Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə61/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   57   58   59   60   61   62   63   64   ...   140

Ş  ə m  s i  b  ə y.  Piri baba, bunlar mənim ovçulğumu  lağa  qoyub  güldü,  fəqət öz 

qüsurlannı  açmaq istəmirlər.

P  i r i  b  a b  a.  Sən də onlarmkmı  aç  söylə,  görək nə olmuş.

Ş  ə  m  s  i  b  ə  y.  Piri  baba  meşəyə  bir  az  qalmış  onda  gördük  ki,  bu  iki  igid 

xanımdan bir elə  qışqırıq qalxdı ki,  dedim yəqin bunlarm  qarşısma aslan çıxmışdır. 

Bilirsinizmi, Piri baba, bunlar nə  görmüşlər?

P  i r i  b  a b  a.  Yəqin siçan  görmüşlər.

Ş ə m s i  b ə y.  Bəli.

G ülüşürlər.

P  i  r  i  b  a  b  a.  Oğlum,  arvad  tayfasmm  əksəri  siçandan  qorxur.  Rəhmətlik 

Xalisə də belə idi.

B u  h ald a  C əbi  əlində  bir çam adan,  d alın ca Ç ingiz  daxil  olurlar.

Q ə m ə r.  Çingiz gəldi.  (Qaçaraq gedib onun  boynunu  qucaqlayıb  öpür.)

a  s  ə  m  ə  n.  Ah,  oğlum,  gəldi,  Allah,  sənə  şükür.  Ay  qız,  bir  dayan,  mən  də 



öpüm!  (Çingizi öpür.)

H ə c ə r   x a n ı m .   Oğlum,  gəl  səni mən də öpüm.

İstə y ir ö p sü n ,  Ç ingiz  k ən ara çəkilir.

Ç  i  n  g  i  z.  H əcər  xanım,  m ən  haradan  sizin  oğlunuz  oldum.  M ən  sizin 

qulluqçunuz kürd  qızınm oğluyam.

H ə c ə r   x a n ı m .   Ah,  Çingiz,  oğlum,  məni  atəşə  yaxma,  Yasəmən  mənim 

qulluqçum olmayıbdır,  sevgili bacım olubdur.

Q  ə  m  ə  r.  Çingiz,  gəl  su  töküm  əl-üzünü  yu,  yoldan  gəlmisən,  yorulmusan. 

Gəl,  qardaşım,  sonra danışarsan.

Ç  i  n  g  i  z.  Toxda,  Həcər  xanım,  Əlimərdanı  ölmüş  görüb,  mən  oğlu  Çingizi 

Rusiyada bilib buraya gəlməyə cürət etmisiniz?

P  i  r  i  b  a  b  a.  Çingiz,  Həcər  xanım  övladları  ilə  mənə  qonaq  gəlmişlər,  sənə 

dəxli yoxdur.

Ç  i  n  g  i  z.  Bəs  sən  Əlimərdanm  əmisi  deyilsən?  Necə  qeyrətin  qəbul  edir  ki, 

onun  düşmənlərini  qonaq  edirsən?  M əgər  bilmirsən  ki,  mənim  atam  Əlimərdanm 

Sibirdə  əlləri,  ayaqları  qandalda,  sızlayıb  fəryad  etməyinə  səbəb  binamus  Şahbaz 

bəy  olmuşdur.



Ş  ə  m  s  i  b  ə  y.  Çingiz,  m ən  elə  fikir  edirdim  ki,  atalarımızm  ədavəti  biz 

övladlarma  keçməyəcəkdir,  çünki  hər  iki  tərəf  bir-birlərindən  intiqammı  almış. 

M ən  əmim  İlyas bəyin və başqa  qohumlarımm  qanmı  səndən  iddia etmirəm.  Fəqət 

indi  görürəm  ki,  siz  başqa  fikrə  düşmüşsünüz,  bismillah,  m ən  meydandan  qaçan 

oğlan deyiləm.

Ç  i n g i z.  Hə,  indi biqeyrət  Şahbaz bəyin oğlu  Şəmsi bəy özünü büruzə verdi.

Ş ə m s i  b ə y.  Quldurbaşı  Əlimərdanm oğlu  Çingiz də öz  gədalığmı  göstərdi.

Ç i n  g i z.  M ənə  gəda deyirsən?

O n u n   ü stü n ə  y eriş  edir,  Z ö h rə   x an ım   b aşını  uca tu ta raq ,  d ö şü n ü   g ərərək   o n u n   qarşısın d a 

durur.  H ə cə r x a n ım   qışq ırıb   qəşş  edir,  Q əm ər ağlayır.

Z ö h r ə   x a n ı m .   Çingiz,  biz  düşmən  də  olsaq  qapmıza  gəlmişik,  sizə  qonaq 

olmuşuq,  qonağm ehtiramı beləmi olur?

Ç  i  n  g  i  z  (başını  aşağı  salaraq).  Zöhrə  xanım,  məni  əfv  ediniz,  xəcalətimdən 

üzünüzə baxa bilmirəm.  Tutduğum əməldən özüm də peşmanam.

Z ö h r ə   x a n ı m .   Öz  tərbiyəsilə  cavanlar  arasmda  şöhrət tapmış  Çingizi  indi 

tanıdım,  əfvinizi  qəbul edirəm.  Ancaq anamız Həcər xanımdan üzr istəməlisiniz.

Ç  i n g i z.  H əcər xanım,  məni  əfv etməlisiniz.  (Əllərindən  öpür,  H əcər də  onun 

alnından  öpür.)

H ə c ə r   x a n ı m .   Oğlum,  Çingiz,  mənə yenidən ruh verib  diriltdin,  allah  səni 

hər bəladan hifz etsin.

Q  ə  m  ə  r  (gedib  Çingizin  əlindən  tutub  Şəmsi  bəyə  tə rə f gedir.)  Çingiz,  Şəmsi 

bəylə də barış.

Ç  i  n  g  i  z  (ona  əl  verərək).  Şəmsi  bəy,  məni  əfv  ediniz,  o  sözləri  deməyə 

ürəyimin qəm-qüssəsi  səbəb  oldu.  Qürbətdə çəkdiyim  əziyyətdən sonra əziz  anamı, 

sevgili  bacımı,  qoca  babamı  sağ  və  salamat  gördükdə  bəxtiyar  ömrünü  Sibirdə 

çürüdüb  axırı  canmı  namus  yolunda  fəda  edən  yazıq  atam  yadım a  düşdü.  Özümü 

saxlaya bilməyib  sizlərə biehtiramlıq etdim.

a  s  ə  m  ə  n  (gedib  onu  qucaqlayaraq).  Oğlum,  bu  sözlərin  ilə  yaralı  ürəyimi 



oxladm.  (Ağlayır.)

P i r i  b  a b  a.  Yasəmən,  sakit ol, naşükür olma,  Çingiz kimi  oğlun,  Qəmər kimi 

qızm var.  Ölüm  cümlə yaranmış üçün var.  Oğlum,  Çingiz,  bəs  mən  qoca baban ilə 

nə üçün  görüşmürsən?




Ç  i  n  g  i  z.  Bağışla  baba,  bu  gün  özümü  başqa  halda  görürəm.  (Gedib  onun 

əllərini öpür.)

Q ə m ə r.  İndi  gəl  gedək,  su töküm əl üzünü yu.

O tağa gedirlər.

Ş ə m s i  b ə y.  Ana,  siz də hazır olun,  mən də  gedib faytonu qoşdurum.

P i r i  b  a b  a.  Oğlum,  nə tələsirsən,  çörək yeyib  gedərsiniz.

H ə c ə r   x a n ı m .   Şəmsinin  fikrini  anlayıram,  o  qorxur  ki,  yenə  aralarmda 

toqquşma ola.  M ən də onun fikrinə  şərikəm.

a  s  ə  m  ə  n.  İndi  Çingiz  nəinki  yenidən  toqquşmaq,  hətta  səy  edəcəkdir  ki, 



sizin könlünüzü alsm.

P  i  r  i  b  a  b  a.  Yasəmən  doğru  deyir,  Çingizin  ürəyi  çox  yumşaqdır,  heç  kəsi 

özündən incitməz.

Z ö h r ə   x a n ı m .   Biz  Çingizdən  rəncidə  olmuruq.  Ürəyi  yanıqlı  idi,  onun 

üçün  də  təbiətindən  çıxdı.  Sonra  peşman  olub  bizdən  üzr  istədi.  Bu  bizə  kifayət 

edər.  İrəlilərdə mənə heç vaxt ədavət göstərməyibdir.  Çox mehriban rəftar edibdir.

Ç ingiz  və  Q əm ər g ü lə  -gülə  gəlirlər.

Ç  i n g i z.  Piri baba,  eşitdim səni  sultanlıqdan əzl ediblər.

P  i  r  i  b  a  b  a.  Ay  oğul,  çox  da  yaxşı  ediblər,  mənim  sultanlığım  keçmiş. 

Cavanlıqda atdığım  güllə boşa çıxmazdı,  indi isə çox vaxtı ovdan əliboş  qayıdıram.

Ç  i n g i z.  Demək on iki  addımda durmuş dovşanı daha vura bilmirsiniz.

G ülüşürlər.

Z ö h r ə   x a n ı m .   Şəmsi, paymı  aldm?

Ş ə m s i  b ə y.  Allah heç kəsi  Qəmər bəyimin dilinə  salmasm.

Q  ə  m  ə  r.  Allah  heç  kəsi  Şəmsi  bəy  kimi  ovçunun  ümidinə  qoymasm,  çünki 

şamsız yatar.

G ülüşürlər.

Ç  i  n  g  i  z.  Allah  heç  qardası  Qəmər  kimi  bacınm  ümidinə  qoymasm,  çünki 

səfərdən gəlmiş  qardaşım çaysız  qoyar.



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə