Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə56/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   52   53   54   55   56   57   58   59   ...   140

bəyin  nəslini  qırıb,  yer üzündən  məhv  edəm.  Onun  əmisi  oğlu  Tağı  bəyi  və  nökəri 

Fərəci öldürüb  qaçaq düşdü.

Y  a  s  ə  m  ə  n.  Piri baba,  nə  vaxt ki,  bədbəxtlik bizə  üz  verməmişdi,  Əlimərdan 

məni  sevib  mehriban  dolanırdı.  Qəmər  qəziyyəsindən  sonra  büsbütün  dəyişilib, 

arvad  admı  yanm da  çəkmək  mümkün  deyil.  Mənlə  xudahafiz  edendə  dedi  ki, 

Yasəmən,  qız doğsan  öz  əlimlə,  qədim ərəblər tək,  boğub  atacağam.  Baba,  dönmüş 

taleyim burada da məni ərimin yanmda xəcil etdi,  qız doğdum.

P  i  r  i  b  a  b  a.  Qəm  etmə,  qızım,  övlad  şirin  olar.  Özün  görəcəksən  ki,  necə 

əzizləyib  sevəcəkdir.

Y a s ə m ə n.  Allah sən deyən kimi edəydi, baba.

P  i r i  b  a b  a.  Qorxma,  elə  də  olacaqdır, bax, bu meşə  sahibi Həsənqulu ağa da 

oğul  həsrəti  çəkirdi.  Allahtaala  ona  qızı  Züleyxanı  verdi.  M ən  bu  sinnə  çatmışam, 

amma  atanm  qıza  elə  m əhəbbət  bağladığmı  görməmişəm,  eşitməmişəm.  Bax,  bu 

evi  Həsənqulu  ağa  qızı  üçün  tikdirmişdir.  Ağa  burada  həftələrlə  ov  edəndə, 

Züleyxa  xanım  da  qaravaşları  ilə  burada  yaşardı.  Xalisə  onun  istəkli 

qulluqçularmdan  biri  idi.  Ağanm  ondan  başqa  övladı  olmadı.  İndi  bu  meşənin 

sahibi  həmin  Züleyxa  xanımdır.  Yasəmən,  Əlimərdan  da  qızmı  inşallah  elə 

sevəcəkdir.

Y a s ə m ə n.  Ah,  o  günü  görsəydim,  ölməzdim.

P i r i  b  a b  a.  Xalisə  gəlib  çıxmadı.  Xörək nə vaxtı bişəcəkdir?

Y a s ə m ə n.  Odun yoxdur,  olsaydı durub özüm bişirərdim.

P  i r i  b  a b  a.  Onda,  mən durum  oduna  gedim,  ona kimi  də  Xalisə  gəlib  çıxar. 



(Baltarıı və ipi götürüb gedir.)

Y  a  s  ə  m ə  n  (yalnız,  çağanı  beşikdən götürüb).  Xudaya,  dərgahma el  götürüb 

dua edirəm,  mənə əta etdiyini  - bu məsum balanı  ata məhəbbətindən məhrum etmə. 

(Laylay çalır.)

Laylay dedim yatasan,

Qızıl  gülə batasan.

Qızıl  gül bağm olsun,

Kölgəsində yatasan.

Balam,  a laylay.

Gülüm,  a laylay,  a laylay.

M ən aşiqəm balasm,

Laçm verməz balasm.

M ən balamı istərəm,

Balam istər balasm.



B u  h ald a  h əy ət  qapısı  döyülür.  Y asəm ən   gedib  açır,  H ə cə r  x an ım   q u cağ ın d a  bir  körpə 

u şaq  daxil  olur.

H ə c ə r.  Yasəmən, nə təəccüblə mənə baxırsan?  Yoxsa məni tanımırsan?

Y a s ə m ə n.  Bilmirəm, yuxu  görürəm, ya doğrudan da H əcər xanımı  görürəm.

H ə c ə r  

x a n ı m .   Doğru  deyirsən,  Şahbaz  bəyin  arvadı  quldurbaşı

Əlimərdanm  evində,  bu  yuxu  deyil  nədir?  Gəl,  otur  dərdimi  sənə  söyləyim. 

(Skamyada  otururlar.)  Yasəmən,  irəlidə  sən  mənim  xidmətçim  olmusan.  Xeyr, 

səhv  etdim,  xidmətçim  yox,  sevgili  bacım  olmusan,  sirr  yoldaşım  olmusan. 

Yasəmən,  o  günləryadm dadırm ı?

Y a s ə m ə n.  Bəli, yadımdadır.

H ə c ə r   x a n ı m .   Başımızda  eşq  sevdası,  ürəyimizdə  məhəbbət  atəşi,  son 

Əlimərdanı  sevirdin,  m ən  N adir  bəyi.  Sən  məhəbbət  uğrunda  cəfa  çəkdinsə  de, 

axırda  sevgilinə  gedib,  məramma  çatdm.  Lakin  mənim  baharım  solub,  zimistan 

oldu.  Yadmdadırmı,  bir  gündə  iki  şəxs  mənə  elçi  düşdü,  biri  sevdiyim,  söz 

verdiyim  Nadir  bəy,  o  biri  bədəxlaq,  bədxasiyyət,  çaxır  içən,  günlərini 

meyxanalarda keçirən

Ş a h b a z   b ə y .   N adir bəy  kasıb,  Şahbaz bəy  dövlətli.  Borc  boğazma  çıxmış, 

mülkü,  evi  Şahbaz  bəyin yanm da  girovda  olan  atamm  meyli  kimdə  olması  məlum 

idi.  Yadmdadırmı,  m ən  Şahbaz bəyə  getmək istəmədim.

Y  a  s  ə  m  ə  n.  Bəli,  yadımdadır.  Atanız  dedi:  Həcər,  Şahbaz  bəyə  getməsən, 

özümü öldürəcəyəm.

H ə c ə r   x a n ı m .   Anam  da  saçlarmı  yoldu  ki,  bizi  bədbəxt  etmə,  küçələrə 

salma.  Axırı  m ən  razı  oldum.  Şahbaz  bəyə  gözləri  yaşlı  getdim.  O  gündən 

cəfalarım,  bəlalarım  başlandı...  Şahbaz  bəy  evimi  cürdüxanaya,  qumarxanaya 

döndərib,  çəngilər  ilə  kef etməyə  başladı.  N adir mənim  göz yaşım a  dözə  bilməyib 

baş  götürüb  bu  vilayətdən  getdi.  Axırda  Şahbaz  bəyin  binamusluğu  bir  dərəcəyə 

çatdı ki,  öz  süd bacısı,  qardaşı  Əlimərdanm bacısı  Qəmərin namusuna toxundu.

Y a s ə m ə n.  Ah,  indi məni də  gözü yaşlı  qoyan o binamus oldu.

H ə c ə r   x a n ı m .   Yasəmən,  o  zaman,  o  iki  körpəm  olmasaydı,  biri  Şəmsi,  o 

biri Zöhrə,  inan ki,  mən də özümü Qəmər kimi  qayadan atmışdım.

Y  a  s  ə  m  ə  n.  Yazıq  Qəmər,  qardaşım  İbada  nişanlı  idi.  Bir-birlərini  çox 

istəyirdilər.  Sonra İbad da gedib  Əlimərdanm qaçaq dəstəsinə




qoşuldu.  Piri  babanm  deməyinə  görə  siz  altı  aydır  ki,  Züleyxa  xalanızm  yanmda 

olursunuz və heç kəsə də  görünmürsünüz.

H ə c ə r   x a n ı m .   Doğrudur,  orada  gizli  olmağımm  sirrini  gılmişım  sənı  açıb 

söyləyım və  səndən kömək istəyəm.  Başqası məni  anlayıb dadıma çatmayacaqdır.

Y  a  s  ə  m  ə  n.  Söyləyiniz  görüm,  məndən  nə  kömək  istəyirsiniz?  Özünüz 

bilirsiniz ki,  əlimdən gələni müzayiqə etmərəm.

H ə c ə r   x a n ı m .   Yasəmən,  Şahbaz bəy Parisə  gedəndən üç  ay  sonar,  qəflətən 

Nadir  bəy  gəlib  çıxdı.  "Həcər,  sevgilim,  bu  iki  ilin  müddətində  dünyanı  səyahət 

edib  gəzdim ki,  bəlkə  səni  unudam,  fəqət bacarmadım.  A xırda  sənin fəraqma dözə 

bilməyib  gəlmişəm"  -  deyə  fəryad  etdi.  Yasəmən,  biz  qadmlar  hissimiz  ilə 

yaşayırıq.  Biz  qadmlar ürəklərimizin  quluyuq.  M ən də  eşq atəşinə yandım,  nəticəsi 

bu...  (Oğlunu göstərir.)

Y  a  s  ə m ə n.  Demək,  bu uşaq Nadir bəyindir?  H əcər  xanım.  Bəli,  mənə tənə, 

məzəmmətmi edəceksən? Mənə lənət, nifrətmi edəcəksən?

Y  a  s  ə  m  ə  n.  Mən?  Xeyr!..  Başqalarmı  bilmirəm.  İndi  söyləyiniz  görüm, 

məndən nə kömək istəyirsiniz?

H ə c ə r   x a n ı m .   Nadirlə  belə  qət  etmişik  ki,  mən  Şahbaz  bəydən  boşanıb 

azad  olacaqdım,  sonra  ona  gedəcəkdim.  Ah,  fələk  cəmi  səadətimi,  ümidimi  bir 

anda puç  etdi.  Bir ay bundan əvvəl N adir xəstə  düsüb  şam kimi əridi,  axırda  söndü. 

(Ağlayır.)

Y a s ə m ə n.  Ah,  sizin taleyiniz də mənimki kimi çönmüş.  (Gözlərini silir.)

H ə c ə r   x a n ı m .   Yasəmən,  çəkdiyim  cəfalar,  görünür,  kifayət  deyilmiş  ki,

təzə  bəlalarım yenidən zühur  edir.  Şahbaz  bəy  teleqrafla  Parisdən  çıxmağmı  xəbər 

verir,  indi  anlayırsanmı?

Y a s ə m ə n.  Bəli,  anlayıram, bu uşağı gizlətmək lazımdır.

H ə c ə r   x a n ı m .   Bəli,  onu da ancaq sən bacararsan.

Y  a  s  ə  m  ə  n.  Nə  tövr?  Unutmaymız  ki,  siz  mənim  ərim  Əlimərdanm  düşməni 

Şahbaz bəyin arvadısmız.  Sizlərdən buraya gəliş-gediş ola bilməz.

H ə c ə r   x a n ı m .   M ən  onlarm  hamısmı  fikir  etmişəm.  Ona  görə  də  oğlumu 

həmişəlik  sənə  verirəm.  Üç  gündür  ki,  doğmuşam.  Sənin  qızm  da  həmin  vaxtda. 

Hamıya deyərsən ki,  əkiz doğmuşam.  Sirr bizim aramızda qalar.



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə