Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə73/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   69   70   71   72   73   74   75   76   ...   140

N  a z 1

1

.  Ay  dayı,  sən allah hirslənmə.  Yoxsa,  o  səfərki kimi ürəgin bitab olar.



A  1  1  a  h  q  u  1  u.  Ata,  son  sözlerin  doğrudur.  M enim  nə  dinim  var,  nə  də 

məzhebim.

U s t a   İ m a n . A   qız,  di  eşit,  m ən  necə  hirslənmeyim,  arvad  -cinatdel,  oğul  - 

komsomol,  qız  - penirkə.

N  a z 1

1

.  Ala iç,  özün də təbiətdən çıxma.



U sta  İm an   suyu alıb  içir.

A  1  1  a  h  q  u  1  u.  Bibi  qızı  doğru  deyir.  Niyə  özündən  çıxıb  hər  söz  başı  föhş 

edirsən.  Kişi kimi  sözünü de,  cavab  al.

U s t a İ m a n .   M ən kişi olsaydım arvadım cinatdel,  oğlum komsomol,  qızım da 

pənirkə olmazdı.

N   a  z  1  ı.  Ay  dayı,  daha  bəsdir.  Niyə  kişi  deyilsən.  Hamı  ərlərin  arvadları 

Jenatdel klubuna  gedirlər.  Orada oyun çıxardanlara tamaşa edirlər.  Burada nə pis iş 

var?


U s t a   İ m a n .   Yoxsa  sən kafir qızı da oraya  gedirsən?

N  a z 1


1

.  Xeyr, m ən oraya getmirəm.

U s t a   İ m a n .   Bəs bu işləri haradan bilirsən?

N  a z 1


1

.  Ora gedən arvadlar söyləyirlər.

U s t a   İ m a n   (Allahquluya).  Bir  de  görüm  arvad-cinatdel,  oğul-komsomol, 

qız  - penirkə, bəs m ən başı daşlınm adı nə?

A  1  1  a  h  q  u  1  u.  Sən  də  qeyrətli,  məşədi,  kərbəlayı,  müsəlmanlarm  qırxıq 

başlarma namus papağı tikən Usta İmansan.

U s t a   İ m a n .   Belə  atan  oldu  rəhmətlik,  doğru  söz  dedin.  Bəs  mənim  bu 

batmış  başım a  bu  biqeyrət,  binamus  papağımı  kim  tikmiş?  (Papağı  yerə  zollayıb 



ayaqları  ilə tapdalayır.)

N  a z 1


1

.  Ay  dayı,  sənə  qurban olum,  sakit ol.  Bircə otur.  (Altına sandalya çəkib 



oturdur, papağım   düzəldib  başına qoyur,  sonra su verir.) Bu suyu iç, hirsin yatsm.

U s t a   İ m a n .   Yox,  daha səbir kasam dolub  daşıbdır.  Gərək ürəyimdə nə varsa 

deyəm.

A 11  a h q u 1 u.  Onda başla gəlsin.



U s t a   İ m a n .   Sən  anadan  olandan üç  ay  sonra,  ay  kaş  heç  olmayaydm,  mən 

böyük  bayram  edib  molla  ilə,  quran  ilə  sənə  bu  batmış  Allahqulu  adım  qoydum. 

İndi onu niyə dəyişmisən?  Siz dinsiz bolşeviklər,  adm da düşmənisiniz?



A 11  a h q u 1 u.  Hansı  ad ki,  bizim  əqidəmizə  düz  gəlmir onu dəyişdiririk.  M ən 

heç kəsə  qul olmaq istəmirəm.  Onda da adı var,  özü yox allaha!

U s t a   İ m a n .   Vay,  allah sənə lənət eyləsin.

A 11  a h q u 1 u.  Varsa eləsin.

U s t a   İ m a n .   Qız,  eşidirsən,  a allahı inkar edən şeytani-məlun!  Bəs allah kimi 

böyük bir  adm  əvəzinə nə  qoymusan.  M ənə  xəbər veriblər ki,  özünə zilimi,  milimi 

bir belə  ad qoymusan.

A  1  1  a  h  q  u  1  u.  Doğrudur,  adımı  dəyişmişəm,  Böyük  Oktyabr  bayramı 

münasibəti ilə yeni  adlar qoyurdular...

U s t a   İ m a n .   Daha  nə  deyim?  Küfr  bu  torpağı  basmış.  Buradan  qaçmaq 

lazımdır.  Gec-tez  allahtaala  və  təbarək  Lut  şəhəri  kimi  bu  şəhəri  də  alt-üst 

edəcəkdir.

A  1  1  a  h  q  u  1  u.  Yoxsa  onun  üçün  M əşhəd  ziyarəti  bəhanəsi  ilə  buradan 

qaçırsan?

U s t a   İ m a n .   Xeyr,  o  deyil,  fikrim  odur  ki,  gedib  imamhəzrətlərinin  qəbri- 

şərəfinə yıxılıb yalvaram  ki,  siz bidinləri həq yola gətirsin.

A  1  1  a  h  q  u  1  u.  Xeyr,  biz  ilə  işin  olmasm.  Ağana  yalvar  ki,  məşədi, 

kərbəlayıları  insafa  gətirsin.  Arvadlarmı  heç  zad  üstə  gündə  dörd  dəfə  döyüb 

başlarmı  yarmasmlar.  Qol-qabırğalarmı  smdırmasmlar.  Onlarm  üstə  üç  arvad 

almasmlar.  On yaşm da  qızlarmı  qoca  kaftarlara  ərə  verməsinlır.  Uşaqları  məktəbə 

girmək istıymdə mane olmasmlar.

N  a z 1


1

.  Ay  dayı, Allahqulu bunları lap doğru deyir.

U s t a   İ m a n .   Kəs  səsini,  bihəya...  Görürəm  səni  də  bu  məlunlar  yoldan 

çıxartmışlar.

N   a  z  1  ı.  Dayı  can,  dünən  gecə  Məşhədi  Səfdərqulu  arvadı  Şahsənəmi  o  qədər 

döymüş ki, yazıq arvadm bədəni  qara tuluğa dönmüş.

U s t a   İ m a n .   Çox  əcəb  də  etmiş.  Görünür  ərinin  itaətindən  çıxmış.  O  da 

döymüş.  Arvadm əqli kəm olar.  Özü də hücət.  Onları başma buraxmaq olmaz.

A  1  1  a  h  q  u  1  u  (istehza  ilə).  Düz  buyurursan,  atacığım.  Klara  Setkinin  əqli 

M əşədi  Səfdərquludan kəmdir?

U s t a   İ m a n .   Ay  qız,  sən bu səfih  sözlərə nə  qulaq asırsan.  Get xörəyini bişir. 

(Nazlı  qaçır.)  M ən  Klaranı  tanımıram.  O  arvad  əqilli  olsaydı,  allah-təala  onu  kişi 

yaradardı.

Səlim ə  daxil  olur.



U s t a   İ m a n .   Arvad haradan gəlirsən?

S ə l i m ə .   Sənə nə borcdur hardan gəlirəm.

U s t a   İ m a n .   Bəs mən sənin ərin deyiləm?

S ə 1 i m ə.  Əfsus ki,  ərimsən.

U s t a   İ m a n .   Nə ücün əfsus?

S  ə  1  i  m  ə.  Çünki  gorbagor  olmuş  atam  məni  gözü  yaşlı  zor  ilə  sənə  vermiş. 

İyirmi  il  bu  viranədə  sənin  zülmün  altmda  cəhənnəm  odu  çəkmişəm.  Elə  indicə 

işıqlı dünyaya çıxmışam.

U s t a   İ m a n .   Çünki dinsiz,  axirətsiz cinatdel olmusan, beləmi?

S  ə  1  i m  ə.  Bəli,  kluba çilen  olmuşam.  Bu  da  mənim üzvülük kitabçam.  Buyur 

bax.  (Göstərir.)

U s t a   İ m a n .   Cəhənnəmə başbilit çıxarmısan.

S  ə  1  i m  ə.  Xeyr,  sənin zülmünün  müqabilində  bu kitabça mənim  qalxanımdır. 

İndi hünərindi mənə əl  qaldır.  Atana od vurub yandıraram.

U s t a   İ m a n .   Odu mənə bu kafir oğlu vurmuş.  Səninki lazım  gəlməz.  Arvad  - 

cinatdel,  oğul  - komsomol,  qız  - pənirkə.  Bu cəhənnəm deyil, bəs nədir?

S  ə  1  i m  ə.  Sən bizə  sənələrcən  cəhənnəm  odu  çəkdirmisən.  Biz  ki  sənə  bir  şey 

etməmişik.

U s t a   İ m a n .   Tələsmə,  vaxt  gələr  yenə  ixtiyarı  əlimə  alaram,  onda  sizə 

göstərərəm.

A  1  1  a  h  q  u  1  u.  Bilirik,  çox  sənin  kimi  məşədi,  kərbəlayılar  əllərini  göyə 

qaldırıb  dua  edirlər  ki,  Şura  hökuməti  yıxılsm.  Fəqət  Antanta  kimi  nərlər  yıxa 

bilməyən  bir  hökuməti,  sizin  kimi  m əşədilər  yıxa  bilməz.  Proletariatm  parlaq 

günəşini  sizlər kimi yarasalar söndürə bilməzlər.

S  ə  1  i  m  ə.  A  kişi  ey,  bax,  dilini  farağat  qoy.  Yoxsa jenotdelə  xəbər  verərəm. 

Səni tutub  Çekaya salarlar.

U s t a   İ m a n .   Ay  arvad,  sən də  qalmağal  axtarırsan.  Külfət  söhbətidir edirik. 

Bunun cinatdelə nə dəxli var.

S  ə  1  i m  ə.  Çox  dəxli  var.  Sənin kimilər ya  gərək  Şura hökumətinə  tabe  olalar, 

ya da itilib hansı ölkəyə istəyirlər gedələr.

U s t a   İ m a n .   Yaxşı  ay  arvad,  onuda edərik,  daha acığm tutmasm.

S  ə  1  i  m  ə.  Necə  acığmı  tutmasm,  o  günü  qızm  kitab  pulu  istəyir,  deyirsən  itil 

cəhənnəmə.  Bəs belə  atalıq olar?

U s t a   İ m a n .   Axı  mən başı  küllü  nə  edim?  Kitab  bir  olar,  iki  olar,  yoxsa  on 

yaşmda qıza altı-yeddi kitab lazımdır.  Bu da sizin şura



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə