Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə72/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   68   69   70   71   72   73   74   75   ...   140

Ç  i  n  g  i  z.  Ha-ha-ha...  hərb  meydanı  açılmış,  yenidən,  yenə  müharibə,  yenə 

qovğa, yenə  qan.

Q ə m ə r.  Çingiz,  qardaşım, kim ilə müharibə edirsən?

Ç i n  g i z.  Yer ilə,  göy  ilə,  cümlə cahan ilə.

Z  ö  h  r  ə.  Çingiz,  sevgilim,  sənə  nə  olmuş?  M əgər  məhəbbətimiz  uğrunda 

tökülən qan kifayət deyilmi ki, yenə də müharibəyə çağırırsan?

Ç  i  n  g  i  z.  Sevgilim,  nazlı  dilbərim,  eşqim,  məhəbbətim,  insanlar  qovğası 

bitmiş, fələk müharibəsi başlanmışdır!

Q ə m ə r.  Çingiz,  qardaşım, yenə nə olmuş ki,  fələklə müharibə edirsən?

Ç i n  g i z  (Zöhrəni göstərərək).  Bu bacıma bağladığım eşq üstə.

Q  ə  m  ə  r.  Qardaşım,  nə  söyləyirsən?  Ağlm  çaşmış,  bacm   mənəm,  Zöhrə  ilə 

məni  qanşdınrsan.

Z ö h r ə.  Ah,  Çingiz dəli olmuş!  (A ğlayır.)

Ç  i  n  g  i  z.  Məni  öz  bacıma  aşiq  etdirməkdən  fikrin  nədir,  ey  çərxifələk? 

Məcnun  kimi  səhrayi-biyabanlara  salmaq?  Məni  Fərhad  kimi  dağdaşları 

gəzdirmək?  Budur məqsəd? Məni divanə edib çöllərə  salmaq? Bundan nədir hacət? 

Xalq gördükdə  desin,  bax, bax,  budur gəldi, həmşirisinə eşq-məhəbbət yetirən  aşiq. 

Yox,  yox,  mən  sərsəri  olmaram,  divanəlik  acizlər,  zəiflər  işidir.  Çingizlər  ondan 

azaddır.  Bacım, Zöhrə,  indi bil mən  Çingizəm,  atam Nadirdir,  anam Həcər.

C ü m 1 ə  s i.  Ah!

Ç  i n  g i z.  Əlvida,  ey ümidsiz xəyalım.  Eşqin uğrunda Çingiz  canmı fəda edir... 

(Cəld tapançanı  çıxarıb  özünü öldürür.)

Z ö h r ə.  Çingiz!

Ö zü n ü  o n u n  ü stü n ə  salır.  Piri  b ab a gəlir.  Q əm ər  qəşş  edir.  Şəm si  o n u  tutur.

H ə c ə r   x a n ı m .   Oğlum,  Çingiz, nə  etdin?  M ən m üqəssir ananı  öldürün,  sizə 

yalvarıram,  öldürün, məni bir gülləyə  qurban ediniz.  Niyə durmusunuz?

P  i  r  i  b  a  b  a.  Ey  zor  ilə  qızları  özlərinə  arvad  edən  ərlər,  budur  tutduğunuz 

əməlin nəticəsi.

Pərdə



YENİHƏYAT

B ir pərdəli pyes

İŞTİRAK EDƏNLƏR

U s t a   İ m a n - 5 0  y aşın d a b ir papaqçı.

S  9  1  i  m  9  -  on u n  arv ad ı,  fırqəçi.

A   11  a h  q u  1  u  -  on u n  oğlu ,  kom som ol.

S  9  k i  n  9  - o n u n   qızı,  pionerka,

N  a z  1

1  -  onun bacısı  qızı.

M ə h ə m m ə d   R ə h i m   - N azlın ın  əri, U sta  İm an ın   d ükan  şəriki.

A x u n d   R ə h m ə t u l l a h  -  m olla.

H a c ı   İ s m a y ı l   - tacir.

S əhnə  U sta   İm an ın   q onaq  o tağını  göstərir.  O taq   səliqə  ilə  bəzənm iş.  Sağ  tərəfd ə 

A llah q u lu   L en in   g uşəsi  düzəltm iş,  d iv ard an   L en in   və  b aşqa  rə h b ərlərin   şəkilləri  asılm ış. 

M asa  ü stə  kitab lar,  qlo b u s,  in san   qafası  və  qeyri  təd ris  ləv azim atı.  Sol  tərəfd ə  Səkinə  öz 

m asasını  p io n er tərz ilə   bəzəm iş.  N azlı  otağı  səliqəyə  salark ən  U sta   İm an  daxil  olur.

U s t a   İ m a n .   Ay  qız Nazlı,  Səlimə evdədirmi?

N  a z 1

1

.  Xeyr,  dayı can,  evdə heç kəs yoxdur.



U s t a   İ m a n .   Qırılmışlar hara getmişlər?

N  a z 1


1

.  Səlimə Jenotdela iclasa getmiş.

U s t a   İ m a n .   Nəmən?  Cinatdel?

N   a  z  1  ı.  Belə,  o  urus  kilsəsinin  qabağmda  bir  böyük  ev  var  ha,  ora jenotdel 

deyirlər.  Orada arvadları oxudurlar.  Onlara tamaşa göstərirlər.  Klubları da var. 

U s t a   İ m a n .   Demək,  Səlimə  Cinatdel olmuş?

N  a z 1

1

.  Bəli.



U s t a   İ m a n .   Mənim bu mürtəd  oğlum Allahqulu  özü komsomol  olduğu bəs 

deyil idi,  arvadı da yoldan çıxanb  cinatdel elədi.

N  a z 1

1

.  Bəli,  dayı can, yoxsa  Səlimə elə yerləri haradan tanırdı?



U s t a   İ m a n .   İndi ehtiyatlı olmalı.  Yoxsa kafir qızı məni tutdurar.

N  a z  1

1

.  Doğru deyirsən,  dayı.  O  günü mənə  deyirdi ki, bir də hünəri var mənə 



bir çırtma vursun o  saat həbsə  saldırram.


U s t a   İ m a n .   Gözəl  şəriəti  bu  dinsiz  bolşeviklər  gör nə  günə  saldılar?  Ərin 

arvada ixtiyan yoxdur, uşağa ixtiyan yoxdur, bəs bu külbaşm nəyə ixtiyarı var?

N   a  z  1  ı.  Dayı,  mən  istəyirdim  sənə  deyəm,  amma  qorxdum.  İndi  ki  iş  açıldı 

qoy  o birisini də deyim.

U s t a   İ m a n .   Daha nə var?

N   a  z  1  ı.  Allahqulu  Səkinəni  o  küçələrdə  "curavəy-curavəy"  oxuyan  uşaqlarm 

dəstəsinə yazdmbdır.

U s t a   İ m a n .   Nə?  O baldırları  açıq,  əllərində dəyənək küçələri dolaşan,  qarğa 

kimi  qağıldaşanlarm dəstəsinə?

N  a z 1


1

.  Bəli, bəli onlara piyanerkə deyirlər.

U s t a   İ m a n .   Vay  sənin zatma lənət,  a belə  oğul.  A kişilər,  az  qalmışam m ən 

də  dindən  çıxam.  Əgər  allah  var  niyə  bu  şəhəri  alt-üst  etmir?  Əstəğfürulla.  Lənət 

şeytana.  (Hirsli gəzirıir.)

N  a z 1


1

.  Ay  dayı,  sən allah,  sakit ol.  H ər şeyi ürəyinə  salma.

U s t a   İ m a n .   Axı mən necə  sakit olum?  Görmürsənmi bu  dinsiz oğlu mənim 

başıma  nə  həngamə  getirib?  Arvad  -  cinatdel,  oğul  komsomol,  qız  pənirkə.  Niyə 

partlayıb  gəbərmirsən, Usta İman?

A llah q u lu   q o ltu ğ u n d a kitab   daxil  olu r, m asa d alın d a o turub  k itab ın  v ərəqlərini  kəsir.

U s t a   İ m a n .   A bidin oğlu bidin...

A 11  a h q u 1 u.  Kaş dediyin sözlər doğru olaydı.

U s t a   İ m a n .   Bəs doğru deyil?

A 11  a h q u 1 u.  Xeyr,  doğru olsaydı m ən elə  ata ilə fəxr edərdim.

U s t a   İ m a n .   Adə,  sərsəm olmusan nədi? Hansı  ata ilə fəxr edərdin?

A 11  a h q u 1 u.  Sən deyən bidin ata ilə.

U s t a   İ m a n .   Səsini kəs,  mürtəd oğlu mürtəd.

A 11  a h q u 1 u.  Elə  atanı da şadlıq ilə  qəbul edərdim.

U s t a   İ m a n .   Hansı  atanı?

A 11  a h q u 1 u.  M ürtəd atanı.

U s t a   İ m a n .   A biiman oğlu biiman,  sən mənim ürəyimi partladacaqsan.

A 11  a h q u 1 u.  Doğrudur,  mən sən İmanm oğluyam,  ancaq əfsus ki,  "bi"siz.

U s t a   İ m a n .   A  qız,  Nazlı,  tez  ol  su  ver içim.  Yoxsa,  doğrudanda,  bu bidin, 

biməzhəb mənim bağrımı çatladacaqdır.




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə