Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə41/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   37   38   39   40   41   42   43   44   ...   140

Ş a h s ə n ə m .   Bəli,  mənəm.

Q a f  a r.  Burada nə  qayınrsan?

Ş a h s ə n ə m .   Tratira gəlmişəm.

Q  a  f   a  r.  Çox  qələt  etmisən,  səfeh  qızı,  səfeh.  Əl-ayağm  qm lm am ış  qalx, 

qabağıma düş.

Ş a h s ə n ə m .   Ölsəndə  getməyəcəyəm.  Bəs bir belə  arvad burada nə  qayırırlar.

Q a f  a r.  Canma dərd  qayırırlar, Düş  qabağıma.

G  ü  1  p  ə  r  i.  A  Qafar,  Şahsənəm  doğru  deyir.  Bəs  bu  qədər  arvadlarm  ərləri 

yoxdur.  Yoxsa elə  qeyrətli bir tək siz çıxmısmız.

Q  a  f  a r.  Allahu  əkbər,  bu  papaqdır,  yoxsa  sizin başmızdakı  yaylıq.  (Papağını 



yerə  vurur.)  Ədə,  bura  bax,  müsəlman  arvadı,  teatr?  Bəs  bizim  namusumuz, 

qeyrətimiz harada qaldı?

M i r z ə   F ə r ə c .   Adə,  Qafar,  Qafar buradayam.

Q  a f  a r.  A kişi, buraya gəl.

M i r z ə   F ə r ə c .   Adə, yerimiz burdadır.  Sənin bilitin də məndədir.

Q  a f  a r.  Adə, bilit cəhənnəmə,  arvadlar buradadır.

M i r z ə   F ə r ə c .   Adə, hansı  arvadlar?

Q  a f  a r.  Şahsənəm ilə  Gülpəri.

M i r z ə   F ə r ə c .   Gülpəri də?

Q  a f  a r.  Hə, hə, tez ol  gəl.

M i r z ə F   ə r ə c   (onlara  tə rə f gələrkən).  Ey  dad-bidad  Ərdəbil.  Gülpəri, 

nadürüst  qızı  nadürüst.  Hərgah  sabah  açılar,  səni  paraxoda  qoyub  birbaş  Ərdəbilə 

göndərməsəm,  mənim  atama,  babama,  yeddi  qat  əcdadımm  ərvahinə  lənət  olsun. 

Qalx, köpəyin  qızı köpək.

G  ü  1  p  ə  r  i.  Ölsən  də  getməyəcəyəm.  Bəs  bir  belə  arvadlarm  ərləri  yoxdur. 

Yoxsa kişi təkcə  siz çıxmısmız?

M i r z ə   F ə r ə c .   Bəli, müsəlman ancaq bizik.  Arvad nədir, teatr nədir?

A rv a d ların   ə llərin d ən   tu tu b   d artırlar,  sıradan  qırağa  çıxardırlar.  O n lar  d a  dartınıb 

ə llərin d ən  çıxırlar.  Z ald a   qaçırlar.  Q afar ilə M irzə  Fərəc  onları  qovurlar.

Pərdə



ÜÇÜNCÜ  ŞƏKİL

P inəçi  Q afarın  evi

M i r z ə F   ə r ə c .   Qafar,  sən bunlardan m uğayat ol,  məndə  gedib  axund M olla 

Qasım ağanı çağırım,  gəlib bu binamuslarm talağmı versin.

Q  a  f   a  r.  Yaxşı  get.  (.Mirzə  Fərəc  çıxır.)  Bax,  bura  da  teatr  deyil.  And  olsun 

atamm  ərvahinə,  bir  balaca  o  yan-bu  yan  eləsəniz,  elə  bir  sillə  çəkərəm  ki, 

yerinizdə  qalarsmız.

Ş a h s ə n ə m .   Allah vurub  səni, hünərindir əlini  qaldır.

G  ü  1  p  e  r  i.  Yaxşı,  siz  bizi  boşayarsmız,  biz  də  o  siz  bəyənmədiyiniz  kişilərə 

ərə  gedərik.  Onlar da tez-tez bizi teatra apararlar.

Q  a  f   a  r.  Allahü-əkbər,  lənət  sənə  kor  şeytan.  İndi  durub  ikisini  də  boğub 

öldürəcəyəm, ha.

Ş a h s ə n ə m .   Allah vurub  səni.  Durub  səni o  qədər döyərik ki,  arvad boşamaq 

da yadm dan çıxar.

Q  a f  a r.  Arvadm hünəri nədir ki, kişiyə əl  atsm.

Ş a h s ə n ə m .   Bax, hünəri belədir.

D u ru b   on u n la  tutaşır.  G ülpəri  də  köm əyə  gəlir.  Q afarın   a y ağ ın d an   çəkir,  Q afar  yıx ılır, 

o nu y um ruqlayırlar.  B u  h ald a M irzə F ərəc  və  o n u n   d alın ca M o lla Q asım  daxil  olurlar.

Q  a f  a r.  Ədə, M irzə Fərəc,  qoyma,  arvadlar heyimi kəsdilər.

A rv a d lar  Q afarı  bu rax ıb   M irz ə   F ərəcin   üstə  d ü şü rlər,  yu m ru q lay ırlar.  M o lla   aralaşdırır, 

o na d a bir-iki  y u m ru q   dəyir.

M  o  11  a Q  a s ı m.  Ay bacılar, bir toxtaym.  (Arvadlar dayanırlar.) Bəs mollaya 

belə ehtiram edərlər?

Ş a h s ə n ə m .   B ir  molla  ki,  gecə  yarısı  bu  iki  səfehin  sözünə  baxıb  biz 

biçarələrin talağmı verməyə  gələ,  elə  axundun ehtirammı  saxlamazlar.

Q  a f  a r.  Arvad, bəsdir, bizi biabır etdin.

M   o  1  1  a  Q  a  s  ı  m.  ü s ta   Qafar,  bir  arvad  ki,  biz  ruhanilərə,  biz  şəriət  ərlərinə 

biehtiramlıq elədi,  onu boşa getsin.  Şəriət də belə buyurub.

Q  a f  a r.  Düz buyurursan,  ağa.

Ş a h s ə n ə m .   Kül  sənin başma  a belə  ər!  A  qanmaz  kişi,  görmürsən bu molla 

nə deyir.  M ən sənin  arvadmam, yoxsa bu şorgöz mollanm?



M   o  1  1  a  Q  a  s  ı  m.  Usta  Qafar,  bu  sözdən  sonra  bu  arvadm  nigahı  pozuldu. 

İndi canm azaddır.

Ş a h s ə n ə m .   Belə kül molla başma.

M   o  11  a  Q  a  s  ı  m.  İndi  bu  arvaddan  sual-cavab  edin.  A  bacı,  sən bilirsən  ki, 

biz ruhanilər müsəlman arvadlarma teatra getməyi haram buyurmuşuq?

G ü 1 p  ə r i.  Bilmirəm.

M  o  11  a  Q  a s ı m.  Bilmirsən,  indi bil.

G ü 1 p  ə r i.  Bəs kişilərə necə?

M  o  11  a  Q  a s ı m.  Onlara da nəhy  etmişik.

G ü 1 p  ə r i.  Bəs niyə  gedirlər?

M   o  1  1  a  Q  a  s  ı  m.  Gərək  getməsinlər,  günah  da  etməsinlər.  Lakin  arvad  ilə 

kişidə  fərq  vardır.  Şeytan  həzrət  Adəmi  aldada  bilmədi.  Amma  Həvvanı  aldatdı. 

Behiştdən  hər  ikisini  çıxartdı.  Kişini,  o  oyun  çıxardanlar  yoldan  çıxara  bilməzlər. 

Arvad isə naqisüləql olar.  Tez  aldadarlar.

G  ü  1  p  ə  r  i.  Ay  molla,  bilirəm,  sən  bizim  nigahımızı  geri  oxumağa  gəlmisən. 

Sən heç zəhmət çəkmə.  M ən kəbinimi halal edib canımı  azad edirəm.  Elə rəhmətlik 

atam məni,  gözləri yaslı bu qoca kaftara vermişdi.

M i r z ə F   ə r ə c .   Nəmənə?  Qoca  kaftar?  İndi  ki,  bele  oldu  daha  səni 

boşamıram.

G ü 1 p  ə r i.  Ölsən də boşanacağam !..

M i r z ə   F ə r ə c .   M ən də boşamayacağam.

Q  a  f   a  r.  İndi  ki,  iş  bu  məqama  çatdı,  Şahsənəm,  mən  də  səni  boşamalı 

olmadım.

Ş a h s ə n ə m .   Ölsən də boşanacağam!

M   o  1  1  a  Q  a  s  ı  m.  Bir  mənə  də  qulaq  asm.  Görürəm  siz  arvad  boşayan 

deyilsiniz.  M ənim zəhm ət haqqımı veriniz,  çıxım gedim.

Q  a f  a r.  Nəmən?  Sən nə  qayırdm ki, zəhməthaqqı da istəyirsən?

M i r z ə   F ə r ə c .   Rəhmətliyin  oğlu,  bu  gecə  yarısı  gəlib  arvadlarımızı 

əlimizdən almaq istədiyin bəs deyil, bir də zəhmət haqqı istəyir.

Q  a f  a r.  Biz  arvadlarımızı boşamaq istəmirik.

M   o  1  1  a  Q  a  s  ı  m.  Cəhənnəmə  boşaymız.  M ənim  zəhm ət  haqqıma  nə 

deyirsiniz?

M i r z ə   F ə r ə c .   Uzun m üşərrəf eləmə,  dur rədd ol!



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə