Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə25/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   21   22   23   24   25   26   27   28   ...   140

etmişik ki,  bolşevik hökumətinə  tabe  olmayaq.  Bizim üstümüzə  gəlsələr,  müharibə 

edib  babalarımızm yurdunu müdafiə  edəcəyik.  Bu bizim  qətnaməmiz!  Buna  siz  də 

tabe  olmalısmız.  M olla  Sadıq,  siz  M ehrəli  bəyin  itaətində  olacaqsmız,  hər  nə  əmr 

etsə,  fori  bitirəcəksiniz.  Hacı  İmamqulu,  siz  də  M uxtar  bəyin  əmrinə  tabesiniz. 

M illətdən topladığmız paranı millət yolunda m əsrəf edəcəksiniz.

H a c ı   İ m a m q u l u .   Başmıza dönüm,  Əmiraslan  ağa,  mənim param harada 

idi ki,  m əsrəf edim?

Ə m i r a s l a n   a ğ a .   Onu M uxtar bəy bilər.  O,  onun vəzifəsidir.

M u x t a r   b ə y .   O, bizim xüsusi işimizdir.  Əmrinizin dalmı buyurunuz.

Ə m i r a s l a n   a ğ a .   M olla  Sadıq,  siz  də  o  fəsahət,  bəlağət  qapısı  olan  ağzmı 

açıb  camaatı  bizim  itaətimizə  çağıracaqsmız.  İndi  cümləniz  mürəxxəssiniz. 

Gediniz,  iş  dalmca  olunuz.  (Ayağa  qalxırlar.)  O  da  məxfi  qalmasm  ki,  hər  kim 

mənim əmrimdən baş  qaçırarsa,  güllə  qabağma qoyulacaqdır.

M u x t a r   b ə y .   Hacı İmamqulu,  eşitdinmi?

M e h r ə l i   b ə y .   M olla  Sadıq,  anladmmı?

B  ə y  1 ə r.  Əmiraslan ağa, xudahafiz.

Ə m i r a s l a n   a ğ a .   Xudahafiz,  qeyrətlibəylərim .

Ç ıxırlar.



Pərdə

İKİNCİ PƏRDƏ 

B irin ci  p ərd ən in   səhnəsi.

P ə r i c a h a n   x a n ı m   (yalqız).  Ah!  Nə  dəhşətli  xəbər!  Nə  fənabir  hal! 

Qırmızı  Ordu tərəfindən  kəndlər tutulmuş.  Kəndlilər də  bolşeviklərə  qarışıb  bəylər 

üzərinə  üsyan  edirlər.  Bizim  rəiyyətə  də  etibar  yoxdur.  Bu  axır  vaxtlar 

xidmətçilərimizin  rəftarı  bizlə  büsbütün  dəyişilib.  Xanədanımızda  ən  müti,  ən 

fədakar  sayılan Hadi  lələ  də yox  olmuşdur.  Yəqin  o  da bolşeviklər tərəfə  keçibdir. 

Daha  bundan  sonra  kimə  ümid  bağlamalı?  Kimdən  nicat  gözləməli?  Ah,  harada 

qalmışsan ey  sevgili əmizadəm!  Gəl,  gəl, meydanda tək qalmış zavallı əmucənin




imdadma  çat!  Uğrunda  göz  yaşı  tökməkdən  kor  olan  xəstə  əmmənin  fəryadma 

y etiş!


H adi  lələ  daxil  olur.

H a d i  1 ə 1 ə.  Uğurlar olsun, Pəricahan xanım.

P ə r i c a h a n   x a n ı m   Ah!  Hadi  lələ!  A kişi,  haraya  getmişdin?  B ir  aydan 

artıqdır ki, yox olmuşsan.

H a d i  1 ə 1 ə. Bakıya getmişdim.

P ə r i c a h a n   x a n ı m .   Nə işə?

H  a  d  i  1  ə  1  ə  .  Cahangir  ağadan  xəbər  bilməyə.  De  görüm  Gövhər  xanımm 

xəstəliyi nədir?

P ə r i c a h a n   x a n ı m . N ə  olacaqdır?!  Cahangirin  qəm-qüssəsini çəkməkdən 

biçarə əmməm şam kimi  əriyir.

H a d i  1 ə 1 ə.  Gətirdiyim xəbərdən dirilər.

P ə r i c a h a n   x a n ı m .   Cahangirdən xəbərmi  gətirmisən?

H a d i  1 ə 1 ə. Bəli.

P ə r i c a h a n   x a n ı m .   Ah!  Ürəyim  necə  atlanır, Hadi lələ, tez ol,  söylə.  M ən 

sənin barəndə nə fikirdəydim!  Əfv et.

H a d i  1 ə 1 ə.  Yəqin fikir etmisən ki,  mən bolşevik tərəfinə keçmişəm, beləmi?

P ə r i c a h a n   x a n ı m .   Bəli,  mən  nə  edim.  Sən  yox  olmuşdun.  Əlbəttə, 

şübhəyə düşmək olardı.

H a d i  1 ə 1 ə.  Xanım, fikriniz  səhv deyil.

P ə r i c a h a n   x a n ı m .   A  kişi,  nə  deyirsən?  Doğrudanmı  onlar  tərəfə 

keçmisən?

H a d i  1 ə 1 ə. Bəli.

P ə r i c a h a n   x a n ı m .   Yox, yox,  inanmıram.  Sən məni imtahan edirsən.  Sən 

elə  qaniçici,  dünyanı  oda  tutub  viran  edənlər  tərəfinə  keçməzsən.  Sən  istəməzsən 

ki, belə  gözəl yurdumuz tarm ar olub  qızıl  qana boyana.

H  a  d  i  1  ə  1  ə.  Bu  son  sözlərinə  mən  də  şərikəm.  Lakin  bolşeviklər  qaniçici 

deyillər.  Bunlar  düşmənlərin  iftirasıdır.  Bolşeviklər  məzlumlar,  yoxsullar, 

füqareyi-kasibə  tərəfdarıdırlar.  Onlarm  fikri  işçi-kəndli  sinfini  azad  etməkdir.  Bu 

yolda  öz  qanlarmı  tökürlər.  M əgər  bu  pis  bir  hərəkətdir?  Pəricahan  xanım, 

istəyirsən  ki,  doğrudan  da,  əcdadmm  gözəl  mülkü  və  belə  binası  sən  deyən  hala 

düşməsin,  sənə  həvalə  olunan  bir  təklifi  qəbul  et.  M ən  onun  üçün  buraya 

göndərilmişəm.




P ə r i c a h a n   x a n ı m .   O n ə  təklifdir?  Səni kim  göndərmişdir?

H  a  d  i  1  ə  1  ə.  Sənə  m əlumdur ki,  Azərbaycanda  Şura  hökuməti  qurulduqdan 

sonra bir neçə  mülkədar,  bəylər  itaətdən  boyun  qaçırıb  tabe  olmaq  istəmirlər.  Ona 

görə  də  Qızıl  Ordu  hissələri  bu tərəfə  gəlib  çıxmışdır.  H ər yerdə  kəndlilər  Qırmızı 

Ordu  tərəfinə  keçirlər.  Təklif  budur  ki,  Əmiraslan  ağa  qovğasız  təslim  olsun. 

Səndən  başqa  da  onu  bu  yola  gətirən  şəxs  tapılmaz.  Bizə  məlumdur  ki,  bu  saat 

Əmiraslan ağa Nadir bəygildə bəylərlə birlikdə məşvərət edir.

P ə r i c a h a n   x a n ı m .   M ənə bu təklifi kim edir?

H a d i  1 ə 1 ə.  Cahangir ağa.

P ə r i c a h a n   x a n ı m .   Kim?  Cahangir,  mənim  sevgilim,  nişanlım 

əmizadəm?  Yox, yox elə iş ola bilməz,  inanmıram.

H a d i 1  ə 1 ə.  Buyur,  öz dəst-xətti ilə  sizə yazdığı məktub.  (Verir.)

P ə r i c a h a n   x a n ı m  (məktubu  açıb oxuyur.) Ah!  Doğru.  Cahangir bolşevik 

olub.  Ordu  başm da  durubdur,  əcdadmm  yurdunu  da  tutmaq  istəyir.  Ah,  ağlım 

çaşır!  Otaq  başıma  fırlanır.  Cahangir,  Cahangir,  hansı  şeytana  aldanıb  belə  alçaq, 

gədəyə  yaraşan  vəzifəni  öhdənə  götürmüsən?!  Məni  də,  sevgili  əmizadəni, 

məhəbbətin  uğrunda  atəşə  yanan  nişanlmı  da  belə  yola  dəvət  edirsən?  Yox,  yox, 

mən  sənin  kimi  alçaq  olmaq  istəmirəm.  Əcdadımm  yurdunu,  şərəfini  sənin  kimi 

düşməndən  müdafiə  etməyə  hazıram.  Onun  uğrunda  canımı  fəda  etməyə  hazıram. 

Hadi  kişi,  ağan  Cahangir  məndən  cavab  istəyir.  (M əktubu  cırıb  H adi  lələyə 



atarkən.)  Bu  mənim  birinci  cavabım.  (Sonra  boynundan  qızıl  medalyonu,  içindəki 

Cahangirin  rəsmi  ilə  bərabər çıxarıb Hadi  lələyə atır.) Al,  tam üç  ildir ki,  bu rəsmi 

ürəyim  üstə  sevə-sevə  saxlamışam.  Gecələr  onu  bağrıma  basıb  əzizləmişəm, 

öpmüşəm.  Ta hicran oduna dözüb təsəlli tapmışam.  Hadi kişi...

H  a  d  i  1  ə  1  ə.  Pəricahan  xanım,  kifayətdir.  M əni  oda  yaxma.  M ən  sənin 

lələnəm.  Səni  də  Cahangir  ağa  kimi  bu  əllərim  üstə  bəsləmişəm.  M ənə  Hadi  kişi 

demə.


P ə r i c a h a n   x a n ı m .   Bolşevik  tərəfinə  keçmiş  lələni  mən  istəmirəm. 

Dinlə, üçüncü verəcəyim cavab  qaldı.  Bilirsənmi o nədir?

H a d i  1 ə 1 ə.  Xeyr, xanım.

P ə r i c a h a n   x a n ı m .   İndi  görərsən,  çıx,  ey  itlərcə  qəlbimdə m əskən etmiş 

ilan!  Çıx,  ey  zəhərli,  məni  atəşə  yaxan  məhəbbət.  Orada  indi  başqa  məhəbbət, 

başqa eşq  aşiyan edəsidir.  Hadi kişi,  Cahangirə  de ki,  Pəricahanm  ürəyi  onun üçün 

daha qapanmışdır.  Açmaq istəsə xəncərlə  gəlsin.  İndi  gedə bilərsən.



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə