Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə40/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   36   37   38   39   40   41   42   43   ...   140

Q  a  f   a  r.  Lənət  sənə,  kor  şeytan.  Arvad,  aydmca  de  görüm,  məndən  nə 

istəyirsən?  Səni başa düşə bilmirəm.

Ş a h s ə n ə m .   Qafar,  görürəm,  əllərin  qabar  olan  kimi,  beynin  də 

qabarlayıbdır.  Başma söz  girmir.

Q a f  a r.  Axır sən mənə nə deyirsən ki, mənim də beynimə  girməsin.

Ş a h s ə n ə m .   Belə m ən onu deyirəm ki,  mən kim dən əskigəm.  M əşədi İbadm 

arvadı Keçəl Püstədənmi?  Kərbəlayı  Qulamm  arvadı  Cızdalan Nabatdanmı?  Yoxsa 

dəllək Kərbəlayı  Cəfərin arvadı ağzıəyri Fatmadanmı?  Di cavab ver.

Q  a  f   a  r.  Hə,  beləcə,  indi  başa  düşdüm.  Sən  mənnən  paltar  davası  eləyirsən, 

eləmi?


Ş a h s ə   n ə m .   O d a  var.  Amma indiki davam başqa şeydir.

Q a f  a r.  Onda başla gəlsin.

Ş a h s ə n ə m .   Yaxşı,  a  Qafar,  niyə  məni  "Şah  İsmayıl",  "Eşq  və  intiqam", 

"Hacı  Qara"  ya aparmırsan?

Q  a f  a r.  Ay  rəhmətliyin  qızı,  barı ziyarətin birini  de,  m ən də  görüm başıma nə 

çarə  qılıram.  Bu  kasadlıq  vaxtda  mən  səni  üç  ziyarətə  necə  aparım,  arvad,  Şah 

İsm ayıhn  qəbri  uzaq  ölkədədir.  O  ki  qaldı  "Eşq  və  intiqam",  "Hacı  Qara" 

ziyarətgahlanna,  onlarm  nə  adlarmı  eşitmişəm,  nə  də  müqəddəs  qəbir-şəriflərini 

görmüşəm.

Ş a h s ə n ə m .   Yaxşı,  a  Qafar,  bəs  bilmirsən,  onda  hər  axşam  sən  də,  dostun 

M irzə  Fərəc  də  evdən  çıxıb  bir  də  gecə  yarısı  gəlirsiniz.  De  görüm,  haradan 

gəlirsiniz?

Q  a f  a r.  Arvad,  sənə  min  dəfə  demişəm,  m inbir dəfə  də  deyirəm:  biz hər  gecə 

M əşədi  Əlibalanm  çayçı  dükanma  yığışırıq.  Orada  dərviş  baba  şirin-şirin 

hekayələr,  maraqlı  nağıllar  söyləyir,  biz  də  qulaq  asırıq.  Sonra  da  qəsidə  oxuyur. 

Dinləyib  axirət üçün savab  qazanırıq.  İndi  gecələr haradan  gəldiyimizi bildinmi?

Ş a h s ə n ə m .   Bu  şirin  dil ilə məni  aldada bilməzsən.  O  günü m ən də,  Gülpəri 

də  hamamda  idik.  Tratirdən  (teatr.)  söhbət  açıldı.  M əşədi  İbadm  arvadı  Püstə 

əllərini  belinə  qoyub  bizə  fors  atırdı.  Loğa-loğa  danışıb  deyirdi  ki,  ay  yazıqlar, 

allah  sizi  piti  bişirməyə,  cəhrə  əyirməyə  yaradıbdır.  Siz  evdə  qalıb  gecə-gündüz 

işləyirsiniz,  ərləriniz  də  tratirlarda  kef  çəkirlər.  "Şah  İsmayıl"  oyununa  getdim, 

M irzə  Fərəc  ilə  Usta  Qafarı  orada  gördüm.  "Eşq  və  intiqam",  "Hacı  Qara" 

oyunlanna getdim, yenə də onları orada gördüm.



Q  a f  a r.  O Püstə  arvad xırp yalan deyir.  Buna birinci  və  axırmcı  sübut odur ki, 

yalan  dediyinə  görə  qurban  olduğum  imam  Cəfər  Sadıq  onun  ağzmı  əyibdir.  Bu 

imam özü düz danışan  adam olduğuna  görə, yalan deyəni  sevmir.  O  arvad  görəsən, 

kimi  görübsə bizə oxşadıbdır.

Ş a h s ə n ə m .   A Qafar, yəni  sən bilmirsən ki,  m ən haraya getmək istəyirəm?

Q a f  a r.  Ziyarətə.

Ş a h s ə n ə m .   Hə,  o ziyarəti də tratirdə  göstərirlər?

Q  a f  a r.  Nə  mənə?  Səni  teatra  aparım?  Oyunbazxanaya?  O  möhtərəm  axund- 

mollalarımızm təqlidini çıxaran yerə?

Ş a h s ə n ə m .   Hə,  nə  var?  Nə  üçün  gözlərini  bərəldirsən.  Belə  tratira  getmək 

istəyirəm.

Q  a  f  a  r.  Arvad,  görürəm  ağlm  çaşıbdır.  Bu  axşam  vaxtı  bizi  günaha  batırma. 

Dur,  ağzmı  suya  çək.  Dur,  lüleyin  eşikdə  doludur.  Arvad  nədir,  teatra  getdi  nədir? 

Arvadlar gərək evdə otursun, pitisini bişirsin, cəhrəsini əyirsin, vəssalam.

Ş a h s ə n ə m .   Qafar,  m ən  özgə  şey  bilmirəm.  Bu  saat  durub  məni  "Eşq  və 

intiqam"  tratrina apararsan.

Q  a  f  a  r.  Arvad,  görürəm,  sən  dəli  olmusan.  M ən  necə  səni  eşqbazlıq teatrma 

aparım.  Orada bacı  qardaşa  aşiq olur.  Axırda da hər ikisi  ölür...  Onu  görən  gündən 

bəri  az  qalmışam on yeddi rükət namaz əvəzinə, yüz on yeddi rükət qılam.

Ş a h s ə n ə m .   Bax,  Qafar,  adamm  boynuna  beləcə  qoyarlar  ha.  Bəs  sən 

deyirdin ki,  oraya getmirəm.  D ur bu  saat dinməz-söyləməz məni tratiraya apar.

Q  a  f   a  r.  Arvad,  yaxşısı  budur  ki,  sənin  qol-qabırğanı  smdırmamış  buradan 

gedim.

G eyinib  gedir.



Ş a h s ə n ə m .   Cəhənnəmə  get,  gora  get.  İndi  mən  də  tratira  gedəndə  görüm 

sən nə deyəcəksən.

G ülpəri  daxil  olur.

G  ü  1  p  ə  r  i.  Salaməleyküm,  ay  Şahsənəm  bacı.  Şahsənəm.  Əleyküməssəlam, 

ay  Gülpəri.  Arvad,  çarşafmı yerə  qoy,  otur,  Qafardan söyləyəcəyəm.



G ü 1 p  ə r i.  Bəs özü hanı?  Teatra getdi?

Ş a h s ə n ə m .   Ay  arvad,  onu haradan bildin?

G  ü  1  p  ə  r  i.  Dünən  Qafar  bizdəydi.  M irzə  Fərəc  ilə  söz  qoydular  ki,  bu  gecə 

teatra  getsinlər.  M ənim  kişim  soruşdu  ki,  Qafar,  hansı  teatra  gedək,  o  da  dedi: 

bulvarm yanmdakı...  Şoqəribin adı yadımdan çıxdı.  Hə,  satır-alır.

Ş a h s ə n ə m .   Ay  qız,  elə  deyil.  M ənim yaxşı  yadım dadır ki,  onda bir it  sözü 

də var.  Hə, yadıma düşdü.  Satır ağ it.  (Satiragit).

G ü 1 p  ə r i.  Hə deyəsən,  sən düz deyirsən.  Dur ora gedək.

Ş a h s ə n ə m .   Qafargil bizi  görsələr necə olsun?

G  ü  1  p  ə  r  i.  Çarşafa  bürünərik,  tanıya  bilməzlər.  Deyirlər  o  teatra  çox  arvad- 

uşaq gəlir,  onlarm içində bizi haradan tanıya bilərlər.

Ş a h s ə n ə m .   İndi  ki,  belə  oldu,  qoy  tanısmlar.  Bəs  başqa  arvadlar  nə  üçün 

gedirlər?

G  ü  1  p  ə  r  i.  Doğru  deyirsən.  O  günü  Nabat  deyirdi  ki,  ərim  ilə  oraya 

getmişdim.  Orada cinlər yerin içindən çıxıb  şeytan ilə danışırlar.

Ş a h s ə n ə m .   Ay  arvad, nə əcəb  qorxmamış?

G  ü  1  p  ə  r  i.  Necə  qorxmamış,  bərk  qorxubdur.  Hətta  istəyibdir  durub  qaçsm, 

əri  əlindən  tutub  saxlayıbdır.  Deyibdir  ki,  qorxma,  onlar  cin  deyil,  adamlardır, 

onlarm oyunlarmı çıxardırlar.

Ş a h s ə n ə m .   Daha durma, vaxt keçir,  gedək.  Yoxsa oyunu başlarlar.

G ü 1 p  ə r i.  Gedək.

G edirlər.



Pərdə

İKİNCİ  ŞƏKİL

Əhvalat  Satiragit  teatrm m   zalmda  vaqe  olur.  Teatrm  səhnəsi  pərdə  ilə  qapalı. 

Sıralar  teatra  gələnlər  ilə  doludur.  M irzə  Fərəc  dal  sırada  oturmuş.  Qafar  birinci 

sırada baxa-baxa M irzə Fərəci  axtanr.

Q  a  f   a  r.  Adə,  görəsən,  mənim  yoldaşım   harada  oturubdur.  (Birdən  gözü 



arvadına sataşır.) Arvad,  sənsən?


Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə