Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə66/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   62   63   64   65   66   67   68   69   ...   140

Ç ingiz  o taq d an   çıxır.

Ç  i  n  g  i  z.  Ana,  m ən  gedə  bilməyəcəyəm.  Yoldaşım  gələcəkdir,  onu 

gözləyirəm.

Q ə m ə r.  Ana, yalan deyir,  getmək istəmir, yoldaşmı bəhanə  gətirir.

Ç  i  n  g  i  z.  Qəmər,  indi  də  məni  yalançı  edirsən?  Çox  sağ  ol.  M ən  səni  belə 

bivəfabacı bilmirdim.  Get,  get...

Q  ə  m  ə  r  (əlindən  tutub).  Yox,  yox,  mən bivəfa bacı  deyiləm.  Şəms  ilə  Qəmər 

altmda mənim tək bacı tapa bilməzsən.

Ç i n  g i z.  Bu gün  Şəms ilə  Qəmər dilindən düşməyir.  Bu nə  sirdir?

Q ə m ə r.  Çünki...  xudahafiz.  Ana,  gedək.

G edirlər.

P i r i b  a b  a.  Ay  oğul, bir belə nə oxuyursan?

Ç i n  g i z.  Piri baba, tibb çox çətin elmdir,  gərək həmişə mütaliə edəsən.

P  i  r  i  b  a  b  a.  Həkimlik  çətin  isə  də  gözəl  sənətdir.  İnsanlara  böyük  xidmət 

edir.

Ç  i n  g  i  z.  Piri  baba,  mənim  fikrim  odur ki,  həkimliyi  qurtarandan  sonra  gəlib 



kənddə oturam,  kəndlilərə kömək edəm.

P i r i b  ab  a.  Çox gözəl fikirdir,  allah sənə tövfiq versin.

B u  h ald a H ə cə r x an ım ,  Şəm si  bəy, Z ö h rə  x an ım  və H ey d ərq u lu   daxil  olurlar.

P  i r  i  b  a b  a.  H əcər xanım,  çox  xoş  gəlmisiniz,  səfa  gətirmisiniz,  buyurunuz, 

buyurunuz...

Ç ingiz  o n lara  əl  verir.

H ə c ə r   x a n ı m .   Bəs Yasəmən və  Qəmər hanı?

Ç i n  g i z.  Onlar indicə meşəyə  gəzməyə  getdilər.

H ə c ə r   x a n ı m .   Oğlum, bəs  sən nə üçün getməmisən?

Ç  i  n  g  i  z.  M ən  məktəb  yoldaşım   Fərmanı  gözləyirəm,  onunla  dərslərimizi 

mütaliə edəcəyik.

Ş ə m s i  b  ə y.  Ana, m ən də meşəyə  gedirəm.

H ə c ə r   x a n ı m .   Get,  Yasəməngilə  də  xəbər  et  gəlsinlər.  Vaxt yoxdur,  tez 

gedəcəyik.




P i r i b  a b  a.  Niyə o  səfərki kimi tələsirsiniz?

H ə c ə r   x a n ı m .   Xalam naxoşdur, Heydərqulu bizim dalımızca göndəribdir.

P i r i b  a b  a.  Allah  şəfa versin.  Heydərqulu, Züleyxa xanım m  naxoşluğu nədir?

H e y d ə r q u l u .   Soyuq  dəymədir,  qorxusu  yoxdur.  Piri  baba,  xanım  mənə 

göyərti tapmışdır.

P i r i  b  a b  a.  Get xanıma nə lazımdır yığ.

H ey d ərq u lu  gedir.

H ə c ə r   x a n ı m .   Piri baba, içəri  gedək,  sizə deməli  sözüm var.

K o m ay a girirlər.

Z ö h r ə  (Çingizin  əlindən tutub).  Çingiz,  səni döymək lazımdır.

Ç  i n g i z.  Döy.

Z ö h r ə.  Səni  sevmək lazımdır.

Ç  i n g i z.  Sev.

Z ö h r ə.  Bəs  sən.

Ç  i n g i z.  Əfsus ki,  mən də  sevirəm.

Z  ö  h  r  ə.  Nə  üçün  əfsus,  Çingiz,  məhəbbət  bir  elə  dövlət,  bir  elə  nemətdir  ki, 

allah onu ən bəyəndiyi dostuna bəxş edər.

Ç  i  n  g  i  z.  Görünür  ki,  mən  onun  dostu  deyiləm.  Dosta  bir  belə  bəla,  cəfa 

vermək rəvadırmı?

Z  ö  h  r  ə.  Çingiz,  bəlanı,  cəfanı  özünə,  sən  özün  çəkdirirsən.  Nə  üçün  mənim 

kimi ürəyinin dalınca getmirsən?

Ç i n  g i z.  Çünki mane olan səbəb  çoxdur.

Z  ö  h r ə.  Bilirəm,  yenə  deyəcəksən  sən düşmənimiz  Şahbaz  bəyin  qızısan.  Sən 

bir  bəy  qızı,  mən  bir  rəiyyət  oğlu.  Çingiz,  məhəbbət  aləmində  bəy,  gəda  yoxdur, 

mən  səni  sevirəm,  sən də məni.  Başqaları bizə nə lazımdır? M ən məhəbbət uğrunda 

hər  şeydən  keçirəm.  M ən  səninlə  haraya  istəyirsən  getməyə  hazıram.  B ir  başqa 

ölkəyə  gedək,  orada bəxtiyar yaşayaq.

Ç  i n  g i z.  Zöhrə, nə demək istəyirsən?

Z  ö  h  r  ə.  Onu  demək  istəyirəm  ki,  bu  gün  səni  həbs  edecəklər,  gəlmişəm  səni 

xəbərdar edəm.




Ç i n  g i z.  M əni kim həbs edəcəkdir?

Z ö h r ə.  Qəza naziri  Səfi bəy.

Ç i n  g i z.  Səfi bəy məni nədə müqəssir edir?

Z ö h r ə.  Guya sən hökumətin əleyhinə işləyirsən.

Ç  i  n  g  i z.  A...  bu hiylə  ilə  Səfi bəy  məni tələf etmək  istəyir.  Sən bunu kimdən 

eşitmisən?

Z  ö  h  r  ə.  Səfi  bəy  özü  dedi.  Keçən  səfər  buraya  gəlməyimiz  ona  məlum 

olmuşdur.  M əndən  və  Şəmsidən  böyük  silist  etdi  və  tapşırdı  ki,  sənlə  əlaqə 

etməyək,  əks  halda  bizi  də  həbs  edəcəkdir.  İndi  gəlmişik  səni  xəbərdar  edib 

qaçırdaq.

Ç  i n  g i z.  Zöhrə,  sizin bu fədakarlığı  ölənə kimi  unutmaram.  Ələlxüsus  Şəmsi 

bəyi,  onda siz buradan tez  gedin, yoxsa fəlakətə düşərsiniz.

Z ö h r ə.  Anamgil  getsin, m ən  getməyəcəyəm.

Ç i n  g i z.  Nə üçün?

Z  ö  h  r  ə.  Ah,  Çingiz...  görünür,  sən  mənim  məhəbbətimə  inanmırsan, 

inansaydm  bu  sualı  mənə  verməzdin.  Sən  fəlakətə  düşdükdə,  mən  kənardanmı 

baxım?

Ç i n  g i z.  Zöhrə,  ağıllı ol,  elə iş etmə, nahaq yerə özünü bəlaya salma.



Z  ö h r ə.  Aqil  olub  qorxaqlartək canımı  salamat  saxlamaqdan,  eşq cünunu olub 

sevgilim ilə hebsxanaya düşməyi daha əfzəl bilirəm.

Ç  i  n  g  i  z.  Zöhrəm,  ey  parlaq  ulduzum,  sənə  and  içirəm  ki,  əgər  bu  bəladan 

xilas olaramsa,  sənin arzunu yerinə yetirərəm.

Şəm si  bəy,  Q əm ər  v ə  Y asəm ən   daxil  olurlar.  Q əm ər  Ç in g izin   b o y n u n u   qucaqlayıb 

ağlayır.


Ç i n  g i z.  Ay  dəli bacım, nə üçün ağlayırsan?

Q  ə  m  ə  r.  Ah,  səni  tutmaq  istəyirlər,  zindana 

salmaq istəyirlər.  Yox,  yox,

qoymaram.  Səni heç kəsə vermərəm.

Ç  i n  g  i z.  Qəmər,  sakit ol,  görürsən  qardaşmı  nə tutublar və  nə  də  həbsxanaya 

salıblar.

Y a s ə m ə n.  Çingiz,  əhvalatı bilirsənmi?

Ç  i n g i z.  Bilirəm, Zöhrə xanım söyləyibdir.

Q  ə  m  ə  r  (Zöhrə  xanımı  öpərkən).  Zöhrə,  bizə  etdiyin yaxşılığı  ölənə  kimi

unutmaram.




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə