Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə20/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   16   17   18   19   20   21   22   23   ...   140

TÜRK BİRLİYİ

B ir pərdədə,  məişətimizdən  bir şəkil 

İŞTİRAK EDƏNLƏR

H e y d ə r q u l u   a ğ a

C ə f ə r   b ə y

N ə c ə f b ə y  

}  B əy lər

S ə f ə r   b ə y

F i r i d u n   b ə y  - təbib.

S ə m ə d   b ə y  -  m ühəndis. 

}  Z iy alılar

R ə s u l   b ə y   -  vəkil.

M i r z ə   K ə r i m  -  m üəllim .

Ə  1  i  b  ə y -  student.

H a c ı   C ə b r a y ı l

K ə r b ə l a y ı   H ü s e y n  

}T acirlər

M ə ş ə d i   X u d a v e r d i

Ə h v alat Q afqaz  şə h ərlərin d ən  b irin d ə  vaqe  olur.  C əfər  bəy ax şam   saat 7 -d ə  qonaqlarını 

gö zləy ərək  H ey d ərq u lu   ağa ilə  sö h b ət edir.

C ə f ə r   b ə y .   Heydərqulu  ağa,  m ən bu  işi  boynuma  çəkmişəm və  ümidvaram 

ki,  yürüdəm,  ancaq  rica  edirəm  ki,  özünü  bir  az  saxlayasan.  Xasiyyətin  tünddür, 

heç zad üstə b an t kimi partlayırsan.

H e y d ə r q u l u   a ğ a .   Cəfər  bəy, sən öləsən, hərgah 

məni padşahlıq

dumasma  vəkil  seçməsələr  -  cəmi  mülkümü,  evimi, eşiyimi satıb  Firəngistan  deyə

birbaş  gedəcəyəm.  M ən belə xəcaləti, töhməti yeyə bilmərəm.

C ə f ə r   b ə y .   İndi  m ən  bu  məclisdə  məsələnin  başmı  açacağam  və  səni  də 

dövlət dumasma vəkil  seçməyi işarə edəcəyəm.

H e y d ə r q u l u   a ğ a .   Nə  üçün  işarə  edirsən?  Açıq-aşkar  de  ki,  Heydərqulu 

ağadan layiqli heç kəs yoxdur.  Gərək onu seçək.

C ə f ə r   b ə y .   Odur  ki,  tədbirin  yoxdur.  Əvvəl  camaatm  xahişini  duymaq 

lazımdır.  Sonra da ona görə iş  görmək.




B u  h ald a N ə c ə f   bəy,  S əfər  bəy, F irid u n   bəy, R əsul  bəy, H acı  C əb ray ıl, M irzə  K ərim   və 

sair  q o n aq lar daxil  olurlar.

C ə f ə r   b  ə  y.  Ya  allah.  X oş  gəlmisiniz.  Buyurunuz,  buyurunuz.  N əcəf bəy, 

Səfər  bəy,  siz  buraya  buyurunuz.  Hacı  əmi,  M irzə  Kərim  buyurunuz  buraya, 

divanm üstə əyləşiniz.

Q o n aq lar otururlar.

H e y d ə r q u l u   a ğ a  (Əli  bəyə).  Qardaşoğlu,  kefin necədir?  Görünür student 

paltarmı  çox sevirsiniz.

Ə  1  i  b  ə  y.  Əmi,  işarənizi  başa  düşürəm,  ancaq  təqsir  məndə  deyil.  Özünüzə 

məlumdur ki, bu son illərdə Rusiyada elm təhsil etmək çox çətindir.

H e y d ə r q u l u   a ğ a .   M əncə  təqsir özünüzdədir,  mənim  təsəvvürümə  görə 

studentlər dərslərini  buraxıb  padşahlıq  işlərinə  qarışmaqları  eyn  səfahətdir.  Bunlar 

tətil  edib  dərs  oxumamaqdan  dövlətə  nə  zərər  toxunacaqdır.  M ənə  görə  hökumət 

dəxi də  şad olur ki, universitetlər bağlanıb padşahlığm xərci  azalar.

S ə m ə d   b ə y .   Xeyr,  Heydərqulu  ağa,  səhv  edirsiniz.  Darülfünunlann 

bağlanması  dövləti  neçə  il  geriyə  salıb  böyük  zərərlərə  bais  olur.  Bu  saat 

mühəndislərə böyük ehtiyac vardır.

F i r i d u n   b ə y .   Həkimlərə də həmçinin.

M i r z ə K ə r i m .   Doğrudanda,  studentlər  hürriyyət  uğrunda  çalışıb  böyük 

qurbanlar verirlər.  Bunu inkar etmək olmaz.

R  ə  s  u  1  b  ə  y.  Biz  də  student vaxtmda  az  çalışmamışıq,  padşahlıq  dumasmm 

açılmasmda bizim də payımız var.

N ə c ə f   b ə y .   Onlar  hamısı  cavanlıq  əlamətidir.  M ənim  kibi  sinnə  dolanda 

unudulub  gedir.

H a c ı   C ə b r a y ı l .   Bunu  N əcəf bəy  doğru  deyir.  M ənim  oğlumda  göydən 

gedir.  Deyirəm  oğul,  sənin  Germaniyada  aldığm  təhsil  mənə  qızıl  xəzinəyə 

durubdur.  İndi  çalış pul  qazan.  Bu  gün,  sabah  evlənib  arvad-uşaq  sahibi  olacaqsan. 

Pulsuz  adamm nə dili var, nə hörməti.  Ham ıya gərək bəli, bəli,  deyəsən.

C ə f ə r   b ə y .   Camaat,  şair deyir ki:

Məsudimiz nə  qəhvə və nə  qəhvəxanədir,

Didari-yarı  görməyə bunlar bəhanədir.



İndi  əzizlərim,  sizləri  buraya  yığmaqdan  mənim  də  ümdə  məqsədim  nəinki 

qırqavulplovdur,  bəlkə,  bir  böyük  mətləb  üçün  bunlar  bir  bəhanədir.  O  mühüm 

mətləb budur:  dövlət tərəfindən elan olunur ki, padşahlıq duması  aprel  aymm 27-də 

açılır.  Ona  görə  hər  yerdə  üzvlər  seçməyə  hazırlıq  gedir.  İndi  bizə  lazımdır  ki, 

toplaşıb bu barədə məsləhət,  məşvərət edək.  Fikirlərimizi birləşdirib bir layiqli  şəxs 

üzərində  dayanaq.  Elə  olmasm  ki,  aramıza  nifaq  düşüb  hərə  bir  tərəfə  çəkə.  Belə 

olursa,  bişək  və  şübhə  bir  nalayiqin  biri  seçilib  bizi  cəmi  Rusiyada  rusvay 

edəcəkdir...

H e y d ə r q u l u   a ğ a .   Cəfər bəy,bağışla  sözünü  kəsirəm.  Deyirlər ki,  Motal 

Qurbanəlinin  oğlu  Ayı  Kərim  bərk  deputatlıq  şevqinə  düşübdür.  Özü  də  harada 

oturursa  deyir  ki,  şəhər  dumasmda  məndən  yaxşı  danışan  yoxdur.  Siz  öləsiniz 

istəyir  onu  zarafat  üçün  seçəsən  və  dövlət  dumasmm  vəkilləri  knyazlara,  qraflara 

belə  rekamandasiya  (tövsiyə)  edəsən;  rica  edirəm  tanış  olasmız,  Qafqaz  vəkili 

Motal  Qurbanəlinin oğlu  Qalayçı M əhəmməd  Cəfərin nəvəsi Ayı Kərim.  Ha...  ha... 

ha...

C ə f ə r   b ə y .   Heydərqulu  ağa  doğru  buyurur.  Dövlət  dumasmm  üzvlüyü  nə 



dərəcədə böyük mənsəb  olduğunu cümləniz bilirsiniz.  Bu duma  şəhər duması  deyil 

ki,  hər  əttar,  baqqal  başmaqlarmı  taqqıldada-taqqıldada  gəlib  iclasda  filan  küçədə 

neçə  fanar  asılsm,  filan  adama  çayxana  açmağa  izin  verilsin,  ya  yox  deyə 

boşboğazlıq  edib  vaxt  keçirsinlər.  Bu  duma  padşahlıq  dumasıdır.  Oraya  seçilən 

vəkillər də  gərək padşaha layiq  şəxslər olsunlar.  Belə  ki,  hər bir  şeydən  artıq  gərək 

əsli,  nəcabəti  olsun,  taki  adı,  familiyası  çəkiləndə  deməsinlər  ki,  bu  cürə  adam 

eşitməmişik.  Sonra  qədd-qamətli  olsun  ki,  gözə  görünüb  secilsin.  Uca,  gur  səsi 

olsun  ki,  danışdığı  sözünə  qulaq  asıb  fikir  versinlər:  mənim  təsəvvürümə  görə 

seçilən  vəkil  gərək  bu  süfətlərə  sahib  olsun.  Səhv  edirəmsə,  buyurunuz,  səhvimi 

deyiniz.


F i r i d u n   b ə y .   Bəli,  səhv  edirsiniz.  Özü  də  artıq  dərəcədə.  Siz  vəkilliyə 

ləyaqəti  bu  üç  sifətdə  görürsünüz.  Nəcabət,  qəd-qamət,  uca  səs.  M əyər  padşahlıq 

duması  əcayib  adamlar yığm cağıdır  ki,  elə  adam  göndərək?  Xeyr,  Cəfər bəy,  bizə 

qəd-qamətli  adam  lazım  deyil.  Bizə  elmli,  tədbirli,  zakondan,  siyasətdən, 

vətənimizin keçmişindən və hali-hazırdan baxəbər şəxs lazımdır.

M i r z ə   K ə r i m .   Məncə bu  sifətlərdə kifayət etməz.  Gərək elə  şəxs  olsun ki, 

vətənin, millətin uğrunda pulundan, malmdan, hətta canmdan



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə