Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə50/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   46   47   48   49   50   51   52   53   ...   140

salıb  dustaq etmişsiniz.  Sən  axund M ir Kazım  ağanm  qızı  Seyyidə xanımsan  deyə, 

mənə hər bir şeyi nəhy  etmisiniz.  Bu dörd divarm içi mənim dünyamdır!  (Ağlayır.)

T ü k ə z b a n .   Gülsüm,  yenə  sənə  nə  olmuş?  Yoxsa  bu  gecə  pis  yuxu 

görmüsən?

G ü 1  s ü m.  Bəli,  görmüşəm,

T ü k ə z b a n .   Xeyir ola,  qızim,  söylə  görüm.

G ü 1  s ü m.  Ana, yuxum da gördüm ki,  qardaşım M əmmədin toyudur.

T ü k ə z b a n .   Doğru  görmüsən,  qızım,  ağan  sabahkən mənə dedi ki,  Tükəzban 

bu  həftə  M əmmədin  gəlinini  gətirməli,  çünki  məhərrəm  ayı  yaxmlaşır.  M ənim 

özüm  də  tələsirəm  ki,  Qonçanı  tez  gətirək,  həm  mənə  kömək  etsin,  həm  də  sənə 

yoldaş olsun.  Daha, nə  gördün,  qızım?

G  ü  1  s  ü  m.  Gördüm  ki,  evimizdə  böyük  şadlıqdır.  Həmin  bu  otağımız  qonaq 

ilə  doludur.  Bir  yanda  mənim,  bir  yanda  M əmmədin  cavan  yoldaşları  oturmuşlar. 

Bir dəstə oxuyan,  çalan da hazırdır.  Çalğıçılar çalırlar.  Bir oğlan o cərgədən, bir qız 

bu  cərgədən  qalxıb  oynayırlar.  Onlar  otururlar,  başaqaları  rəqs  edir.  Sonra  oxuyan 

başladı.  Ah, heç olmasa yuxumda isə də evimizdə bir şadlıq, bir toy  gördüm.

T  ü k ə z b a n .   Kəs  səsini,  bihəya!  M ir  Kazım  ağanm  evində  toy,  balaban? 

Qızlar oğlanlar ilə oynamaq?

G ü  1  s ü m.  Ay  ana,  m ən nə  edim?  Yuxudur,  görürəm.  M ənim  əlimdə  deyil ki, 

görməyim.  Bəs  sən heç belə yuxu  görmürsən?

T ü k ə z b a n .   M ən  qələt  edərəm,  başımı  daşdan-daşa  döyərəm,  elə  yuxu 

görmərəm.  Görünür ki,  sən  elə  şeylərdən  fikir  edirsən,  yuxuna  da  girir.  Ağan  sənə 

dua  öyrətmiş.  Nə  üçün yatanda  oxumursan ki,  şeytan  da yuxuna  girib  sənə  elə  şey 

göstərməsin?

G ü  1  s ü  m.  Ana,  yatanda  dua  da  oxuyuram,  bismillah  da  deyirəm,  amma yenə 

də belə yuxular görürəm.  M ən nə edim?  İxtiyar məndə deyil ki.

T ü k ə z b a n .   Yaxşı,  bəs  daym  qızı  Qonça  nə  üçün  görmür?  Çünki  beş  vaxt 

namazm  heç  birini  keçirmir,  amma  sən  tənbəli,  mən  hər  səhər  güclə  durquzuram 

ki,  sübh namazmı  qılasan.

G ü 1  s ü m.  Ana can,  elə bilirsən ki,  Qonça belə yuxular  görmür?  Vallah mənə 

elələrini nağıl edir ki,  desəm,  qulaqlannı tutub  qaçarsan?

T ü k ə z b a n .   Kəs  səsini,  bihəya!  Onu  da  sən  xarab  etmisən.  Bu  işlərin 

hamısma səbəb bu  qonşumuzun külfətidir.  Özlərinə taytuş tapıblar!  Suruş!



G ü 1  s ü m (gülərək).  A y   arvad,  Suruş deyil,  Siranuş.

T ü k ə z b a n .   Eh,  mən nə  bilim,  adı yadımda  qalırmı ki.  Vallah,  atan bilsə  ki, 

erməni evinə  gedirsən,  aləmi bir-birinə vurar,  səni də öldürər (çıxır.)

G  ü  1  s  ü  m  (tək).  Öldürsə,  birdəfəlik  qurtarardım.  Kaş  ki,  M ir  Kazım  ağanm 

qızı  olunca,  bir  çoban  qızı  olaydım  dağlarda,  çəmənlərdə,  təbiət  üzərində 

yaşayaydım,  çiçəklər  dərəydim,  şırıldayan  bulaqlara  baxaydım,  sərin  sularmdan 

içəydim!..  (Ağlayır.)

M əm m əd   daxil  olur.  Ə m m am ə  və  əbasını  çıxarır.

M  ə m m ə d.  Bacım,  ağlayırsan?

G  ü  1  s  ü  m.  Necə  ağlamayım,  qardaşım?  M ənim  qəlbim,  ruhum,  vücudum 

hamısı xəstə,  mərəzimdən xilas olmaq üçün bilirsənmi mənə nə təklif edirlər?

M  ə m m ə d.  Bilirəm, bacım,  çoxlu  süd iç, bol yum urta ye deyirlər.

G ü 1  s ü m.  Bəli,  lakin mənim müalicəm budurmu?

M   ə  m  m  ə  d.  Xeyr,  bacım,  bu  mərəzin  müalicəsi  başqa  şeydir.  Bu  mərəzə 

mübtəla  olan  tək bir  sən  deyilsən,  bütün  islam  qadmlarıdır.  Bu xəstəlik  iki  nurdan 

məhrum  qalmadan  naşı  baş  vermiş;  biri  ruhu  yüksəldən  elm  nurudur,  digəri 

günəşdir  ki,  ziyası  ilə  dünyanı  tənvir  edir,  heyvanata,  nəbatata  həyat  bəxş  edir. 

Onsuz  bu  gözəl  dünya  dəhşətli  bir  zülmət  olurdu.  Bu  lətif,  rəngin  çiçəklər,  güllər 

sənin  kimi  saralıb-solub  m əhv  olurdu.  Bacım,  sən  qonça  gülü  o  nurdan  məhrum 

etmişlər.  Sənə  bu  dəmlə,  o  gözəl  təbiət  üzərində  yaşamaq  lazımdır,  sənə  gəzmək, 

gülmək,  yemək,  içmək,  danışmaq  lazımdır.  Qəlbini  əsla  sıxmayıb  hər  zaman  şad 

saxlamalısan.

G  ü  1  s  ü  m.  Doğru,  fəqət  bu  mənə  m üyəssər  deyildir,  çünki  mən  müsəlman 

qızıyam.  M üsəlm an  qadmı  üçün  bu  nem ətlər  yaranmamışdır.  O,  başqaları  üçün 

yaranmışdır.  B unlan  bizə  nəhy  etmişlər.  Ax,  Məmməd!  Nə  üçün  mən  binəva 

qızcığazı  oxutdun?  Nə  üçün  mənə  mənliyimi  anlatdm?  Nə  hacət  ki,  söyləyirsən 

dünya  gözəldir,  genişdir,  intihasızdır.  M ənim  dünyam,  qardaşım,  bax  nə  geniş,  nə 

yüksək bir aləmdir.  (Əli ilə otağını göstərir.) Bu səqf mənim ulduzlu  səmamdır.  Bu 

xalılar  ilə  döşənmiş  yer  mənim  çiçəkli  çəmənlərim,  yaşıl  ormanlarımdır.  Bu 

divarlar  da  mənzərəli  dağlarım,  yüksək  qayalarımdır.  Qardaşım,  burada  dünyaya 

gəldim, buradan da tezliklə məni  aparıb  qəbrə qoyacaqsmız.



M  ə m m ə  d.  Sus,  sus, bacım!  Odlu  qəlbimə yenidən  atəş  atma.  Qadmlarımızm 

belə  təbiətə  müğayir,  hürr  yaranmış  növi-bəşərə  yaraşmaz  halı,  məni  çoxdan 

düşündürür.  Çarə  arayırdım  ki,  nə  yol  ilə  onlara  köm ək  edim.  İndi  tapmışam. 

Bacım,  and  içirəm,  qadmlarımızm  bu  yolda  tökülən  qanlı  göz  yaslarma,  and 

içirəm,  sənin  kimi  hələ  qonça  gül  ikən  saralıb  solan  gül  çöhrələrinə,  and  içirəm 

sənin kimi belə  zindanlarda,  cəhalət zənciri  altmda  sızlayan məsumələrə,  sizləri bu 

əsarətdən xilas etmək yolunda cavan ömrümü qurban edim.

G  ü  1  s  ü  m.  Qardaşım,  bir  tək  sən  nə  eləyə  biləcəksən?  Rüsvayi-cahan  olub 

tələf olacaqsan.

M   ə  m  m  ə  d.  Tələf  olsam  da,  bir  cığır  açaram,  ta  ki  məndən  sonra  gələn 

cavanlar da o yol  ilə  gedib  axırı  sizləri xilas edərlər.  Ey  cəhalət,  ey yeddi başlı  div! 

Hazır ol, M əmməd  gəlir.

M olla Fəttah və M ir Kazımağa daxil olurlar.

M i r   K a z ı m a ğ a .   Bacma  yeddi  başlı  divdən  nağıl  deyincə,  əhkam- 

diniyyəni öyrətsən,  daha əfzal  olmazmı?

M   ə  m  m  ə  d.  Ata,  elə  mən  də  bacıma  ondan  söyləyirəm,  lakin  əfsus! 

Axundlarımız  o  əhkamı  ya  özləri  anlamırlar,  ya  da  anlayıb  da  qəsdən  camaata 

başqa surətdə yetirirlər.

M i r   K a z ı m a ğ a  (Gülsümə).  Sən bu danışığa nə  qulaq asırsan?  Otağma get!

G ü lsü m  çıxır.

M o l l a F   ə t t a h   (istehza  ilə).  Bacıoğlu,  görürəm  sən  yaxşı  anlamısan!  De 

görüm,  dinimizdə  sənin  kimi  başmı  açıb  tərk  ədəblik  edəne,  yaxud  başqaları  kimi 

saçlarmı uzadıb özlərini xaricilərə oxşadanlara nə nəzərlə baxılır?

M   ə  m  m  ə  d.  M ən  o  barədə  şəriətdə  bir  şey  görməmişəm,  olsa  da  dinə  yox, 

bəlkə,  adətə,  səhhətə dəxli vardır.

M o l l a F   ə t t a h .   Bacıoğlu,  görürəm,  şəriəti  axund  M olla  Calaldan  yaxşı 

təhsil  etmisən.  M ir  Kazım  ağaya  dedim  ki,  qoy  M əmmədi  özüm  oxudum.  Dedi,  - 

yox,  bacm oğludur,  səndən xof etməz.  İndi buyur,  gör Calalın babı fikri M əmmədə 

nə xoş  gəlir.

M i r   K a z ı m a ğ a .   Fəttah,  səhv edirsən,  M əmmədin əqidəsi  elə  deyil.  O  sən 

qoca dayısmı mübahisəyə çəkir, fəqət onu başqa bir



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə