Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə21/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   17   18   19   20   21   22   23   24   ...   140

da  keçə  bilsin.  Burada  bəylik,  xanlıq,  rəiyyətlik  bilmərrə  gərək  mülahizə 

olunmasm.

S ə m ə d   b ə y .   Parlamanlar  məhkəməyə  bənzər.  Orada  Rəsul  bəy  kimi 

vəkillər artıq m ənfəət gətirə bilərlər.  Firidun bəy  düz buyurur.  Gərək zakon biləsən, 

bu da vəkil işidir.  Natiqlik də  onlarm  sənətidir.

K ə r b ə l a y ı   H ü s e y n .   M ən  ticarət  üçün  bir  neçə  dəfə  zağranitsaya 

getmişəm.  Orada  çoxdan parlamanlar  işləyir.  Zağranitsada  oxumuş  cavanlarımız  o 

üsula  yaxşı  bələddirlər.  Məsələn,  bacmm  oğlu  Əli  Heydər  parlaman  zakonlarmı 

yaxşı bilir.  Özü də üç xarici dildə danışır.

M ə ş ə d i   X u d a v e r d i .   Kərbəlayı  düz  deyir.  Çox  layiqli  oğlandır.  Fikir 

eləməyiniz  ki,  bacım  oğlu  olduğuna  görə  tərif  edirəm.  Xeyr,  doğrudan  da  başlı 

oğlandır.

Ə  1  i  b  ə  y.  Bu  işdə  qohumluq,  dostluq,  aşnalıq  gözləmək  lazım  deyil.  Məhz 

vətənimizin  xeyrini  mülahizə  etmək  lazımdır.  Bizim  ölkədə  nəcabətdə,  mal 

dövlətdə  hamıdan  artıq Heydərqulu  ağadır.  M ənim  özüm  də  üç  ildir ki,  onun  pulu 

ilə  təhsil  edirəm,  lakin  bununla  belə  o  da  seçkiye  qutu  qoya  Firidun  bəy  də,  mən 

insafımdan keçib Firidunu qoyub Heydərqulu ağaya şar salmaram.

H e y d ə r q u l u   a ğ a   (tez ayağa qalxıb).  Necə?  Necə?  Nə  deyirsən?  A  gədə 

Firidun, bir gör onun ağzmdan çaxır iyi  gəlirmi?  Yəqin o buraya içib  gəlmiş.

F i r i d u n   b ə y .   M ən  sizin  nökəriniz  deyiləm.  Təvəqqe  edirəm  ədəb  ilə 

damşasımz.

H e y d ə r q u l u   a ğ a .   Kəs  səsini  gəda  oğlu,  gəda!  Atan  ölənə  kimi  mənim 

qapımda  nökər  idi.  Baban  da  atamm  nökəri.  Buyur  görək,  Ağa  Firidun  bəy  mən 

səninlə  nə  tövr  rəftar  edirəm.  Sən  gərək  minlərcə  şükür  edəsən  ki,  mənimlə  bir 

məclisdə oturub  söhbət edirsən.

F i r i d u n   b ə y .   Siz  hələ  qəflət yuxusundasmız,  ayılmamısmız.  O  zaman  ki, 

siz  ağalar  dilsiz,  ağılsız  rəiyyətin  malınm,  canmm,  nam usunun  sahibi  olub  nə 

istəmişsinizsə etmişsiniz  -  getdi.  İndi hürriyyət zamanıdır.  İndi insan mülk-maaş ilə 

yox,  elm,  ədəblə  şərəf qazanır.

H e y d ə r q u l u   a ğ a .   Ha-ha-ha.  Camaat,  eşidirsiniz  nə  deyir?  Daha  biz 

Motal  Qurbanəlinin  oğluna  nə  üçün  rişxənd  edirik.  A  gədə,  mən  qəflət 

yuxusundayam ya  sən.  Ayıl,  gör nə fikrə  düşmüsən.  M əyər padşahlıq duması  sənin 

kimi köpəklər yeridir?

S ə m ə d   b ə y ,   R ə s u l   b ə y ,   M i r z ə   K ə r i m ,   Ə l i b ə y   (hamısı  birdən). 

Eyib olsun sizə, Heydərqulu ağa.



H e y d ə r q u l u   a  ğ  a.  Xeyr,  eyib  sizə  olsun  ki,  bu  kibi  eşşəyi  meydana 

çıxarıb vəkil  seçməyi təklif edirsiniz.

F i r i d u n   b ə y .   Bimərifət, nadan.

H e y d ə r q u l u   a ğ a .   A  gəda,  mən bimərifətəm?  M ən nadanam?  Ayı  oğlu,

ayı!

K ü rsü n ü   əlin ə  götü rü b   F irid u n   bəy in   üstə  h ü cu m   edir.  Q o n aq lar  ay ağ a  qalxırlar.  C əfər 



bəy H ey d ərq u lu   ağ an ın   əlin d ən  tutur.

C ə f ə r b ə y .   Heydərqulu  ağa,  sənə  qurban  olum,  sakit  ol.  Heydərqulu  ağa. 

Çəkil kənara,görüm bu pota oğlu nə cürət edib  o  sözləri mənə deyir?!.

K ü rsü  ilə  vurub F irid u n   bəy in  b aşını  yarır.  K ü y ,  qalm aqal  qalxır.



Pərdə


LAÇIN  YUVASI

Drama 3 pərdədə 

İŞTİRAK EDƏNLƏR

Ə m i r a s l a n   a ğ a - 5 0  y aşın d a,  b ö y ü k  m ülkədar.

C a h a n g i r   a ğ a  -  on u n  oğlu , 2 2  y aşın d a,  bolşevik.

P ə r i c a h a n   x a n ı m  -  on u n   qardaşı  qızı,  C ah an g irin  nişan lısı, 20   yaşında.

G ö v h ə r   x a n ı m  -  Ə m iraslan  ağ an ın   arvadı.

Ə  d  i  1  b  ə y -  C ah an g ir ağ an ın  day ısı,  b o lşev ik lərin  tərəfdarı.

H  a d  i  1  ə  1  ə  -  C ah an g irin  lələsi.

S  ə  1  i  m   b  ə y

H e y d ə r   b ə y  

}Bəylər.

M u x t a r   b ə y

M e h r ə l i   b ə y

H a c ı   İ m a n q u l u   - tacir,  60  yaşında.

M o l l a   S a d ı q  -  axund.

C əfərq u lu   -  qolçom aq,

S  ə  n  ə  m

S ə f ə r  

} Ə m iraslan a ğ an ın   x idm ətçiləri.

Ə  h  m  ə  d

B ir n eçə  qoşu n   əhli,  bir n eçə  kənd  əhli.

B İ R İ N C İ   P Ə R D Ə

H ad isə  ilk   b ah ard a,  b öyük  m ü lk əd ar  Ə m iraslan   ağ an ın   dağ  d ö şü n d ək i  k ən d in d ə  vaqe 

olur.  K ən d in   üst  tərəfın d ə  hasarlan m ış  əski  bir  k ö şk   (



qala

),  o n u n   y a x ın lıg ın d a   Ə m iraslan  

ağanın  evi.  S əhnə  Ə m iraslan   ağ an ın   o tağını  göstərir.  O tağ ın   d ivarları  və  səqfı  F ird o v sin in  

"Şahnam ə" 

ə sərin in  

q əh rəm an ların m  

rəsm i 

ilə 


m ü sev v er, 

p ən cərələrin  

şüşələri 

rən gbərəngdir.  A çıq   p ən cərələrd ən  dağlar,  çay  və  qala görünür.

G ö v h ə r   x a n ı m   (tək).  Xudaya,  m ən  nə  günahm  sahibiyəm  ki,  məni  belə 

böyük  bir  bəlaya  giriftar  etdin?  Tam  üç  ildir  ki,  gözlərimin  nuru,  ciyərparəm, 

yurdumun  çırağı,  tək  bir  övladımm  həsrətini  çəkirəm.  Cahangirim,  gözəl  oğlum, 

cavan  oğlum,  başma  nə  bəla  gəldi  ki,  bu  uzun  müddətdə  gəlib  əziz  vətəninə  çıxa 

bilmədin?  Söyləyirlər  ki,  Rusiyada  inqilabdır.  Orada  su  yerinə  qan  axır.  İnsanlar 

acmdan



tələf  olurlar.  Ya  rəbbi!  Bu  tökülən  göz  yaşım a  rəhm in  gəlsin.  Ey  uca  tanrı!  Ey 

böyük  allah!  Ey  cəmi  yaranm ışm   pənahgahı!  Oğlumu  səndən  istəyirəm. 

Ciyərparəmi  tezliklə  mənə  yetir  (Hadi  lələ  daxil  olur.  Gövhər  xanım  iztirab  ilə.) 

Hadi lələ, nə xəbərlə  gəlmisən?  Oğlumdan bir şey bildinmi?

H  a  d  i  1  ə  1  ə  (məyus  bir hal  ilə).  Xeyr,  xanım,  şəhərdə  bir  adam  qalmadı  ki, 

ondan  Cahangir  ağanı  soruşmamış  olam.  Lakin  bir  şey  hasil  olmadı.  Rusiya  yolu 

hər tərəfdən bağlı, bir gediş-gəliş yox...

G ö v h ə r   x a n ı m  (ağlar səslə).  Demək,heç ümid yox,  çarə yox...

H a d i  1 ə 1 ə.  Xanım, bircə çarə var...

G ö v h ə r   x a n ı m .   O n ə  çarədir?  Tez ol,  de, ürəyim tab etmir!

H  a  d  i  1  ə  1  ə.  Xanım,  sənə  məlumdur  ki,  Cahangir  ağanı  bu  əllərim  üstə 

böyütmüşəm.  Gecələr  nağıl  deyib  yatırtmışam.  Gündüzlər  gəzdirib  muğayat 

olmuşam.  M ən  bilirdim  ki,  onun  ayrılığma  dözə  bilməyəcəyəm.  Onun  üçün  də 

Rusiyaya  gedən  zaman  Əmiraslan  ağanm  ayaqlarma  yıxılıb  yalvardım  ki,  məni 

Cahangir  ağadan  ayırma,  onunla Rusiyaya  getməyə,  mənə  də  izin ver,  razı  olmadı. 

Bu əhvalat yadmdadırmı?

G ö v h ə r   x a n ı m .   Bəli,  yadımdadır.  Sənin  də  yadmdadırmı,  m ən  onun 

ayaqlarma  düşüb  yalvardım  ki,  məni  bədbəxt  etmə,  bu  səkkiz  il  oxuduğu  kifayət 

edər.  Bir  belə  mal-dövlət  sahibidir.  Daha  nəyə  ehtiyacı  var  ki,  cavan  ömrünü 

qürbət  ölkədə  çürüdə.  M ənim  də  sözümə  qulaq  asmadı.  Dedi:  "Gərək  mənim 

oğlum  universitet  qurtara!"  Ozün  de  bilirsən  ki,  istər  dünya  alt-üst  olsun, 

Əmiraslan ağa dediyindən dönməz.

H  a  d  i  1  ə  1  ə.  Ağanm  o  xasiyyətini  mən  də  bilirəm.  İndi  fikrim  budur  ki, 

Bakıya  gedəm,  oradan bir xəbər biləm.  Bu da mümkün olmasa, Rusiyaya  gedərəm, 

ağamı  axtanb taparam.

G ö v h ə r   x a n ı m  (təəccüblə).  Sənmi?

H  a  d  i  1  ə  1  ə.  Bəli,  mən.  Gecələr  yata  bilmirəm,  xəyalım a  cürbəcür  fikirlər 

gəlir.  Deyirəm,  bəlkə,  o  təhlükədədir,  məni  imdada  çağırır,  mənsə  burada  istirahət 

edirəm.  Yox, xanım,  daha səbir edə bilmərəm,  getməliyəm.

G ö v h ə r   x a n ı m .   Hadi lələ,  Əmiraslan ağa səni buraxarmı?

H a d i  1 ə 1  ə.  Bilirəm, buraxmaz,  lakin mən ondan izinsiz  gedəcəyəm və bir də 

ağanm  mənə  nə  ehtiyacı  var?  Qulluğunda  duran  xidm ətçilər  çoxdur.  M ənim 

getməyimdən  xəbəri  olmayacaqdır.  Sizin  də  bu  sirri  kimsəyə  deməyəcəyinizə 

əminəm.



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə