Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə35/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   31   32   33   34   35   36   37   38   ...   140

M i r z ə   F ə r ə c .   Adə,  mən düz yaza bilmirəm?  M ənim kimi məktub yazmağı 

heç sənin baban da bacarmaz!

Q  a  f   a  r.  M ənim  babam  İranda  molla  imiş.  Rəhmətlik  sağ  qalsaydı,  indi 

müctəhid olmuşdu.

M i r z ə   F ə r ə c .   M ənim  də  babam  fərraş  imiş.  Rəhmətlik  ölməsəymiş  indi 

Həmədanda hakim idi.

Ş a h s ə n ə m .   A  Gülpəri,  görəsən bizi  bu  külbaşlara  ərə  verən zaman  ağılları 

harada imiş?

Q  a  f   a  r.  A  M irzə  Fərəc,  bu  dünya  gözəllərinə  elçi  gedib  bəyənən  vaxtı 

analarımızm  gözləri harada imiş?

B ay ırd a av to m o b il  fıt verir.

Ş a h s a n ə m   (pəncərədən  baxarkən).  Qafar,  qapımıza  avtomobil  gəlir.  Bu nə 

işdir?

Q a f  a r (baxır.) Nə mənə? M olla əmidir?!  Avtomobildə  gəlir?!



M i r z ə   F ə r ə c .   Kişi nə deyirsən?  (Durub  baxır.) Doğru.

M o lla   N ə srə d d in  daxil  olur.

M o l l a   N ə s r ə d d i n .   Axşamm xeyir,  a  Şahsənəm!  Gülpəri, kefin necədir?

Ş a h s ə n ə m .   Aqibətin  xeyir,  a  M olla  əmi.  M ənim  bu  evim,  eşiyim  sənə 

qurban olsun!  Bu döşəkçənin üstə otur.

M o lla   N ə srə d d in   oturur.

Q  a  f   a  r.  Arvad,  mütəkkəni  qoy,  M olla  əmi  söykənib  rahat  olsun.  Şahsənəm. 

Bu saat.


M ü tək k ə  g ətirib  qoyur.

M i r z ə   F ə r ə c .   M olla  əmi,  səndən  çox  nigəran  idik.  Dedik  görəsən kişinin 

başma nə iş  gəldi ki, bu vaxta kimi  gəlib  çıxmadı.

M o l l a N ə s r ə d d i n .   M irzə  Fərəc,  başım a  çox  qəzavü-qədər  gəlibdir. 

Söyləyəcəyəm.

Ş ah sən əm  çay tö k ü b   on u n   q ab ağ ın a  qoyur.

Ş a h s ə n ə m .   M olla  əmi,  bilirəm,  T əbriz  çayma  öyrəşmisən,  bizim bu payok 

çayı xoşuna gəlməyəcəkdir.  Kişi bazardan gec  gəldi.  Yaxşı çay  ala bilmədik.




M o l l a   N ə s r ə d d i n .   Şahsənəm,  susuzluğum  var,  hər  nə  cür  çay  olsa, 

içəcəyəm.

G ülpəri  çay tö k ü r,  Ş ah sən əm  d ə  paylayır.

Q  a f  a r.  M olla əmi!  M ənim kağızım işə  gəldi?

M o l l a   N ə s r ə d d i n .   Çoxyaxşı!

Q  a f  a r.  M irzə Fərəc eşidirsənmi?

M i r z ə   F ə r ə c .   M olla əmi,  demək mollalığı  atıb Pinəçi  Qafar oldun?

M o l l a   N ə s r ə d d i n   (gülür.) Xeyr,  M irzə Fərəc hiyləyi-şər qurdum.  Sabiq 

ağalar  mənə  bihörmətlik  etmək  istədilər.  Üstümə  hücum  etdikdə  Qafarm  kağızmı 

əlimə  alıb  dedim:  - H ər kəs bu möhürlü kağızm  sahibinə  əl  qaldırsa,  özünü çekada 

görər.  Ağalar  qorxudan  özlərini  itirib  -  xeyr,  M olla  əmi  biz  səninlə  zarafat  edirik 

dedilər.


G ülüşürlər.

Q  a f  a r.  M irzə Fərəc, mənim kağızımm  gücünü  gördün?

M i r z ə   F ə r ə c .   Sənin kağızm yox, M olla əminin ustalığı, bəli.

Q  a  f   a  r.  Sənin  deməyinə  görə  kommunxozun  kağızı  sənin  narkomprosunun 

kağızmdan  alçaqdır.

M olla Nəsreddin.  Necə?  Qafar o  sözü bir də de!

Q  a f  a r.  Kommunxoz.

M o l l a   N ə s r ə d d i n .   Kommunxoz!  Qoca  Nəsirin  başma  bəla  gətirən 

kommunxoz!  A  kişilər,  öylə  ki,  ağalarm  əlindən  xilas  oldum,  bazan  bir  qədər 

dolandım.  Küçələri  çox natəmiz  gördüm.  Kommunxozun  qulluğuna  getmək fikrinə 

düşdüm.  Lakin kommunxoz sözünü unutdum.  Qocalıq əlaməti, hafizəsizlik bəlası.

G ü 1 p  ə r i.  M olla  əmi,  onda M irzə Fərəcdən xəbərin yoxdur.  Üç həftə bundan 

irəli  kişi  Qızxanım  və  Şahpəri  üçün  İrana  kağız  yazır.  Qızxanımm  kağızmı 

Şahpərinin  paketinə,  Şahpərinin  kağızmı  Qızxanımm  paketinə  qoyub  başlannı 

bağlayır.  Arvadlar poçta salırlar.  Kişi onlarm davalarmı indi də çəkir.

G ülüşürlər.

M o l l a   N ə s r ə d d i n .   Hə,  hər  kəsdən  köhnə  dumun  yolunu  soruşdum, 

cavab  əvəzinə  məzəmmət  aldım.  B ir  rus  arvadmdan  soruşdum,  cavab  əvəzinə 

qaradovoy çağırdı.  M əni özü ilə çasta apardı.



M i r z ə   F ə r ə c .   M olla əmi,  qaradovoy yox, milisioner.

Q  a f  a r.  A kişi,  sözü yenə  qələt deyirsən,  "milisner".

Ş a h s ə n ə m .   Daha  bəsdir,  yenə  mübahisəni  başlamaym.  Qoyun  kişi  sözünü 

desin.


M o l l a   N ə s r ə d d i n .   Qoyun əhvalatı nəql edim,  sonra ikinizin də  qələtinizi 

tutacağam.  M ən çasta  gedəsi  Azərbaycanm  daxili  komissarı,  orada olası.  O  mənim 

əski  dostumdur.  M əni  görcək  dedi:  A  M olla  əmi,  sən  bura  xoş  gəlmisən!  Dedim: 

Ay  oğlum,  xoş  ilə  gəlməmişəm,  məni  zor  ilə  gətiriblər.  Əhvalatı  nəql  etdim.  Çox 

güldü,  dedi:  Sən  həmişə  fəhlə-kəndli  tərəfdən  olmuşsan.  Biz  sənin  qədrini  bilirik. 

Sonra  mənə  bir  sizinki  kimi,  bir də  başqa kağız  verdi.  Dedi:  M olla  əmi,  indi  hansı 

idarəyə  istəsən,  gedə  bilərsən,  qüsurlarımızı  da  göstərə  bilərsən.  Biz  tənqiddən 

qorxmarıq.  Sonra  öz  avtomobili  ilə  buraya  göndərdi.  Yolda  ağalarm  üçün  də  bir 

yerdə  gedən  gördüm.  M ənə  elə  bellərini  büküb  baş  əydilər  ki,  heç  keçmiş  vaxt 

kəndli,  fəhlə də onlara öylə baş əyməmişdi.

G ülüşürlər.

M i r z ə   F ə r ə c .   M olla əmi,  gərək mənim də işimə bir əncam çəkəsən.

M o l l a   N ə s r ə d d i n .   Hansı işinə,  a M irzə Fərəc?

M i r z ə   F ə r ə c .   Narkomprosa deyəsən məni  şkola müəllim təyin etsin.

Ş a h s ə n ə m .   Elə bir o  qalmışdı ki,  sənin kimi  qocalara uşaq tapşırsmlar!

Q  a f  a r.  Arvad,  sən bu işlərə  qarışma...

M o l l a   N ə s r ə d d i n .   M irzə  Fərəc!  Şahsənəm  doğru  deyir.  Sən  ilə  mənim 

mollalığım keçdi.  İndi cavan adamlar lazımdır.

M i r z ə   F ə r ə c .   M olla  əmi,  başma  and  olsun  məndən  çox  qoca  adamları 

müəllim təyin ediblər.  Heç olmasa, m ən də  gecə kurslarma dərs deyərəm.

M o l l a   N ə s r ə d d i n .   İndi  səni  imtahan edərəm.  Bu təzə dili bilsən,  mən də 

təvəqqə edərəm.  (Qoltuğundan dəftərçəsini çıxarıb  baxır.)

M o l l a   N ə s r ə d d i n .   De  görüm,  idarələrin ən böyüyü hansıdır?

M i r z ə   F ə r ə c .   Sovkom.

M o l l a   N ə s r ə d d i n .   Qafar, belədir?

Q  a f  a r.  Xeyr, M olla əmi, Narsovkom?




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə