Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə18/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   14   15   16   17   18   19   20   21   ...   140

N  ə b i.  Nə buyurursan,  ağa?

S ə f d ə r q u l u   b ə y .   Ədə,  oxuyan-çalanlara xəbər vermisənmi?

N  ə b i.  Bəli,  vermişəm.

S ə f d ə r q u l u   b ə y .   Bəs  niyə  gəlməmişlər?  Bu  saat  bəylər  gələcəklər,  vot 

tebe na.  Get gör nə üçün gecikmişlər.

N əb i  çıxır,  so n ra  M ehdi  bəy.  Vəli  bəy.  R ü stə m   bəy.  M əşədi  S əm əd,  S aşa  bəy  səs- 

k üylə  daxil  olurlar.

H a m ı.  Urra...  Urra...  Sağ olsun  Səfdərqulu bəy!  Sağ olsun bizim deputat!

S əfd ərq u lu  bəyi  g ö tü rü b  yuxarı  atıb-tuturlar.

S ə f d ə r q u l u   b ə y .   Qospada!  B ir dayanm,  vot tebe na, nəfəsimi  alım.

V ə 1 i  b ə y.  Ədə, bu oxuyan,  çalanlar harada qaldılar?

R əh im  v ə K ərim  daxil  olurlar.

M  e h d i  b  ə y.  Yaxşı vaxtda  gəlmişsiniz, tez bir "Uzundərə"  çalm.

Ç alırlar.

V ə 1 i  b ə y.  M ehdi bəy,  Səfdərqulu bəyin havası o deyil.

M  e h d i  b  ə y.  Vəli bəy, rica edirəm,  iki dostun arasma girmə.  (Oynayır,  sonra 



Səfdərqulu  bəyin  əlindən tutur.)  Gəl oynayaq, vəfalı dostum.

O ynayırlar,  qeyriləri  də  çırtıq   çalırlar,  so n ra otururlar.

R ü s t ə m b ə y .   Qospada,  səhərə  kimi  buradayıq.  Yeyəcəyik,  içəcəyik, 

oynayacağıq.  Qumar  vuracağıq.  Ancaq  gərək  qabaqca  işimizi  qurtaraq.  Ruslarda 

bir məsəl var,  deyərlər:  Kuy, jelezo poka qoryaco.

M ə ş ə d i   S ə m ə d .   Rüstəmbəy,  mənasmı deyinizki,  məndə başa düşüm.

R ü s t ə m   b ə y .   Yəni  dəmiri  qızğm  ikən  yastıla.  M əşədi  Səməd,  indi  başa 

düşdünmü?

M ə ş ə d i S ə m ə d .   Bəli,  çox yaxşı  başa  düsdüm.  Siz  deyirsiniz  ki,  M əşədi 

Səməd,  belə  fürsət  ələ  düşməz,  Səfdərqulu  bəydən  Qırx  manat  dükan  borcunu 

almaq vaxtı  gəlmişdir.



R ü s t ə m   b ə y .   Rəhmətliyin oğlu,  sən Nuhinəbinin borcundan dəm vurursan. 

M ən hal-hazırdan danışıram.  Bu adamlar şahiddir ki, m ən  Səfdərqulu bəyin deputat 

seçilməsi yolunda nə  qədər çalışmışam.  Qospada,  doğrudurmu?

H a m ı.  Doğrudur.

R ü s t ə m   b ə y .   Ona-buna  mən  ölüm  demişəm.  Cürbəcür  hiylə  qurmuşam, 

axırı  özümü  onun  seçki  qutusuna  nəzarətçi  təyin  etdirmişəm.  Qospada, 

doğrudurmu?

H a m ı.  Doğrudur.

R ü s t ə m b ə y .   Özünüz  bilirsiniz  ki,  bizim  adamlarm  əksəri  seçki  işinə  bələd 

deyillər.  Bundan  istifadə  edərək  xam  adamları  belə  aldatmışam:  Əmi,  heç  seçki 

görmüsən?  -  xeyr,  oğlum,  görməmişəm.  A1  bu  yum ru  şeyi  özün  sal.  -  Xeyr,  əmi 

onu  eləmək  olmaz,  ancaq  sənə  kömək  elərəm,  -  onun  əlindən  tutub  qutunun 

pərdəsini  qaldıraraq,  -  bax,  əmi,  şarı  belə  salarlar,  deyə  kişinin  əli  ilə  ağ  şar 

saldırmışam.  Bax,  imanımı  belə  satmışam.  (Gülüşürlər.)  Bu  üsul  ilə  nə  qədər  şar 

salmışam,  özüm də hesabmı itirmişəm.

M  e h d i  b  ə y.  Sənin dediyindən belə çıxır ki,  hamı işləri sən görmüsən?

R ü s t ə m   b ə y .   Xeyr,  M ehdi  bəy,  mən  haqqı  itirən  adam  deyiləm.  Hammız 

işləmisiniz.  Xüsusən siz, M ehdi bəy.

S  a  ş  a  b  ə  y.  Rüstəm  bəy,  kela  çox  uzun  danışmaq  lazım  deyil.  Borcunu  de 

görüm.


G ülüşürlər.

R ü s t ə m   b ə y .   Hər ağ  şara bir manat istəməyə haqqım var,  onu da dedim ki, 

hesabmı itirmişəm,  ona görə  80 manata iktifa1  edirəm.

ə 1 i  b  ə y.  Çox insaflı  adamsan,  mən çalışmağımı hesab  etmirəm,  çünki dost, 



dost  yolunda  canmı  qoyar.  Lakin  Səfdərqulu  bəydən  halalca  altmış  manat  qumar 

borcunu istəyirəm.

M  e h d i  b  ə y.  Qospada,  sizdən  sual  edirəm, bu işin banisi kim dir və bu yolda 

hamıdan artıq çalışan kim olmuş?

H a m ı.  Siz.

M  e h d i  b  ə y.  Vəli bəy,  sən vəkilsən,  belə  işlərdə məharətin var,  məsələn,  bir 

belə işi  götürüb  sudda udsan neçə  alardm?

ı

K ifayətlənm ək




V ə 1 i  b ə y.  İki mindən az almazdım.

M  e h d i  b  ə y.  M ənciyəz yüzcə manat istəyirəm.

S ə f d ə r q u l u   b ə y .   Qospada, hammızı razı edəcəyəm,  hələ kef zamanıdır.

R ü  s t  ə  m bəy.  Yox,  yox,  şərti  belə  kəsdik ki,  əvvəl borc,  sonra kef.  Qospada, 

belədirmi?

H a m ı.  Bəli, bəli...  (Onu əhatə edirlər.)  Tez ol ver.

S ə f d ə r q u l u   b ə y .   Qospada, bir dayanm, vot tebe na.

H a m ı.  Tez ol ver.

S ə f d ə r q u l u   b ə y .   Görünür, bir Saşa bəyə borcum yoxdur.

S  a  ş  a b  ə y.  Kela,  necə yoxdur.  Ağlamayan uşağa  süd verməzlər?  Dünən  gecə 

özün  demədinmi,  Saşa,  bu  bangi  aparsam,  sənə  əlli  manat  dəsxoş  verəcəyə. 

Apardm,  amma vermədin.  Kela, kişinin sözü bir olar.

G ülüşürlər.

M   e  h  d  i  b  ə  y.  Saşa  bəy  doğru  deyir,  hamımız  şahidik.  Dünən  bizdən  dörd 

min manat pul  aparmısan.

S ə f d ə r q u l u   b ə y .   (cibindən portm onetini  çıxardır.)  Ala,  bu  sənin,  bu 

sənin, bu sənin, bu sənin, bu da sənin.

N  ə b i  (yemək otağından  qaçaraq gəlir.) Ağa, m ən qaldım.

S ə f d ə r q u l u   b ə y .   Ala, bu da sənin.

H a m ı.  Sağ olsun  Səfderqulubəy!  Sağ olsun bizim deputat!  Urra...

M ə ş ə d i   S ə m ə d .   Rüstəm   bəy,  ura-ura  deməkdən  boğazım  qurudu. 

Yaşlamaq lazımdır.

S  a ş  a  b  ə y.  M əşədi  Səməd, kela lap ürəyimdən dəm vurdun.

D o k to r A zad   bəy p alto lu ,  əlində  əsa daxil  olur.

A z a d  b ə y.  Qospada, bu nə ura-uradır.  Yoxsa  Səfdərqulu bəyə toy  edirsiniz?

M  e h d i  b  ə y  (kənara).  Nə pis vaxtda gəldi.

S ə f d ə r q u l u   b ə y .   Həkim,  xoş  gəlmisən,  buyurunuz.  Nəbi,  Nəbi...  (Nəbi 

yem ək otağından gəlir.) Adə,  doktorun paltosunu tut.

A z  a  d  b  ə  y.  Xeyr,  xeyr,  gedəsiyəm.  Küçədə  Nağı  bəyin  oğlu  gözləyir.  Atası 

ağır xəstədir,  dalımca gəlmiş, vaxtım yoxdur.

S ə f d ə r q u l u   b ə y .   M ənim  sağlığıma  bir  stəkan  şampanski  içməyə  də 

vaxtm yoxdur?  Vot tebe na!



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə