Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə26/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   22   23   24   25   26   27   28   29   ...   140

H  a  d  i  1  ə  1  ə.  Pəricahan  xanım,  belə  etmə,  gəl,  sən  qoca  lələnin  məsləhətinə 

qulaq as.  Bu xanədanm dağılıb pərakəndə düşməyinə bais olma.

P ə r i c a h a n   x a n ı m .   Bais olan  sənin ağan Cahangirdir.  Bu nəsihəti ona et. 

Daha bitdi.  Gedə bilərsən!

H  a  d  i  1  ə  1  ə.  Cahangir  ağa,  Cənnət  əlinin  evində  sənin  cavabma müntəzirdir. 

Onda buyurunuz  gedək,  mənə  verdiyin  cavabı  onun özünə  ver,  yoxsa,  m ən bu  ağır 

məsuliyyəti öhdəmə  götürməkdən qorxuram.

P ə r i c a h a n   x a n ı m .   Hə,  indi başa düşdümki,  Cənnətəlininoğlu Həsənqulu 

nə  üçün  yoldan  çıxmayıb,  mənə  elə  sərt  cavab  verirdi.  Demək,  Cənnətəlinin 

ailəsinin Cahangir ağa ilə əlaqəsi varmış.

H a d i  1 ə 1 ə. Bəli.

P ə r i c a h a n   x a n ı m .   Mən,  başma  qırmanc  çəkdiyim Həsənqulunun  evinə 

getmərəm.  Ağan Cahangirin cürəti varsa, buyurub buraya gəlsin.

H  a  d  i  1  ə  1  ə.  Cahangir  ağanm  cürətini  sən  məndən  yaxşı  bilirsən.  Buraya 

gələrsə,  ona  heç  bir  xəta  toxunmaz,  çünki  sizi  əhatə  edənlərin  hamısı  onun 

tərəfdarlarıdır.  Başmdan  bir  tük  düşməyə  qoymazlar.  Əmiraslan  ağanm  bu  saat 

harada  olduğu  və  atdığı  hər  qədəm  bizə  məlumdur.  Baş  üstə,  cavabmı  Cahangir 

ağaya deyərəm,  lazım bilsə  gələr,  bilməsə  qoşuna hücum  əmrini  verər.  Daha başqa 

əmrin yoxdur ki?

P ə r i c a h a n   x a n ı m .   Yoxdur.

H  a  d  i  1  ə  1  ə  (gedərkən).  Pəricahan  xanım,  fikirləş.  Son  peşmançılıq  fayda 

verməz.  (Ç ıxır.)

P ə r i c a h a n   x a n ı m   (tək).  Ah!  Bu  gün  başlanacaq  müharibən  xatırıma 

gətirməkdən  qorxuram.  Bütün  bədənim  titrəyir.  Əmucəm  yanm da  təslim  admı 

çəkmək  mümkündürmü?  O  öz  əlləri  ilə  cəmi  evini-eşiyini  atəşə  tutub  yandırar, 

fəqət  təslim  olmaz.  (Çağırır.)  Əhməd!  Əhməd!  ('Səs  vermir.)  Səməd!  Səməd! 

Bunlar harada batmışlar?  Səfər!  Səfər!

S ənəm  daxil  olur.

S ə n ə m.  Nə buyurursan, xanım?

P ə r i c a h a n   x a n ı m .   A  qız,  nökərlər  haradadır?  Heç  səsimə  səs  verən 

yoxdur.

S ə n ə m.  Xanım,  evdə heç kəs yoxdur.



P ə r i c a h a n   x a n ı m .   Haraya  getmişlər?  (Sənəm  başını  aşağı  salıb  cavab 

vermir.) Niyə cavab vermirsən?


S ə n ə m.  Xanım,  qorxuram.

P ə r i c a h a n   x a n ı m .   Kimdən?

S ə n ə m.  Ərim Əhməddən!

P ə r i c a h a n   x a n ı m .   Nə üçün?

S  ə  n  ə  m.  Xanım,  xidmətçilərin  hamısı  bolşevikləri  gözləyirlər.  Onlar  tərəfə 

keçəcəklər.  Nökərlər Cənnətəligilə  getmişlər.  Onun oğlu Həsənqulu bolşevikdir.

P ə r i c a h a n   x a n ı m .   Sənəm,  sən də onlarm tərəfdarısan?

S  ə n ə m.  M ən yox...  Ancaq qorxuram.  Əhməd deyir ki, bizim  sirrimizi  ağalara 

versən,  səni  öz  əlimlə  boğub  öldürəcəyəm.  Xanım,  bir  Hadi  lələdən  başqa,  heç 

kimə bel bağlamaym.  O  da burada yoxdur.

P ə r i c a h a n   x a n ı m .   Ah,  safqəlbli,  sadədil  Sənəm,  indi  heç  özümə  də 

inanmıram.  Qorxma,  sirrini  bir kəsə  demərəm,  ancaq  Əhmədi  buradan rədd  etmək 

lazımdır.  Başqalarmı  da  o  yoldan  çıxarıbdır.  Onu  özüm  kəndə  göndərəcəyəm. 

Əmməm necədir?

S  ə  n  ə  m.  M üdam  böhran  içindədir.  Ayılanda  da  su  istəyir.  Xanım,  izin  ver 

mən  gedim.

P ə r i c a h a n   x a n ı m .   Yaxşı,  sən  get,  yanm da  ol,  bir  azdan  sonra  mən  də 

gələcəyəm.  (Sənəm  gedir.)  Ey  zavallı  ana,  heç  bilirsənmi  ki,  yolunu  gözlədiyin 

oğlun  nə  fikirdədir?  Baba  yurdunu  tapdayıb,  sən  xəstə  anasınm  başma  güllələr 

yağdıracaq!  Yox,  yox,  əgər  indi  buraya  gələrsə,  sağ  buraxmaram.  (Divardan 



asılmış  zinətli  xəncəri  əlinə  alır.)  Babamm  bu  şanlı  silahı  ilə  onun  xain  qəlbini 

yırtmalıyam.  (Cahangir  ağa  daxil  olur.)  Ah,  gəldi!  (Xəncəri  sıyırıb  ona  tə rəf 



yönəlir.)

C a h a n g i r   a ğ a  (döşünü gərib).  Vur!

P ə r i c a h a n   x a n ı m .   Sən nə ixtiyarla buraya qədəm basdm?

C a h a n g i r   a ğ a .   Bura mənim yurdum deyilmi?

P ə r i c a h a n   x a n ı m .   Yox.  İrəlidə  sən bu saraym,bu yerlərin sahibi Hidayət 

ağanm nəvəsi,  Əmiraslan ağanm vahid varisi  Cahangir ağa idin,  fəqət indi vətən və 

millət xaini  - bolşevik, yoldaş  Cahangirsən.

C a h a n g i r   a ğ a .   Dediklərinin  hamısı  düzdür,  lakin bir  şeydə  səhv  edirsən. 

Pəricahan,  m ən  sən deyən kimi  şanlı-şöhrətli bir ağa idim.  Lakin indi  qırmancm ilə 

döydüyün  Həsənqulu  kimi  zəhmətkeş  yoldaş  Cahangirəm.  Bəli,  burası  doğrudur, 

fəqət  m ən  vətənimin,  millətimin  düşməni  deyiləm.  Onun  məzlum,  miskin,  səfil, 

çılpaq  əməkçilərini  ən  səmimi  qəlblə  sevən  yoldaş  Cahangirəm.  Onları  əsrlərcə 

zülm  və  cəhalətdə  saxlayan  zalımlardan  azad  etmək  yolunda  çalışan  yoldaş 

Cahangirəm.




P ə r i c a h a n   x a n ı m .   Vətənin o zalımları kimdir?

C a h a n g i r   a ğ a .   Birincisi,  belə  saraylar sahibi  ağalar.

P ə r i c a h a n   x a n ı m .   Xeyr,  sənin kimi vətenine xəyanət edən alçaqlar.

C a h a n g i r   a ğ a .   Pəricahan,  alçaq o  şəxsə  deyərlər ki,  başqalarmm zəhməti 

ilə yaşaya,  zalım  o  kəsdir ki,  öz  mənfəəti  üçün başqalarmı  sıxa,  əzə,  məhv  edə.  Bu 

saat orada, bir azdan sonra burada tökülən qan, kim və nə üçündür?

P ə r i c a h a n   x a n ı m .   M illət və vətən üçün.

C a h a n g i r   a ğ a .   Yalan!  M ənim  atam  Əmiraslan  ağa  kimi  mülkədarm 

ağalığmı  saxlamaq  üçün.  Torpaqlannı  mühafizə  etmək  üçün.  M əgər  millət  yalnız 

bəylərdən  ibarətdir?  Bəs  bu  milyonlarla  kəndli,  işçi,  yoxsullar?  Yoxsa  onlar  vətən 

övladları  deyil?  Pəricahan,  ağalıq  daha  bitdi,  çünki  onu  mühafizə  edən,  onun 

yolunda  qanlarmı  sel  kimi  axıdan  kəndli  və  fəhlə  indi  hüququnu  daha  anlamış. 

Buna  sübut  kəndlilərin  bizim  tərəfə  keçməsidir.  Bu  gün  iki  qüvvə  bir-biri  ilə 

toqquşur.  Biri haqqı müdafiə edir,  digəri zülmü.  Pəricahan,  səni bu haqq yola dəvət 

edirəm.

P ə r i c a h a n   x a n ı m .   M ən  sən tərəfdə  haqq  görmürəm.  Kəndlilərin  sizin 



tərəfə  keçmələri  buna  sübut  ola  bilməz.  Onlar  bəylərin  torpağma,  belə  gözəl 

saraylarma sahib  olmaq istəyirlər.

C a h a n g i r   a ğ a .   Doğrudur.  Buna da haqları var.

P ə r i c a h a n   x a n ı m .   Hansı  qanunla?

C a h a n g i r   a ğ a .   Təbiətin  qanunu  ilə.  İşləməyən  yeməz.  Torpaq,  onu 

becərib zəhmət çəkənlərindir.

P ə r i c a h a n   x a n ı m .   M ən elə  qanun eşitməmişəm.

C a h a n g i r   a ğ a .   İrəlilərdə  mən də  sənin kimi  eşitməmişdim.  Bu torpaqlarm 

sahibi  olmağımı  göylər  təsdiq  etmiş  sanırdım.  Rəiyyətləri  özümüzün  qulu  hesab 

edirdim.  Fəqət  Karl  M arksm   əsərlərini  oxuduqdan  sonra  anladım,  haqq  yolunu 

tapdım.

P ə r i c a h a n   x a n ı m .   Sonra  da  bolşevik  oldun.  Özün  kimi  zalımlara 



qoşulub  böyük  Rusiyanı  tarm ar  etdiniz.  İndi  də  bu  gözəl  ölkəni  o  hala  salmaq 

istəyirsiniz.

C a h a n g i r   a ğ a .   Pəricahan,  zülm  yuvaları  dağılmasa,  məzlumlar  azad 

olmazlar.  İndi  yıxanqsa,  sonra  tikəcəyik.  Nə  etməli?  Əmiraslan  ağalar  öz 

ixtiyarları  ilə  tabe  olmurlar.  Pəricahan,  atamm  bizim  tərəfə  gəlməyinə  ümidim 

yoxdur,  çünki həmişə buyurmada, vurmada,




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə