Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə29/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   25   26   27   28   29   30   31   32   ...   140

Ə m i r a s l a n   a ğ a .   Bəli,  səni,  qeyrətli  qardaşımm  igid  qızı!  De  görüm 

cırdığm  məktub  kimdən  idi?  (Pəricahan  xanım  başını  aşağı  salıb  dinmir.)  Qızım, 

niyə dinmirsən?

P ə r i c a h a n   x a n ı m .   M əktub  qırmızılarm komandiri  Cahangirdən idi.

Ə m i r a s l a n   a ğ a   (yerindən  cəld qalxıb).  Ah!  Cəfərqulu  doğru  deyirmiş! 

Ağalar,  bu  divarda  çəkilmiş  rəsmlərə  baxmız.  Bu,  Rüstəm   zalm,  o  da  oğlu 

Söhrabm  rəsmidir.  Rüstəm  müharibədə  övladmı  tanımamış,  onun  sinəsini 

paralamışdır.  M ən  isə  bu  gün  mənə  xain  olmuş  ciyərparəmi  bu  xəncər  ilə  qətl 

edəcəyəm.  İndi  Qırmızı  Orduya hücumu m ən başlayıram.  Qalxm, haydı,  ardımca!

Ə d i l   b ə y   v ə H a d i   lələd ən  b aşqa  qeyriləri  çıxırlar.

Ə d i  1  b  ə y.  Bacım Gövhər əhvalatı biiirmi?

H  a  d  i 

1  ə  1  ə.  Xeyr,  x ’stəliyi  c ’hətinc’  deməyi  məsləhət  bilmədim  və 

başqalarma da tapşırmışam ki,  deməsinlər.

Ə d i  1  b  ə y.  Yaxşı tədbirdir.  Sən  get vəziyyəti  Cahangirə  söylə,  mən də bacımı 

yoxlayıb  gəlirəm.

Ç ıxırlar.

Pərdə

ÜÇÜNCÜ PƏRDƏ 

İkinci  p ərd ən in   səhnəsi.

Ə m iraslan   ağa,  M eh rəli 

bəy,  S əlim  

bəy,  M u x ta r 

bəy,  H ey d ərb əy ,  C əfərq u lu , 

P əricah an , M o lla   Sadıq, H acı  İm am q u lu  o turub  m ü şav irə  edirlər.

Ə m i r a s l a n   a ğ a .   Qeyrətli  bəylər,  bolşevik  Cahangir  bu  məktubla  bizi 

təslimə təklif edir.  Yazır:

"Sizdən,  aldanmış  kəndlilərin  qanlan  daha  tökülməsin  məqsədi  ilə,  təslim 

olmağmızı  tələb  edirəm.  Bizə  məlumdur  ki,  o  biçarələri  "gürcü,  erməni  və  türk 

köməkləri  gələcəkdir"  deyə  aldadıb  qırdırırsmız.  Onu  da  bilməlisiniz,  təslimi  rədd 

edib  qovğada davam etsəniz,




sabah qala ahndıqdan sonra,  siz üsyançı bəylər güllə  qabağma qoyulacaqsmız.

Imza:  Cahangir"

B əy lər başlarını  aşağı  salıb  fıkrə  gedirlər.

Ə m i r a s l a n   a ğ a .   M ehrəli bəy, fikrinizi bilm ək istəyirik.

M e h r ə l i   b ə y .   Məncə,  düşmənə  hiylə  gəlməli.  Guya təslimə  hazırıq,  lakin 

iki  gün möhlət istəyirik.  Düşm ən buna razı  olarsa,  gecə  ikən bir neçə  adam  qaçırıb 

ətrafdan kömək toplanq.  Sonra iki tərəfdən hücumu başlarıq.  Birini burdan,  o birini 

düşmənin  arxasmdan.

M u x t a r   b ə y .   M ən  bu  fikrə  şərik  deyiləm.  Əvvəla,  düşmən  bizə  möhlət 

verməz.  Versə  də  bu  az  vaxtda  düşmənin  gözü  qabağmda  kim dən  q ü w ə 

toplayacağıq? M əncə,  özümüzdən başqa qeyri köməyə ümid bağlamamalı.

H e y d ə r   b ə y .   Əlimizdə olan qüvvə ilə  qalanı  saxlaya bilməyəcəyik.  Gec-tez 

onu  boşaldıb  çəkilməyə  məcbür  olacağıq.  Belə  olan  surətdə  mən  qalanı  vermək 

tərəfdarıyam.

S  ə  1  i m  b  ə y.  Cahangir  ağanm tələbi  aydmdır.  O,  təsüm  olunuz  deyir,  qalanı 

veriniz  demir.  Bizi  buraxıb  bu  boş  qalanı  ne  edəcəkdir?  Lakin  testim  şertinden bir 

şey yazmır, təslim olarsaq, bizle ne cür rəftar olunacaq? M elıım deyil.

C ə f ə r q u l u .   Səlim bəy  doğru buyurur.  Təslim  şərti  aydm  deyil.  Məncə,  biz 

də yazıb  şərtimizi məlum etməliyik.  Bəlkə,  istədiyimizi  qəbul edəcəkdir.

Ə m i r a s l a n   a ğ a .   Qızım,  səninfikrinnədir?

P ə r i c a h a n   x a n ı m .   Cahangir  hərbi  toxdadıb  ortalığa  təslim  məsələsini 

atmışdır.  Bu  iki  şeydən  xali  deyildir:  ya  budur  ki,  dogrudan  da  qan  tökülməsini 

istəmir, ya da əlində olan qüvvə ilə  "Laçm yuvası"nı  almaqdan acizdir.

Ə m i r a s l a n   a ğ a .   Afərin,  qızım,  bu  son  sözün  düzdür.  Cahangir  təslim 

məsələsi  ilə  bizə  hərbi  hiylə  gəlir.  M ənə  məlumdur ki,  o,  mərkəzdən  qüvvə  və  top 

tələb  edir,  çünki,  doğrudan  da,  əlindəki  qüvvə  ilə  qalanı  almaqdan  acizdir.  Bu 

fürsətdən  istifadə  etməli.  Təslim  tərəfdarları  bilsinlər  ki,  istər  zor  ilə,  istərsə  öz 

ixtiyarımızla bolşeviklərə tabe  olarıqsa, heç bir təfavütü yoxdur, hər iki halda güllə



qabağma  qoyulacağıq.  Onlardan  bizə  nicat  yolu  yoxdur.  Belə  olan  surətdə  öz 

əllərimizlə başlarımızı  qurbanmı verməliyik?

B  ə y  1 ə r.  Heç vaxt!

Ə m i r a s l a n   a ğ a .   Təslim tərəfdan varmı?

B  ə y  1 ə r.  Xeyr.

M  o  11  a  S  a d ı  q.  Əmiraslan  ağa, m ən də, hacı da sülh tərəfdarıyıq.

Ə m i r a s l a n   a ğ a .   Siz  bizim  işimizə  qarışmaym.  Sizin  vəzifəniz  buraya 

qoyun sürüsü kimi tökülən arvad-aşaqları  sülh ilə  saxlamaqdır.

H a c ı   İ m a m q u l u .   Biz  də  onu  istəyirik  ki,qurdlar  gəlib  bu  sürünü 

yırtmasmlar.

Ə m i r a s l a n   a ğ a .   Qorxmaym,  o  canavarlarm  müqabilində  belə  aslanlar 

durmuşlar.  (Kağız  götürüb  yazır,  sonra  oxuyur.)  Qulaq  asm,  yazdığım   cavabı 

oxuyum.

B  ə y  1 ə r.  Buyurunuz.



Ə m i r a s l a n   a ğ a .   "Laçm  yuvası"nı  almağa  laçm  kimi  igidlər  lazımdır. 

Sizin kimi bayquşlarm hünəri  deyil".

Bu cavabı bəyənirsinizmi?

B  ə y  1 ə r.  Bəyənirik.

Ə m i r a s l a n   a ğ a .   Cəfərqulu,  al,  elçiyə ver.

C əfərq u lu   alıb  gedir.

Ə m i r a s l a n   a ğ a .   İndi  planımızı  çəkək.  Bolşevik  Cahangir  sabah  qırmızı 

bayrağmı  "Laçm  yuvası"na  taxmaq  arzusundadır.  Bu  işi  sabaha  qoymaqdan  belə 

məlum  olur  ki,  o,  sabah  kömək  gözləyir.  B u  fürsəti  ona  verməməli,  onu 

qabaqlamalıyıq.  Biz hücumu bu gün başlamalıyıq.

M e h r ə l i   b ə y .   Əmiraslan  ağa,  madam  ki,  bu  fikrə  gələcəkdiniz,  mənim 

təklifimi rədd etməməliydiniz.

M u x t a r   b ə y .   Necə?

M e h r ə l i   b ə y .   Düşmənə  hücumu  qəflətən,  onun  gözləmədiyi  bir  vaxtda 

etməli.  Biz  bunun  əksinə  eməl  etdik.  Düşmənə  xəbər  verdik  ki,  hazır  ol,  üstünə 

gəlirik.


H e y d ə r   b ə y .   Biz elə cavab yazmamışıq.

M e h r ə l i   b ə y .   Mənası elə çıxdı.

S ə 1 i m  b  ə y.  Sizin fikriniz möhlət istəmək idi.  Ondan da vaz keçdiniz.

M e h r ə l i   b ə y .   Doğru,çünki bu  gün hücum  edəcəyimizi bilmirdim.

M u x t a r   b ə y .   Bilsəydin nə təklif edərdin?



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə