Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə51/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   47   48   49   50   51   52   53   54   ...   140

zamana  qoyunuz.  İndi  mətləb  üstə  gələk.  Oğlum,  daym  ilə  belə  qət  etmişik  ki, 

cümə  axşamı  Qonçanı  köçərək,  çünki  məhərrəmül-həram  yaxmlaşır.  Buna  sən  nə 

deyirsən?

M  ə m m ə d.  Nə deyəcəyəm?  İxtiyar sahibisiniz.

M i r   K a z ı m a ğ a .   Çox  əcəb.  İndi  ikinci  məsələyə  keçək.  Sənə  iki  yol 

seçmişəm  ki,  din-islama  xidm ət  edəsən;  biri,  Kərbəlayı-müəllayə  gedib  təhsilini 

bitirəsən,  sonra  da  gəlib  camaatımıza  vəz  edəsən.  Digəri,  mərsiyəxanlıqdır.  Bu 

axırmcı  müqəddəs  vəzifəni  yürütməyo  indi  də  hazırsan.  Gözəl  səsin  var.  Demək, 

övladım iki təriq:  vaizlik, rövzəxanlıq, hansm a meylin artıq isə onu seç.

M   ə  m  m  ə  d.  Ata,  çox  dərin  düşüncələrdən  sonra  özümə  bir  müqəddəs,  bir 

müstəqim  təriq  seçmişəm.  Sənin  məqsədin  m ən  fərzəndini  bir  sahib-minbər 

görmək  deyilmi  ki,  o  minbərdən  vətəndaşlarımı,  dindaşlarımı  doğru  yola  dəvət 

edim?

M i r   K a z ı m a ğ a .   Bəli,  nami-mübarəki  qoyulmuş  sən  övladmdan  cəddimiz 



bunu tələb edir.

M   ə  m  m  ə  d.  Ata,  indi  dinlə,  gör  övladm  nə  gözəl,  nə  müqəddəs  bir  minbər 

bəyənmiş?

M o l l a   F ə t t a h .   Söylə, yoxsa, bayaq məni  şübhəyə  salmışdm.

M   ə  m  m  ə  d.  Ata,  tərif  etdiyim  m inbərdən  sizlər  kimi  quru  vəz  etmək  yox, 

həyatı  təsvir  edən  maraqlı  vəqələr,  dəhşətli,  qanlı  faciələr  söyləyorək,  göstərərək, 

camaatı doğru yola dəvət edəcəkdir - bu övladm.

M i r   K a z ı m a ğ a .   Əhsən,  əhsən,  oğlum.

M   ə  m  m  ə  d.  Zalım lann  sitəmlərini,  məzlumlarm  qanlı  göz  yaşlarmı 

göstərərək,  qəlbləri lərzənak edəcəkdir - m ən övladm.

M o l l a   F ə t t a h .   Əhsən,  afərin bacıoğlu.

M i r   K a z ı m a ğ a .   O minbəri-müqəddəsin ismi nədir,  övladım?

M  ə m m ə d.  Səhnədir ismi onun, pədərim.

M o l l a   F ə t t a h .   Səhnə nədir?

M  ə m m ə d.  Dayım,  səhnə  ayinəsidir həyati-bəşərin!

M i r   K a z ı m a ğ a .   O  səhnə hansı müqəddəs binadır?

M   ə  m  m  ə  d.  Bəli,  doğru,  o,  müqəddəs  binadır,  çünki  orada  yüksəlir  həqiqət 

bayrağı,  orada yanır haqq ocağı.  Ora bir ədalətxanədir ki,  hər kəs vicdanən əməlinə 

görə  ya  mükafat,  ya  da  mücazət  alır.  Ora  bir  ibrətxanədir  ki,  hər  kəs  orada  çirkin 

əməlini  görüb  də ibrət alır,  istiğfar edir,  insafa gəlir.




M o l l a   F ə t t a h .   Atan səndən sorur ki,  o hansı binadır?

M  ə m m ə d.  O binanm  adı teatrdır.

M i r   K a z ı m a ğ a v ə M o l l a F ə t t a h .   Nə?  T eatr?

M  ə m m ə d.  Bəli, teatr.

M i r   K a z ı m a ğ a .   Teatr!  Lotularyığm cağı.

M  ə m m ə d.  Xeyr, ürəfa ocağı.

M o l l a   F ə t t a h .   Ş eytanyuvası!

M  ə m m ə d.  Xeyr, mələk otağı.

M i r   K a z ı m a ğ a .   O ram eyxanadır!

M  ə m m ə d.  Xeyr,  ora ibrətxanadır.

M o l l a   F ə t t a h .   Sən babı olm usan?!

M  ə m m ə d.  Xeyr, m ən haqq yolu tapmış bir insan olmuşam.

M i r   K a z ı m a ğ a .   Sən dəli olm usan?!

M  ə m m ə d.  Xeyr, m ən aqil olmuşam.

M o l l a   F ə t t a h .   Bunlarm hamısma bais o babı M olla Calaldır.

M i r   K a z ı m a ğ a .   Ağa,  doğru deyirsən,  odur.

M   ə  m  m  ə  d  .  Nahaq  yerə  M olla  Calalı  müqəssir  edirsiniz.  O  sizdən  geriyə 

qalmaz.  O  da  sizin  kimi...  saç  qoyanlara,  çəkmə  geyənlərə,  rusca  oxuyanlara  kafir 

deyənlərdəndir.

M i r   K a z ı m a ğ a .   Bəs səni bu şeytan yoluna kim və nə vadar edir?

M  ə  m m ə  d.  M əgər mənim tutduğum yol  şeytan yoludur?  Orada nə  edəcəyimi 

söyləmədimmi?

M o l l a   F ə t t a h .   Söylədin,  orada oyunbazlıq,  mütrüblük edəcəksən.

M i r   K a z ı m a ğ a .   Ah!  Ürəyim partlayır!  Seyid övladı  oyunbazlıq?!  Oğul,  o 

qoyduğum ad sənə haram olsun!  Cəddim səni tezliklə əlimdən alsm!

M o l l a   F ə t t a h .   M ən  qızımı  belə  mürtədə  vermərəm.  Bu  saat M olla  Vəlini 

çağırıb nigahmı pozduracağam.

M   ə  m  m  ə  d.  Bax,  şəriəti  bu  günə  salmışsmız,  ehkami-diniyyəyə  belə  əməl 

edirsiniz.

M o l l a   F ə t t a h .   Necə?

M  ə m m ə d.  Kəriməniz öz ixtiyariləmi mənə  gəlmiş?

M o l l a   F ə t t a h .   Bəli.

M   ə  m  m  ə  d.  Onda  çağırmız  gəlsin  və  öz  ixtiyarilə  də  nigahmı  geri  oxutsun. 

Şəriətin yolu budur,  daymı.

M o l l a   F ə t t a h .   Sus!  M ənə  şəriət  öyrətmə.  Dini-islamda  sənin kimi  dəliyə 

nigah yoxdur.  Bu burası.  Səni  şəkdən çıxarmaq üçün də




qızımı  bu  saat  buraya  gətirdərəm,  görərsən  ki,  sən  divanədən  ikrah  edib  əl 

çəkəcəkdir.  Tükəzban!  Tükəzban!

T ükəzban  daxil  olur.

T ü k ə z b a n .   Nə buyurursan,  qardaşım?

M o l l a   F ə t t a h .   Bu saat gedib  Qonçanı  gətirərsən.

T  ü k ə z b a n .   A  qardaş,  belə toy  olurmu?  Qoy  qövm-əqrəbamı yığıb  qayda ilə 

toy  edim.  Qonça  anadan  yetimdir,  niyə  onu  tay-tuş  yanm da  xar  edirsən?  Niyə 

könlünü smdırırsan.

M i r   K a z ı m a ğ a .   Tükəzban,  sənin toyun yasa döndü!

T ü k ə z b a n .   V ay!  Ay kişi nə deyirsən?  Ölənimiz kimdir?

M i r   K a z ı m a ğ a .   Bu oğlun Məmməd.

T ü k ə z b a n .   A kişi, nə deyirsən?  Sən allah, mənlə belə zarafat etmə.

M i r   K a z ı m a ğ a .   Arvad,  oğlun  dəli  olmuş,  dəliyə  də  qız  vermək  şəriətlə 

caiz deyil.

M   ə  m m  ə  d.  Ana,  bunlar deyirlər ki,  mən  dəli  olmuşam.  M ən də  istəyirəm ki, 

Qonça gəlsin,  özündən  soruşum ki,  m ən dəliyə yoldas olmaq istəyir, ya yox?

T ü k ə z b a n .   Elə  bu?  Gör  məni  necə  qorxutdular!  Oğlum  bunlar  yalan 

deyirlər.  Sənin eşqindən dəli-divanə olan  Qonçadır.

M o l l a   F ə t t a h .   Heç vaxtı!

T ü k ə z b a n .   A  qardaş,  nə  deyirsən?  Bizdən  nə  pislik  gördün  ki,  daha  qızmı 

vermək istəmirsən?  Vallah,  verməsən  Qonça özünü öldürəcəkdir,  ya da M əmmədə 

qoşulub  qaçacaqdır.  Bu  saat  gedib  gətirərəm,  görərsən,  doğru  deyirəm,  ya  yox. 

(Ç ıxır.)

M i r   K a z ı m a ğ a .   Bu  işlərdə  m üqəssir  mən  özüməm.  Nə  üçün  o  islam 

torpağmı buraxıb bu viranəyə  gəldim.  Nə  bilim,  dedim ki,  bura mənim vətənimdir, 

ata-babalanm m  xaki-paki buradadır,  qoy  ölsəm də  burada  ölüm.  Heç  bu  günlərimi 

düşünmədim,  övladlarımm fikrinə  qalmadım.

M o l l a   F ə t t a h .   Əlbəttə,  səhvətmisən.  Gərək  gəlməyəydin.  İndi  mən  özüm 

də  Ərəbistana  köçmək  fikrindəyəm.  Bu  işləri  ki,  m ən  görürəm,  bir  az  çəkməz 

burada m üsəlmanlıq nişanəsindən heç bir zad  qalmaz.

T ükəzban  G ülsüm ,  Q o n ça ip ək  çarşafa b ü rü n ə rə k  daxil  olurlar.



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə