Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə42/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   38   39   40   41   42   43   44   45   ...   140

Q  a f  a r.  Bas bayıra!

M   o  1  1  a  Q  a  s  ı  m.  Allah  sizin  bərəkətinizi  kəssin.  Bu  gecə  vaxtı  məni  avara 

etdiniz.

M i r z ə   F ə r ə c .   Sənə deyirəm, uzun m üşərrəf etmə!  Dur rədd ol!

M o lla   söy lən ə-sö y lən ə  gedir.

Ş a h s ə n ə m .   Ay  qız  Gülpəri,  dur  biz  də  bunlarm  acığma  dəniz  kənarma 

gəzməyə  gedək.

G ü 1 p  ə r i.  Dur gedək.

Q ap ıy a tə r ə f  ged irlər,  Q afar ilə M irzə F ərəc  qabaq ların ı  kəsirlər.

M i r z ə F ə r ə c v ə Q a f a r .   Flara gedirsiniz?

G ü l p ə r i   və  Ş a h s ə n ə m .   Bulvara,  gəzməyə.

V uruşurlar.

M i r z ə F ə r ə c v ə Q a f a r .   Biz də  gedirik.

O n lara  qoşulub  gedirlər.



Pərdə


BİR EŞQİN NƏTİCƏSİ

B ir pərdəli,  iki şəkilli 

İŞTİRAK EDƏNLƏR

K ə r b ə l a y ı   N ə b i   - əlli yaşmda,  şişman.

Ş ö v k ə t - on iki yaşmda,  qaçqm bir qız, Kərbəlayı Nəbinin xidmətçisi.

P ə r i c a h a n - 3 5  yaşmda, Kərbəlayı Nəbinin qulluqçusu.

M  o  11  a  R ə h i m

M ə ş ə d i   S ə f d ə r q u l u  

Kərbəlayı Nəbinin kirayənişinləri.

Q ı z x a n ı m - M əşədi  Səfdərqulunun arvadı.

M a r a l   x a n ı m  - kommunist.

Ə 1 i - onun oğlu,  səkkiz yasmda.

Ş i r ə 1 i.

İki milis nəfəri.

BİRİNCİ  ŞƏKİL

Səhnə  Kərbəlayı  Nəbinin  qonaq  otağmı  göstərir,  otaq  bəzəkli  bir  otaqdır.  Üç 

tərəfdən qapı  açılır.

P ə r i c a h a n   (otağı  nizama salarkən  söylənir.)  Kişilərdə heç  vəfa olmazmış. 

Xanım  öləni  heç  bir  ay  olmaz,  ağa  evlənmək  fikrinə  düşübdür,  yaşı  da  əlli  beşdən 

yuxarıdır.  Xanım m   vəfatmdan  bəri  şadlığmdan  bilmir  ki,  nə  etsin.  On beş  yaşm da 

cavan  kimi  gah  oxuyur,  gah  oynayır,  gah  güldən  dəm  vurur,  gah  bülbüldən.  Bir 

söz,  eşq  başma  vurmuş.  Ancaq  başa  düşə  bilmirəm  ki,  bu  eşq  kimədir.  M əndən 

başqa  burada  arvad  yoxdur.  Ağa  əvvəllərdə  də  mənlə  mazaqlaşardı,  məni 

çimdiklərdi,  mənə  söz  atardı.  Yəqin  bu  eşq  mənədir.  Nə  yaxşı  iş  olardı  ki,  birdən 

ağa məni  alaydı, bu evə xanım edəydi.  Odur oxuya-oxuya gəlir.

K ə r b ə l a y ı   N ə b i   (əlində həna daxil olur.)

Məzəlim,  ay məzəlim,

Gözəlim,  ay  gözəlim.

M ən səni çox sevərəm.

M ən səni çox sevərəm.



Ay  qız  ey,  irəli  gəl.  (Pəricaharı  irəli gəlir,  saqqalını göstərərək.) De  görüm,  bu 

nədir?


P ə r i c a h a n .   Buy,  ay  ağa, nə deyirsən?  Saqqaldır,  dayna.

K ə r b ə l a y ı   N ə b i . A  kişilər,  bu  qız  düz  iyirmi beş  ildir ki,  mənim evimdə 

qulluqçudur.  M ən  bu  "dayna"  sözünü  buna  tərk  etdirə  bilmədim.  A  mürtəd  qızı, 

mürtəd!  Xeyr,  saqqal deyil.

P ə r i c a h a n .   Ağa bəs nədir?

K ə r b ə l a y ı   N ə b i .   Nə  bilim  nədir?  Süpürgə  çöpüdür.  Koldur,  kosdur, 

qanqaldır.  H ər nə zibil isə,  ancaq saqqal deyil.

P ə r i c a h a n .   Ay  ağa, nə danışırsan? Üzdə də  qanqal bitərmi?

K ə r b ə l a y ı   N ə b i .   Elə  məndə  onu  səndən  soruşmaq  istəyirdim.  Bu  gün 

məni,  sən  kafir  qızı,  taytuşlar  yanm da  biabır  etmisən.  H ər  kəs  görür,  deyir  ki, 

Kərbəlayı  Nəbi,  nə  bərk  qocalmısan.  Balam,  m ən  haradan  qoca  oldum?  Çox  olsa, 

çox olsa,  otuz beş sinnim var.

P ə r i c a h a n .   Vaxsey,  ay  ağa,  nə  deyirsən?  Demək,  m ən  bu  evə  qulluqçu 

gələndə  sən on yaşmda uşaq idin?

K ə r b ə l a y ı   N ə b i .   K əs  səsini,  kafir qızı kafir.  Dəli  şeytan deyir bu saqqalı, 

bığı  qırxdır tök yerə,  25  yaşm da  cavan  ol.  Onda  da  söyəcəklər ki,  Kərbəlayi  Nəbi 

komsomol olubdur.

P ə r i c a h a n .   Ağa,  M aral  xanım,  belə  bizim  qonşumuz  hər  gün  küçədən 

gedəndə mənə deyir ki,  gəl  səni də kluba yazım.

K ə r b ə l a y ı   N ə b i .   Ay  qız, nə deyirsən? Kluba!

P ə r i c a h a n .   Ağa,  vallah,  doğru  deyirəm.  O  axşam M əşədi  Səfdərqulu yenə 

piyan  gəlib yazıq Qızxanımı  döyməyə başladı.  Onun  qışqırığma M aral xanım  gəlib 

çıxdı.  Vallah,  ağa,  M əşədi  Səfdərqulunun  üstə  elə  qışqırdı  ki,  kişi  qorxusundan 

piyanlığmdan lap  ayıldı.  M aral xanım dedi ki,  bir də eşidəm  sən arvadmı döyürsən, 

ya incidirsən, tutub çekaya salacağam.

K ə r b ə l a y ı   N ə b i .   Çekaya?

P ə r i c a h a n .   Bəli,  çekaya!

K ə r b ə l a y ı   N ə b i .   Bilmirəm,  bu  kafir  qızı  haradan  gəlib  mənə  qonşu 

oldu?  Pəricahan,  bolşeviklər  kafirdirlər,  onlar  allahı  inkar  edirlər.  Peyğəmbərə, 

imama,  müctəhidə,  pirə  inanmırlar.  Birdən  ağlını  unudub  onlara  qoşularsan,  onda 

inkir-minkirə nə cavab verəcəksən.  M əgər cəhənnəmin odundan qorxmursan?

P ə r i c a h a n .   Xeyr,  ağa,  m ən elə dinsizlərə  qarışmaram,  arxaym ol.




K ə r b ə l a y ı   N ə b i .   Bilmirəm,  bu  şeytam  sən  haradan  mənim  yadıma 

saldm.  Lap  ovqatımı təlx etdin.  Xülasə, xalasma lənət,  gələk saqqal məsələsinə.  Bir 

de  görüm,  mənim bu  saqqalım əw əllərdə nə tövr olardı?

P ə r i c a h a n .   Ağa,  qapqara şəvə kimi.

K ə r b ə l a y ı   N ə b i .   Belə  atan  oldu  rəhmətlik.  Onu  şəvə  kimi  edən  kim 

olardı?


P ə r i c a h a n .   Belə  mən.  Həftədə  iki  dəfə,  üç  dəfə  xma  qoyub  yuyardım, 

saqqalm da qapqara kömür kimi olardı.

K ə r b ə l a y ı   N ə b i .   Bəs onu indi niyə etmirsən,  a zalım qızı?

P ə r i c a h a n .   Ağa,  dedim  yəqin  xanımm  yasmı  saxlayırsan,  onun  üçün  də 

saqqalma xma qoymursan.

K ə r b ə l a y ı   N ə b i .   Xub,  biri öləcək,  biri  dünyaya  gələcək, burada saqqalm 

günahı nədir ki, bu günə düşsün?

P ə r i c a h a n .   Ağa, buyurarsan,  elə bu gecə  saqqalma xma  qoyaram.

K ə r b ə l a y ı   N ə b i .   Gecə  nədir?  Elə  indicə  bu  xmanı  suya  qoyarsan,  bir 

azdan sonra da saqqalıma qoyarsan.  Bu gecə xeyir işim var.

P ə r i c a h a n .   Ağa,  o necə xeyir işdir?

K ə r b ə l a y ı   N ə b i .   Sən bilmirsən ki,  o  necə xeyir işdir?  Görmürsən ki,  eşq 

topuğuma vurubdur?

P ə r i c a h a n .   Ay  ağa,  eşq adamm başm a vurar.

K ə r b ə l a y ı   N ə b i .   Eşq mənim başım a da,  döşümə  də,  belimə də,  əlimə də, 

ayağıma  da,  hətta bağırsaqlarıma  da vurubdur,  cəmi vücudum  eşq oduna yanır.  Bu 

dəmdə  mənə  bir  spiçka  vursan,  şam  kimi  əriyib  tökülərəm.  M ən  qabaqda  eşq- 

məşqə  inanmazdım,  deyərdim,  ele  şey  yoxdur,  onu  şairlər  icad  ediblər.  Demə, 

kişilər  doğru  deyirmiş.  N ədir  eşq?  "M əhəbbət  bir  bəla  şeydir,  giriftar  olmayan 

bilməz".  Vallahi ki, belədir.  İndi Pəricahan,  iş  sənə  qalıbdır.

P ə r i c a h a n .   Ağa, m ən razıyam.

K ə r b ə l a y ı   N ə b i .   Ay  sağ ol, mənim ağıllı Pəricahanım.

P ə r i c a h a n .   Ancaq,  ağa,  gərək bir az  səbir edək,  el bizə nə  deyər?  B ir aydır 

ki, xanım ölübdür, heç olmasa qoy  qırxı çıxsm.

K ə r b ə l a y ı   N ə b i .   Xeyr,  xeyr,  eşq məni yam an hala  salıbdır.  Davam  edə 

bilmirəm.  Gərək bu  gecə  nə  tövr olsa  iş bitsin.  E1  özü  çox yaxsı bilir ki,  müsəlman 

olan şəxs, heç bir gün də  arvadsız dura bilməz.

P ə r i c a h a n .   Ağa, bəs mən bu otuz ili necə ərsiz qalmışam?




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə