Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə57/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   53   54   55   56   57   58   59   60   ...   140

Y a s ə m ə n.  Bəs, Piri baba ilə Xalisə nənə necə olsun.

H ə c ə r   x a n ı m . B u  barədə xalam ilə danışmışam.  O  deyir ki,  mənim xatirim 

üçün onlar razı olarlar və  sirri də kimsəyə  açmazlar.

Y a s ə m ə n.  M ənim qorxum  Əlimərdandan və  Cəbidəndir.

H ə c ə r   x a n ı m .   M ənə  m əlumdur  ki,  Cəbi  sənin  doğmağmdan  hələ 

xəbərsizdir.

Y  a  s  ə  m  ə  n.  Yenə  də  qorxuram.  Bu  sirr  bir  vaxtı  açılar,  onda  mənim  halım 

necə olar?  Yox, yox, bu ağır və  qorxulu işi öhdəmə  götürməyə cürət etmirəm.

H ə c ə r   x a n ı m  (ayağa qalxır.)  Onda bircə yol  qaldı.

Y a s ə m ə n.  Hansı?

H ə c ə r   x a n ı m .   M ən  m üqəssir  ananm  əli  ilə  bu  məsum  uşağm  ölməyi. 

('Getmək istəyir.)

Y  a s ə m ə n  (onun  qabağım kəsir.) Yox, yox,  onu etməyiniz,  veriniz, razıyam. 



( Uşağı  alıb  beşiyə  qoyur.  Bu  halda  qapı  döyülür.)  Siz  içəriyə  giriniz,  görüm 

kimdir.


H ə cə r  x a n ım  k o m ay a girir.

P  i  r  i  b  a  b  a  (qapının  dalından).  Yasəmən,  bizik  qapmı  aç.  Yasəmən  qapmı 

açır, Piri haba ilə Xalisə nənə  daxil olurlar.

P i r i  b  a b  a.  Xalisə, tez ol ocağı  qala, xörək bişir.  Xalisə nənə.  Bu saat.

Y a s ə m ə n.  Xalisə nənə,  xörəyi mən hazır edərəm.  İçəridə bir əziz  qonaq səni 

gözləyir.

X a l i s ə   n ə n ə .   Kimdir?  Buraya qorxudan heç kəs  gəlməz.

Y a s ə m ə n.  İçəri  get,  görərsən.

X alisə  nənə  ko m ay a girir.

P i r i  b  a b  a.  Yoxsa Əlimərdandır?

Y a s ə m ə n.  Xeyr, H əcər xanımdır, Piri  baba.

P  i r  i  b  a b  a.  Həcər xanım?..  O  bura  əbəs  yerə  gəlməz,  nə  böyük  qəziyyə  üz 

veribdir ki,  cürət edib  gəlibdir.

Y  a  s  ə  m  ə  n.  Baba,  doğrudan  da  böyük  qəziyyədir.  H əcər  xanım  səndən  bir 

şey təvəqqə edəcəkdir,  onu qəbul etməyinizi m ən də rica edirəm.



P i r i  b  a b  a.  Nədir?

Y  a  s  ə  m  ə  n.  Sizi  gözləyir,  gediniz  desin.  (Piri  baba  girir.  Yasəmən  H əcər 



xanımın  oğlunu  qucağına  götürür.)  Ah,  nə  gözəl  uşaqdır,  m ən  oğul  həsrəti 

çəkirdim,  allah  verdi.  Bunu  öz  balam  kimi  sevəcəyəm.  Əlimərdan  da  məndən  razı 

qalacaqdır.  Allahm sirrini bilmək olmaz,  gör kimi  Əlimərdana oğul  göndərdi.

C əbi  daxil  olur.

C  ə b i.  Gözləriniz aydm olsun,  oğlandır,  qız?

Y a s ə m ə n.  Oğlandır.

C  ə b i.  Onda sahib  şad olacaqdır.

Y a s ə m ə n.  Topal, biri də var.

C  ə b ı.  O kimdir?

Y a s ə m ə n .   O d a  mənimdir,  əkiz doğmuşam, biri oğlan biri  qız.

C  ə b i.  Sahib bu saat özü gələcəkdir.

Y  a  s  ə  m  ə  n  (özünü  itirir.)  Ah,  ürəyim  nə  döyünür.  Cəbi,  o  sudan  tök,  mənə 

ver içim.

C  ə b i (su verərkən).  Sahibin  gəlməsindən niyə  qorxursan?

Y a s ə m ə n.  Qorxuram ki,  ona burada bir xətər yetə.

C  ə b i.  Sahibin dəstəsi meşədədir.

P iri  b ab a k o m ad an   çıxır.

P i r i  b  a b  a.  Topal, bu üç gündə harada qalmışdm?

C  ə  b  i.  Kəndə  anamı  yoxlamağa  getmişdim.  Bərk naxoş  olduğuna  görə  qoyub 

gələ bilmədim.  İndi bir az yaxşıdır.

P  i r i  b  a b  a.  Xalisə  çağanm  əsgisini yuyanda birini  orada unudubdur,  get onu 

gətır,  gəl.

C əbi  gedir.

Y  a  s  ə  m  ə  n.  Baba,  böyük bəlaya  düşdük.  Cəbinin  deməyinə  görə,  Əlimərdan 

bu  saat buraya gələcəkdir.  M ən çox qorxuram.

P  i  r  i  b  a  b  a.  Ozünü  itirmə,  toxdaq  saxla,  hər  bir  şey  allahm  əlindədir,  nə 

istərsə,  o olacaqdır.  Xalisə, Xalisə!

X a l i s ə   n ə n ə   (komadan  çıxır,  Yasəmən  uşağı  beşiyə  qoyub  cuna  ilə  üzünü 



örtür.) Nə var?

P  i  r  i  b  a  b  a.  Cəld  H əcər  xanımı  Həsənqulu  ağanm  otağmda  gizlət,  özün  də 

yanm da ol.



X a l i s ə   n ə n ə .   Nə var, nə  olubdur?

P i r i  b  a b  a.  Danışıq yeri deyil,  Əlimərdan bu saat gələcəkdir.

X a l i s ə   n ə n ə .   Vay,  evimiz yıxıldı.

Q apı  b ərk  döyülür.

P i r i  b  a b  a.  Arvad,  cəld ol.

X alisə  nənə  otağ a girir.

Ə 1 i m ə r d  a n (qapının dalından qışqırır.)  Topal!

Piri  b ab a gedib  qapını  açır,  Ə lim ərd an   və İb ad   ü stlərin d ə  əsləhə  daxil  olurlar.

Ə 1 i m ə r d  a n.  Ə m i!

P i r i  b  a b  a.  Can!

Ə 1 i m ə r d  a n.  Hamı  salamatmı?

P i r i  b  a b  a.  Salamat!

Y asəm ən  o n u n  b o y n u n u   qucaqlayır.

Ə 1 i m ə r d  a n.  Kürd  qızı, toxda,  oğlandır, ya qız?

Y a s ə m ə n.  Qız.

Ə 1 i m ə r d a n.  Qız?

P  i  r  i  b  a  b  a.  Qəm  etmə,  allah  hər  ikinizin  istəyini  veribdir. Yasəmən  əkiz

doğubdur, biri oğlan, biri  qız.

Ə 1 i m ə r d  a n.  Bu yaxşı.  Kürd  qızı,  oğlan mənim,  qız  sənin.  Gətir baxım.

Y a s ə m ə n (cunanı götürüb).  İkisi də yatıbdır.

Ə  1  i  m  ə  r  d  a  n.  Onda tərpətmə,  qoy  yatsmlar.  Kürd qızı  m ən oğlumun  admı

Çingiz  qoydum...  Sən qızmm  admı nə  qoyursan?

Y a s ə m ə n.  İzin versən Qəmər qoyaram.

Ə 1 i m ə r d  a n.  Onda izni  qardaşm İbaddan al.

İ  b  a  d.  Bacım,  hərgah  onun kimi  qeyrətli,  nam uslu bir  qız yetirəcəksənsə,  izin 

verirəm.  M ən  əhd  etmişəm ki,  nişanlım  Qəmərin  intiqammı  düşməndən  almaymca 

dünyada rahat yaşamayam.

Ə 1 i m ə r d a n.  Əmi,  Şahbaz bəyin qardaşı İlyas bəy  elə bildi ki,  İrana qacmaq 

ilə  mənim  əlimdən  qurtaracaqdır.  Qardaşm  oğlu  onu  da  babalarmm  yanma 

göndərdi.




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə