Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə44/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   40   41   42   43   44   45   46   47   ...   140

Tapır-tupur atdılar,

Qolları bazbəndlilər...

Şah evinə  gedərsiz,

Siçan bəyə deyərsiz:

Pıspısa xanım.

Dabancığı xəstə xanım,

Düşüb  dəvə  gölünə,

Boğulur xəstə xanım.

G ülüşürlər.

Ə 1 i.  Axşam bizə  gələcəksənmi?

Ş  ö  v  k  ə  t.  Gələcəyəm,  həm  sənin  dərsini  öyrədəcəyəm,  həm  də  Maral

xanımdan dərs  alacağam.

Ə 1 i.  Anam deyirdi ki,  Şövkəti məktəbə  qoyacağam.

Ş ö v k ə t.  Ah, nə yaxşı olardı.  Atam yazıq məni oxudurdu.

Ə 1 i.  M ən gedim.

Ş övkət  ilə  öp ü şü r,  b u  h ald a K ərb əlay ı  N əb i  saqqalı  bağlı  daxil  olur.

K ə r b ə l a y ı   N ə b i .   Ədə  sən  kimsən?  Burada  aşnabazlıq  edirsən?  Sənin 

qulağmı elə çəkərəm ki, yerindən qopar.  Qurumsağm biri.

Ə 1 i.  M ən M aral xanımm oğluyam.

K ə r b ə l a y ı   N ə b i .   M aral xanımm oğlu?  Bala mən  sənnən zarafat edirdim. 

M ən  səni çox istəyirəm.  (Cibindən konfet çıxarıb  ona və Şövkətə verir.) Alın,  gedin 

həyətdə oynaym.  Oğlum, birdən mən dediyim sözü anana deyərsən  ha. M ən sənnən

zarafat eləyirdim.  Dedim görüm,  qorxaq uşaq deyilsən ki?

Ə 1 i.  M ən heç kəsdən qorxmuram.

K ə r b ə l a y ı   N ə b i   (kənara).  Niyə  qorxasan,  Maral xanım kimi kommunist 

anan var.  (Əliyə.) İndi, balalarım,  gedin oynaym, buraya qonaq gələcəkdir.

Ə li  və  Ş ö v k ət gedirlər.

K ə r b ə l a y ı   N ə b i . O   şeytan qızı M aral xanımdan çox qorxuram.

M o lla   R əh im  və M əşədi  S əfdər  qulu  daxil  olurlar.

M  o  11  a  R ə h i m.  Səlamünəleküm.




K ə r b ə l a y ı   N ə b i .   Əleküməssəlam.

M ə ş ə d i   S ə f d ə r q u l u .   Kərbəlayı, bizə  görə  qulluq?

K ə r b ə l a y ı   N ə b i .   Qulluq  deyil,  buyruqdur.  Atam,  siz  mənim  ilə  bu 

xarabaya  şəriksiniz?  Sən  M olla  Rəhim   üç  aydır  ki,  kirayə  vermirsən,  bu  da  beş 

aydır.

M   o  1  1  a  R  ə  h  i  m.  Kərbəlayı,  and  içirəm  o  hərəmi  möhtərəminizin  pak  olan 



ruhuna, heç  gəlirim yoxdur.  Tükəzbanı  satıb paltarı çılpaq qoymuşam.

S əfd ərq u lu   qəh q əh ə  ilə  gülür.

K ə r b ə l a y ı   N ə b i .   Ədə  bu  nə  deyir?  Tükəzbanı  satıb  paltarı  çılpaq 

qoymuşam.

M ə ş ə d i   S ə f d ə r q u l u .   Kərbəlayı,  biyol  bil  ki,  M olla  Rəhim   çox  səhv 

vurandır.  O  demək  istəyirdi  ki,  paltarı  satıb  Tükəzbanı  çılpaq  qoymuşam.  O  gecə 

evinə  bir  qonaq  gəlib  gedəndə  deyib,  arvad,  tez  ol  başmağı  tut  qoanq  lampanı 

geysin.


G ülüşürlər.

K ə r b ə l a y ı   N ə b i .   Yazıq nə  etsin,  kitaba baxmaqdan  başı  xarab  olubdur. 

Xub,  deyək  ki,  mollanm  işi  xod  deyil,  gəliri  yoxdur.  Bəs,  M əşədi  Səfdərqulu,  sən 

nə  deyirsən?  Özün  görürsən  ki,  bir  gün  ev  naloqunu  kassaya  gec  verəndə 

kommunxoz  adamm  atasmı  yandınr.  Sənin  arvadm  Qızxanım  səhərdən-axşama 

kimi  o  evdə,  bu  evdə  çörək bişirib,  paltar yuyub,  pul  qazanır;  hamısmı  gətirib  sənə 

verir.  Sən də  onun hamısmı  şəraba verirsən,  heç mənzil kirayəsi dərdinə  qalmırsan. 

Yəni bu zəhrimarı içməsən olmaz?  A kişi,  sən niyə buna nəsihət etmirsən?

M  o  11  a  R ə h i m.  Etməkdən yorulmuşam, tərk edə bilmir.

M ə ş ə d i   S ə f d ə r q u l u .   Ay  kərbəlayı,  biyol  bunu bil  ki,  hər kəs bir  şeyə 

eşq  bağlar.  Biri  arvada,  biri  ata,  biri  quşa,  biri  qoça,  biri  nə  bilim  nəyə.  M ən  başı 

daşlı da bu şəraba eşq bağlamışam.

M  o  11  a  R ə h i m.  M ən də pula aşiqəm,  amma onun üzünü heç  görmürəm.

M ə ş ə d i   S ə f d ə r q u l u .   Əsil  aşiq  sənsən.  Aşiq  gərək  məşuqəsini  az-az 

görsün.

K ə r b ə l a y ı N ə b i .   M olla Rəhim,  sən mənim işimi  düzəlt,  mən  də  sənin  o 



məşuqəni belə ciblərinə doldurum.  Həm kirayə pulunu da bağışlayım.


M ə ş ə d i   S ə f d ə r q u l u .   Kərbəlayı,  bəs bu xeyir işdən mənim xeyirim nə 

olacaqdır?

K ə r b ə l a y ı   N ə b i .   Sənin kirayəni bağışlayıb,  o  qədər pul verəcəyəm ki,  o 

məşuqən şərabm küpünə  girib nə  qədər istəsən içəsən.

M ə ş ə d i   S ə f d ə r q u l u .   Ay  sağ  ol  kərbəlayı,  mən  də  bu yolda başımdan 

keçərəm.


M  o  11  a  R ə h i m.  İndi əmrinizi buyurun.

K ə r b ə l a y ı   N ə b i .   M ən  istəyirəm  qulluqçum  Şövkəti  alam.  Qız  hərçəndi 

kiçikdir,  amma on iki yaşı var,  şəriət ilə kəbin düsər.  M ən bilirəm ki,  qız öz ixtiyarı 

ilə mənə  gəlməyəcəkdir.  Ona görə  gərək burada hiyləyi-şər oluna.  Onun da yolunu, 

M olla Rəhim,  siz bilirsiniz.

M  o  11  a  R ə h i m.  Madam ki,  qız razı deyil, nə etmək olar?

K ə r b ə l a y ı   N ə b i .   A  M olla  Rəhim,bunu  mənə  deyirsən?  Hansı  qızm 

razılığı  ilə  kəbinini  kəsmisən?  Hansı  qızı  özünüz  danışdırıb  razılığım  almısmız? 

Yalançı  şahid də dünyada çox.

M ə ş ə d i   S ə f d ə r q u l u .   A kişi, kərbəlayı düz deyir,  şahidin biri də mən.

K ə r b ə l a y ı   N ə b i .   Ay  sağ ol,Məşədi  Səfdərqulu, fikrimi  anlamısan.

M   o  11  a  R  ə  h  i  m.  Məncə  qızm yanm da nə  nigah,  nə  kəbin  sözü  açılmamalı, 

nə  qədər  kiçik  olsa  da  bu  sözləri  anlar.  Gərək  onu  çağırıb  deyək  ki,  kərbəlaymı 

sənə  siğə  edirik,  çünki  şəriətimizdə  qız xeylağı  gərək  gizlənsin,  o  da  qulluqçu üçün 

çətindir.  Ancaq Pəricahan da təsdiq etsin ki,  o da kərbəlayıya siğədir.

K ə r b ə l a y ı   N ə b i .   Çox  gözəl fikirdir.  Pəricahandan  arxaym  olunuz.  Onun 

ilə bu barədə danışmışam.  M olla sonra?

M   o  1  1  a  R  ə  h  i  m.  Daha  bunun  sonrası  yoxdur.  Kəbini  kəsərik,  basqa 

razılığım  almaq,  o  sizin xüsusi  işinizdir.

K ə r b ə l a y ı   N ə b i .   Çox əcəb, Pəricahan!  Pəricahan!

P ə r i c a h a n  (daxil olur.) Nə buyurursan?

K ə r b ə l a y ı   N ə b i .   Şövkəti buraya çağır,  özün də  gəl.

P ə ricah an  gedir.

M ə ş ə d i   S ə f d ə r q u l u .   Kərbəlayı,  neçə  gündür  ayıqlıqdan  başım  lap 

çatlayır.

K ə r b ə l a y ı   N ə b i .   A  kişi,  sən  nə  səbirsiz  adamsan,  elə  bu  gecə  sənnən 

məxsusi kef edəcəyəm.  Ancaq gərək qız üçün də bir vəkil hazır edəsən.



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə