Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə24/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   20   21   22   23   24   25   26   27   ...   140

Ə m i r a s l a n   a ğ a .   İrəli  gəliniz!  Qulaq asmız.  Bax bu  gündən bəy,  xan,  ağa, 

nökər,  qulluqçu aradan götürülür.  İndi cümləmiz bərabər olduq.  Daha siz ilə məndə 

heç fərq yoxdur.  Buyurunuz,  əyləşiniz.  Biz bəylər ilə  söhbət ediniz.  Yeyiniz,  içiniz, 

kef  ediniz.  Niyə  dayanmısmız?  Oturunuz  (xidmətçilər  durduqları  yerdə  diz  üstə 



çökürlər.)  Orada yox, buyurunuz bu divanlar üstə, bu sandalyalarda əyləşiniz!  (Heç 

kəs yerindən  qalxmır.)  A  gədə  Əhməd!  Qalx,  buraya  gəl.  Sənəm  sən  də.  (Qorxa- 

qorxa gəlirlər.)  Sən burada,  sən də orada oturunuz.

Ə  h  m  ə  d.  Ağa,  m ən  ona  cürət edə  bilmərəm.  M əni  başma  çevir,  azad  et.  M ən 

ağalarm hüzurunda necə əyləşim?

S ə n ə m (ağlar səslə).  Ağa, məni o  qırmancm ilə döy,  amma bu işə əmr etmə.

Ə m i r a s l a n   a ğ a .   (əlini  xidmətçilərə  tə rə f uzadaraq).  Bu  dilsiz-ağızsız 

heyvanlardanmı  hökum ət  qurulacaqdır?  Deyirəm  dünya  dəli  olub,  mənə 

inanmırsmız.  (Ayağını yerə çırpır.) Durun!  Sürünün!

X id m ətçilər  qaçırlar.  B ir  qəd ər sü k u td an   sonra.

Ə  d  i  1  b  ə  y.  Sizin  bu  imtahanmız  mənə  bir  şey  vermədi.  Əmiraslan  ağa,  siz 

kəndli,  işçi,  yoxsul  kütləsi  ilə  heç  bir  zaman  oturub-durmamısmız,  ona  görə  də 

təcrübəniz  yoxdur.  Qırmızı  Ordu  Bakıdan  bu  tərəfə  yürüş  edərsə,  etməsinə  də 

şübhə yoxdur,  çünki Azərbaycan bir Bakıdan ibarət deyil,  o vaxtı indi hüzurunuzda 

qoyun  kimi  diz  üstə  çökən  xidmətçi  əhmədlər,  səmədlər,  səfərlər  və  qeyriləri 

bolşevik  tərəfinə  keçib  sizə  düşmən  olacaqlar;  çünki  sizin  zülm ünüzdən  xilas 

olmaq yolu yalnız odur.  Mənfəətləri də oradadır.

Ə m i r a s l a n   a ğ a .   Heç  vaxt!  K əndlilər  bolşevik  tərəfinə  keçməzlər. 

Sübutum on səkkizinci il.

Ə  d  i  1  b  ə  y.  O  başqa  zaman  və  başqa  hal  idi.  İndini  onunla  müqayisə  etmə, 

yeni hökumətə tabe olmaqdan başqa yol yoxdur.

Ə m i r a s l a n   a ğ a .   Heç  vaxt!  Onları  Kürdən bu  tərəfə  keçməyə  qoymarıq. 

Gürcüstan və Ermənistanı da unutma.

Ə d i  1  b  ə y.  Baxarıq.

Ç ıxır,  b əy lər m əy u s,  başlarını  aşağı  salıb  sükuta gedirlər.

Ə m i r a s l a n   a ğ a .   Nə  sükuta  getmişsiniz.  Yoxsa  gopçu  Ədilin  sözündən 

xofa düşmüsünüz?



H e y d ə r   b ə y .   Xofa  düşməyə  haqqımız  var,  çünki  Şura  hökumətinin 

qanununda torpaq kəndlinindir.

Ə m i r a s l a n   a ğ a .   O niyə?  Yer kəndlinin dədəsindən  qalıb, ya babasmdan? 

Bu  torpaqlarm  üstündə  babalarımız  su  yerinə  qan  axıtmışlar.  Onun  bir  addımmı 

kimsəyə vermərəm.

M u x t a r   b ə y .   Şura  hökumətinin  qanunda  nəinki  torpaq,  heç  xüsusi  mal- 

mülk yoxdur.

Ə m i r a s l a n   a ğ a .   Deməli, bu ev də mənim deyil?

M u x t a r   b ə y .   Bəli.

Ə m i r a s l a n   a ğ a .   Daha  kifayətdir.  Bəs  beləmi  hökumətə  tabe  olmaq 

istəyirsiniz.  M ülkümüzü,  ev-eşiyimizi  alıb  özümüzü  də  Rusiya  mülkədarları  kimi 

güllə  qabağma qoyub tələf etdikdə bizə nə yol  qalır?  Tabe olmaqmı?

M e h r ə l i   b ə y .   Xeyr,  m ən  bu  ana  kimi  şərəflə  yaşamışam.  İndi  də  lazım 

gələrsə,  qeyrətlə ölərəm.

Ə m i r a s l a n   a ğ a .   Qəhrəman  bəyin  nəvəsindən  başqa  cavab  gözləmək 

olmazdı.  Siz necə?

M u x t a r   b ə y ,   S ə l i m   b ə y ,  H e y d ə r   b ə y .   Bizdə bu fikirdəyik.

Ə m i r a s l a n   a ğ a .   Sağ  olunuz!  Ümidvaramki,  sizlərin  köməkliyi  ilə 

babalarımızm  yurdunu  düşməndən  müdafiə  edə  billəm.  Qırmızı  Ordudan  əsla  xof 

etməyin.  O,  nizami  qoşun  deyil,  əlsiz-ayaqsız,  aciz,  kasıb-kusublardan  toplanmış 

dəstədir.  Bizim  igid  dəliqanlılarm  müqabilində  əsla  durmazlar,  fəqət  səy  və  qeyrət 

lazımdır.  Siz  bu  gündən  işə  şüru  ediniz.  Dəstələr toplaymız,  ləvazimat  cəm  ediniz. 

Kəndliləri  hər  vasitə  ilə  olmuş-olursa  öz  tərəfinizə  çəkiniz.  Onları  bolşeviklərin 

vəhşiliyi  ilə  qorxudunuz.  Deyiniz  ki,  bolşeviklər  dini,  məzhəbi,  şəriəti  aradan 

götürürlər.  Nigahı  ortadan  qaldırıb,  arvadlar  hamıya  məxsus  olur.  Ruhaniləri, 

ticarət əhlini köməyə çağınnız.

B u   h ald a H acı  İm am q u lu   və M o lla   Sadıq daxil  olurlar.

H a c ı   İ m a m q u l u ,   M o l l a   S a d ı q .   Salaməleyküm.

Ə m i r a s l a n   a ğ a .   Əleyküməssalam.  Buyurunuz  əyləşiniz.  Yaxşı  vaxtda 

gəlmişsiniz.

H a c ı İ m a m q u l u .   Əmiraslan ağa, Bakıdan gələn xəbər səhihdirmi?

Ə m i r a s l a n   a ğ a .   Hansı xəbər, hacı?

H a c ı İ m a m q u l u .   B olşeviklərinB akm ı  alm aqxəbəri.



Ə m i r a s l a n   a ğ a .   Bəli,  doğrudur.

M  o  11  a  S  a d ı  q.  Hacı  gördün ki, mən yalan deyən adam deyiləm?

H a c ı   İ m a m q u l u .   Bəs onda fikriniz nədir?

M u x t a r   b ə y .   Nə olacaq?  İrana qaçmaq.

M   o  1  1  a  S  a  d  ı  q.  Hacı  eşitdinmi?  Gördün  ki,  mənim  məsləhətim  bizi 

düşməndən  xilas  edər.  Bəylər  də  mən  deyənə  gəlmişlər,  şəriət  də  bunu  əmr  edir, 

hifz-bədəni vacib buyurmuş, bəla gəlməmiş, fərar et demiş.

M e h r ə l i   b ə y .   M olla  Sadıq,  sizin buyurduğunuza görə  şəriətimiz:  "Düşmən 

vətəniniz  üstə  gəldikdə  qoy  qaç,  canmı  qurtar" 

demişdir?! 

Bəs  onda 

peyğəmbərimizin buyurduğu hübbil-vətən1 harada qaldı.

Mo  11  a  S  a  d  ı  q.  Orası  səhih,  lakin bolşeviklər bizim üçün bir bəlayi-əzimdir 

ki, xudavəndaləm dutduğumuz əməlin cəzası üçün göndəribdir.

S  ə 1  i m b  ə y.  Bəs o  cəza İran əhli üçün  göndərilməmişdir?  Yoxsa oradakılarm 

hamısı  əməli-saleh insanlardır?  Əgər cəza varsa,  bizi  İranda da tutacaqdır,  Turanda 

da.

H e y d ə r   b ə y .   M olla  Sadığm  fikri  budur  ki,  nə  məsləhət  olacaq  isə  olsun, 



fəqət içində Arazı keçmək olsun.  Hacı,  sizin fikrinizi də bilmək istəyirik.

H a c ı   İ m a m q u l u .   Mənə  qalsa,  hökumətə  itaət  etmək.  Biz hökm  quluyuq, 

başda kim duracaqsa dursun.

Ə m i r a s l a n   a ğ a .   Hec  dediyini  anlayırsan,  ağlını  itirmiş  kişi?  M əgər 

bilməyirsən  ki,  bolşeviklərin  ən  böyük  düşmənləri  biz  xanlar,  bəylər,  siz 

sərvətdarlar  və  M olla  Sadıq  kimi  ruhanilərdir?  Onlar  bu  üç  sinfi  yer  üzündən 

götürmək  fikrindədirlər.  Yoxsa  fikrin  odur  ki,  bolşevik  zamanmda  da  malı  beşə 

alıb  yüz  beşə  satacaqsan?  Onlar  alış-verişi  bilmərrə  aradan  götürürlər.  İndi 

anladmmı?  Xəsis,  malını yem əyən kişi?

M u x t a r   b ə y .   Hacı, bundan əlavə pul da aradan qaldırılır.

H a c ı   İ m a m q u l u .   Elə iş olarmı? Pulsuz da dünya yaşarmı?

M u x t a r   b ə y .   Hacı,  onu get bolşeviklərdən soruş.

Ə m i r a s l a n   a ğ a .   Daha bitdi.  Hacı İmamqulu və M olla  Sadıq,  hər birinizin 

fikrini bildik.  İndi bizim də fikrimizi bilin.  Biz bəylər qət

'V ətən sevgisi



Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə