Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə32/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   28   29   30   31   32   33   34   35   ...   140

olmaq  istəyirəm.  D eyirlər  Amerikada  adamlar  çox  tez  pullanır.  Sənin jum alm   da 

dünyanm  hər  yerinə  gedir.  Qoy  amerikalılar  oxuyub  mənim  pişvazıma  çıxsmlar. 

Onda  işim  xod  olar.  Bir  az  m üddətdən  sonra  eşidərsən  ki,  M əşədi  M əhəmmədəli 

Amerikada milyonçu olubdur.

P i n ə ç i   Q a f a r .   Amerikaya  gedəndə  mənə  yazmışdı  ki,  səni  M olla 

Nəsrəddin  əmiyə  tapşırmışam  ki,  Ağa  Şirəli  kirayə  üstə  incitsə  onu  jum alm da 

hədələsin.

M o l l a   N ə s r ə d d i n .   Doğru deyirsən,  gedəndə tapşırmışdı.  İndi de  görüm, 

tapmışammı?  M əşədi  M əhəmmədəli  Amerikada  kommunxoz  olubdur,  sənə  də  pul 

göndəribdir.

G ülüşürlər.

M i r z ə F ə r ə c .   A  M olla  əmi,  indi  tap  görüm  məni  bu  bəlaya  salan  tovariş 

Narkompros kimdir?

M o l l a   N ə s r ə d d i n .   Zənnimcə Bakıda  "Tovariş Narkompros"  admda bir 

əcnəbi  şirkət  əmələ  gəlibdir.  Savadsız  adamlara  məktublar  yazıb  ciblərini  pul  ilə 

doldururlar.  Sən yazığm da çörəyini kəsirlər.

M i r z ə F ə r ə c .   M olla  əmi,  bəli,  doğrudur.  M ən  zavallmm  çörəyin  kəsən  o 

evi  bərbad  olmuş  Narkomprosdur.  Lakin  o,  şirkət  deyil,  məktəblərə  baxan  böyük 

müdirdir.

M o l l a   N ə s r ə d d i n .   Hə,  başa  düşdüm.  Görünür  o  Narkompros  Bakıda 

savad  fabriki  açıbdır.  M əmməd  Cəfərləri,  tükəzbanları  orada  oxudub  savadlı  edir 

və  sənin  də  çörəyinə  bais  olur.  Yaxşı  iş  deyil!  İranda  da  bir  zaman  istədilər 

dəmiryol  salsmlar.  M üctəhid  ağa  mane  oldu  ki,  o,  şeytan  əməlidir.  İslam  övladı 

gərək  bu  fani  dünyada  zillət,  əziyyət,  m əşəqqət  çəksin.  Ta  ki,  axirətdə  huri, 

qılmanlara nail olsunlar.

P i n ə ç i   Q a f a r .   M olla  əmi,  kommunxoz  bilirmisən  nədir?  Belə  irəlidə 

şəhərlərdə dum olardı.  Yadmdadırmı?

M o l l a   N ə s r ə d d i n .   Yaxşı  yadımdadır.  Xozeyinlər  yığmcağı.  Onlara 

qlasni deyərdilər.  Başda durana da qalava.

P i n ə ç i   Q a f a r .   Odu,  odu,  indi o  dum işinə kommunxoz baxır.

M o l l a   N ə s r ə d d i n .   Qafar, yaxşı yadım a  saldm.  Buraya gəlincə küçələrdə 

igirmi  iki  dəfə  səcdəyə  getmişəm.  Oylə  ayaq  atmışam,  başmağım  çuxura  düşüb 

yıxılmışam.  Onun  qulluğuna  getməliyəm.  Oz  aramızdır,  deyəsən,  bu  kommunxoz 

da köhnə xozeyinlər kimi işə kəm baxır.




P i n ə ç i   Q a f a r .   M olla  əmi,  o  kommunxozun  dövlətindən  Bakıda  gön-zad 

tapılmayır.  Ayaqqabı  da o  qədər bahadır ki, yaxm a düşmək  olmayır.  Onun üçün də 

mən  Pinəçi  Qafarm  işi  xoddur.  Başım  nə  ağradım,  hər  çustun  yamağma  yüz 

mindən az  almıram.

M o l l a   N ə s r ə d d i n .   Hə,  indi  başa  düşdüm  ki,  sən  nə  ücün  kommunxoz 

iddəa edirsən, M irzə Fərəc de narkomprosa qarğış.

M i r z ə F   ə r ə c .   M olla  əmi,  burada  mənim  çörəyim  kəsildi.  Vətənə  getmək 

istəyirəm.  Nə məsləhət görürsən?

M o l l a   N ə s r ə d d i n .   Məbadə  oylə  fikrə  düşəsən.  H ər kəs Azərbaycandan 

İrana  qədəm  qoyur  -  bolşeviksən  deyə  dara  çəkirlər.  Amma  bolşeviklər  də  yaman 

adamlardır.  İran  nədir,  Turan  nədir  -  hələ  desən  Hindustana  gedib  çıxacaqlar.  A 

balam,  bircə  deyin  görüm,  bu  kommunxoz,  narkompros  -  nə  dilidir  ki,  sizlər 

danışırsmız?  M ən  bu  qarğa  dilini  necə  öyrənim?  M ən  gedən  vaxtı  burada  belə  dil 

yox  idi.  O  zaman  bizim  abrazovanm  cavanlarımız  belə  danışardılar:  M ən  sizi 

səvsəm  panimat  etmirəm.  M ollalar  da  deyərdilər;  -  Şəcəri-ənacirin  zilli-təhtində 

istirahət  üçün  nüzul  etdikdən  fərəsi-müənnəsin  qürbi-fəmindən  liçam  münqəte 

olmuş anı buldunmu?

G ülüşürlər.

P i n ə ç i   Q a f a r .   M olla  əmi,  bu  bolşevik  dilidir,  gərək  öyrənəsən,  yoxsa, 

köhnə dil ilə danışarsan,  səni başa düşməzlər, tutub çekaya salarlar.

M o l l a   N ə s r ə d d i n .   A Qafar,  çeka nə deməkdir?

P i n ə ç i   Q a f a r .   Orada müqəssirlərin işinə baxırlar.

M o l l a   N ə s r ə d d i n .   Demək,  əski zamanm okrujnoy  sudu.

M i r z ə F ə r ə c .   Yox,  çeka ondan çox-çox böyükdür.

P i n ə ç i   Q a f a r .   M olla əmi, bu  axşam mənə  qonaq  gələrsən.  Ozüm də  səhər 

tezdən  yağlı  ət  alıb  Şahsənəmə  göndərmişəm  ki,  piti  qoysun.  Şahsənəmin  də 

səliqəsin  görmüsən.  Sənə bir ləzzətli piti  verəcəyəm, yanm da  sumax,  təzə  qatıq,  ağ 

kağız  kimi  lavaşa,  Cərco  qovunu,  Bakı  üzümü.  İçəri  vuraq.  M ən  də  sənə  bu  təzə 

bolşevik dilini öyrədim.  M olla əmi  gəlir?

M o l l a   N ə s r ə d d i n .   Şahsənəmin  pitisindən keçmək  olmaz.  Gəlir...  M ən 

de  durum  Quba meydanmı  yoxlayım,  görüm  əski  dostlarımm  halı  necədir?  İşlərim 

çoxdur.  Gərək  cəmi  idarələri  gəzəm,  Haqq-hesablarma  baxam.  Görüm  bunlar  nə 

cür iş  aparırlar?  (Qalxır.)



P i n ə ç i   Q a f a r .   Yaxşı,  get,  amma  M olla  əmi,  ehtiyatlı  ol.  Düşmənlərin 

çoxdur,  sabiq ağalarm çoxunu  Quba meydanmda tapacaqsan.  M əndən sənə əmanət, 

müsəlman ilə danışanda  "yoldaş"  de, urus itə  "tovariş".

M o l l a   N ə s r ə d d i n .   A  Qafar,birdən  yanılıb  urusa  yoldaş  desəm  mənə 

acığı tutmaz ki?

P i n ə ç i   Q a f a r .   Bolşevik  olsa,  acığı  tutmaz.  Həqiqi  urus  olsa,  cəmdəginə 

kopuyacaqdır:  Kakoy  çort ya tebe yoldaş?

M o l l a   N ə s r ə d d i n .   Qafar, yəni o həqiqilərdən genə də var?

P i n ə ç i   Q a f a r .   M olla əmi, nə  qədər istəsən.

M o l l a   N ə s r ə d d i n .   Görünür,  onlarla bolşeviklər bacara bilməyirlər.  Hələ 

ki, xudahafiz.

P i n ə ç i   Q a f a r .   M olla əmi,  bir dayan, yaxşı yadım a düşdü.  Kişi,  başbiletin 

varmı?

M o l l a   N ə s r ə d d i n .   Xeyr,  Qafar, yoxdur.  İrandan bu  gün  gəlmişəm.  Hələ 



başbilet çıxartmamışam.

Q a f  a r.  Bəs hara düşmüsən?

M o l l a   N ə s r ə d d i n .   Təbriz mehmanxanasma.

Q  a  f   a  r.  M olla  əmi,  ehtiyat  üçün  mənim  udastaverenimi  götür,  adresim  də 

orada var.  Bir iş olsa, məni o  adres ilə çağırtdır.  (Kağızı verir.)

M o l l a   N ə s r ə d d i n .   A Qafar, bu baş biletdir, nədir?

P i n ə ç i   Q a f a r .   Bəli, başbiletdir,  adma udastaverenni deyirlər.

M o l l a   N ə s r ə d d i n .   Qafar,  görünür,  bolşeviklər  də  başbiletdən  əl  çəkə 

bilməyirlər,  ancaq admı dəyişdiriblər.  M ən getdim.  (Gedir.)

Pərdə

İKİNCİ  ŞƏKİL

Səhnə  Quba  meydanmm  bir  guşəsini  göstərir.  Vəli  bəy  qovurulmuş  şabalıd, 

Ağa  Şirəli  qovurma,  Ağa  Saleh də halva satırlar.

A ğ a  S  a 1 e h.  Halvası,  halvası!  Slatki halvası!  Nastayaşi malmalat!

V ə 1 i  b ə y.  Jrinni kaştan!  Kaştan!

A ğ a  Ş  i r ə 1 i.  Qavurma,  qavurma!  Yağlı  qavurma!

A ğ a  S  a 1 e h.  Şirəli,  malıym əsil  admı desənə?

A ğ a  Ş i r ə 1 i.  Ay onun adı batsm!  Qavurma,  qavurma!  Adı yaman,  özü dadlı!



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə