Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə64/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   60   61   62   63   64   65   66   67   ...   140

S ə f  i  b ə y.  Dayıqızı, xudahafiz.

Z ö h r ə   x a n ı m .   Xudahafiz, yaxşı yol.

Şahbaz  bəy və  Səfı  b əy  gedirlər.

Z ö h r ə   x a n ı m   (yalnız).  Ah...  Çingiz,  sevgilim,  nə  üçün  mənə  qulaq 

asmadm.  Nə  üçün  məni  də,  özünü  də  bəlaya  saldm.  A...  h...  səni  tutacaqlar,  sənə 

min  əziyyət verəcəklər,  zindana  salacaqlar...  Yox,  yox,  qoymaram,  səni  cəlladlarm 

əlindən  alaram...  Ya  sənlə  bir  yerdə  həbsxanaya  gedərəm...  Sənsiz  mənə  dirilik 

yoxdur.


H ə c ə r   x a n ı m  (daxil olur.) Zöhrə,  Səfi bəy  səni niyə çağırmışdı?

Z ö h r ə   x a n ı m .   Səfi bəy məndən silist edirdi.

H ə c ə r   x a n ı m .   Nə barədə?

Z ö h r ə   x a n ı m .   Bizim  Çingizlə  görüşməyimiz ona məlum olmuşdur.

H ə c ə r   x a n ı m .   Nə deyirsən,  onu haradan bilmiş?

Z ö h r ə   x a n ı m .   Bilmirəm,  o  barədə  bir  söz  demədi.  Çingizi  həbs  etmək 

istəyir.

H ə c ə r   x a n ı m .   Nə  səbəbə?

Z ö h r ə x a n ı m .   Səfi  bəyin  deməyinə  görə  guya  Çingiz  hökumət  əleyhinə 

işləyir.  Amma mən buna inanmıram.  Bu hiylə ilə onu tələf etmək istəyir.

H ə c ə r   x a n ı m .   Ah,  bu nə pis xəbər.  Tezliklə  Çingizə xəbər verib  qaçırmaq 

lazımdır.

Z ö h r ə   x a n ı m .   M ən də o fikirdəyəm,  ancaq nə yol ilə.

H ə c ə r   x a n ı m .   Əhvalatı  Qəmərə yaz,  o  da Çingizi  qaçırsm.

Z ö h r ə   x a n ı m .   Xeyr,  məktubla  xəbər  vermək  qorxuludur,  başqa  yol 

aramalı.


H ə c ə r   x a n ı m .   Başqa  nə  yol  var.  Onda  gərək  birimiz  gedək.  O  da 

qorxuludur.

Z ö h r ə x a n ı m .   Qorxulu  olsa  da  məktubdan  bu  yaxşıdır.  O  səfərki  kimi 

Züleyxa xalama qonaq getmək bəhanəsi ilə dönüb məlum etmək lazımdır.

H ə c ə r   x a n ı m .   İndicə  atan yola  düşdü.  Bizdə  onun dalmca  getsək  şübhəyə 

düşərlər.

Z ö h r ə   x a n ı m .   Doğru  deyirsən.  Ona  görə  sən  evdə  qal,  m ən  Şəmsi  ilə 

sabah gedərəm.




H ə c ə r   x a n ı m .   Qorxuram ona kimi  Çingizi tutalar.

Z ö h r ə   x a n ı m .   Səfi bəyin Gəncədən qayıtması beş-altı  gün çəkər.

H ə c ə r   x a n ı m .   Onda qoy  Şəmsi  getsin,  sənin  getməyin artıqdır.

Z ö h r ə   x a n ı m .   Yox,  ana,  mən  gərək  gedəm,  Şəmsi  bacarmaz.  Çingiz  ona 

inanmaz.  M ən olsam,  Qəmər ilə köməkləşib  onu inandırarıq və  qaçırdarıq.

H ə c ə r   x a n ı m .   Yaxşı deyirsən,  sənin getməyin vacibdir.

Ş əm si  bəy  ov çu  lib asın d a,  əlində tü fən g ,  d alın ca  S əfa daxil  olurlar.

Ş  ə  m  s  i  b  ə  y.  Ana,  iki  günə  Züleyxa  xalama  qonaq  gedirəm,  izin  ver  Səfa 

faytonu qoşub məni aparsm.

H ə c ə r   x a n ı m .   İndi  atan  getdi,  sən  də  getmək  istəyirsən,  bəs  evdə  kim 

qalsm?

Ş ə m s i  b ə y.  Bəs  sən və Zöhrə nədir?



H ə c ə r   x a n ı m .   Biz  arvadıq,  evi kişisiz  qoymaq olarmı?

Ş  ə  m  s  i  b  ə  y.  Ana,  sənə  söz  verirəm  ki,  iki  gündən  artıq  qalmayam.  İndi 

əhvalım çox pərişandır, havamı dəyişmək istəyirəm.

H ə c ə r   x a n ı m .   Onda səbir et,  Zöhrə də  gedəcəkdir,  xalan istəyibdir,  onunla 

gedərsiniz.

H ey d ərq u lu  daxil  olur.

H ə c ə r   x a n ı m .   Heydərqulu, nə var, xeyir ola?

H e y d ə r q u l u .   İnşallah  xeyirdir,  ancaq  Züleyxa  xanım  bir  az  naxoşdur, 

məni  göndərdi ki,  sizi  aparam.

Z ö h r ə   x a n ı m .   Ana, biz də  gedəcəyik?

H e y d ə r q u l u .   Xanım dedi ki, uşaqları da gətirsin.

H ə c ə r   x a n ı m .   Heydərqulu,  düzünü de, yoxsa xalam bərk naxoşdur?

H e y d ə r q u l u .   Xeyr,  xanım,  başmız  üçün  qorxusu yoxdur,  həkim  gəlmişdi, 

dedi  soyuq dəyibdir.  Üç-dörd  günə  sağalıb  duracaqdır.

H ə c ə r   x a n ı m .   Səfa, tez faytonu qoş.

H e y d ə r q u l u .   Lazım  deyil,  Züleyxa  xanımm  faytonunu  gətirmişəm,  gecə 

gəlib  çıxdım, karvansarada açdım.

H ə c ə r   x a n ı m .   Onda sən get, tez faytonu qoş gətir.




H e y d ə r q u l u .   Baş üstə.

H ə c ə r   x a n ı m .   Heydərqulu,  axşama düşmərik ki?

H e y d ə r q u l u .   Xeyr,  xanım,  axşama  beş  saat  qalmış  orada  olacağıq. 

Faytona  dörd  at  qoşmuşam,  ancaq  yarım   saatlıq  Piri  babagilə  dönəcəyəm.  Xanım 

üçün göyərti  aparacağam.

H ə c ə r   x a n ı m .   Çox yaxşı.  Get.  (Heydərqulu gedir.)  Səfa evi  sənin ümidinə 

qoyuram, yaxşı muğayat ol.

S ə f  a.  Arxaym ol, xanım.

H ə c ə r   x a n ı m .   Get Xavərə də bizim üçün dəyişəcək hazır etsin.

Səfa  gedir.

Ş  ə  m  s  i  b  ə  y.  Ana,  bu  çox  yaxşı  otdu,  hərgah  bu  gün  özümüzü  Piri  babaya 

yetirməsək,  Çingizi tutacaqlar.

Z ö h r ə   x a n ı m .   Onu sənə kim dedi?

Ş ə m s i  b  ə y.  Səfi bəy.

H ə c ə r   x a n ı m .   Səfi bəy  ilə  sən haçan  görüşdün?

Ş ə m s i  b  ə y.  Bir az bundan İrəli.

Z ö h r ə   x a n ı m . N ə  deyirsən,  Səfi bəy  atam ilə  Gəncəyə  getmədimi?

Ş  ə  m  s  i  b  ə y.  Xeyr,  Səfi  bəy  Gəncədən  kağız  aldı,  oxuyandan  sonra  qalmalı 

oldu.  Atam tək getdi.

H ə c ə r   x a n ı m .   Səfi bəy  sənlə daha nə danışdı?

Ş  ə  m  s  i  b  ə  y.  Mənə  böyük  divan  qurmuşdu.  Dedi:  Zöhrə  ilə  də  danışmışam. 

M ən əhvalatı necə olmuşdur tamamilə nağıl etdim.  Hətta Çingiz ilə  sözləşdiyimi də 

ondan  gizlətmədim.  Dedim,  hərgah  m ən  biləydim  ki,  Çingiz  oradadır,  heç  vaxtı 

Piri  babagilə  getməzdim.  M ən  səy  edirdim  ki,  onu  inandırım  ki,  firini  açdırım. 

Məni  tərif edib  dedi:  M ən  bilirəm  ki,  sən  qeyrətli  oğlansan,  bizi  bacm   Zöhrə  kimi 

düşmənə  satmazsan.

H e y d ə r q u l u  (daxil olur.) F ayton hazırdır.

H ə c ə r   x a n ı m .   Uşaqlar,  gedək.

G edirlər.

Pərdə



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə