Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə62/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   58   59   60   61   62   63   64   65   ...   140

Q  ə  m  ə  r.  Bu  saat,  qardaşım.  (ona  çaytöküb  verir.)  Gör  bacm  sənə 

badımcandan, pam idordan nə dürlü-dürlü ləziz xörəklər bişirəcəkdir.

Ş  ə  m  s  i  b  ə y.  Qəmər bəyim,  nə  qədər xörək  bişirməkdə  mahir  olsanız,  yenə 

də mənim bacım Zöhrəyə çata bilməzsiniz.

Z ö h r ə   x a n ı m .   Yəqin  yenə  də  mənim  qayğanaq  məsələm  meydana 

çıxacaqdır.

Ş  ə  m  s  i  b  ə  y.  Əlbəttə  çıxacaqdır.  Camaat,  bir dəfə  çox  bərk  acmışdım,  evdə 

də Zöhrədən başqa heç kəs yoxdu.  O da oturub roman oxuyurdu.  Dedim, bacım dur 

mənə  qayğanaq bişir, yeyim.  O  vaxtı  Zöhrə xanım təzəcə  gimnaziyanı  qurtarmışdı. 

Bacım bişirdi, m ən də yedim.  Nəticəsi  - indi də  qayğanağa baxa bilmirəm.

H ə c ə r   x a n ı m   (gülür.)  Zöhrə  yumurtanı  əvvəl  suya  salıb  sonra  yağ 

tökmüşdür.

G ülüşürlər.

Ş  ə  m  s  i  b  ə  y.  Ana,  m ən bacımm  icadınm  sirrini  açmaq  istəmədim,  sən  niyə 

açırsan?

Ç i n  g i z.  Piri baba,  arılarm nə haldadır?

a  s  ə  m  ə  n.  Anan  ölsün,  hər bal yeyəndə  boğazımdan  getmirdi.  Bilirəm,  sən 



balı  çox sevirsən.

P  i r i  b  a b  a.  Oğlum,  sənin bəxtindən bu il balım boldur, nə  qədər xətrin istəsə 

ye,  qurtaran deyil.

Ç i n  g i z.  Cəbi lələ,  get Piri babanm o tərifli balmdan kəs  gətir, yeyək.

P  i r i  b  a b  a.  Topal,  cökə  ağacmm  altmdakı  səbətdən kəs  gətir.  Onun balı  çox 

dadlıdır.

C əbi  gedir.  S əfa daxil  olur.

H ə c ə r   x a n ı m .   Səfa nə var, xeyir ola.

S  ə  f  a.  Xanım  siz  gedəndən  sonra  Şahbaz  bəy  gəlib  çıxdı.  Nurəli  bəyin  evində 

qumar oynayırmışlar.  Ağa  gecə də  orada yatıb  qalıbmış.  M əndən  soruşdu ki,  Həcər 

xanım  və  usaqlar  haraya  gediblər.  Dedim  Züleyxa  xanımgilə  qonaq  gediblər,  üç 

gündən  sonra  gələcəklər.  Elə  bunu  demiş  oldum,  ağa  hirslənib  qışqırdı,  söyməmiş 

bir xidmətçi  qoymadı.



Mənə  dedi  ki,  atı  minib  çaparsan,  harada  çatdm  qaytararsan.  Bu  halda  ürəyi 

bitab olub yıxıldı.  Qurban həkim  dalmca  getdi,  mən də  sizin.

Ş ə m s i  b ə y.  Ana,  durma gedək.  Ax,  atamm köhnə  azarı  qalxmış.

H ə c ə r   x a n ı m .   Gedək.  (Qalxırlar.)  Səfa,  getfaytonunyanm da  gözlə.

Səfa gedir.

P  i  r  i  b  a  b  a.  Allah  şəfa  versin,  daha  sizi  saxlaya  bilmərəm.  İnşallah  yaxşı 

olar, yenə mənə  qonaq gələrsiniz.

H əcər  x an ım  ilə  Y asəm ən ,  Q əm ər ilə  Şəm si  bəy və  Ç ingiz  ilə Z ö h rə  x an ım   kənara 

çəkilib  m əxfı  d anışırlar.

Ç  i  n  g  i  z.  Zöhrə  xanım,  siz  ilə  əlvida  edərək  yenə  də  rica  edirəm  ki,  sizə 

etdiyim ehtiramsızlığı  qəlbinizdən çıxarasmız.

Z ö h r ə   x a n ı m .   Çingiz,  mənim  qəlbimdə,  bilirsən,  sənə  ədavət  yoxdur, 

başqa bir hiss...

Ç  i n g i z.  Müşgül.

Z ö h r ə   x a n ı m . N ə  üçün?

Ç  i n g i z.  Çünki çox sədd var...

Z ö h r ə   x a n ı m .   Ürəyin incə oxlan müqabilində elə  sədlər durmaz...

Ç  i n g i z.  Ürəyin özünə  sədd çəkməli.

Z ö h r ə   x a n ı m .   O n ə  üçün?

Ç i n  g i z.  Fələyin istədiyi bu.

H ə c ə r   x a n ı m .   Uşaqlar,  gedək.

Z ö h r ə   x a n ı m .   Əlvida,  Çingizim.

Ç i n  g i z.  Əlvida, xoyali-naümidim.

H ə c ə r   x a n ı m .   Xudahafiz.

P i r i  b  a b  a.  Xudahafiz, yaxşıyol.

G edirlər.



Pərdə


ÜÇÜNCÜ PƏRDƏ 

S əhnə  Şahbaz  bəy in   q onaq o tağını  göstərir.  O taq  A v ro p a   səliq əsilə bəzənm iş.

Ş a h b a z   b ə y   səfərə hazırlaşır.

Ş a h b a z   b ə y .   Xavər, Xavər.

X a v ər daxil  olur.

X  a v ə r.  Nə buyurursan,  ağa?

Ş a h b a z   b ə y .   Şəmsi evdədirmi?

X  a v ə r.  Bəli,  evdədir.

Ş a h b a z   b ə y .   Get de,  atan çağırır.

X  a v ə r.  Baş üstə.  (Gedir.)

Ş a h b a z   b ə y   (dərman  içərək.)  Bunun  əvəzinə  bir  dəfə  zəhər  içib  bu 

dünyadan xilas olmağa cürət edə bilmirəm.

Şəm si  bəy  daxil  olur.

Ş a h b a z   b ə y .   Oğlum,  əyləş,  sənə  deyəcək  sözüm  çoxdur.  Şəmsi,  mənim 

bədənimdə  bir  sağ  ezam  yoxdur.  Ürəyim,  ciyərim  xarab,  mədəm  xarab,  dilim  də 

gah  tutulur,  gah  açılır.  İndi  müalicəyə  gedirəm.  Fəqət  sağalmağa  ümidim  yoxdur. 

Demək,  bir  az  gec,  bir  az  tez,  məni  qəbrə  qoyacaqsan.  Sən  mənim  tək  oğlumsan, 

babalarımızm  yurdunun  sahibisən.  Doğrudur,  sənin  dövlətinin  çoxunu  m ən  tələf 

etmişəm,  qumara  vermişəm,  kef etmişəm,  fəqət  o  tələf etdiyimdən ziyada mərhum 

qardaşım İlyas bəydən sənə dövlət düşəcəkdir.  İndi de  görüm,  dərdin nədir ki,  əmin 

qızı Nəcibəni evdə dustaq etmisən.

Ş ə m s i  b ə y.  M ən əmim qızmı dustaq etməmişəm.

Ş a h b a z   b ə y .   Bəs  nə  üçün  evlənmirsən?  Özün  bilirsən  ki,  o  sənə  ad 

olubdur.  Ağıllı,  kamallı,  qoyulduğu  ada  layiq  nəcibə  bir  gözəldir.  Belə  qızdan  nə 

üçün qaçırsan?

Ş  ə  m  s  i b  ə  y.  Ata,  o  tərif etdiyin  sifətlərin  cümləsi  əmizadəmdə  mövcuddur. 

Fəqət yenə də mən özümü və o zavallmı bədbəxt etmək istəmirəm.

Ş a h b a z   b ə y .   Səbəb?

Ş  ə  m  s  i  b  ə  y.  Səbəb  odur  ki,  mənim  onda  könlüm  yoxdur.  Qəlb  istəmədiyi 

halda nə zövc və nə də zövcə.

Ş a h b a z   b ə y .   İstəmədiyinə  səbəb nədir?



Ş ə m s i  b  ə y.  Onu ürəkdən sormalı və bir də mən uşaqlıqdan əmim qızı ilə bir 

yerdə böyümüşəm, m ən ona bacı kimi baxıram.

Ş a h b a z   b ə y .   Oğlum,  məhəbbət bir yalan  şeydir.  Onu  şairlər icad  etmişlər. 

İsmi  var,  özü  yox  o,  bir  xəyaldır.  Uzaqdan  dadlı,  nəşəli,  yaxm dan  zəhərli,  cəfalı, 

bəlalı,  ömrü puç  edən bir  şeydir.  Beş  gün  səfa versə,  beş  il  cəfa verər.  Atan onlarm 

hamısmdan keçmişdir.

Ş  ə  m  s  i  b  ə  y.  Demək,  qəlb  sevmədiyi  bir  zövcə  ilə  ömür  sürmək,  cəfa-bəla 

deyilmiş,  eləmi?

Ş a h b a z   b ə y .   Bilmirəm  sən  bu  arvad  tayfasma  nə  böyük  məna  verirsən. 

Arvad  al,  qoy evdə evdarlıq etsin,  sən də kefdə,  damaqda ol...

Ş  ə  m  s  i  b  ə  y.  Ata,  mən  onu  edə  bilməyəcəyəm.  Sizin  nəzəriniz  qadmlara 

başqa, mənimki başqa.  M ən könlüm  sevməyəni  almayacağam.

Ş a h b a z   b ə y .   Bəlkə  sənin  könlün  bir  kəndlinin,  bir  hammalm  qızmı 

istəyəcəkdir.

Ş ə m s i b  ə y.  Eybi nədir,  istər alaram.

Ş a h b a z   b ə y .   Eybi  coxdur,  Şahbaz  bəyin  gəlini  kimin  qızıdır.  Kəndli 

Cənnətəlinin?..  B ir  özün  insaf  et,  bu  mənə  yaraşarmı?  Onda  m ən  xəcalətimdən 

məclislərə çıxa bilərəmmi?  Taytuşlarımm üzünə baxa bilərəmmi?

Ş ə m s i  b  ə y.  Ata,  siz məni  öz  getdiyiniz yola dəvət edirsiniz, fəqət mən o yol 

ilə  getməyəcəyəm,  çünki nəticəsi  gözlərimin önündədir.

Ş a h b a z   b ə y .   Necə?  M ən  nə  fəna  iş  görmüşəm  ki,  sən  ondan  xəcalət 

cəkirsən?

Ş  ə  m  s  i  b  ə  y.  Ata,  mən  istəmirəm  ki,  ata  ilə  oğulun  arasmdan  pərdə 

götürülsün.  Sizin sualmıza cavab versəm,  o pərdə  götürüləcəkdir.

Ş a h b a z   b ə y .   Ananız  Həcərxanımm  səyi  ilə  o  pərdə,  siz  övladlarım  ilə 

mənim  aramdan  çoxdan  götürülübdür. 

Siz  məni  qapımdakı  nökərimcən 

saymırsmız.

Ş  ə  m  s  i  b  ə  y.  Təqsir  özünüzdədir.  O,  məzlumə,  bədbəxt  anamızı  nahaq yerə 

m üqəssir edirsiniz.

Ş a h b a z   b ə y .   Ananız  nə  üçün  bədbəxt  olsun?  M ən  onu  hansı  xanımdan 

əskik  saxlayıram?  Libas  almamışam,  cavahirat  almamışam?  Yoxsa,  qulluq  etməyə 

xidmətçilər tutmamışam? Hansı  şeyi kəsir qoymuşam?



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə