Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə38/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   34   35   36   37   38   39   40   41   ...   140

DÖRDÜNCÜ  ŞƏKİL

İkinci  şəkildəki  səhnə.

A ğ a  Ş i r ə 1 i (qışqırır.) Aman, toxdaym,  qərq olduq, tufan, tufan...

A  ğ  a  S  a  1  e  h.  Ədə,  M usa  bəy,  qoyma,  qoyma.  Çarx  dönmüş,  tormazla, 

tormazla.

M  u s  a  b  ə y.  Ay xozeyin, bu fələk çarxıdır.  Ona tormoz vurm aq olmaz.

V ə 1 i  a ğ  a.  Vay bizim halımıza,  çərxi-fələk indi tərsinə dönmüş.

B   a h a d  ı  r və yerdə  q alan lar otağ a girirlər.

B  a h a d ı r.  Ay  ağalar,  indi çərxi-fələk sizlər üçün tərsinə dönmüş.  Piri-Faninin 

komasma  buyurunuz.  Bizə  söyləyən  kimi,  sizə  də  gözəl-gözəl  nağıllar  söyləsin. 

Qurumuş ağacda sizin Üçün cavahir bitirsin.  Qızıl m eyvələr dərib versin.

A ğ alar  m əy u s,  başlarım   aşağı  salıb P iri-F an in in   k o m asın a tə r ə f  gedirlər.

B  a h a d ı r.  Xanımlar,  siz də  ağalarmızm qulluğuna təşrif aparmız.

M  a r q o.  Biz burada,  siz ilə  qalmaq istəyirik.

B  a  h  a  d  ı  r.  Bizim  nə  pulumuz  var,  nə  də  şampanskimiz.  Buyurun  gedin. 

(Qızlar gedirlər.)  Sandro, bu içkiləri-zadı buradan götür.

S  a n d r o.  Ağa, bu  saat.

B  a h a d ı r.  Biz  ağa deyilik.  Yoldaşıq.

S  a n d r o.  Bəli, bəli, yoldaş, yoldaş.

B  a h a d ı r.  Ustalar,  intemasional çalmız.

O n lar d a çalırlar.



Pərdə


QARANLIQDANİŞIĞA

B ir pərdəli pyes.

İŞTİRAK EDƏNLƏR

O  ğ  u z  -  qoca b ir türk.

U 1  u  ğ  - on u n   oğlu.

Ə b d ü s s ə l a m  -  qoca bir ərəb.

Q  a  s  ı  m  -  on u n   oğlu.

Z  e y  n əb  -  on u n   qızı, U lu ğ u n  nam izədi.

C  ə  m   ş  i  d  -  qoca b ir fars.

Q  u  b  a d  -  on u n  oğlu.

F  i  r ə  n g  i  z  -  on u n   qızı.

B   a h  a d  ı  r -  qoca bir hindli.

Ə  k b  ə  r -  on u n   oğlu.

L  i-x u n-c  a n ğ  -  qoca birçinli,

X  u  n-x  u z  -  o n u n  oğlu.

M a r z a v a n  -  əcinnə jan d arm ası.

C  u  r c  a n  -  əcinnə  ko m an d an ı, D ax n aşın   pəhləvanı.

İ  k i  m  ə  m  u r.

B ir taq ım   əcinnə  qoşunu.

Səhnə  qaran lıq   b ir  m ağ ara  içini  gö stərir.  P ə rd ə   qalx d ıq d a  cav an lar  ayaq  üstə  və  qocalar 

otu rm u ş  görünür.

Ə b d ü s s ə l a m .   Ey  Oğuz  oğlu  Uluğ,  bizi  buraya  toplamaqdan  məramm 

nədir? Bilmək istərik.

C  ə  m  ş  i  d.  Ey  Oğuz  oğlu,  qəlyanımm  vaxtıdır,  deyəcəyini  tez  söylə,  dözə 

bilmirəm.

L  i-x u n-c  a n ğ.  Ey  Oğuz oğlu, tiryakim qaldı.  M ətləbini əcələ  söylə.

U  1  u  ğ.  Ey  əhli  zülmət!  Bu  qaranlıq  dünyada  əsrlərcə  yatdığm  yetər,  bu  qədər 

sərxoş olub  alçaqlara  qul  olduğun yetər,  həşərat kimi  ayaqlar  altmda  süründüyünüz 

yetər.  Qəflət  yuxusundan  ayıl.  Acizliyi,  zəifliyi  burax.  Kim  olduğunu  düşün.  Səni 

işıqdan  məhrum  edib  bu  qaranlığa  salan  divləri,  cinləri  yıx,  əz,  qır,  özünü  onlarm 

zülmündən xilas et.  Bu zülmət aləmindən işıqlı dünyaya çıx!..




B  a h  a d  ı  r.  Ey  Oğuz  oğlu,  nə  söyləyirsən?  M əyər bu zülm ət  aləmindən başqa 

bir qeyri dünya da var?

U 1 u  ğ.  Bəli, var.  Onun adı işıqlı dünyadır.  Onu yüksək intəhasız fəzadan  günəş 

işıqlandınr.  İşıqlı  dünyanm  gözəlliyi  vəsfə  gəlməz.  Yaşıl  mənzərəli  dağlar, 

üzərindən  şıqqıltı  ilə  axıb  mühitlərə  tökülən  nəhrlər,  qayalardan fəvvarələnib  uçan 

şəlalələr,  çiçəklərlə  bəzənmiş  çəmənlər,  seyrəngahlar,  gülşənlər,  onlarda  ötüşən 

quşlar,  uçuşan  rəngbərəng  pərvanələr,  m üxtəlif  heyvanlar  işıqlı  dünyanı 

zinətləndirir...

Ə b d ü s s ə l a m .   Ey  Oğuz  oğlu,  toxda,  əcaba  əfsanəyi  söyləmək üçünmü bizi 

buraya toplamısan.

L  i-x  u  n-c  a  n  ğ.  Ey  Oğuz  oğlu,  elə  nağılları  bu  çocuqlara  söylə,  biz  qocaları 

belə xürafat ilə  aldada bilməzsən.

C  ə m ş i d.  Ey  sükuta getmiş  Oğuz!  Oğlun dəli olmuş, başm a çarə  qıl.

Ə b d ü s s ə l a m .   Oğuz,  bu  gündən əhdimiz pozulur.  M ən  qızım Zeynəbi belə 

sərsəriyə vermərəm.

O  ğ  u  z.  Ey  Əbdüssəlam,  əhdini  tez  pozursan.  Uluğ  sərsəm  olmuşdur,  -  bu 

doğru, fəqət onu əqlə  gətirmək asandır.

U  1  u  ğ.  Ey  mənə  cünun  nami  verən  əhli-zülmat!  M ən  söylədiyim  əfsanə  deyil, 

həqiqətdir.  M ən  o  işıqlı  dünyanı  bütün  vücudumla hiss  edirəm,  görürəm,  eşidirəm. 

Sizlər isə paslanmış,  qabarlanmış  əqlinizlə  qüvvətdən düşmüş, zəifləşmiş hissinizlə 

onu dərk edə bilməyirsiniz.

S əhnə  d alından  kam an ça  səsi  gəlir.

Ah...  Yenə  qulağıma  o  dünyanm  musiqi  sədası  gəlir...  Dinləyin,  dinləyin... 

Eşidirmisiniz?

Q o c  a 1  a r.  Eşitmirik.

U 1 u ğ.  Eşitməyirsiniz,  çünki karsmız...

Y u x arıd an   ağ  işıq  görünür.

Bax...  bax...  o  səmadəki nuri  görürmüsünüz?

Q o c  a 1  ar.  Görmürük.

U  1  u  ğ.  Görmürsünüz,  çünki  korsunuz.  Ey  əhli-zülmət!  M ən  Oğuz  oğluna 

inanmız.  Bu  divlər  tərəfindən  hörülmüş  sədləri  yıxıb,  bu  qayaları  dəlib  deşərəm, 

sizi  bu  zülmətdən  işıqlığa  çıxardaram.  H ər  kəs  mənə  inanırsa,  bu  qırmızı  inqilab 

bayrağı  altma gəlsin.

Q ırm ızı  bayrağı  qaldırır.




Z  e  y  n  ə  b.  Sənə  inanıb  bayrağm  altma  gəlirəm.  (Gəlib  bayrağın  allında 

durur.)

F i r ə n g i z   v ə Q u b a d .   Biz də  sənə inanırıq.

O n u n  tərəfın ə  keçirlər.

C  a v a n 1  a r.  Sənə inanıb bayrağm altma  gəlirik.  Uluğ tərəfə keçirlər.

Q o  c  a 1  a r.  Ey  divanələr, nə edirsiniz?

O ğ u z.  M əyər Daxnaş divin əcinnə  qoşununu unutmuşsunuz?

U  1  u  ğ.  Xeyr,  unutmamışıq.  Onlarla  qovğa  etməyə  hazırıq.  İndiyə  kimi  bizə 

mane  olduğunuz  yetər.  Çəkiliniz,  daha  bəsdir.  Səbir  kasamız  dolub  daşmış.  Ya 

hamımız bu yolda öləcəyik, ya da divlərə  qalib  gəlib işıqlı dünyaya çıxacayıq.

M arzav an   iki  n əfər m əm u r ilə  daxil  olur.

M a r z a v a n .   A!  Gizli yığmcaq!  Qırmızı bayraq!  Oğuz, bu nə işdir?  Söylə.

O  ğ  u  z.  Cənab  M arzavan,  bu  gün  bizim  bayramımızdır.  Cavanlar  bir  qədər 

şadlıq etmək istəyirlər.

C  ə  m  ş  i  d.  Cənab  Marzavan,  bu  gün bahar  günüdür.  Qədim zamandan bəri bu 

gündə  baharı  yad  edərək,  qırmızı  libas  geyib  bayram  etmək  rəsmdir.  Bu  qırmızı 

bayrağa başqa məna verməyiniz.

U 1 u  ğ.  Cəmşid baba doğru deyir.  Bu  gün bizim üçün tarixi  gündür.  Bu  gün biz 

inqilab  bayrağmı  qaldırıb  siz  zalimlərdən  xilas  olmaq  istəyirik.  Bəxtiyar,  azadə 

insanlar sırasma  girmək istəyirik.

C  a v a n 1  a r.  Bəli,  istəyirik!

M  a r z  a v a n.  A!..  Üsyan!  İnqilab!  Bunu alın!  ( Uluğu göstərir.)

Q a s ı m v ə Q u b a d   (qılınclarını sıyırıb).  Qoymarıq!

Ə  k  b  ə  r  (qılıncını  çəkib).  H ər  kəs  Uluğa  əl  qaldırarsa,  başmı  boynundan 

ayıraram.

X   u  n-x  u  z.  Görünür,  Xun-xuzun  əyri  moğol  qılmcmm  gücünü  bilmək 

istəyirsiniz.

B  a h  a d  ı r.  Cənab  Marzavan,  bu  əqilsiz  cavanlarm  sözlərinə  fikir verməyiniz, 

əfv  ediniz.  Biz  vəlinemətimiz  olan  həzrət  Daxnaşm  ən  sadiq,  xalis,  əməkdar 

bəndələriyik.  Onun  mərhəmətləri  sayəsində  səadətlə  yaşayırıq.  Ona  itaət  etmək 

bizim üçün vacib bir əmrdir.




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə