Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə30/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   26   27   28   29   30   31   32   33   ...   140

M e h r ə l i   b ə y .   Sabaha kimi möhlət istəyib bu gün qəflətən hücum  edərdik.

Ə m i r a s l a n   a ğ a .   Heç  təfavütü  yoxdur.  Bolşeviklər  biz  tərəfdən  hücum 

gözləmirlər.  Onlar inanmışlar ki,  biz hücumdan  qorxub  qaladan çıxmayacağıq.  Hər 

halda cavab vermişik.

M e h r ə l i   b ə y .   Doğru.  İndi hücum planmı buyurunuz.

Ə m i r a s l a n   a ğ a .   Cəmi  qüvvə  dörd yerə  bölünəcəkdir.  Bir  qismi  Mehrəli 

bəylə  Pəricahanm  ixtiyarmda  olub  "Laçm  yuvası"nı  müdafiə  edəcəkdir.  Yerdə 

qalan  üç  hissənin  birinin  başmda  M uxtar  bəy,  o  birinin  başmda  Səlim  bəy  və 

üçüncüsünün başm da Heydər bəy  duracaqdır.

M uxtar bəy,  sənin  dəstənə böyük əhəmiyyət verirəm.  Əgər m ən çəkdiyim planı 

əmələ  gətirə  bilsən,  şəksiz  düşmənə  qalib  gələcəyik.  O  da  budur:  dəstəni  "Laçm 

yuvası"nm  arxasmda  duran  "Keçi  dağı"ndan  endirib,  "Yaşıl  orman"  deyilən 

meşəyə keçirsən.  Sonra orman içi  ilə  gizli yürüş  edib,  Qayadibi kəndinin  arxasmda 

pusquya  yatarsan.  O  zaman  Səlim  bəy  Uçurum  dərəsindən,  mən  də  Heydər  bəylə 

Qayadibi  keçidindən  hücumu  başlaram.  Düşm ən  qüvvəsini  bizim  üstümüzə  atar. 

Sən,  M uxtar  bəy  yenə  də  pusquda  qalıb  müharibəyə  girməzsən.  Elə  ki,  gördün 

düşmənin  arxasmda  qüvvə  qalmadı,  cümləsi  hücuma  başladı,  qəflətən  arxadan 

soxularsan.  Bu plana etiraz varmı?

B  ə y  1 ə r.  Xeyr.

M e h r ə l i   b ə y .   Plan  yaxşıdır.  Lakin"Laçmyuvası"nda  qalan  qüvvəni  də 

hücuma atmalı.

Ə m i r a s l a n   a ğ a .   Yox.  O  qüvvə  ehtiyat  üçün  olub,  təhlükə  zamanı  hərbə 

atılmalı.  Daha nöqsanı varsa deyiniz.

M e h r ə l i   b ə y .   Xeyr, yoxdur.

Ə m i r a s l a n   a ğ a .   İndi  son  sözümü  dinləyiniz.  Cümləniz  şir-jəyan  kimi 

hücuma  atılmalısmız.  Geri  çəkilməni  bilmərrə  unutmalı,  beyninizdə,  fikrinizdə, 

xəyalımzda  bu  olmah:  -  İrəli,  irəli,  irəli.  Belo  olursa,  düşməni  bu  dağlardan,  bu 

qayalardan  geriyə  atıb  mülklərimizi  əlimizdə  saxlaya  biləcəyik.  Əgər  bu 

taleyimizdə  yox  isə,  ərlərə  yaraşan  mərdliklə  ölüm  şərbətini  içərik.  Bizim  üçün 

başqa yol yoxdur.  (Ayağa qalxır.) Haydı,  igidlərim,  gedək.

M olla  Sadıqdan və Hacı İmamquludan savayı hamı  gedir.

M  o  11  a S  a d ı  q.  Hacı, bu divanələrin oduna biz nə üçün yanaq?




H a c ı   İ m a m q u l u .   M olla  Sadıq, nə demək istəyirsən?

M   o  1  1  a  S  a  d  ı  q.  Bolşeviklər  bizə  qalib  gələcəklər,  buna  mənim  şübhəm 

yoxdur.

H a c ı   İ m a m q u l u .   M ənim də  şübhəm yoxdur.



M  o  11  a  S  a d ı q.  Onda bizim halımız necə olacaqdır?

H a c ı   İ m a m q u l u .   Yəqin bolşeviklər cümləmizi  qətlam edəcəklər.

M  o  11  a  S  a d ı  q.  Etməyə  də  haqları  var,  çünki  Əmiraslan  ağanm tərsliyindən 

hər iki tərəfdən çox qan tökülmüşdür,  o  indi bu uçuq qalaya pənah gətirmişdir.

H a c ı   İ m a m q u l u .   Xeyr  a!  O  cəngavərlərin  müqabilində  belə  qalalar 

davam etməz.

M   o  11  a  S  a  d  ı  q.  Cahangir  ağa  ədalətli  bir hakim  kimi  qan  tökmək  tərəfdarı 

deyil,  lakin  ağlmı  qayib  etmiş  kişi,  görmürsənmi,  eşitmək  belə  istəmir.  Hacı, 

bunlarm  içində  bir  özümlə  səni  ağıllı  görürəm.  Aqil  olan  şəxs  canım  bihudə  yerə 

güdəza verərmi?

H a c ı   İ m a m q u l u .   Xeyr,  verməz,  fikrin nədir?

M  o  11  a  S  a d ı  q.  Bolşeviklər tərəfə keçmək.

H a c ı   İ m a m q u l u .   A kişi, nə deyirsən? Dəli olmusan nədir?

M   o  1  1  a  S  a  d  ı  q.  Nə  üçün  dəli  oluram?  Biz  öz  ixtiyarımızla  bolşeviklərə 

təslim  oluruq.  Qan  tökməkdə  də  iştirak  etmirik.  Bundan  əlavə  mən  Cahangir 

ağanm  şəriət  müəllimi  olmuşam.  Sənin  də  oğlun  Həsən  onun  köməkçisidir. 

Onlardan bizə nə xəta yetişə bilər?

H a c ı İ m a m q u l u .   Bu  doğru,  fəqət  nə  yol  ilə  bu zalım  ağalardan xilas  ola 

bilərik?  Qaladan çıxmaq imkanı varmı?

M  o  11  a  S  a d ı  q.  Var.  M ən ancaq sənin razılığım  gözləyirəm.

H a c ı   İ m a m q u l u .   M ən razıyam.  Bəs  arvad-uşaq necə olsun?

M   o  1  1  a  S  a  d  ı  q.  Nə  arvad-uşaq?  Ölüm  zamanı  arvad-uşaqmı  yada  düşər? 

Gedək öz canımızı xilas edək.

H a c ı   İ m a m q u l u .   Doğru deyirsən,  gedək:

Ç ıx ırlar,  sonra  G ö v h ər 

x an ım   S ənəm in  k ö m əkliyi  ilə  alt  q atdan  Ə m iraslan   ağ an ın  

salonuna gəlir.  D iv a n ın  ü stü n d ə oturur.

G ö v h ə r   x a n ı m .   Gör  nə  zəif düşmüşəm.  B ir  mərtəbəni  çıxmağa  məndə 

taqət  qalmayıbdır.  Sənəm,  Pəricahanm  otağmdan  bir  yastıq  gətir,  bir  az  uzanıram 

rahat olum.

S ənəm  y a stıq  g ətirib  d iv an a  qoyur,  G ö v h ər x a n ım  uzanır.



G ö v h ə r   x a n ı m .   Sənəm,  qaladan nə xəbər var?

S ə n ə m.  Hələ davam edir.

G ö v h ə r   x a n ı m .   Allah,  sənə  pənah  aparıram.  Bizi  bu  qan  içici  düşmən 

əlinə vermə!  Sənəm,  deyirlər bolşeviklər körpə uşaqları da qırırlar.

S  ə  n  ə  m.  Xanım,  hamısı  yalandır.  M ən  onlardan  heç  qorxmuram.  Onlarm 

böyükləri  çox  rəhmli  adamdır.  Neçə  dəfə  təklif  etdi  ki,  mənə  qan  tökdürməyin, 

təslim  olun.  H ayıf  ki  Əmiraslan  ağa  qulaq  asmır.  Bu  gün  yenə  təklif  etmişdi, 

bilmirəm ağa razı oldu, ya yox.

G ö v h ə r   x a n ı m .   Olmaz.  M ən onun tərsliyini bilirəm,  heç kəsə  qulaq asan 

deyil.  Sənəm,  canım xəstə  olmasaydı,  gedib  o böyüyün  ayaqlarma yıxılıb  öpərdim, 

yalvarardım,  işə  qansız  əncəm  edərdi.  O,  böyük  Rusiyadan  gəlmiş.  Görəsən, 

mənim oğlumdan bir xəbər bilərmi?

S ə n ə m.  Onu bilmirəm,  ancaq Cahangir ağanm sağ olduğunu söyləyirlər.

G ö v h ə r   x a n ı m .   Ay  qız,  onu kim deyir?  Bəs niyə mənə xəbər vermirsiniz? 

O  adamı tapdırıb doğru xəbər bilərdim.

S  ə  n  ə  m.  O  günü  Əhmədgil  deyirdilər  ki,  Bakıda  bir  adam  söyləyirmiş  ki, 

Cahangir ağa Rusiyada qoşun böyüyü olubdur.

G ö v h ə r   x a n ı m .   Hər  nə  olursa-olsun,  ta  ki,  sag-salamat  olsun.  Sənəm, 

pəncərəni  aç, kürsü qoy,  oturub bir az özümü havaya verim, nəfəsim təngiləşir.

Sənəm  pəncərəni  açır,  k ü rsü   qoyur.  S o n ra G ö v h ər x an ım ın   qo lu n a girib  aparır.

S ə n ə m.  Qoy yastığı da qoyum, yum şaq olsun.

Y astığı  qoyur,  G ö v h ə rx a n ım  oturur.

G ö v h ə r   x a n ı m .   Nə  gözəl hava!  H ər yan  gül,  çiçək!  Nə  üçün bu  insanlar 

bir-birlərini  qınrlar?

S ə n ə m.  Xanım,  izin ver,  gedim, xörəyini hazırlayım.

G ö v h ə r x a n ı m .   Yaxşı,  get.

S ə n ə m (gedirkən).  Dərmanmı  gətirimmi,  içəsən?

G ö v h ə r   x a n ı m .   Yox,  lazım deyil.  Dərmandan heç bir xeyir görmürəm.

Sənəm   çıxır.  S əhnə  bir  m ü d d ət  sü k u td a  qalır.  S o n ra  tü fən g ,  to p   səsləri  g u ru ltu  

salır.G ö v h ər  x a n ım   qalx ır  ki,  pəncərəni  örtsü n ,  b u   z am an   ayaq  üstə  d u ra  bilm əy ib   yıxılır, 

T op,  tü fən g   səsi  kəsilir.  "U ra!"  sədası  qalxır.  B ir  azd an   so n ra  o  d a  k əsilir,  S ən əm   daxil  olur. 

G ö v h ər x anım ı  y ıx ılm ış  görü b   cəld  ü stü n ü   alır.




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə