Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə19/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   15   16   17   18   19   20   21   22   ...   140

M   e  h  d  i  b  ə  y.  Yox,  yox,  mən  razı  deyiləm.  Doktoru  yoldan  eləməyin.  Nağı 

bəy  ölər,  cavabdeh biz olanq.

R ü s t ə m   b ə y .   M ehdi  bəy  doğru  deyir,  qoy  Azad  bəy  gedib  naxoşuna 

baxsm,  sonra gəlib bizimlə  səhərə kimi kef edər.

A  z  a  d  b  ə  y.  M ən  özüm  Zeynal  bəyin  qonaqlığmdan  gəlirəm.  Orada  məni 

buraxmırdılar.  Söz  verdim  ki,  Nağı  bəyə  baxıb  qayıdaram.  Səfdərqulu  bəy, 

doğrudan  da,  bu nə  qonaqlıqdır?  Hələ  orada Zeynal  bəyi  padşahlıq dumasma vəkil 

seçmək  münasibəti  ilə  şampanski  içib  ura-ura  qışqırırlar.  Buradakı  ura-ura  kim 

üçündür?

S ə f d ə r q u l u   b ə y .   Qospoda,  bu nə  deyir?  Vot tebe  na!  M ənəm  deputat, 

yoxsa Zeynaldır?

V ə 1 i  b ə y.  Həkim səhv edir, vəkil  sənsən.

R ü s t ə m   b ə   y.A  pir  olmuş,  azarlı  orada  can  verir.  Sən  burada  bizə  leksiya 

oxuyursan.

M   e  h  d  i  b  ə  y.  Azad  bəy,  Rüstəm  bəy  doğru  deyir,  yolunla  düz  gedə 

bilmirsən?  Sənə nə borcdur ki, burada nə  qayırmq.

A z a d   b ə y .   A lotular,  bu nə kələkdir?Nə üçün kişini  aldadırsmız?

M   e  h  d  i  b  ə  y.  Rica  edirik  ki,  bizlə  Səfdərqulu  bəyin  arasma  girməyəsiniz, 

vəssalam.

A  z  a  d  b  ə  y.  M ən  də  sizdən  rica  edirəm  ki,  sabah  Səfdərqulu  bəy  həqiqəti 

bilib baş-gözünüzü əzdikdə, mən həkimin üstə yüyürməyəsiniz, vəssalam.  (Çıxır.)

S ə f d ə r q u l u   b ə y .   Qospada, bu nə işdir?  Vot tebe na!

M ə ş ə d i   S ə m ə d .   Səfdərqulu bəy,  əslinə  baxsan bizim  işimizin hamısı  vot 

tebe nadır.

G ülüşürlər.

M  e  h d  i  b  ə y.  Dostum,  diqqətlə  mənə  qulaq  asmağmı rica  edirəm.  Əgər m ən 

deyən  fikrə  şərik  olmasan,  Azad  bəy  buyurduğu  kimi,  qol-qabırğamızı  qır.  İndi 

qulaq as,  Zeynal bəy  və  qeyri  bəyin bu  işə  girişməkdə  məqsədi nədir?  Məncə bircə 

şeydir:  ona dibdat bəy  desinlər,  vəssalam.  M adam ki,  iş belədir,  mən öz tərəfimdən 

və  bu  dostlarım  tərəfindən  sənə  söz  verirəm  ki,  elə  bir tədbir  görüm  ki,  bu  dibdat 

bəy  ləqəbi  sən  ölənə  kimi,  xeyr,  yüz  illərcə,  daha  doğrusu,  min  illərcə  üstündə 

qalsm.  Şübhə  edirsən?  Qospada,  bu  52  vərəqdən  düzəlmiş  kart  nə  vaxt  məhv 

olacaqdır?



R ü s t ə m   b ə y .   Bütün bəşəriyyət məhv olanda.

M  e h d i  b ə y.  Doğru.

V ə 1 i  b ə y.  Kart, bəşəriyyət,  dibdat bəy...  anlamıram.

M ə ş ə d i   S ə m ə d .   Sən  anlamırsansa,  m ən çox  gözəl  anlayıram.  M ehdi bəy, 

dalmı söylə.

M   e  h  d  i  b  ə  y.  Qospada,  bu  andan  bizim  aramızdan  valetsaldat  ləfzləri 

götürülür...

M ə ş ə d i   S ə m ə d .   Yerinə bir dibdat bəy  qonur.

R ü s t ə m   b ə y .   Bravo!

V ə 1 i  b ə y.  A...  indi başa düşdüm.  M əncə  şahm yerinə dibdat bəy  qoyaq.

M   e  h  d  i  b  ə  y.  Xeyr,  xeyr,  şahlann yerləri  möhkəm  deyil.  Saldat  hər zaman 

olacaqdır.

S  a  ş  a  b  ə  y.  Səfdərqulu  bəy,  sənin  kela,  o  qarlı,  şaxtalı  Peterburqda  nə  işin 

var?


V ə 1 i  b ə y.  Bundan əlavə padşahlıq dumasmm vəkili olmaq çox xatalı işdir.

R ü s t ə m   b ə y .   Doğrudur,  birdən  artıq-əskik  söz  söylədin,  bəlaya  düşdün.

Zarafat deyil, həmişə vəzirlər qabağmda, bəzən padşah hüzurunda danışacaqsan.

M  e h d i  b  ə y.  Ağızdır, bir xatalı  söz buraxdı,  içindən qəmbərqulu çıxdı.

M ə ş ə d i   S ə m ə d .   Biriniz  soyuqdan  dəm  vurursunuz,  o  biriniz  danışıq 

qorxusundan,  lakin heç biriniz  əsli  mətləbə yaxm düşmürsünüz.  Səfdərqulu bəy bir 

gün plovsuz olmaz.  Hələ bunun turşulu qovurması,  dolması var.

V ə 1 i  b ə y.  Küftəsi var.

R ü s t ə m   b ə y .   Dovğası var.

S  a ş  a  b  ə y.  Bozbaşı var.

S ə f d ə r q u l u   b ə y .   Sizin  deməyinizə  görə  o  yekəlikdə  şəhərdə  bunları 

bişirən tapılmayacaqdır?

G ülüşürlər.

M   e  h  d  i  b  ə  y.  Gəlsənə  aşpaz  Qolubyakin  sənə  bir  piti  də  qoysun.  Ya  şam 

kababı da bişirsin?!

S ə f d ə r q u l u   b ə y .   Zakaz verərəm, bişirər.  Vot tebe na.




M e h d i   b  ə y.  O da sənə dəyər:  m ən qovurmaçı  Cəbi deyiləm, vot tebe na.

G ülüşürlər.

ə  1  i  b  ə  y.  Rusiyada  bir  bişmiş  tapmazsan  ki,  ona  donuz  əti  qatmasmlar. 



Canım,  allahm kələm suyu borşu istəyirsən,  içindən sosiska çıxır.

S ə f d ə r q u l u   b ə y .   Siz  öləsiniz,  şoqəribin  admı  çəkəndə  ürəyim bulanır. 

Nə  yaxşı  məni  secməyiblər.  Vsyo  k  çortu.  Vot  tebe  na.  Nəbi,  aşpaza  de  plovu 

çəksin.


H a m ı.  Sağ olsun bizim deputat bəy!

M   e  h  d  i  b  ə  y.  Qospada,  cümə  axşamı  bu  günkü  kefin  mabədi  bizdədir. 

Rəhim, Kərim,  siz də  gələrsiniz.

R ə h i m.  M ehdi bəy,  mən də  sizə  söz verirəm ki,  ona kimi bir rəng  Qıava)  icad 

edim,  orada çalaram, xoşunuza gəlsə,  admı  "Rəngi-dibdat bəy"  qoyarıq.

R ü s t ə m   b ə y .   Ay  sağ ol!

K  ə r i m.  M ən də bir təsnif düzəldərəm,  oxuyaram.  Bəyənsəniz,  admı  "Təsnifi- 

dibdat bəy"  qoyanq.

M   e  h  d  i  b  ə  y.  Dostum,  eşidirsənmi,  daha  sənin  üçün  ölüm  yoxdur.  Zeynal 

bəy müvəqqəti deputat bəydir,  sən isə dünya durunca...  Sağ olsun  Səfdərqulu b ə y !

H a m ı.  Sağ olsun  Səfdərqulu bəy!  Ura...

N  ə b  i.  Ağa,  süfrə hazırdır.

S ə f d ə r q u l u   b ə y .   Qospada,  süfrəyə buyurunuz.

R əh im  çalır, K ərim   qaval  vurur,  ham ı  y em ək  otağ ın a keçir.



Pərdə


Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə