Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə48/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   44   45   46   47   48   49   50   51   ...   140

M  ə n s u r.  B ir dərviş  qibleyi-aləmə müalicə üçün gəlmiş,  izin istəyir. 

Ş ə m s ə d d i n .   De,  gəlsin.

M ə n su r çıxır.

Ş e y x   İ b r a h i m .   Zəmanəmizin  Ərəstü  və  Əflatunu  hesab  olunan  Dudan 

əfəndilər müalicə etməkdə  aciz olduqda bir dərvişmi edəcəkdir?

C ə m a l ə d d i n .   Bilmək  olmaz,  bəlkə  dərviş  vilayətləri  gəzərkən  boylə 

mərəzə mübtəla olmuş və onun müalicəsin öyrənmiş.

A b d u lla  daxil  olur.

A   b  d  u 11  a.  Ş ahzam an h ə zrə tlə rin in  xəstəliy in i  eşidib  gəlm işəm .  İz in   var isə  baxım . 

Ş ə m s ə d d i n .   A ğ a   dərviş,  siz  b u rad a  g ö zləy in ,  şah  h əzrətlərin d ən   izin  alım . 



(Içəri 

girir

.)

Ş e y x   İ b r a h i m .   A ğ a   dərviş,  təb ib i-b in ə zir  D u d an   əfəndi  şah  h əzrətlirin in   m ərəzini 



tapm am ış.

D  u  d  a n.  T əəeeüb  birm ərəz!  M əd əsi  sağlam  o ld u ğ u  h ald a heç  bir xörəyi  götürm əyir.

A  b  d  u  11  a.  B əs  indiyə  kim i  təam ı  n ə  olm uş?

C ə m a l ə d d i n .   Şah həzrətləri  x u rm ad an   b aşq a bir  şey yem ir.

Ş e y x   İ b r a h i m .   O d a   bağ çasın d ak ı  kən izin   zəh m ətilə   b əsləm iş  x u rm an ı  -  başqa 

x u rm a a ğ ac la rm ın  barını  y ey ə  bilm əyir.

A  b  d  u  11  a.  H a,  şah h əzrətlərin in  azarını  anlayıram .

Ş əm səd d in  daxil  olur.

Ş ə m s ə d d i n .   Qibleyi-aləm cümlənizi hüzuruna dəvət edir.

G edirlər.



Pərdə

İKİNCİ  ŞƏKİL

Ş ah zam an ın  xab ıg ah ın ı  göstərir.  Şah tax t ü stü n d ə  uzanm ış.  B u lq ey s,  Ş əm səddin, 

Şeyx  İb rah im  və A b dulla.

Ş a h z a m a n .   Ağa dərviş, mərəzimdən nə  anladm?  Söylə.

A  b  d  u  1  1  a.  Şah,  mərəzinizi  tapmışam.  Fəqət  müalicəsini  özünüzə  məxfi 

söyləyəcəyəm.  Əmr ediniz burada kimsə olmasm.



Ş əm səd d in d ən  b aşq a cüm ləsi  cıxır.

Ş ə m s ə d d i n .   Qibleyi-aləm,  əmrinizdən  çıxmağa  üzr  istəyirəm.  Məhz  sizi 

naməlum dərviş ilə tək qoymağa cürət etmirəm.

A  b  d  u  1  1  a.  Şahım,  əgər vəzirinizi  özünüzə  ən  müqərrib  bir  şəxs  sanırsmızsa 

və mənim sizi bu mərəzdən xilas etmək tədbirimə mane olmazsa, burada qalmasma 

razıyam.


Ş a h z a m a n .   Ağa dərviş,  Şəmsəddin mənim ən müqərrib vəzirlərimdəndir və 

sənin tədbirindən çıxmaz,  söylə.

A  b  d  u  1  1  a.  Şahim,  bu  m ərəzdən  xilsa  olm aq  üçün  gərək  tam  bir  il  mənim 

əmrimə tabe  olub müalicəmi  əmələ  gətirəsiniz.  Nə  cür ağır təklif etsəm,  bitirəsiniz. 

Müalicə  qəsdilə  sizi  bir  ilin  müddətində  vilayətimizi  seyr  etdirəcəyəm.  Təyin 

etdiyim bir il tamam olduqda sizi  sağ və  salamat yenə buraya gətirəcəyəm.  Əgər bu 

şərtimə razısmızsa,  dalmı  söyləyim.

Ş a h z a m a n .   Razıyam,  söylə.

A  b  d  u  1  1  a.  Əcnəbi  vilayətə  müalicəyə  gedirəm  -   deyə  elan  edirsiniz  və 

hökumət  işlərini  ərkani-dövlətə  tapşırmağı  əhaliyə  məlum  edirsiniz.  Onu  da  əlavə 

edirəm  ki,  nərəyə  getdiyiniz  məxvi  qalmalıdır.  Bu  gecə  mənim  ilə  bərabər təqyiri- 

libas  olub  saraydan çıxacağıq.  Zəif olmağmıza  görə bir kəniz  də  götürünüz  ki,  sizə 

qulluq etsin.

Ş a h z a m a n .   Şəmsəddin,  ağa dərvişin tədbirinə nə deyirsiniz?

Ş ə m s ə d d i n .   Şahım bir tədbir ki, zati-alilərinizin  şəfa tapmağma səbəb  ola  - 

mən nə deyə bilərəm.

Ş a h z a m a n .   Onda ərkani-dövləti hüzuruma çağırmız.

Ş əm səd d in  çıxır.

Ş a h z a m a n .   Ağa dərviş, mənim mərəzim nədən əmələ  gəlmiş?

A  b  d  u  1  1  a.  Şahım,  təbiətdən  uzaqlaşıb,  onun  qanunun  pozmaqdan.  M ənim 

müalicəm də  sizi ona yavuqlaşdırmaq olacaqdır.

Ş ə m s ə d d i n .   Cəmaləddin,  Şeyx İbrahim daxil olurlar.

Ş a h z a m a n .   Ey  ərkani-dövlət!  Bu  xəstəlikdən  xilas  olmaq  üçün  əcnəbi 

vilayətə  müalicəyə  gedirəm.  Hökumət  işlərini  sizlərə  tapşırıram.  M ən  qayıdana 

kimi  Şəmsəddinin hökmünə tabe olmalısmız və



onun  itaətində  bulunmalısımz.  Müalicə  bir  sənə  çəkəcəkdir.  Padşahlıq  işlərinə 

diqqətlə baxmağmızı əmr edirəm.  İndi mürəxxəssiniz.

Ç ıxırlar.

Pərdə

ÜÇÜNCÜ  ŞƏKİL

S əhnə  bağ  içində  bir kəndli  kom ası  göstərir.  P ə rd ə   q alxdıqda 

Ş ahzam an  kəndli  lib asın d a o d u n  gətirir.

B  u  1  q  e  y  s.  Ah,  əzizim,  nə  bərk  tərləmisən?  (Dəsmalı  ilə  onun  tərini  silir.) 

Odun səni yordumu?

Ş a h z a m a n .   Yox,  əzizim,  artıq yorulmamışam,  amma  çox  acmışam.  B ir  az 

su ver içim.  Ürəyim yanır.

B u lq ey s  cürdəyi  verir,  o  d a içir.

B  u 1  q e y  s.  Xörəyi hazır etmişəm,  Cəfər babanı  gözləməyə  dözməyəcəksənsə

ye.

Ş a h z a m a n .   Yox,  Bulqeys,  qoy  baba  da  gəlsin,  birlikdə  yeyek.  Qaydanı 



pozma,  Sən  süfrəni  hazır  et,  ona  kimi  Cəfər  baba  da  gəlib  çıxar.  (Bulqeys  süfrəni 

hazır edir.) Bulqeys, bu  gün ağa dərviş təyin etmiş vaxt bitir.

B u 1  q e y  s.  Ah!  (Əlindən qabı salır.)

Ş a h z a m a n .   Niyə təlaş etdin?  M əgər bu xəbər səni  şad etməyir?

B u 1  q e y  s.  Yox,  şahim.

Ş a h z a m a n .   Nə  səbəbə  saraya qayıtmağa şad deyilsən?

B  u  1  q e  y  s.  Şahim,  qızıl  qəfəsə  salmmış bir  quş  halma  şadmı  olur?  Əgər  quş 

özündən  də  oxuyursa,  öz  halmdan  nalə  edir.  Böylə  təbiət  içində  azadə  yaşadığmı 

yad edib fəğan eləyir.

Ş a h z a m a n .   Gözəl  bir  cavab!  Bulqeys  bu  sualı  sənə  verməkdə  fikrini 

bilmək istəyirəm.

B u 1  q e y  s.  Bəs sizin fikriniz nədir,  şahim?

Ş a h z a m a n .   Sən ilə bu  gözəl təbiət içində yasamaq!

B  u 1  q e y  s.  Ah,  sevgili Zamanım!  Sən mənə yeni bir həyat verdin!  (Boynunu 

qucaqlayır.)  Sən də mənim kimi o  qızıl  qəfəsə  qayıtmaq istəmirsən?!



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə