Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə68/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   64   65   66   67   68   69   70   71   ...   140

Q  ə m ə r.  Ata,  Çingizin bacısma sataşmaq olmaz.  Ah,  ata,  kaş bir az tez  gəlmiş 

olaydm,  Çingizimi m əğrur düşmənin əlindən alaydm.

Ə  1  i m  ə r d  a n.  Qəm etmə,  qızım,  məğrur düşmən cəzasma  çatdı.  Qardaşm bu 

saat gələr.

Ç ingiz,  İbad  və  C əbi  lələ  daxil  olur.

Q ə m ə r.  Çingiz  gəldi  (gedib  boynunu  qucaqlayır.)

İ b  a d.  Qəmər,  məni tanımırsan?

Q ə m ə r.  Ah,  İbad dayım.  (Onu  qucaqlayır.)

Y a s ə m ə n.  İbad,  qardaşım!  (Boynunu  qucaqlayıb ağlayır.)

İ b  a d.  Bacım, nə üçün ağlayırsan?

Y  a  s  ə  m  ə  n.  Necə  ağlamayım.  Sizin  ikinizin  də  ölüm  xəbəri  gəlmişdi.  İndi 

bizim üçün yenidən dünyaya gəlmisiniz.

İ  b  a  d.  Bacım  o  sizə  yalan  xəbəri  çıxaran  Səfi  bəy  də,  bizi  bu  bəlalara  salan 

Şahbaz  bəy  də  cazalarmı  aldılar.  Bacım,  görməli  idin  Şahbaz  bəy  necə  ayaqlarıma 

düşüb  yalvarırdı  ki,  məni  öldürmə,  onsuz  da  mən  bidərman  azara  düşmüşəm,  bu 

gün  sabah  öləcəyəm.  Dedim,  onda  qoy  səni  bu  əziyyətdən  xilas  edim.  Tüfəngimin 

beş  gülləsini  də  onun  ürəyinə  boşaltdım.  Ruhun  şad  olsun,  ey  qeyrətli  nişanlım 

Qəmər,  İbad intiqammı düşməndən aldı.

Ç  i  n  g  i  z.  Qəmər,  hərgah  Cəbi  lələ  tez  atamgilə  xəbər  verməsəydi,  indi  məni 

burada sağ görməyəcəydin.

Q ə m ə r.  Sağ olsun,  Cəbi lələ.

P i r i  b  a b  a.  M əgər sizin gəlməyinizi  Cəbi bilirdi?

İ b  a d.  Bilirdi,  ancaq Əlimərdan tapşırmışdı ki, hələ xəbər verməsin.

Ə 1 i m ə r d a n.  Topal,  al bunu!  (Pul verir.)

C  ə b i.  Sağ ol,  sahib.

Ə  1  i  m  ə  r  d  a  n.  Kürd  qızı,  m ən  gəlmişəm  sizi  aparmağa,  tez  ol  hazırlaş,  bu 

ittifaqdan sonra sizi burada qoymaq olmaz.

Y a s ə m ə n.  Bizi haraya aparacaqsan?

Ə  1  i  m  ə  r  d  a  n.  İrana,  Arazm  o  tayma.  Yoldaşlarım  bu  saat  bizi  meşədə 

gözləyirlər.  Gərək  sübh  açılmca  İran  torpağmda  olaq.  Daha  durma,  cəld  ol!  Bir 

dost  paltardan  və  dəyişəcəkdən  savayı  heç  bir  zad  götürmə.  Uşaqlar,  siz  də  gedin 

üst paltarlarmızı  götürün.

Ç ingiz  və  Q əm ər gedirlər.



İ b  a d.  Piri baba,  sən də hazır ol.

P i r i  b  a b  a.  M ən bu sinnimdə hara gedib  çıxaram.

İ b  a d.  Piri baba,  qorxuram  sənə əziyyət verələr.

Ə 1  i  m ə r d  a n.  M ənim  qorxumdan heç kəs  əmimə  əziyyət verə bilməz,  ancaq 

uşaqlar gedirlər,  ona burada kim  qulluq edəcəkdir.

P i r i b  ab  a.  Oğlum,  Cəbini də  aparırsan?

Ə 1 i m ə r d a n.  Yox,  Cəbi burada qalacaqdır.

P  i r i  b  a b  a.  Onda məndən arxaym ol.

Ə  1  i  m ə  r d  a n.  Əmi,  qorxma.  Uşaqlan  İranda  qoyub  özüm  dəstəm ilə bu taya 

keçəcəyəm.  M ənim  hənirtim  gələn  yerdə  heç  kəs  cürət  edib  sənə  yaxm   düşə 

bilməz.  (Yasəmən,  Ç ingizvə Qəmər gəlirlər.) Daha durmaym,  gedək.

C əbi  lələ  əlində  bir dəsm al  x iy ar gəlir.

Ə 1 i m ə r d a n.  Topal,  o nədir?

C  ə b i.  Xiyardır,  sahib, uşaqlara yığmışam, yola götürsünlər.

Q ə m ə r.  Sağ ol,  Cəbi lələ, bax, Piri babadan muğayat ol.

Ə  1  i  m  ə  r  d  a  n.  Daha  durmaym,  gedək!  Topal,  şeylərdən  götür.  Əmi, 

xudahafiz,  qəm etmə, yenə  görüşəcəyik.

Piri baba ilə xudahafizləşib  gedirlər.

P i r i b  a b  a (yalqız).  Komanm bülbülləri uçub  getdi.

Pərdə

BEŞİNCİ PƏRDƏ 

BİRİNCİ  ŞƏKİL

D ö rd ü n cü   p ərd əd ən   üç  il  keçm işdir.  S əhnə  m eşə  içində  bir  b u laq   göstərir.  P ərdə 

qalx d ıq d a  Şəm si  bəy,  Q əm ər,  Z ö h rə x a n ım  və  C əbi  görünür.

Q ə m ə r.  Seyrə çıxanm cümləsi  gərək işləsin.  Şəmsi, belədirmi?

Ş ə m s i.  Bəli,  elədir.

Q  ə  m  ə  r.  Onda  diniəyin,  hər  birinizin  vəzifəsini  deyim:  sən,  Zöhrə,  burada 

qalıb  süfrəni hazır edəcəksən,  əti kabablıq doğrayıb,  duzlayacaqsan...



Z ö h r ə.  Əti mən tək necə doğrayacağam?

Q  ə  m  ə  r.  A  Zöhrə  xanım,  deyək  ki,  gimnaziyada  sənə  qayğanaq  bişirməyi 

öyrətməmişdilər,  onun  üçün  də  yumurtanı  suya  salıb  sonra yağ  tökmüşdün.  Bəs  ət 

doğramağa nə deyirsən?

G ülüşürlər.

Z ö h r ə   x a n ı m .   Canım,  bir  insaf ediniz,  tək  adam  necə  ət  doğraya  bilər? 

Gərək biri əti tutsun,  o biri bıçaq ilə kəssin.  Cəbi lələ, belədirmi?

C  ə  b  i.  Bəli,  xanım,  elədir.  Siz  zəhmət  çəkməyin,  azardan  yeni  durmusunuz. 

M ən bunlarm hamısmı düzəldərəm.

Q  ə  m  ə  r.  Cəbi  lələ  doğru  deyir.  Zöhrə,  sən  balışım  başınm  altma  qoy  uzan, 

kitab  oxu.  Biz  də  sənin  əvəzinə  işləyərik.  Cəbi  lələ,  sən  meşədən  odun  gətir,  ocaq 

qala,  biz  də  Şəmsi,  ilə  kabab  üçün  çubuq  kəsək,  şiş  hazır  edək.  Şəmsi,  tüfəngini 

götür, bəlkə baxtımız  gətirdi, rastımıza ov çıxdı,  sən də  atıb,  səhvən vurdun.

G ülüşürlər.

Z ö h r ə.  Dovşan əhvalatı bu üç ildə hələ yaddan çıxmayıbdır?

Q ə m ə r.  Xeyr, heç vaxtı çıxmaz, hazır ol!  İrəli  arş!

G edirlər.

Z  ö  h r ə  (yalqız),  Gediniz,  ey  iki  bəxtiyar cavan.  Siz  də  mənimlə  bahəm bu üç 

il  qanlı  toqquşma,  vuruşma  içində  min  dürlü  əziyyət,  məşəqqət  çəkdinizsə  də 

axırda  mərammıza  nail  oldunuz.  Bu  gün-sabah  iki  xoşbəxt  quşcuğaz  kimi  uçub 

özünüz  üçün  yeni  bir  yuva  tikəcəksiniz.  Orada  şad  və  xürrəm  ömr  sürəcəksiniz. 

Fəqət  mən,  vərəmli  qızcığaz,  öz  arzuma  çatmayıb,  eşq  atəşində  şam  tək  əriyib  bu 

gün-sabah  sönəcəyəm.  Ey  fələk,  tökdüyüm  bu  qanlı  yaşım a rəhm  et,  ya  vüsalə  tez 

yetir  məni,  ya  al  bu  canımı.  Çingiz,  sevgilim,  tam   üç  ildir  ki,  səndən  bir  xəbər 

yoxdur.  Məni  ölmüş  sanıb  cəlayi-vətən  oldun,  haradasan,  ey  cəfalı,  ey  bəlalı 

aşiqim? Zöhrənin naləsini eşidirsənmi?  Ah, ürəyim  gedir.

Y erə  y ıxılıb  qəşş  edir.  Səhnə  bir  m ü d d ət  sük u t  için d ə  qalır,  so n ra  Ç ingiz  səyyah 

lib asın d a,  əlində  bir əl  çam adanı  daxil  o lu r, B u laq d a n   su  içir.




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə