Süleyman saniaxundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,9 Mb.
Pdf görüntüsü
səhifə31/140
tarix12.10.2018
ölçüsü3,9 Mb.
#73133
1   ...   27   28   29   30   31   32   33   34   ...   140

S ə n ə m.  Vay, xanıma nə oldu?

G ö v h ə r   x a n ı m .   Sənəm məni  qaldır.  Divanm üstə  apar...

S ənəm  o n u   qaldırıb  d iv an ın  üstə  uzadır.

G ö v h ə r   x a n ı m .   Sənəm,  ölürəm,  amma  bu  dünyadan  nakam  gedirəm... 

Oğlumu  görməyib  gedirəm...  Onun toyunu etməyib  gedirəm...  Ah,  Cahangirim,  bir 

səni  görəydim...  Axirətə rahat  gedəydim.

S  ə  n  ə  m  (kənara).  Ah,  ürəyim   davam  etmir.  İstəyirəm  sirri  açıb  deyəm.  Yox, 

qoy bilməsin.

G ö v h ə r   x a n ı m .   Sənəm,  gözlərimə  qaranlıq çökür...  sənəm,  Pəricahana de 

ki,  əmmən  vəsiyyət  etdi...  Cahangiri  axtanb  tapsm...  Ona  getsin.  Nəslimiz 

kəsilməsin.

Səsi  kəsilir.

S  ə n ə m.  Ah, yazıq arvad öldü.  M üsibətli öldü.  Dərdli-qəmli öldü.  Yaxşı  insan 

idi,  heç  kəsi  incitməzdi.  Bu  uzun  müddətdə  ondan  bir  acı  söz  eşitmədim.  Başqa 

xanımlar kimi olmayıb, bir kəsə əziyyət verməzdi.  Çox cəfa çəkdin,  indi rahat yat.

G edib  y o rğ an  gətirib  ü stü n ə  salır.  P ə rica h an   daxil  olur.

P ə r i c a h a n   x a n ı m .   Sənəm,  qala  almdı.  İndi  buraya  gələcəklər,  qaçmaq 

lazımdır.  Əmməm  də  yatmış.  Onu  durquzmaq  lazımdır.  Sənəm  (ağlar  səslə).  O 

daha durmaz...  Pəricahan xanım.Nə deyirsən?  Əmməmə nə olmuş?

Sənəm  ağlayır.

P ə r i c a h a n   x a n ı m .   Ah,  yazıq  əmməm!  (Gedib  divanın  önündə  diz 

çökür.)  Yat, rahat ol!  Sən bizdən xoşbəxtsən,  sən bəlaları  görməyəcəksən.

S  ə n ə m.  Xanım vəsiyyət etdi ki,  Pəricahan  Cahangiri tapıb-ona  getsin.  Ondan 

aynlmasm.

P ə r i c a h a n   x a n ı m .   Ey  biçarə  əmməm!  Pəricahan  onu  tapdı,  Sözlərinə 

baxmadı, yenidən itirdi.  Nə etməli?  Qəzanm istədiyi bu imiş.

Ə m iraslan   ağa başı  açıq, tü k ləri  p ərişan ,  dəli  h ald a daxil  olur.




Ə m i r a s l a n   a ğ a .   M ən haradayam?..  Hə,  bildim.  Bayquş yuvasmda.  M ən 

Rüstəm Zalam...  Ey  igid bəylərim!  İrəli!  Vur!  At!

P ə r i c a h a n   x a n ı m .   Ah,  bəla üstə bəla!  Əmücəm dəli olmuş.

Ə m i r a s l a n   a ğ a .   Yenə  qırmızı!  Ora  qırmızı,  bura  qırmızı.  (Pəricahana.) 

Sən  kimsən?  Hə,  sən  də  qırmızı,  o  yatmış  da  qırmızı,  cəmi  cahan  qırmızı!..  M ən 

qırmızı  sevmirəm.  (Divara  baxır.)  Çəkil,  sənə  deyirəm,  çəkil,  çəkil!  (Tavana 



baxır.)  Oradan ilan  sallanmışdır.  Ah,  düşdü!  Necə  oldu?  Haraya  girdi?  (A rayır.)  A, 

budur,  girdi  (Döşünü  cırıb  baxır.)  Hə...  ürəyimə  girmək  istəyir...  Qoymaram... 



(Qəməsini çıxarıb  ürəyinə soxarkən.)  Öl, müzürr heyvan!..

P ə r i c a h a n   x a n ı m .   Ah!  Əmücəm özünü  öldürdü!..  Cahangir,  Cahangir! 

Şan-şöhrətli xanədanm viran etdin,  gəl tamaşaya.

C ah an g ir  əlin d ə  qırm ızı  b ay raq ,  Ə dil  bəy,  H adi  lələ,  H əsən ,  bir  dəstə  qoşun  əhli  və  bir 

dəstə  arv ad -u şaq la daxil  olur.

P ə r i c a h a n   x a n ı m .   Bax,  gülləndən ölmüş  anana!  Bax,  dəli  olub  xəncəri 

ilə özünü öldürmüş atana, tutduğun əmələ tamaşa et!  Ürəyin  şad olsun!

Cahangir  ağa.  Poricahan,  zülm  ilə  qurulmuş bina,  ziilm  ilə  qurulmuş xanədan  - 

axırda fot  olar.  Heç  kəs  önünü  ala bilmoz.  M ane  olanlar belə  fot  oiarlar.  Indi  yeni 

dünya  zühur  etmiş.  Əski  dünya  əski  qanunları  ilə  gerek  yıxılsm.  Poricahan,  nə 

üçün  bu  əski,  zülmkar,  tökdüyü  qanm  içində  boğulan  dünyadan  əl  çəkmirsən?  Bu 

Öliilər için-de qalmaqmı istəyirsən?

P ə r i c a h a n .   Yox, istəmirəm.

C  a h a n g i r.  Bu inqilab bayrağı  altma gəlirsənmi?

P ə r i c a h a n .   Bəli,  gəlirəm!  (Onun tərəfınə keçir.)

C  a h a n g i r.  Bu şanlı bayrağı  al,  ona and iç.

P ə r i c a h a n   (alır.)  Ey  qırmızı  inqilab  bayrağı!  Bu  gündən  bütün  ömrümü 

sənin yolunda çalışmağa,  qurban verməyə  and içirəm.

H a m ı.  Yaşasm Pəricahan!

Pərdə



MOLLA NƏSRƏDDİN BAKIDA

B irpərdəli,  dörd şəkilli pyes 

İŞTİRAK EDƏNLƏR

M o l l a   N ə s r ə d d i n .

P i n ə ç i   Q a f a r .

M i r z ə   F ə r ə c .

V  ə  1  i  b  ə y -  sabiq  m ü lk əd ar  bəy.

A ğ a   S a l e h  - zav o d   sahibi.

A   ğ  a  Ş  i  r ə  1  i  -  burjua.

E r m ə n i   k e ş i s i .

İ v a n o v a  -  rus  qadını.

C  a v a d

R  ə  c  ə  b 

} spek u ly an tlar

M  i  1  i  s  i  o  n e  r.

M  e  m  a r -  rus.

Ş a h s ə n ə m  -  Q afarın  arvadı.

G  ü 1  p  ə  r i  - M irzə F ərəcin   arvadı.

Ç  ö  r ə  k ç  i.

BİRİNCİ  ŞƏKİL

Səhnə  bir  k arv an sara  qapısını  göstərir.  Q ap ın ın   sağ  tərəfın d ə  M irzə  F ərəc  əlləri 

qo y n u n d a  qəm gin  o tu ru b   m əktub  y azd ıran   gözləyir.  O n u n   q ab ağ ın d a  bir  balaca  m asa,  üstə 

kağız,  q ələm d an   və  bir  balaca  k asa  için d ə  m əktub  qu ru lam aq   ü çü n   qum .  D ig ə r  tərəfdə 

P inəçi  Q afar çust yam ayır.

P i n ə ç i   Q a f a r  (oxuyur.)

Pinəçi mənəm, işləsəm mədarım keçməz mənim.

Bu qışı burada qışlamasam m ədarım keçməz mənim.



(M irzə Fərəcə) Kişi keyfin olsun!  Sən də mənim kimi oxu,  gül,  de,  danış. 

M i r z ə F   ə r ə c .   Sənin  keyfin  kökdür,  onun  üçün  də  oxuyursan.  M ən  niyə 

oxuyum?  Gündəlik çörək pulumu qazana bilmirəm.



M o l l a   N ə s r ə d d i n .   Səlaməleyküm,  ey  bitli-sirkəli  qardaşlarım!  Çoxdan 

bəridir sizdən xəbərim yoxdur.  Gəldim,  görüm ruzigarmız necə keçir?

P i n ə ç i Q a f a r .   Və  əleyküməssəlam,  M olla  əmi!  Sən buraya xoş  gəlmisən. 

Dayan,  sənin üçün bu saat bir hava da oxuyacağam.  (Oxuyur.)

M olla dayı  sən bura xoş gəlmisən,

Harada idin bəs niyə  gec gəlmisən?

Ağaları  əski haldan  salmışıq,

M ülklərini əllərindən almışıq.

M o l l a   N ə s r ə d d i n .   Mirzə  Fərəc,  Pinəçi  Qafarm keyfi  ulduza hürür.  Sən 

niyə  gəmilərini bolşeviklər almış xozeyinlər kimi  qəm dəryasma batmısan?

M i r z ə   F ə r ə c .   M olla dayı,  Pinəçi  Qafarm keyfi ulduza hürür.  Kommunxoz 

yoldaşm  dövlətindən  mən  də  dilənçi  halma  düşmüşəm.  Tovariş  Narkomprosun 

əməlindən.

M o l l a   N ə s r ə d d i n .   Hə,  başa  düşürəm,  yəqin  Pinəçi  Qafara  amerikalı 

yoldaşı kommunxozdan böyük pul çatıbdır.  Onun üçün də keyfi kökdür.

P i n ə ç i Q a f a r   (gülür.)  M olla  əmi,  yoxsa  badı-buduçu  M əşədi 

M əhəmmədəlini deyirsən?

M o l l a N ə s r ə d d i n .   Hə,  hə,  onu  deyirəm,  sənin  dostunu.  Tiflisdə  badı- 

budu  satardı.  Səhərdən  axşama  kimi  səsi  kücələrdən  kəsilməzdi.  Oylə  çağırardı: 

badı-buduya,  sibindiyya,  ay badı-budu!

G ülüşürlər.

P i n ə ç i   Q a f a r .   M əşədi Məhəmmədəli bir yerdə  oturmağı  sevməzdi.  Badı- 

budu sata-sata,  gəzməmiş  şəhər qoymamışdı.

M o l l a   N ə s r ə d d i n .   Bir  gün  M əşədi  M əhəmmədəli  idarəyə  gəlib  dedi: 

M olla  əmi  jum ahnda  yaz  ki,  badı-budu  satan  M əşədi  M əhəmmədəli  Amerikaya 

badı-budu  satmağa  gedir.  Şəklimi  də  çək.  Məni  də  bərk  tərif  et.  Yaz  ki,  dünyada 

birinci  badı-buduçudur.  Hər  kəs  onun  noğul  kimi  badı-budusunu  yesə,  ömrü  uzun 

olar,  özü də cavanlaşar.  Dedim,  a lotu, kələyin nədir? Dedi:  M olla əmi, xozeyin




Yüklə 3,9 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə