   66   67   68   69   70   ...   140

Y a s ə m ə n.  Bəs, H əcər xanım hanı?

Z ö h r ə.  İçəridə Piri babanm  yanmdadır.

Y asəm ən  içəri  girir.

Ç  i  n  g  i  z.  Şəmsi  bəy,  bu  gün  siz  bir  yaxşı  insan  olduğunuzu  mənə  sübut 

etdiniz.  Düşmənə yaxşılıq etmək hər kişinin işi deyil.

Ş  ə  m  s  i  b  ə  y.  M ən  özümü  sizə  düşmən  hesab  etmirəm  və  səy  edirəm  ki, 

atalarımızm ədavəti biz övladlanna keçməsin.

Ç i n  g i z.  M ən də o fikirdəyəm.

P iri  baba,  Y asəm ən  və H əcər x a n ım  k o m ad an  çıxırlar.

H ə c ə r   x a n ı m .   Oğlum,  Çingiz,  biz  qocalar belə  qət  etdik  ki,  səni  özümüz 

ilə  aparaq.

Z ö h r ə.  Çox gözəl fikirdir.

Ş ə m s i b  ə y.  Ondan başqa çarəsi yoxdur.

Ç  i  n  g  i  z.  M ənim  barəmdə  etdiyiniz  fədakarlıqdan  artıqca  məmnum  olub 

təşəkkür edirəm.  Fəqət məni əfv ediniz, təklifinizi rədd etməyə məcburam.

H ə c ə r   x a n ı m .   Nə üçün?

Ç  i n  g i z.  Çünki  sizləri də fəlakətə  salmaq istəmirəm.  Bu saat mənim yoldaşım 

Fərman  gələcəkdir.  O,  Kiyevə  qayıtmaq  istəyir,  m ən  də  onunla  gedərəm.  Yoxsa 

burada qalsam, məni  arayıb taparlar.

P  i r i  b  a b  a.  Çingizin fikrini mən  də bəyənirəm.  Siz,  H əcər xanım,  tez  gedin, 

burada olmağmız  açılmasm.

H ə c ə r   x a n ı m .   Onda, uşaqlar,  gedək.

Z ö h r ə x a n ı m .   Ana,  mən  Qəməri  tək  qoymaq istəmirəm.  İzin  ver,  bu  gecə 

burada qalım.

H ə c ə r   x a n ı m .   Yox,  izin  verə  bilmərəm,  Çingiz  gedəndən  sonra  gəlib  nə 

qədər istəsən qalarsan.

H ey d ərq u lu  daxil  olur.

H e y d ə r q u l u .   Həcər xanım,  gedək,  yoxsa  Züleyxa  xanım təşvişə  düşəcək 

ki, nə üçün gec  gəldilər.

H ə c ə r   x a n ı m .   Gedək.  Salamat qalınız,  allah  sizə yar olsun.

P i r i  b  a b  a.  Allah sizdən razı olsun,  m ən qocanı yaddan çıxarmırsmız.



Q  ə  m  ə  r.  Qəm  etmə,  inşallah  yenə  görüşəcəyik.  Şəmsi  bəy  (Qəmər  əvəzinə 

Zöhrəyə əl verib).  Qəmər bəyim, xudahafiz.

Q ə m ə r.  Ha-ha-ha...

Y a s ə m ə n.  Yenə nəyə  gülürsən,  a dəli  qız?

Q  ə  m  ə  r.  Necə  gülməyim,  Şəmsi  bəy  Zöhrəyə  əl  verib  deyir:  Qəmər  bəyim 

xudahafiz.

G ülüşürlər.

P  i r i  b  a b  a.  Qəmər yaxşı etdi ki,  bizi  güldürdü.  Səfərə  gedəni  gülərüzlə yola 

salmalı.


H ə c ə r   x a n ı m .   Xudahafiz.

G edirlər.

Ç  i n  g  i z.  Qəmər,  cəld çamadanı  içəridən  gətir,  kitablarımı  qoy,  camaşırlarımı 

gətır.


Q əm ər ged ib   gətirir.

Y  a  s  ə  m  ə n.  Anan ölsün,  zalımlar  səni  qoymadılar bu üç  ay  yayı  rahat yeyib- 

içib,  gəzəsən.

Ç  i  n  g  i  z.  Qəm  etmə,  ana,  bu  gün-sabah  həkim   olub  gələcəyəm  və  sizləri 

götürüb  başqa  bir  şəhərdə  təbiblik  edəcəyəm.  Qəmər,  kitabları  altdan  qoy, 

camaşırları üstdən.

Səfı  bəy  iki  strajn ik  ilə  daxil  olur.

Y a s ə m ə n.  Uy, bizdən nə istəyirsiniz, niyə  gəlmisiniz?

S  ə f  i  b  ə y.  Bu  quldur yuvası  dağıtmağa  gəlmişəm.  Bunu mən  gərək,  iyirmi il 

bundan əqdəm edəydim.

P i r i b  a b  a.  Onda edə bilməzdin,  çünki  Əlimərdan sağ idi.

S ə f  i  b ə y.  İndi oğlunu da onun yanm a göndərərəm.

Ç  i  n  g  i  z.  Səfi  bəy,  küy-qalmaqal  edib  nə  üçün  arvadları  qorxudursan?  Nəyə 

gəlmisiniz?

S  ə  f   i  b  ə  y.  Onu  həbsxanada  bilərsən.  Qaçmağa  hazır  olmağmdan  görünür 

mənim gəlməyimi  sənə məlum etmişlər.  Piri kişi,  siz ilə işim  sonradır.  Çingizi  alın.




Y  a  s  ə  m  ə  n  (Səfı  bəyin  qabağında  diz  üstə  çökür.)  Səfi  bəy,  məni  balalarmm 

başma çevir,  oğlumu əlimdən alma.

Ç  i ng i z.  Ana,  qalx, belə  alçaqlarm önündə diz üstə çökmə.

S trajn ik lər Ç ingizi  aray a alırlar.  Q əm ər Ç in g izd ən  yapışır.

Q ə m ə r.  Qoymaram.

S ə f  i  b ə y.  Əllərinə  qandal vurun.

Q əm ər Ç in g izin  ə llərin d ən  tutur.

Q ə m ə r.  Qoymaram.

Ç i n  g i z.  Bacım,  sakit ol,  qoy vursunlar.

Q ə m ə r.  Səfi bəy, məni  qardaşım ilə bərabər zindana apar.

S  ə  f  i  b  ə y.  Əlimərdandan törəyən ya  quldur olar, ya üsyançı.  Səbir et,  sən də 

oraya gedəcəksən,  anan da, bu Piri baban da.

P  i r i  b  a b  a.  Qəmər,  Yasəmən,  Çingiz, belə  şəxsə yalvarm aq lazım deyil.  Səfi 

bəy,  fələyin  işini  bilm ək  olmaz,  bu  günkü  şad  sabah  ağlar.  Bu  günkü  hökm  edən 

baş,  sabah ayaqlar altmda tapdalanar.

S  ə  f  i  b  ə y.  Sus,  qoca kaftar,  yoxsa  o  ayaqlar  altmda tapdalanan baş,  öz  başm 

olacaqdır.

Y  a  s  ə  m  ə  n  (Çingizin  boynunu  qucaqlayaraq).  Oğlum,  kaş  anan  kor  olaydı, 

səni  qolu bağlı  görməyəydi.

Ç ingizi  aparırlar.

Ç i n  g i z.  Qəmər haraya gəlirsən?

Q ə m ə r.  M ən də  səninlə  gedirəm.

Ç i n  g i z.  Bacım,  qayıt.

P  i  r i  b  a b  a gedib  onu  qucaq lay ıb   qoym ayır.  Səfı  bəygil  qap ıd an  çıxıb  gedirlər.

Q ə m ə r (qışqırır.) Baba burax, yoxsa özümü öldürərəm.

P i r i b  a b  a.  Yasəmən,  gəl  qızmı  qoyma,  mən bacarmıram.

Y a s ə m ə n.  Qızım,  sakit ol,  allah kərimdir,  qardaşm tezliklə  qurtaracaqdır.

Q əm ərin  ürəyi  bitab   olu r,  Y asəm ən  ü zünə  su çırpır.

C  ə b i (daxil olur.)  Qəmərə nə olmuş?



Y a s ə m ə n.  Cəbi,  Çingizi  Səfi bəy tutub həbsxanaya apardı.

C  ə b i.  Nə deyirsən,  çoxdanmı  getdilər?

Y a s ə m ə n.  Elə indicə.

C  ə b i.  Bu saat Çingizi burada görərsiniz.  M ən getdim.  (Cəld qapıdan  çıxır.)

Q ə m ə r (zə if səslə).  Ana,  Cəbi lələ nə deyirdi.

Y a s ə m ə n.  Cəbi  getdi,  dedi ki,  Çingizi bu saat  gətirəcəyəm.

P  i  r  i  b  a  b  a.  Özünü  nahaq yerə  ölümə  verəcəkdir.  Bir  tək  Cəbi  üç  misəlləh 

adamm əlindən dustaqmı  ala bilər?!

Y  a  s  ə  m  ə  n.  Cəbi  Çingizi  çox  istəyir.  Doğrudan  da  onun  xilası  üçün  özünü 

ölümə verecəkdir.

Q  ə  m  ə  r.  Cəbi  lələni  m ən  də  çox  istəyirəm.  Ürəyi  çox  nazik  insandır.  Bizim 

cümləmizi çox istəyir.

B u  h ald a b ir n eçə tüfəng  açılır.

Y a s ə m ə n.  Aman, ya rəbb, bu güllələri  Cəbi lələyə  atdılarmı?

Q ə m ə r.  Yazıq lələ,  səni cəlladlar öldürdülərmi?

P  i  r  i  b  a  b  a.  Demədimmi  nahaq  yerə  özünü  güdaza  verəcəkdir,  qoy  gedim 

görüm necə oldu?

Q ə m ə r.  Yox, baba,  qoymaram,  səni də öldürərlər.

P  i r i  b  a b  a.  Mənim  diri  qalmağımdan nə  fayda var.  Cavanları  gora  göndərib 

mənmi  sağ qalacağam?

Y a s ə m ə n.  Piri baba, biz iki  arvadı pənahsızmı  qoymaq istəyirsən?

Q ə m ə r.  A h L B u  çərxi-fələk biz zavallıdan nə istəyir?  (Ağlayır.)

B u   h ald a Ə lim ərd an  çiy n in d ə tü fən g ,  d ü şü n d ə  iki  q atar p atro n d aş  daxil  olur.

Y a s ə m ə n (cəldqalxıb  ona tə rəf gedir.)  Sən...  Kimsən?..

Ə 1 i m ə r d  a n.  Kürdqızı, məni tanımırsan?

Y a s ə m ə n (qışqırıb onun  üstünə atılır.)  Əlimərdan!

P i r i  b  a b  a.  Yasəmən nə deyirsən?  Ölü də dirilərmi?

Ə 1 i m ə r d a n.  Əmi ölü dirilməz,  Əlimərdan dirilər.

P  i  r  i  b  a  b  a  (onu  qucaqlayıb  öpür.)  Əlimərdan,  gör  Qəmərin  nə  gözəl  qız 

olmuş.


Ə  1  i  m  ə  r  d  a  n  (onu  öpərkən).  On  beş  ildir  ki,  sizdən  ayrılmışam.  Qızım, 

mənsiz  gününüz necə keçir,  düşmənlərim sənə  sataşmamışlar ki?




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə