Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə65/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   61   62   63   64   65   66   67   68   ...   140

DÖRDÜNCÜ PƏRDƏ

Səhnə  birinci  p ərd ən in   m ən zərəsin i  g östərir.  H əy ətd ə  sk am y an ın   q arşısın d a  b ir  m asa, 

üstü n d ə  bir neçə  kitab.  Q əm ər k ita b ların   şəklinə  b ax ark ən  g ö zü n ə bir m əktub  sataşır.

Q  ə  m  ə  r  (məktubu  əlinə  götürüb).  Bu  Zöhrənin  xəttinə  oxşayır.  Yox,  səhv 

edirəm,  Zöhrə  Çingizə  məktub  yazmaz.  Qoy  açıb  oxuyum,  onda məlum  olar.  Yox, 

özgənin  məktubunu  oxumaq  qəbih  şeydir.  Qoy  başmı  açıb  oxuyum,  onda  məlum 

olar,  dalmı  oxumaram.  (M əktubu paketdən  çıxarıb  oxuyur.)  "Ey  qəlbimin  sultanı, 

sevgili  Çingizim!"  Paho,  qəlbimin  sultanı,  sevgili,  bu  məktubdan  ətir  iyi  gəlir. 

Gərək oxuyam.  (Oxuyur.)  "Tam bir aydır ki,  nə  gecə,  nə  gündüz bir an xəyalımdan 

çıxmırsan.  Ah,  hicran  atəşi,  məni  yaxıb  yandırır.  Çingizim,  dəxi  səbir  edə 

bilmirəm,  məhəbbətin  uğrunda  şam  tək  əriyən,  eşqindən  məcnun  olan  Zöhrəyə 

rəhmin  gəlisin".  Hə,  doğrudan  da  yazan  Zöhrə  imiş.  Ey  bivəfa  Zöhrə,  bəs  sən 

mənlə  belə  dost  imişsən?  M ənə  bir  çox  məktub  yazmışsan,  heç  birində  işarə  edə 

bilməmisən.  İndi  sirrini  məndən bərk  saxla.  Başa  düşdüm  ki,  Zöhrəni  şair  edən  nə 

imiş.  Çingizə  ah  çəkdirən  nə  imiş.  (M əktubu  gizlədib  kağız yazır.)  Zöhrə  xanım, 

məktubu belə yazarlar,  özü də  şeir ilə.

Y a s ə m ə n (içəridən).  Qəmər,  Qəmər!

Q ə m ə r.  Gəlirəm.

G edir,  Ç in g iz  o taq d an  çıx ır,  m asay a tə r ə f  gəlir,  Q əm ərin  y azd ığ ı  kağızı  əlin ə  götürür.

Ç  i n  g  i z.  Bunu kim yazmış.  Qəmərin xəttinə  oxşayır.  Görüm bacım nə yazıb. 

Deyəsən şeirdir.  (Oxuyur.)

Ey  gərdişi ədalı  Şəmsi,

Ey fəzanm nazlı  sultanı.

Kainatı  şad edən sənsən,

Cahana nur verən sənsən.

Ziyan ilə yaşar.

Qəmə mübtəla Qəmər.

Ha-ha-ha...

Q əm ər d ald an  gəlib  kağızı  o n u n   əlin d ən  dartıb  alır.



Q  ə  m  ə  r.  Başqasmm  m əktubunu  oxumaq  qəbih  şeydir.  Belədirmi,  bəradərim 

Çingiz?


Ç i n  g i z.  Elədir, bacım Qəmər.

Q ə m ə r.  Bəs nə üçün oxuyursunuz?

Ç  i n  g  i  z.  Çünki  məktub  deyil,  şeirdir.  Şair  şeir yazır ki,  insanlar onu  oxuyub 

ləzzət  aparsmlar,  hissləri  incələnib  zərif  olsun.  Bacım  Qəmər,  bu  şeirlərlə  sən 

ədəbiyyatımızda  yeni  bir  cığır  açırsan.  Daha  bundan  sonra  şeirdə  nə  qafiyə,  nə 

məna lazım deyil.

Q ə m ə r.  Necə? M ənim şeirimdə m əna yoxdur?

Ç  i  n  g  i  z.  M ən  ki  tapa  bilmirəm.  Bəlkə,  özünüz  o  pünhan  mənanı  izhar 

edəsiniz.

Q  ə m ə r.  Ey  qəlbimin  sultanı  Çingiz,  Qəmərin  şeirinin mənasmı  anlamağa  sən 

hələ xamsan, püxtə olmağa çox səfər gərək...

Ç i n  g i z.  Qəmər!

Q ə m ə r.  Bəli.

Ç i n  g i z.  Gözlərimə bax.

Q  ə  m  ə  r  (onun  gözlərinə  baxarkən).  Ah,  bəradərimin  gözləri  nə  gözəldir. 

Şahin baxışlı.  İndi o  gözlərdə bir iztirab, bir həyəcan  görünür.  Fəqət  gülümsünəndə 

başqa  lətafət,  basqa  məlahət...  Ey  bu  gözlərə  aşiq  olan  parlaq  ulduz,  Qəmər  sənə 

həsəd aparır.

Ç  i n g i z.  Ha-ha-ha...

Q  ə  m  ə  r.  Bax  belə,  yoxsa  qaşqabağmı  tökəndə  üzün  Cəbi  lələnin 

gülümsəməsinə bənzəyir.

Ç i n  g i z.  Qəmər,  güldürdüyün yetər, bir az da səndən böyük qardaşmı dinlə.

Q  ə  m  ə  r.  Oy,  məndən  nə  çox  böyüksən,  heç  hesab  edə  bilməyəcəyəm.  Sən 

məndən min səkkiz yüz  saniyə böyüksən.

Ç  i  n  g  i  z.  Ha-ha-ha...  Qəmər  bu  gün  mən  sənlə  bacarmayacağam.  Ona  görə 

rica  edirəm bəndənizi  əfv  edəsiniz,  buradan  təşrif aparasmız.  M ənə  dərs  oxumağa 

mane olmayasmız.

Q ə m ə r.  Çingiz,  daha zarafatı buraxdım.

Ç i n  g i z.  Qəmər, bir neçə vaxtdan bəri mən səndə təğyir görürəm.

Q ə m ə r.  Məsələn...

Ç  i n  g  i  z.  Məsələn,  irəlilərdə  sən  məndən  heç  bir  şeyi  gizlətməzdin,  ürəyində 

nə  olsa  açıb  mənə  söyləyərdin.  M əndən  gizlin  bir  sirrin  olmazdı,  indi  isə  onu 

görmürəm.

Q ə m ə r.  M ən də  səndə təğyir görürəm.




Ç i n  g i z.  Məsetən...

Q  ə  m  ə  r.  Məsələn,  bir neçə  vaxtdan bəri  sən  hər  axşam  bu  skamyada  əyləşib 

saatlarca üfüqün  şərq cəhətindən zühur edən bir parlaq ulduza tamaşa edirsən.

Ç i n  g i z.  Elə bu?

Q ə m ə r.  Bəli,  elə bu!

Ç i n  g i z.  M ənim ulduza baxmağımda sən nə  sirr görürsən?

Q ə m ə r.  Göydə ulduz çoxdur.  Nə üçün  sən ancaq o ulduza baxırsan?

Ç i n  g i z.  Çünki o ulduz qeyrilərindən parlaqdır.  M ən onu çox sevirəm.

Q ə m ə r.  Elə mən də bunu bitmək istəyirdim.  O ulduzun adı nədir?

Ç i n  g i z.  Çoban ulduzu deyirlər,  dan ulduzu deyirlər.

Q ə m ə r.  Daha adı yoxdur?

Ç  i n  g  i z.  Qədim yunanlar o  ulduzu eşq və hüsn  ilahiyyəsi  sanırdılar,  adma da 

Diana deyirdilər.

Q ə m ə r.  Bəs,  ərəblər o ulduza nə deyirlər?

Ç i n  g i z.  Bilmirəm,  gərək ki...  Zöhrə.

Q ə m ə r.  Ha-ha-na...  gərək ki...  Zöhrə.

Ç i n  g i z  (acıqlı).  Çəkil!

Q ə m ə r.  Gedirəm,  gedirəm acığm tutmasm.

Bir  az  gedib  dayanır.  Çingiz  başmı  əlləri  ilə  tutub  fikrə  gedir.  Qəmər  gizli 

daldan onun boynunu qucaqlayıb  saçlarmdan öpür,  qaçır.

Ç  i n g i z.  Qəmər.  (Qalxıb otağına gedir.)

Q  ə  m  ə  r  (yalnız).  Ey  zavallı  qardaşım,  görürəm,  aslan  ürəyini  eşq  atəşi 

yandınr.  Söndürmək  istəyirsən  fəqət  bacarmırsan.  Çünki  atəş  bütün  vücudunu 

almış,  damarlarma yerimiş.  Görürəm,  müşkülat  çox,  sevdiyin  düşmən  qızı,  sən  bir 

rəiyyət oğlu,  o  bir  ağa  qızı.  Ah!  Bilirsənmi  Çingizim,  bacm   Qəmər də  Şəms  oduna 

yanır.


Y asəm ən  və Piri  b ab a k o m ad an  çıxırlar.

Y a s ə m ə n.  Qəmər,  Çingiz hanı?  Bizimlə  gedirmi?

Q ə m ə r.  Bilmirəm,  getsə yaxşı olardı, kefi açılardı.

P  i  r  i  b  a  b  a.  Əlbəttə,  yaxşı  olardı,  yoxsa  səhərdən  axşama  kimi  kitabdan  əl 

çəkmir.

Y a s ə m ə n.  Çingiz.




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə