Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə22/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   18   19   20   21   22   23   24   25   ...   140

G ö v h ə r   x a n ı m .   Ondan  arxaym  ol,  ancaq məni  təşvişə  salan bir tərəfdən 

Rusiya yollannm  bağlanması,  orada və  Qafqazda törənən vuruşma,  çarpışma,  o biri 

tərəfdən də  sənin qocalığmdır.  A kişi, bu sinnində haraya gedib  çıxacaqsan?

H  a d  i  1  ə  1  ə.  B unlann hamısı  düzdür,  lakin  allahı  da unutmamalı,  hər bir  şey 

onun əlindədir.  Ya m əramıma nail olacağam, ya da bu yolda fot olacağam.

G ö  v h ə r xanım.  Hadi  lələ,  sənin bu fədakarlığm məni bir tərəfdən  şad edir,  o 

biri  tərəfdən  qəmgin.  Şadam ki,  belə  qorxulu üsyan zamanmda  sənin kimi  fədakar, 

əməkdar  xidmətçilərimiz  var.  Qəmginəm  ki,  bu  sinnində  istirahət  əvəzinə,  belə 

qorxulu  və  ağır  səfərə  gedirsən.  Nə  deyim?  Get,  allah  sənə  yar  olsun.  Hərgah 

oğlumu  tapıb  mənə  yetirsən,  səni  lazımmca  razı  edib  ölənə  kimi  yadımdan 

çıxarmaram.  Yola  götürməyə  lazımmdan  artıq  pul  və  qızıl  verəcəyəm  ki,  bəlkə 

onlarm gücü ilə bir iş  görə biləsən.

B u   h ald a Ə m iraslan   ağa daxil  olur.

Ə m i r a s l a n   a ğ a .   Yenə baş-başa verib nə plan çəkirsiniz?

H  a  d  i  1  ə  1  ə.  Ağa,  Gövhər  xanım  ilə  mənim,  Cahangir  ağadan  başqa  nə 

söhbətimiz olacaq?

Ə m i r a s l a n   a ğ a .   Gerçəkdən,  Cahangirdən bir xəbər yoxdur.  Özüm də mat 

qalmışam.

G ö v h ə r   x a n ı m .   Əlbəttə,  mat  qalarsan.  Sənin  tərsliyindən  indi  m ən 

bədbəxt ana, çarəsiz qalmışam.

Ə m i r a s l a n   a ğ a .   Gövhər,  sus, yenə ovqatımı təlx etm ə!

G ö v h ə r   x a n ı m .   Xeyr,bağışla,  bu  uzunmüddət  susduğum  kifayət  edər! 

Daha  bəsdir!  Səbir  kasam  dolub  daşmış.  M əni  arvad  yerində,  xanım  yerində 

qoymursansa,  övladmm  anası  yerində  qoy.  Onu  da  istəmirsənsə,  bir yad  qadm,  bir 

məzlum  insan  yerində  qoy.  Qapmdakı  nökər  qorxudan  sənə  söz  qaytarmırsa  da, 

heç olmasa üzünə baxa bilir,  lakin mən ona da cürət edə bilmirəm.  (Ağlayır.)

Ə m i r a s l a n   a ğ a .   Gövhər, məndən nə istəyirsən?!

G ö v h ə r   x a n ı m .   Səndən övladımı istəyirəm!

Ə m i r a s l a n   a ğ a .   M ən  nə  edim?  Rusiya  yolu  bağlı,  poçt,  teleqraf  da 

işləmir.


G ö v h ə r   x a n ı m .   Bəs  bunu  nə  üçün  əzəldən  fikir  etmədin?  Niyə  mənim 

məsləhətimə  qulaq asmadm?  Səkkiz  il  oxuduğu bəs idi.  Pəricahan haçana kimi onu 

gözləsin?



Ə m i r a s l a n   a ğ a .   Bəs  sənin istədiyin o  idi ki,  baqqal  Səfdərqulunun nəvəsi 

Həsənəli  məktəb  qurtarsm,  amma  Hidayət  ağanm  nəvəsi  Cahangir  ağa  yarım 

təhsildə  qalsm?  O  ki  qaldı  Pəricahana,  o  özü  gimnaziyanı  qurtarmış  bir  qızdır. 

Əmizadəsinin ali məktəbə  getməsinə çox  şad idi.

G ö v h ə r   x a n ı m .   Yaxşı,  ona  razı  olmadm,  bəs  Hadi  lələni  nə  üçün 

Cahangirdən ayırdm?  İndi belə zamanda sən də, m ən də  arxaym olardıq.

Ə m i r a s l a n   a ğ a .   Elə bu  ağıllamı  mənim işlərimə  qarışmaq istəyirsən?  19 

yaşmda  cavana  lələmi  lazım  idi?  Bundan  əlavə  Hadi  lələ  bu  sinnində  Rusiyada 

necə yaşaya bilərdi?  Getmiş olsaydı,  indi o  da qırılanlarm biri idi.

G ö v h ə r   x a n ı m  (iztirabla).  Demək,  Cahangirin də diriliyinə ümid yoxdur?

Ə m i r a s l a n   a ğ a .   Onu  demədim.O  onun  fərasətinə  baxır:  hərgah  başmda 

bir  şey  varsa,  başqalan  kimi  xarici  məmləkətə  qaçıb  canmı  qurtarar  və  bir  də 

mənim  oğlum  ruslarm  knyaz,  qraf,  baron  və  qeyri  nücəba  övladlarmdan  artıq  və 

əzizmidir?  Onlar necə olar,  o da onlar kimi.

H  a  d  i 

1  ə  1  ə.  Ağa,  Cahangir  ağa  dinc,  rəhmdil  və  hamı  ilə  mehriban  rəftar 

edin bir cavandır.  Onunla kim in işi ola billr?

Ə m i r a s l a n   a ğ a .   Belə  hərc  -  mərclikdə  onun kimi  dilsiz  -  ağısızlar tələfə 

gedə  bilərlər.  Cahangir  mənə  və  mənim  nəslimə  əsla  oxşamayıbdır.  Bax,  buna  və 

bunun  nəslinə  oxşayıbdır.  (Barmağı  ilə  Gövhər xanımı  göstərir.)  M ənim  əcdadım 

atan,  kəsən,  vuran,  yıxan,  hökmdar  bir  nəsil  olmuş.  Əbəs  yerə  familiyamız 

"Şirzadə"  deyildir.  Bax,  bizim nəslə  layiq mərhum  qardaşımm  qızı Pəricahandır:  at 

minməkdə, tüfəng atmaqda cümləni heyrətə  gətirir.

B u  h ald a P ə rica h an  x a n ım  çərkəzi  lib asd a,  əlində  qırm anc  daxil  o lu r və  qaçaraq 

Ə m iraslan   ağ an ın  b o y n u n a atılır.

P ə r i c a h a n   x a n ı m .   Əmucə,  sənə bir yaxşı xəbər gətirmışəm!

G ö v h ə r   x a n ı m .   Qızım,  Cahangirdənmi?

P ə r i c a h a n   x a n ı m .   Xeyr,  əmucə muştuluğuma nə verəcəksən?

Ə m i r a s l a n   a ğ a .   Qızım, hər nə istəsən.

P ə r i c a h a n   x a n ı m .   X aldar dayça mənim.

Ə m i r a s l a n   a ğ a .   Sənin,  ingilis tüfəngim də üstəlik.



P ə r i c a h a n   x a n ı m .   Hadi lələ,  sən nə verəcəksən?

H a d i  1 ə 1 ə.  Xanım,  mənim nəyim var ki,  nə də verim?

P ə r i c a h a n   x a n ı m .   Sən də bu gecə mənə Mələkzadə nağılı kimi  gözəl bir 

nağıl  söylərsən.

Ə m i r a s l a n   a ğ a .   İndi  söylə  görüm nə xəbər gətirmişsən?

P ə r i c a h a n   x a n ı m .   Əvvəl mənə bir qəziyyə üz verdiyini  söyləyim,  sonra 

gətirdiyim  xəbəri.  Əmucə,  qaşqa  at  altımda  qoruqdan  gəlirdim.  Qarşıma bir kəndli 

çıxdı.  Qaşqa  atı  çamura  salmağa  heyfim  gəldi.  Oğlana  dedim:  "Yoldan  çıx!" 

Kəndli  mənə  acıqlı  baxıb  dedi:  "Heyvanı  məndən  əzizmi  tutursan,  m ən  niyə 

çamura  girim?"  Bu  cavabdan  qan  başıma  sıçradı.  Qaşqa  atı  tərkimləyib  kəndliyə 

bir elə  qırmanc çəkdim ki,  özünü qurbağa kimi çamura atdı.

Ə m i r a s l a n   a ğ a .   Afərin,  qızım,  əcəb  etmisən.  Gərək  qabağma  salıb 

buraya gətirəydin.  Cəzasmı m ən verərdim.  Kəndlini tanıdmmı?

P ə r i c a h a n   x a n ı m .   Bəli,  Ədil  dayınm  sabiq  rəiyyəti  Həsənqulu  idi. 

Daldan qışqırdı ki,  "Dayanm,  ay  ağalar, vaxtmız yaxmlaşmışdır".

Ə m i r a s l a n   a ğ a .   Elə itaətsizlik ancaq Ədil bəyin rəiyyətlərindən baş verir. 

İxtiyar verib kəndliləri başma çıxartmışdır.

H  a  d  i  1  ə  1  ə.  Həsənqulu  ilə  atası  Cənnətəli  də  bacarmayır.  Davakar,  sərt 

dəliqanlmm biridir.

P ə r i c a h a n   x a n ı m .   Sonra M irzə  Salehə  rast  gəldim.  Dedi ki,  qubemator 

dayma teleqraf gəlmiş  ki,  Şimali  Qafqazda  dağıstanlılar bolşevikləri  elə pozmuşlar 

ki,  o  şiş papaqlarmı da qoyub  qaçmışlar.

Ə m i r a s l a n   a ğ a .   Nə  gözəl xəbər!  Nə  şadlıq müjdəsi!  Sağ olsun  qəhrəman 

dağıstanlılar!  İndi  baron  Vrangel  də  arxalannı  kəsib  onlara  elə  bir  üsul  tutsun  ki, 

daha bir də Rusiyada bolşevik  adı çəkilməsin.

S əfər daxil  olur.

S ə f  ə r.  Ağa, bəylər gəlib  sizi  görmək istəyirlər.

Ə m i r a s l a n   a ğ a .   De,  gəlsinlər.

Ə m iraslan   ağ ad an   b aşq a  qeyriləri  çıxırlar.  S o n ra M eh rəli  bəy,  S əlim   bəy,  H e y d ər  bəy 

və  M u x tar  bəy daxil  olurlar.

M e h r ə l i   b ə y .   Çox təəccüblü işdir!

H e y d ə r   b ə y .   Ağla sığışan iş deyil.




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə