Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə23/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   19   20   21   22   23   24   25   26   ...   140

Ə m i r a s l a n   a ğ a .   Çox  gözəl xəbərdir!

S ə 1 i m  b  ə y.  Əmiraslan ağa, nə deyirsən?  Çox  gözəl xəbərdir?!

M e h r ə l i   b ə y .   Əmiraslan ağa, haçandan bolşevik tərəfdarı olmuşsunuz?

Ə m i r a s l a n   a ğ a .   Səndə  haçandan  ağlmı  itirib  məndən  belə  səfeh  sual 

edirsən?

M e h r ə l i b ə y .   Doğru  buyurursan,  bu  xəbəri  eşidəndən  bəri  ağlımı 

itirmişəm.

Ə m i r a s l a n   a ğ a .   Doğrudanda,  biz  bir-birimizi  anlamırıq.  Oturun  görüm, 

bu  xəbər  sizi  nə  üçün  belə  çaşdırmış?  Qəhrəman  dağıstanlılar  düşmənimiz 

bolşeviklərə elə bir toy tutmuşlar ki, ta həşrədək yadlarmdan çıxarmazlar.

B  ə y  1 ə r (gülüşürlər.) Ha-ha-ha...

Ə m i r a s l a n   a ğ a .   Nəyə  gülürsünüz?

M e h r ə l i  

b ə y .   Öz  halımıza  gülürük.  Görünür,  əhvalatdan  müxbir 

deyilsiniz.  Qubemator  N adir bəyə  Bakıdan  teleqraf vasitəsi  ilə  xəbər  vermişlər ki, 

müsavat  hökuməti  bolşeviklərə  təslim  olmuşdur.  İndi  orada  Şura  hökuməti 

qurulmuşdur.

Ə m i r a s l a n   a ğ a .   Bu xəbər səhihmidir?

M u x t a r   b ə y .   Bəli,  doğrudur, teleqrafı Nadir bəydən alıb özüm oxumuşam.

Ə m i r a s l a n   a ğ a .   Teleqraf nə vaxt gəlmiş?

M u x t a r   b ə y .   Bu  gün səhər.

Ə m i r a s l a n   a ğ a .   Bəs nə üçün N adir bəy mənə məlum etməmiş?

M   u  x  t  a  r.  Ədil  bəy  orada  idi.  Yəqin  onunla  xəbər  göndərəcəkdir.  O  da 

gələcəkdi,  ancaq mən onu  gözləyə bilmədim, tez çıxdım.  Odur özü gəlir.

Ə   d  i  1  b  9 y  daxil  olur.

Ə d i  1 b ə y.  Yoldaşlar,  salaməleyküm.

Ə m i r a s l a n   a ğ a .   Ah, yeno  qulağıma bu söz dəydi!

Ə  d i  1  b  ə y.  Əzizim,  nə  üçün ovqatım təlx edirsən?  Yoldaş, yəni  birlikdə yola 

çıxan  adam,  məsələn:  M uxtar  bəy  məni  gözləməyib  qaçdı,  yoldaşlıq  etmədi.  İndi 

hansmızdan muştuluq almışsa,  ona şərikəm.

Ə m i r a s l a n  

a ğ a .   Ədil,  zarafatı  burax,  mənə  Nadirdən  nə  xəbər 

gətirmişsən?



Ə  d  i  1  b  ə  y.  Buyur,  öz  mübarək  dəsti-xəttilə  yazılmış  məktubu.  (Məktubu 

verir.)

Ə m i r a s l a n   a ğ a .   (məktubu  oxuyarkən).  Biqeyrətlər!  Binamuslar,  vətəni 

satanlar!  Görəsən  hərəsi  nə  qədər  rüşvət  almış.  Bəs  batmış  müsavat  əsgərləri 

harada qalmışlar?  (.Hirslə məktubu cırıb atır.)

Ə  d  i  1  b  ə y.  Hansı  əsgərləri  deyirsən?  Xan,  bəy,  tacir övladlarmdan toplanmış 

əsgərlərimi?

M e h r ə l i   b ə y .   Ədil  bəy,  biz  buraya  bir-birimizə  tənə,  məzəmmət  etməyə 

yığışmamışıq.  Sənin  də  oğlun  olsaydı,  hamıdan  tez  İrana,  Turan  qaçırtmışdm.  Biz 

buraya,  Əmiraslan ağanm məsləhətinə toplaşmışıq.  Nə tədbiri varsa, buyursun.

Ə m i r a s l a n   a ğ a .   M üsavat  hökuməti  bolşeviklərə  təslim  olmuşdur,  fəqət 

mən  Hidayət  ağanm  oğlu  Əmiraslan  elə  dinsizlərə  təslim  olmaram.  Buyursunlar, 

zor  ilə  tabe  etdirsinlər.  Bu  mənim  cavabım!  Hansmız  mənimlə  həmrəydir, 

buyursun,  gözüm üstə yeri var.  H ər kəs papaq əvəzinə başma  arvad yaylığı  örtmək 

istəyirsə,  ona  da  yol  açıqdır.  Getsin,  bolşeviklərə  qul  olsun.  Bu  mənim  sizə 

deyəcək  axırmcı  sozüm.  O babalarım  tərəfindən təm ir olunmuş  "Laçm yuvası"  adlı 

qalanı  görürsünüzmü?  (Barmağı  ilə  açıq  pəncərədən  görünən  köşkü  göstərir.) 

İdiyədək  bir  düşmənə  təslim  olmamış,  nə  qədər  də  mən  sağam  təslim 

olmayacaqdır.

Ə d i  1  b  ə y.  Babalarm onu kim in qüvvəsi ilə  saxlamışlar?

Ə m i r a s l a n   a ğ a .   Doğrudur.  İndi  həmin  kəndlilər  daha  siz  ağalara  qul 

olmaq istəmirlər.  İndi onlar  "Cəmi insan birdir"  deyə haqlarım tələb edirlər.

M u x t a r   b ə y .   Haqlarmı tələb  etsələr,  dərd yarıdır.  İndiyə kimi yerləri bizim 

üçün becərmişlər,  qoy  indi  də  özləri  üçün  becərsinlər,  lakin  onlarm fikri  hökuməti 

özlərindən qurub, bizlərə  ağalıq etməkdir.

Ə m i r a s l a n  

a ğ a .   Ha-ha-ha...  Həsənqululardan,  cənnətəlilərdən, 

fatmanisalardan  hökumət!  Dünya  dəli  olmuşdur?  Dayanm,  bu  saat  o  hökumət 

üzvlərini  sizə  təqdim  edəcəyəm.  (Q ışqırır.)  Əhməd,  Səməd,  Səfər.  (Nökərlər  cəld 



daxil  olurlar.)  A  gədələr,  bu  saat  cəmi  xidmətçiləri  buraya  toplarsmız,  deyin  ağa 

çağırır.  Gec  gələnin dərisi  qırmancımm altmda çıxacaqdır.

N  ö k ə r 1 ə r.  Baş üstə,  ağa.

Ə m i r a s l a n   a ğ a .   H aydı!

N ö k ə rlər cəld  çıxırlar.



S  ə  1  i  m  b  ə  y.  Bu  axır  vaxtlarda  kəndlilər  lap  yollarm dan  çıxmışlar.  Biz 

ağalarma əsla itaət etmirlər.

H e y d ə r   b ə y .   Bizlərin  cümləsindən  ağıllı  Ədil  bəy  çıxdı.  Vaxtmda  cəmi 

mülkünü  satıb,  pullarmı  ciblərinə  doldurdu.  İndi  asudə  yeyib-içib  gəzir.  Nə  mülk 

və nə də övlad dərdi çəkir.  Bir arvadı var,  o da özündən qocadır.

Ə d i 1  b  ə y.  M ənə kəndlilər tərəfindən heç vaxt xata toxunmaz,  çünki mülküm 

də  olan  zamanı,  indi  də  onlarla  ədalətlə  rəftar  etmişəm.  Dar  günlərində  onlara 

kömək  etmişəm.  Onlarla  bərabər  hər  fəsildə  qan-tər  içində  işləyib  torpaq 

becərmişəm,  kəndlilər  ilə  dostluq  edib  evimə  çağırmışam,  evlərinə  qonaq 

getmişəm.  M ən  onlarla  belə  rəftar  edib  m ülkədar  olmuşam.  Siz  nə  cür  rəftar 

etmişsiniz? Kəndlilər qırmancdan başqa sizdən bir mehriban  söz eşitm əm işlər...

Ə m i r a s l a n   a ğ a .   Çünki  sənin baban kəndli olmuş.  Nəcabətdə  sənin haqqm 

yoxdur.

Ə  d  i  1  b  ə y.  Oraya  əl  atsaq,  çoxlannızm  babalarmm  xanlarm  qapısmda nökər 



və mehtər olduğu meydana çıxar.

M e h r ə l i   b ə y .   Ədil bəy,  mənim  silsiləmdə  kimsənin  qapısmda nökər və ya 

mehtər  olmuş  şəxs  yoxdur.  M ənim  ulu  babam,  N adir  şahm  müqərrəb 

sərkərdələrindən olmuşdur.

M u x t a r   b ə y .   M ənim  əcdadım  da  elə  alçaq  vəzifə  sahibi  olmamışdır. 

Mənim  nəslim  şanlı,  şərəfli  Turanm  cahangiri  Teymur xanm  nəslindəndir.  Şübhən 

var isə tarixə bax.

Ə  d  i  1  b  ə  y  (rişxəndlə).  İnanıram,  əzizim,  tarixə  baxmağa  lüzum  yoxdur. 

Ancaq  bilmirəm  nə  üçün  Teymur  xanda  dayandm?  Yuxarı  qalxmadmız?  Odu, 

Heydər bəy  qurcalanır.  Bu saat əcdadmm ululuğunu aparıb Nuha çıxardacaqdır.

H e y d ə r   b ə y .   Necə?  Yoxsa mənim nəslimin qədimliyinə  şübhə edirsən?

Ə  d i  1  b  ə y.  Xeyr,  əstəğfürullah!  Sənin familiyan İranm əski Keyan mülkünün 

nəslindəndir.  Səlim  bəyinki  daha  qədimdir.  Pişdadyan  sülaləsindən  Cəmşidin 

doğmaca  nəvəsindən  törəyibdir.  Əmiraslan  ağa  isə  o,  Tütəng  xanm  övladmdan 

törəmədir,  Tütəng xan da Nuh Nəbinin doğmaca nəticəsidir.

B u  h ald a  Ə hm əd,  Səm əd,  Səfər,  Sənəm   və  bir  dəstə  arvad,  u şaq,  kişi  q o rx a-q o rx a  daxil 

olurlar.



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə